UD
UR
OBASTAN VİKİ
Ula, Muğla
Ula Muğla ili'nin 13 ilçesinden birisi və ilçenin rəhbərlik mərkəzi olan şəhər.
Ula (Muğla)
Ula Muğla ili'nin 13 ilçesinden birisi və ilçenin rəhbərlik mərkəzi olan şəhər.
Afrika ulağı
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Boyaq ulaxqanqalı
Boyaq ulaxqanqalı (lat. Carthamus tinctorius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ulaxqanqalı cinsinə aid bitki növü.
Fərid Ulami
Fərid Ulami (7 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərid Ulami Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Milli İdman Stadionu (Ulan-Bator)
Milli İdman Stadionu (monq. Төв цэнгэлдэх хүрээлэн, ing. National Sport Stadium of Mongolia) — Monqolustanın paytaxtı Ulan-Batorda yerləşən mərkəzi idman stadionu.Hal-hazırda əsasən futbol oyunlarında istifadə edilən stadionun tamaşaçı tutumu 20 000 nəfərdir. Monqolustanın müstəqillik bayramı olan Naadam festivalı hər ilin iyul ayında bu stadionda keçirilir. Stadionun sahibi olan şirkətə təxminən 27 min hektar ərazi məxsus olmasına baxmayaraq stadionun sahəsi 8 min hektardır. Bu stadionda 2016-cı ildə Dünya Universitetlərinin oxatma üzrə çempionatı keçirildi.Stadionun səhmlərinin 51%-i özəl şirkət, 49%-i isə hökumətdir. Stadion sahiblərinin çox olmasının səbəbi ölkədə 12 500 nəfər tamaşaçı tutumua malik yeganə stadion olmasıdır. == Tarixi == Bu stadion 1958-ci ildə SSRİ tərəfindən Ulan-Batorda inşa edildi. O vaxtdan bəri heç bir zaman təmir edilməyən stadion, sadəcə ilkdə bir dəfə rəngləndirilir. Stadion futbol, festival və digər çoxfunksiyalı tədbirlər üçün inşa edilməsinə baxmayaraq, yalnız müstəqillik günü münasibəti ilə təşkil edilən Naadam festivalı keçirilir.
Neoseiulus ulatei
Neoseiulus ulatei (lat. Neoseiulus ulatei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nils Ulaf
Ser Nils Olaf (norv. Nils Olav) — Şotlandiyanın Edinburq zooparkında yaşayan Kral pinqvini. Nilf Olaf Norveç Kral qvardiyasının fəxri komandiri və talismanı, fəxri polkovnik, 2008-ci ildən cəngavər. 2016-cı ildən briqada generalı. == Hərbi karyerası == 1961-ci ildə Norveç Kral qvardiyası Edinburq parad hərbi orkestrini ziyarət edir. Leytenant Nils Eqelien (norv. Nils Egelien) Edinburq zooparkında olan pinqvinlərlə maraqlanır. 1972-ci ildə qvardiyaçılar leytinantın rəhbərliyi ilə yenidən Edinburqa qayıdırlar. Bu zamam pinqvinlərdən biri «oğulluğa» götürülür. Pinqvini Nils Olaf adlandırılır (Nils — Nils Eqelien və Olaf — Norveç kralı V Olaf).
Qafqaz uları
Qafqaz uları (lat. Tetraogallus caucasicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstü, yanları, yüyəni və boynunun yuxarı hissəsi bozdur. Boynu kürəndir. Gözünün üstü, qulağının və boynunun yanları ağdır. Belində, döşünün qabaq tərəfində və çinədanı üzərində sarı xəttlər vardır. Dimdiyinin əsasında boğazının yanlarına və arxaya doğru tünd-sarı, şabalıdı zolaqlar keçir. Bel hissəsini və quyruğunun üstünü örtən lələklər tünd-bozdur. Dimdiyi açıq-qonurdur.
Tüklü ulaxqanqalı
Tüklü ulaxqanqalı (lat. Carthamus lanatus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ulaxqanqalı cinsinə aid bitki növü.
Ulacalı
Ulacalı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Ulacalı kəndi əsasən dəniz səviyyəsindən aşağıda yerləşmişdir. Bütün ərazisi düzənlikdir. Bitki örtüyünün say müxtəlifliyi çox deyil. Xarakterik meşələr Tuqay meşələridir. Burdakı ağaclar yarımsəhra və quru çöl iqliminə uyğun olan palıd, ağcaqayın və söyüd ağaclarıdır. Kollardan isə yovşan və dəvətikanı üstünlük təşkil edir. Heyvanlar aləmi isə Tuqay meşələrinin heyvanları ilə məhdudlaşır. Bu heyvanların demək olar ki nəsli kəsilmişdir. Bura tülkü, qaban, cüyür, dələ, canavar aiddir.
Ulacalı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ulad-Aysa (Adrar)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎)) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Şərüin dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal-qərb vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 855 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 344 metrdir.Uled-Aysa kommunasının sahəsi 4030 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 20 mm-dir). Orta illik temperatur 23,8-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,4°C, ən isti ayda (iyulda) 36,3°C-dir.
Ulad-Aysa (Bumerdes)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎, fr. Ouled Aïssa) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 355 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 79 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 7685 nəfər idi.
Ulad-Hədac
Ulad-Hədac (ərəb. أولاد هداج‎, fr. Ouled Hedadj) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşir, 10 km2 ərazini əhatə edir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 31 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 18 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 30 573 nəfər idi.
Ulad-Musa
Ulad-Musa (ərəb. أولاد موسى‎, fr. Ouled Moussa) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 117 metr yüksəklikdə yerləşir, sahəsi 29 km2-dir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 38 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 45,770 nəfər idi.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.
Ulad-Yəiş
Ulad-Yəiş (ərəb. أولاد يعيش‎) — Əlcəzairin şimalında, Blida vilayəti ərazisində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, vilayətin inzibati mərkəzi Blidanın yaxınlığında, dəniz səviyyəsindən 223 metr yüksəklikdə yerləşir.Ulad-Yəiş ölkənin paytaxtı Əlcəzairdən təxminən 30 kilometr cənub-qərbdə yerləşir. == Tarixi == Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Dalmati adlandırılırdı. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 87,131 nəfər idi.
Ulaf Palme
Sven Olaf Yoakim Palme (isv. Sven Olof Joachim Palme; 30 yanvar1927-ci il, Stokholm — 28 fevral 1986-cı il, Stokholm) — isveçli siyasətçi, İsveç Sosial-Demokrat Fəhlə partiyasının (İSDFP) lideri, 1969-cu ildən 1986-cı ilə qədər iki dəfə İsveçin baş naziri (1969-cu il 14 oktyabırdan 1976-cı il 8 oktyabrına qədər və 1982-ci il 8 oktyabrdan 1986-ci il 28 fevrala qədər). == Sosial və Siyasi Bioqrafiya == Olof Palme, yuxarı təbəqəyə məxsus mühafizəkar lüteran ailəsində anadan olub. O, 1945–1947-ci illərdə İsveç ordusunda xidmət edib. İsveç və ABŞ-da hüquqşünaslıq və iqtisadçı ixtisası üzrə təhsil almışdır. 1949-cu ildən SDLPS üzvüdür. İsveç gənclər hərəkatının fəal üzvlərindən olmuşdur. 1953-cü ildə Baş nazir Tage Erlanderin katibi işləmişdir. 1958-ci ildə Riksdağa seçilmişdir. 1960-cı illərdə bir sıra dövlət vəzifələrini tutmuşdur: Portfelsiz nazir (1963-1965), Nəqliyyat naziri (1965–1967), Təhsil və mədəniyyət naziri (1967–1969).
Ulak adası
Ulak adası ( aleutca : Yuulax̂ ) — Andreanof adalarında , xüsusən Aleut adalarında ( Alyaska ) Delarof adalarının ən qərb yarımqrupunda yaşayan kimsəsiz adadır . Ada Amatignak adasından 6 km şimal-qərbdə yerləşir . Ulak nisbətən dayaz suda yerləşir və sörf çox vaxt o qədər ağır olur ki, adaya qayıqların hərəkəti mümkün deyil. İqlim şimal enliklərində dənizə xasdır , sərin temperatur, güclü küləklər, çoxlu duman və yağış, tez-tez güclü tufanlar olur. Dəniz səviyyəsində orta sutkalıq temperatur yayda 8,8 °C , illik orta hesabla 4,8 °C-dir. İllik yağıntı 166 sm-dir. Dəniz səviyyəsində qar nadir hallarda ildə 0,5 m-dən çox olur. Permafrost torpaqları yoxdur . Bitki örtüyü dəniz və alp tundrası üçün səciyyəvidir və əsasən çəmənlər , çəmənlər , torf mamırları , likenlər və müxtəlif ot bitkilərindən ibarətdir . Ağaclar və kollar yoxdur.
Ulama
Ulamçı (Qoşaçay)
iUlamçı (fars. ‎‎اولامچي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 360 nəfər yaşayır (70 ailə).
Ulan
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13-14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI-XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Ulan-Bator
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. == Tarixi == Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. == Coğrafiyası == Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
Ulan-Sutqalan şəlaləsi
Ulan-Sutqalan (monq. Улаан-Цутгалан) — Monqolustanda şəlalə. Orxon çayının sağ qolu olan Ulan çayı üzərində yerləşir. Hündürlüyü 24 metrdir. == Ümumi məlumat == Şəlalə Xanqay yaylasında, Xarxorin şəhərinin 54 km-də, Xujirt qəsəbəsi yaxınlığında yerləşir. Şəlalə ölkənin əsas görməli yerlərindən biri hesab olunur. Yerli əhalinin dilində "Qırmızı axım" deməkdir. Bəzi mənbələrdə şəlaləni Orxon adlandırırlar. Məhs o ölkənin ən böyük çayı olan Orxonun qolu üzərində formalaşıb. Xanqay yaylasında formalaşan Ulan çayı yuxarı axarlarda dar və dərin kanyona bənzər dərələrlə axır.
Ulan-Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Ulan-Ude Aviasiya Zavodu
Ulan-Ude Aviasiya Zavodu (rus: Улан-Удэнский авиационный завод, Ulan-Udėnskij aviacionný zavod) Rusiyada Buratiya Respublikasının Ulan-Ude şəhərində yerləşir. Təyyarə və helikopter istehsalı üzrə ixtisaslaşmışdır. Zavod 1939-cu ildə I-16 döyüş və Tupolev SB bombardmançı təyyarələrini istehsal etmək məqsədilə yaradılıb. II Dünya müharibəsi ərzində bu zavod La-5 və La-7 döyüş təyyarələrini istehsal etmişdir. 1956-cı ildən etibarən zavod helikopter istehsalına başlamış, 1970-ci ildən isə Mil Mi-8 helikopterlərinin istehsalını həyata keçirmişdir. Burada ümumilikdə 4000-dən çox Mi-8 helikopteri istehsal olunub. 2009-cu il hesablamalarına əsasən zavodun istehsalının əsas hissəsini Mi-8T, Mi-171 helikopterləri və Su-25UB, Su-39 hücumçu təyyarələri təşkil etmişdir.
в скла́дку ви́димо-неви́димо выключа́ть женоуби́йца не после́довательно окни́ще поджига́ться соразме́рность сте́рлинговый фу́тинг чле́нистые гу́мми индюша́чий милиционе́рский топле́ние фило́соф штормтра́п синица deck light garlow kilolitre non-assembled examination r. & r. Tuva windsail