SAD
SADD
OBASTAN VİKİ
Talaat Sadat
Talaat Sadat (ərəb. طلعت عصمت السادات‎; 26 fevral 1954 – 20 noyabr 2011, Qahirə) — Misir siyasətçisi, vəkil və keçmiş siyasi məhbus. Misirin keçmiş prezidenti Ənvər Sadatın qardaşı oğlu idi. == Həbsi == Talaat, bir reportajda əmisinin 1981-ci ildə qətlini Misir Silahlı Qüvvələri ilə əlaqələndirdi, bundan sonra o, 4 oktyabr 2006-cı ildə tutuldu. Hərbi qüvvələri tərəfindən aparılan məhkəmə Misir silahlı qüvvələrinə böhtan atmaq ittihamı ilə sona çatdı və nəticədə bir il həbs cəzasına məhkum edildi. Onun həbsi və məhkumluğu ABŞ Dövlət Departamenti tərəfindən tənqid edildi. == Siyasi karyerası == 2011-ci il Misir inqilabından sonra Misir siyasi həyatını pozduğu üçün Milli Demokrat Partiyasının ləğv edilməsini tələb edən nümayişlərdə iştirak etsə də, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin partiyadan istefası ardından partiyanın yeni sədri seçildi.Bununla birlikdə, 16 aprel 2011-ci ildə MDP məhkəmələr tərəfindən ləğv edildi və aktivləri hökumətə təhvil verildi. Sonra ölümündən bir müddət əvvəl Misir Milli Partiyasının yaradılmasında işlərə başladı.
Ənvər Sadat
Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات‎ Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. == Həyatı == Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi.
Ağbulaq-Sadat (Ərak)
Ağbulaq-Sadat — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Xanəgah-i Sadat
Xanəgah-i Sadat (fars. خانقاه سادات‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (70 ailə).
Qızılca-i Sadat (Sərab)
Qızılca-i Sadat (fars. قزلجه سادات‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (53 ailə).
Yengicə-i Sadat (Mərənd)
Yengicə-i Sadat (fars. ينگجه سادات‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (10 ailə).
Qalacıq-i Sadat (Mahnişan)
Qalacıq-i Sadat (fars. قلعه جوق سادات‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (36 ailə).
Kətalim və Sadatşəhr
Kətalim və Sadatşəhr — İranın Mazandaran ostanının Ramsər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,900 nəfər və 5,234 ailədən ibarət idi.
Sadatlı
Sadatlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd qədim yaşayış maskanlarindan biridir. Bunu etrafındakı köhnə qabi ristanlıqlar sübut edir. Hazırkı kandin tamalini taxminan 250 il bundan avval Lerikin Şivlə kəndindən gəlmiş Sadat adlı şəxs qoymuşdur. Odur ki, kand Sadatlı adlanır. Çox keçmir ki, Ərdəbildən Yardımlının Şilavanga kandina kö çüb gələn Nagdili və Dəmirçili tayfalarından bir neçə çox Sadathya galit vo burada məskunlaşır. Bu tayfaların nümayəndələri hazırda Cəlilabadi Alagar, Yeddibulaq, Qamışlıgöl, Musali va s kandlarinda da yaşayır. Kond Burovar sıra dağlarının şərq ətəyində, Cəlilabaddan 17 km aralıda yerləşir. Sadatli qərbdən meşə ərazisi, şimal-qərbdən Yeddibulaq, cənubdan Kahrizbulaq va şərqdən Qamışlıgöl kandila hamsarhoddir. Kond tarixan maldarlıq va aking liklə məşğul olmuşdur.
Zakir Sadatlı
Zakir Sadatlı (Zakir Əmin oğlu Aslanov) — yazıçı-telejurnalist, şair, ssenarist publisist. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən Avropa Yazıçılar Birliyinin üzvü. == Həyatı == Zakir Sadatlı 1961-ci ildə qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) dünyaya gəlmişdir. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirmişdir. 1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirmişdir. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində (1990-1993-cü illərdə) Qarabağda ön cəbhədə olmuşdur. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində işləmişdir. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda çalışmışdır. 20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub.
Ənvər Sadatın qətli
1973-cü ilin 6 oktyabrı Misirdə Qələbə günü sayılır. Dördüncü Ərəb-İsrail müharibəsi bu gündə başlamışdı. Qələbənin ildönümü həmişə Qahirənin ətrafındakı Mədinət-Nəsr meydanında hərbi rəsm-keçidlə qeyd olunurdu. Rəsm-keçidə tamaşa etmək üçün mərkəzi tribunada ölkənin prezidentindən başqa, dövlətin ali rütbəli məmurları, fəxri qonaqlar və xarici diplomatlar əyləşmişdilər. 1981-ci ilin 6 oktyabrında təşkil edilən tədbir əvvəlki rəsm-keçidlərdən bir o qədər də fərqlənmirdi. Həmişəki kimi, Misir ordusunun qüdrəti nümayiş etdiriləcəkdi. Amma bu dəfə hərbi nazir Əbu-Qəzəlin xüsusi göstərişi ilə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Ciddi surətdə göstəriş verilmişdi ki, rəsm-keçiddə iştirak edənlərin avtomat və pistoletlərində bir patron da olmamalıdır. Təhlükəsizlik orqanları bunun üçün məsuliyyət daşıyırdılar. Rəsm-keçidə bir gün qalmış əsgərlərə kazarmalardan çıxmaq qadağan olundu, hətta xəstələnən də buraxılmırdı.
Ənvər Sadatın öldürülməsi
1973-cü ilin 6 oktyabrı Misirdə Qələbə günü sayılır. Dördüncü Ərəb-İsrail müharibəsi bu gündə başlamışdı. Qələbənin ildönümü həmişə Qahirənin ətrafındakı Mədinət-Nəsr meydanında hərbi rəsm-keçidlə qeyd olunurdu. Rəsm-keçidə tamaşa etmək üçün mərkəzi tribunada ölkənin prezidentindən başqa, dövlətin ali rütbəli məmurları, fəxri qonaqlar və xarici diplomatlar əyləşmişdilər. 1981-ci ilin 6 oktyabrında təşkil edilən tədbir əvvəlki rəsm-keçidlərdən bir o qədər də fərqlənmirdi. Həmişəki kimi, Misir ordusunun qüdrəti nümayiş etdiriləcəkdi. Amma bu dəfə hərbi nazir Əbu-Qəzəlin xüsusi göstərişi ilə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Ciddi surətdə göstəriş verilmişdi ki, rəsm-keçiddə iştirak edənlərin avtomat və pistoletlərində bir patron da olmamalıdır. Təhlükəsizlik orqanları bunun üçün məsuliyyət daşıyırdılar. Rəsm-keçidə bir gün qalmış əsgərlərə kazarmalardan çıxmaq qadağan olundu, hətta xəstələnən də buraxılmırdı.
Sadatoşi Yasuqi
Sadatoşi Yasuqi (八杉貞利, Yasuqi Sadatoşi, 16 sentyabr 1876, Tokio – 26 fevral 1966) – Yaponiya müəllimi və dilçisi. Rus dili üzrə mütəxəssis olmuşdur. == Həyatı == Sadatoşi Yasuqi 1876-cı ildə Tokioda doğulmuşdur. 1900-cü ildə Tokio Universitetinin filologiya fakültəsindən məzun olmuşdur. O, rus ədəbiyyatının tərcüməçisi olan Futabatey Şimeyin azsaylı tələbələrindən biri olmuşdur. Futabateyin Tokio Xarici Dillər Məktəbindəki axşam dərslərinə qatılaraq ondan təsirlənmişdir. 1903-cü ildə Sankt-Peterburqa gedərək bir illiyinə Boduen de Kurtenenin tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Xarici Dillər Məktəbinin professoru olmuş və 1935-ci ilə qədər bu postda qalmışdır. Təqaüdə çıxdıqdan sonra emerit professor olmuşdur. Mütəmadi olaraq Rusiyaya səyahət edərək Moskva, Leninqrad, Sibir və Mancuriya kimi yerlərdə olmuşdur.Sahəsinin qabaqcıllarından hesab olunan Yasuqi pedaqoji fəaliyyətə diqqət ayırmışdır.

Значение слова в других словарях

бродя́га вы́ход кардиосклеро́з корчева́ться междусою́знический партиту́ра перекарикату́рить семиле́тний до́ковый не та́к, так э́дак подрисо́вывать послеоперацио́нный похмели́ться средь брас Billey heterogeneity Japanese mink Macon non-synchronous phytopharmacology prepupa Saratoga trousering назидательный