Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «AĞ» – 118
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AG AH AK AL AM AN AP AQ AR AS AT AV AX AY AZ
 

AĞA

böyük, cənab, sahib; seyid (İranda məmur adlarına artırılır). Bir sıra türk xalqlarında «aka», «əkə» şəklində də işlənir. Hörmət əlaməti olaraq böyük qardaşa da «ağa» deyilir. Bir çox mürəkkəb şəxs adlarının yaranmasında fəal iştirak edir.

AĞABABA

böyük baba (Ata tərəfdən babaya müraciət forması).

AĞABBA

böyük baba (Ata tərəfdən babaya müraciət forması).

AĞBABA

böyük baba (Ata tərəfdən babaya müraciət forması).

AĞABAĞIR

ağa, cənab, böyük, ağsaqqal Bağır.

AĞABALA

ağa oğlu, ağa balası; ağa kimi oğul.

AĞBALA

ağa oğlu, ağa balası; ağa kimi oğul.

AĞABƏŞİR

«ağa» (böyük) və «Bəşir» (xoş xəbər gətirən) sözlərindən düzəlmiş, «böyük müjdəçi» mənasındadır.

AĞABƏY

böyük bəy, böyük qardaş; bəyzadələrin tərbiyəçisi; hökmdar.

AĞABUTA

«ağa» (böyük) və «buta» (qönçə, naxış) sözlərindən düzəlmiş, «qiymətli naxış», «ilahi bəxşiş» mənasındadır.

AĞACABBAR

bax: Ağa və Cabbar.

AĞCAMAL

bax: Ağa və Camal.

AĞACAN

ağa, can; əziz ağa; böyük adam.

AĞACƏFƏR

bax: Ağa və Cəfər.

AĞADADAŞ

böyük qardaş.

AĞAQARDAŞ

böyük qardaş.

AĞADAYI

hörmət əlaməti olaraq böyük dayıya verilən ad.

AĞADDİN

Ağa Əddin ("ağa" və "Seyfəddin, Sədrəddin, Ələddin" qəbilindən olan adların "Əddin" ixtisar variantı əsasında yaranmışdır.

AĞAƏDDİN

Ağa Əddin ("ağa" və "Seyfəddin, Sədrəddin, Ələddin" qəbilindən olan adların "Əddin" ixtisar variantı əsasında yaranmışdır.

AĞƏDDİN

Ağa Əddin ("ağa" və "Seyfəddin, Sədrəddin, Ələddin" qəbilindən olan adların "Əddin" ixtisar variantı əsasında yaranmışdır.