Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «BÜ» – 21
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
BA BE BO BU
 

BÜCƏN

"becənək" adlı türk tayfalarından birinin adı; xeyirxah, işgüzar, qeyrətli; həqiqətə doğru gedən, xəbər gətirən (Masallı rayonu Köhnə Alvadı kəndində hazırda "Becanlılar" adlı böyük bir tayfa da vardır); rəis, canlı, hökmdar.

BÜLLUR

parlaq və şəffaf daş; xrustal; çox gözəl.

BÜLLURƏ

parlaq və şəffaf daş; xrustal; çox gözəl.

BÜLLÜRƏ

parlaq və şəffaf daş; xrustal; çox gözəl.

BÜNYAMİN

1. həqiqi dost; 2. vali, hökmdar; 3. təhlükəsiz, ümidli, əbədi; 4. sağ əl, sağ əlin oğlu; 5. ağsaqqalın oğlu; səadət; güc və s. mənaları vardır.

BÜNİYAMİN

1. həqiqi dost; 2. vali, hökmdar; 3. təhlükəsiz, ümidli, əbədi; 4. sağ əl, sağ əlin oğlu; 5. ağsaqqalın oğlu; səadət; güc və s. mənaları vardır.

BÜNYƏMİN

1. həqiqi dost; 2. vali, hökmdar; 3. təhlükəsiz, ümidli, əbədi; 4. sağ əl, sağ əlin oğlu; 5. ağsaqqalın oğlu; səadət; güc və s. mənaları vardır.

BÜRHANƏDDİN

dinin dəlili, dinin sübutu.

BÜRŞAD

başçı xanzadə, igid xan oğlu.

BÜLBÜL

gözəl səsi olan yaraşıqlı quş; məşhur Azərbaycan müğənnisi Murtuza Məmmədovun təxəllüsündən yayılmışdır.

BÜLBÜLCAN

əziz, sevimli bülbül; Məşhur Azərbaycan xanəndəsi Əbdülbağı Kərbəlayi Əli oğlu Zülalovun təxəllüsündən yayılmışdır.

BÜLƏND

yüksək, uca.

BÜLƏNT

yüksək, uca.

BÜNYAD

özül, təməl; əsas, kök.

BÜNYAT

özül, təməl; əsas, kök.

BÜRCALI

Əli bürcü (Günəş dairəsinin bölündüyü 12 qismin hər biri).

BÜRCƏLİ

Əli bürcü (Günəş dairəsinin bölündüyü 12 qismin hər biri).

BÜRHAN

əsas, sübut, dəlil, isbat.

BÜRHANƏ

əsas, sübut, dəlil, isbat.

BÜSAT

cah-cəlal, təmtəraq, şənlik.