VİFQ
VİLADƏ
OBASTAN VİKİ
Port Vila
Port Vila (ing. Port Vila) — Vanuatunun ən iri şəhəri və paytaxtı. Yeni Hebrid arxipelaqına daxil olan Efate adasının cənubunda yerləşir. Vanuatunun əsas iqtisadi və siyasi mərkəzi. Əhalisi 29,3 min nəfər (2003). Şəhərdə ingilis, fransız və Malaneziya mədəniyyətləri öz əksini tapıb. İkinci dünya müharibəsi zamanı şəhər ABŞ və Avstraliyanın qoşunları tərəfindən hərbi baza kimi istifadə edilirdi. 1987-ci ildə baş verən güclü siklon şəhərdə güclü dağıntılara gətirdi. Kənd təsərrüfatı və balıqçılıq şəhərdə iqtisadiyyatın əsas sahələridir. Turizm həmçinin gəlirlərin əhəmiyyətli mənbəyidir.
Abxaziya Muxtar Vilayəti
Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir. Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər. Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır. 1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi.
Adana vilayəti
Adana vilayəti — Osmanlı İmperiyası tərkibində, 1869–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Adana şəhəri idi.
Adıge Muxtar Vilayəti
Adıge Muxtar Vilayəti (rus. Адыге́йская автоно́мная о́бласть) — Rusiya SFSR-nin Krasnodar ölkəsi tərkibində muxtar vilayət. == Tarixi == 27 iyul 1922-ci il tarixində təşkil edilmişdir. == Coğrafiyası == Şimali Qafqazda, Laba və Kuban çaylarının sol sahilində yerləşirdi. Sahili 7,8 min kilometr2 idi. == İnzibati bölgüsü == 6 rayonu, 1 şəhəri, 6 şəhər tipli qəsəbəsi var idi. Mərkəzi Maykop şəhəri olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Основные административно-территориальные преобразования на Кубани (1793—1985 гг.). Краснодар: Краснодарское кн. изд-во.
Akmola vilayəti
Aqmola vilayəti (qaz. Aqmola oblısı) — Şimalı Qazaxıstan regionda vilayət. 1999-cu ildən bəri inzibati mərkəzi Kökşetau şəhəridir. Qərbdən Qostanay, şimaldan Şimalı Qazaxıstan, şərqdən Pavlodar, cənubdan isə Karağandı vilayəti ilə həmsərhəddir.
Akmola vilayəti (Rusiya imperiyası)
Aqmola vilayəti (rus. Акмо́линская область), 1918—1920 illərdə Omsk vilayəti (rus. Омская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi.
Aksay rayonu (Rostov vilayəti)
Aksay rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Aksay şəhəridir. == Tarixi == Aksay rayonu ərazisində ilk yaşayış məntəqəsi haqqında yazılı mənbə 1570-ci ilə aiddir. 1742-ci ildə burada Ust-Aksay stansiyası salınır. Aksay qədim türklərin Ağ çay adlandırdıqları toponimin rus variantıdırAksay rayonu bir inzibati vahid olaraq 1936-cı ildən mövcuddur. == Coğrafiyası == Aksay rayonu Rostov vilayətinin mərkəsində yerləşir. 117,0 min hektar ərazini əhatə edir. === Su resursları === Rayon ərazisindən axan çaylar: Aksay çayı Bolşoy Loq çayı Bolşoy Nedvetay Qruşevka çayı Don çayı Koysuq çayı Suxoy Batay Temernik çayı Tuzlov çayı Çerkasskaya çayıRayon ərazidində yerləşən göllər: Balaqurskoe Bolşoy Liman — rayonun mərkəzində Bolşoy Liman — rayonun şərqində Bolşoy Sunduk Qeneralskoe — Olqinski stansiyası yaxınlığında Qeneralskoe — Aleksandrovki yaxınlığında Dlinnoe Krivoe — rayonun şərqində Krivoe — rayonun qərbində Kruqloe — rayonun qərbində Kruqloe Krutovatoe Mayıy Sunduk Monastır gölü — rayonun ən böyük gölü Pesçanoe — rayonun şərqində Pesçanoe — rayonun qərbində Podpolnoe Svetloe == İqtisadiyyat == Rayonnərazisində 36 sənaye, 24 tikinti, 10 nəqliyyat, 26 kənd təsərrüfatı, 200 fərdi kəndli-fermer təsərrüfatı müəssisəsi fəaliyyət göstərir. Kiçik müəssisələrin sayı 800 keçir. Rayonda təsərrüfat sahələrinin istehsalatda müvafiq payı: Sənaye — 47,7 %, Kənd təsərrüfatı — 19,8 %, Nəqliyyat — 8,8 %, Tikinti — 8,9 %.
Aksu (şəhər, Pavlodar vilayəti)
Aksu (qaz. Ақсу; 1993-cü ilə qədər rəsmi adı — Yermak) — Qazaxıstanın Pavlodar vilayətində yerləşən şəhər. Pavlodardan 50 km cənubda, İrtışın sol sahilindədir. Şəhərin və onun kənd bölgəsinin (ümumilikdə şəhər dairəsi) ərazisi şimalda Aktoqay rayonu, cənubda Bayanaul, May, Lebyajin, şərqdə Pavlodar, şərqdə, kənd ərazisi ilə həmsərhəddir. Ekibastuz şəhəri - qərbdə. == Əhalisi == Şəhərin əhalisi şəhərin özü də daxil olmaqla tabe kənd yaşayış məntəqələri olan şəhər rayonunun (şəhər bələdiyyəsinin) tərkibində 70124 nəfərdir - 41.625 nəfər (2019). Şəhər bölgəsinin milli tərkibi (2019-cu ilin əvvəlində): Qazaxlar - 38 902 nəfər (55.48%) Ruslar - 23.080 nəfər. (% 32.91) Ukraynalılar - 2585 nəfər. (3.69%) Almanlar - 1750 nəfər. (2.50%) Tatarlar - 1247 nəfər.
Amur vilayəti
Amur vilayəti (rus. Амурская область) — Rusiya Federasiyasının subyektlərindən biri. == Coğrafiyası == Amur vilayəti Rusiyanın cənub-şərqində, şimaldan Stanovoy Silsiləsi və cənubda Amur çayı arasında yerləşir və şimalda Saxa respublikası ilə, şərqdən Xabarovsk diyarı və Yəhudi muxtar vilayəti, cənubda Çinin Heilongjiang şəhəri və qərbdə Zabaykal diyarı ilə həmsərhəddir.
Annaba vilayəti
Annaba vilayəti — == Ərazisi == Annaba vilayətinin ərazisi 1 439 Km2-dır. Annaba vilayətinə 6 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Annaba vilayətinin əhalisi 609 499 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Antarktik vilayət
Antarktik vilayət — biocoğrafi vilayətlərdən biri, burada həmişə şaxta olur. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Aqtöbe vilayəti
Aqtöbe vilayəti (qaz. Ақтөбе облысы) — Qərbi Qazaxıstan regionda vilayət. == Sərhədləri == şimalda - Rusiya Federasiyasının Orenburq vilayəti ilə; şimal-şərqdə - Qazaxıstanın Qostanay vilayəti ilə; cənub-şərqdə - Qazaxıstanın Karağandı və Qızılorda vilayətləri ilə; cənubda - Özbəkistanın Qaraqalpaqıstan Respublikası ilə; cənub-qərbdə - Qazaxıstanın Manğıstau vilayəti ilə; qərbdə - Qazaxıstanın Atırau vilayəti ilə; şimal-qərbdə - Qazaxıstanın Qərbi Qazaxıstan vilayəti ilə.
Arid vilayət
Arid vilayət (aridus quru) — buxarlanmanın düşən çöküntülərin miqdarından mühüm dərəcədə üstümlük təşkil etdiyi quru (arid) iqlimli ərazi. A.v.çayların mənbələri bu ərazidən kənarda yerləşir və ancaq ən böyük çaylar okeana və dənizə çatır. Aridlik dərəcəsinə görə aşağıdakı növlərə ayrılır.
Arxangelsk vilayəti
Arxangelsk vilayəti (rus. Архангельская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Mərkəzi Arxangelsk şəhəri. == Ümumi məlumat == Rusiya Federasiyasının Şimal-Qərb Federal dairəsinə daxildir. Rusiyanın Avropa hissəsinin şimalında yerləşir. Nen Muxtar Mahalını (Kolquyev və Vaqaç adaları ilə birlikdə) və Şimal Buzlu okeanının adalarını (Novaya Zemlya, Frans-İosif Torpağı, Solovets və s.) əhatə edir. 1937-ci il sentyabrın 23-də təşkil edilmişdir. Sahəsi 587,4 min km². Əh. 1304,5 min (2005).
Arxanqay vilayəti
Arxanqay (Monqolca: Архангай аймаг, Архангай — tərcüməsi:Şimali Xanqay) — Monqolustanda aymak. == Ümumi məlumat == Arxanqay 1931-ci ildə yaranıb. Ümumi sahəsi 55 314 km²dir. Əhalisi — 89 300 nəfərdir (2008-ci ilin məlumatı). Əhalinin sıxlığı — 1,61 nəfər./km². 19 somona bölünür. Aymağın mərkəzi Sətsərləg şəhəridir. == Coğrafiyası == == İnzibati bölgü == * — Sətsərləg şəhəri (Arxanqayın inzibati mərkəzi) ətrafındakı kəndlərlə birgə Ərdənəbulqan somonunu təşkil edir.
Aryana (vilayət)
Aryana (ərəb. ولاية أريانة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Aryana vilayətinin ərazisi 482 Km2-dır. Aryana vilayəti Aralıq dənizinin sahilində yerləşir. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Aryana vilayətinin əhalisi 576 088 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Aryana vilayəti
Aryana (ərəb. ولاية أريانة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Aryana vilayətinin ərazisi 482 Km2-dır. Aryana vilayəti Aralıq dənizinin sahilində yerləşir. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Aryana vilayətinin əhalisi 576 088 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Astraxan vilayəti
Həştərxan vilayəti (rus. Астраханская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Cənub Federal Dairəsinə daxildir. Volqoqrad vilayəti ilə şimalda, Kalmıkiya Respublikası ilə qərbdə, Qazaxıstan ilə şərqdə həmsərhəddir. Regionun inzibati mərkəzi Həştərxan şəhəridir. Ərazisinə görə (49.024 km²) Həştərxan vilayəti 8 Volqaboyu regionlar içərisində 6-cı yeri tutur. Vilayət 27 dekabr 1943-cü ildə formalaşdırılıb.
Asturiya vilayəti
Asturiya – İspaniyaya bağlı avtonom bir bölgədir. Ölkənin şimalında yerləşir. Sahəsi 10,604 kvadrat kilometr, əhalisi 1,077,000 nəfərdir.
Atırau vilayəti
Atırau vilayəti (qaz. Атырау облысы) — Qərbi Qazaxıstan regionunda vilayət. Şimaldan Qərbi Qazaxıstan, cənubdan Manğıstau, şərqdən Aqtöbe vilayətləri, qərbdən isə Rusiyanın Həştərxan vilayəti ilə həmsərhəddir.
Avanqard (Odessa vilayəti)
Avanqard (ukr. Авангард) — Ukraynanın Odessa vilayətinin Ovidiopol rayonunda yerləşən şəhər tipli qəsəbə. == Coğrafiyası == Qəsəbə Ovidiopol rayonunun şimal-şərq hissəsində, Suxolimanskaya çayının yuxarı hissəsində yerləşir. Qəsəbə rayon mərkəzindən 30 km, Odessa şəhərindən isə 10 km uzaqlıqda yerləşir.. == Tarixi == Avanqard qəsəbəsi Ovidiopol rayonunun ən gənc yaşayış məntəqəsidir. Rəsmi olaraq, qəsəbə 22 may 1995-ci ildə qurulmuşdur. Ətraf sahələrdə tapılan kurqanlar qəsəbinin yerləşdiyi ərazinin tarixi olduğunu sübut edir. Qəsəbənin əsası XIX əsrin birinci rübündə qoyulmuşdur. Yerli sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurdu. Bu ənənələr regionun gələcəkdəki iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Aydın vilayəti
Aydın vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi İzmir şəhəri idi.
Ayn-Defla vilayəti
Ayn-Defla vilayəti — == Ərazisi == Ayn-Defla vilayətinin ərazisi 4 892 Km2-dır. Ayn-Defla vilayətinə 14 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ayn-Defla vilayətinin əhalisi 766 014 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ayn-Temuşent vilayəti
Ayn-Temuşent vilayəti — == Ərazisi == Ayn-Temuşent vilayətinin ərazisi 2 379 Km2-dır. Ayn-Temuşent vilayətinə 8 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ayn-Temuşent vilayətinin əhalisi 372 239 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi — Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərmiş regional komitəsi. Vilayət 7 iyul 1923-cü ildə yaradılmışdır və 26 noyabr 1991-ci ildə ləğv edilmişdir. == Haqqında == Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi Sovet İttifaqı Kommunist Partiyasının vilayət üzrə mərkəzi partiya orqanı kimi hesab olunmuşdur. Vilayət Komitəsinin birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və ya Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinib baş katibi təyin edirdi. == Birinci katiblər == Vilayətin tarixində 23 nəfər birinci katib olmuşdur. Onlardan 2 nəfər etnik azərbaycanlı, 2 nəfər rus əsilli, 19 nəfəri isə erməni əsilli olmuşdur. === İkinci katiblər === Vilayət Komitəsinin ikinci katibi birinci katibin idarəetmə məsələləri üzrə köməkçisi hesab edilirdi.
Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi
Azərbaycan Kommunist Partiyası Naxçıvan vilayət komitəsi - Rusiya Kommunist (bolşevik) Partiyasının, Ümumittifaq Kommunist (bolşevik) Partiyasının, Sovet İttifaqının Kommunist Partiyasının respublika üzrə mərkəzi partiya orqanı (1920-1991). == Haqqında == Naxçıvan MSSR-də (Azərbaycan SSR-də) ali vəzifə Sovet İttifaqının Kommunist Partiyasının Naxçıvan regional bölməsinin birinci katibi olmuşdur. Vəzifə 1920-ci ildə yaradılmış və 1991-ci ilin avqustunda ləğv edilmişdir. Birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqını Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu, yaxud da Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi təyin edirdi.

Значение слова в других словарях

близня́та бреге́т дря́бло дублёр злоумышле́ние инопланетя́нка оса́днить часто́тный шо́рец невы́ход непоправи́мость обыдёнкой партеногене́з сахароно́сный фара́да взбутетенить bissextile cloistral data debtee невозмутимый несуразность отплытие умиление читка