Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «AT» – 37
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AG AH AK AL AM AN AP AQ AR AS AT AV AX AY AZ
 

ATİF

şəfqətli, mehriban; meyl edən, sevən, bəyənən.

ATİFƏ

şəfqətli, mehriban; meyl edən, sevən, bəyənən.

ATA

dədə, ata-baba, əcdad: yol göstərən, rəhbər, böyük.

ATABABA

bir nəslin əcdadı, ulusu, ulu babası; ata-babaya bənzər oğul.

ATABALA

atanın sevimlisi, atasına bənzəyən övlad.

ATABAY

ataya bərabər olan bəy (Səlcuqlar dövründə əvvəl vəzifə, sonralar titul olmuş və sultan vəliəhdlərinin tərbiyəçilərinə verilmişdir); böyük, ulu; zəngin, varlı.

ATABƏY

ataya bərabər olan bəy (Səlcuqlar dövründə əvvəl vəzifə, sonralar titul olmuş və sultan vəliəhdlərinin tərbiyəçilərinə verilmişdir); böyük, ulu; zəngin, varlı.

ATACAN

can ata, əziz ata.

ATAƏMİ

«ata» və «əmi» sözlərindən düzəlmiş, «ata əvəzi əmi», «böyük əmi» mənasındadır.

ATƏMİ

«ata» və «əmi» sözlərindən düzəlmiş, «ata əvəzi əmi», «böyük əmi» mənasındadır.

ATAXAN

atabəy, atalıq, ataman titulları mənasındadır.

ATAXƏLİL

«ata» və «xəlil» (dost, sevgili) sözlərindən düzəlmiş, «böyük dost, sevimli ata» mənasındadır. Atakişi ataya bənzər kişi, ataya layiq kişi. Ataqardaş ata və qardaş kimi oğul; böyük qardaş. Atalı atası olan.

ATAMALI

atam Əli; ataya bənzəyən Əli.

ATAMƏLİ

atam Əli; ataya bənzəyən Əli.

ATAMAN

atabəy, ataxan, atalıq titulları mənasındadır; başçı, sərkərdə.

ATAMOĞLAN

ataya oxşar oğlan, ataya bənzər.

ATASOLTAN

ata soltan; atamıza bənzər sultan.

ATASULTAN

ata soltan; atamıza bənzər sultan.

ATAŞ

"Ata" və tərkibində "ata" sözü olan mürəkkəb adların əzizləmə forması.

ATATÜRK

türkün atası; ata türk; ən böyük türk.