ADİKƏ
ADİLƏ
OBASTAN VİKİ
Adil Kaskabay
Adil Kaskabay (13 may 1998, Taraz) — Qazaxıstanlı üzgüçü. Adil Kaskabay Qazaxıstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adil Kaskabay birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.81 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 41-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Adil Kərimli
Adil Qabil oğlu Kərimli (22 oktyabr 1979, Bakı) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2023-cü ildən), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini (2012–2022). == Həyatı == Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir. == Fəaliyyəti == Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlamışdır. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olmuşdur. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləmişdir.
Adil Mirseyid
Baxışov Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş – 17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü. == Həyatı == Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.
Adil Məhərrəmov
Adil Məmmədəli oğlu Məhərrəmov (1 fevral 1952, Ağdam rayonu) — 2008–2021-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini. == Həyatı == Adil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1973–1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon" zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləmişdir. 1983–1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır. 1986–2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin (sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət əmlakı nazirinin müşaviri olmuşdur. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışmışdır. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir. 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 2015-ci ilin dekabr ayında yenidən Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 2486 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Adil Məmmədov
Adil Məmmədov (icra başçısı) — Qobustan rayonu İcra Hakimiyyətinin başçısı. Adil Məmmədov (tarixçi) — Tarix elmləri doktoru, professor.
Adil Mənsimov
Mənsimov Adil İliç оğlu - şəhid == Həyatı == Adil Mənsimov 17 mart 1972-cü ildə Qafanın Qovşud kəndində anadan оlmuşdur. 1 sentyabr 1992-ci ildə Abşeron rayоn Hərbi Kоmisarlığı tərəfindən hərbi хidmətə çağrılmış və Qarabağ uğrunda gеdən döyüşlərin iştirakçısı оlmuşdur. Sıravi əsgər Adil Mənsimov 810-cu hərbi hissənin avtomatçısı idi. 10 dekabr 1992-cü ildə Qubadlı rayonunun Seytaz kəndində gеdən döyüşlər zamanı həlak olmuşdur. Saray qəsəbəsində dəfn olunub. Ölümündən sonra 16 sentyabr 1994-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Adına küçə var. == Həmçinin bax == "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlərin siyahısı == Mənbə == "Azərbaycan Respublikası Xatirə Kitabı", X cild, M(M…-Məmmədov L.),Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2010. səh.294.
Adil Nadirov
Adil Nadirov (28 aprel 1950, Ağdam – 28 yanvar 2019, Azərbaycan) — azərbaycanlı keçmiş futbolçu və məşqçi, "Qarabağ" klubunun təsisçilərindən biri. == Həyatı == 1950-ci il aprelin 28-də Ağdamda anadan olub. Futbola 1960-ci ildə Uşaq İdman Məktəbində Nadir Xudabaxşıyevin rəhbərliyi altında başlayıb. 1965-ci ildən "Məhsul" komandasında oynayıb. 1968-ci ildə SSRİ birinciliyinin aşağı dəstəsində çıxış edən Mingəçevirin "Toxucu", daha sonra hərbi xidmətlə əlaqədar Tiflisin "OİK" komandasında çıxış edib. Əsgərlikdən qayıtdıqdan sonra yenidən Ağdam komandasının şərəfini qoruyub. 1981-ci ildə, ağır zədə aldıqdan sonra futbolla vidalaşıb. 1987-ci ildə indiki "Qarabağ"ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Azərbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub.
Adil Nağıyev
Adil Akif oğlu Nağıyev (11 sentyabr 1995, Bakı) — müdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu. Hazırda Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubunun şərəfini qoruyur.Müqavilə ilə Misli Premyer Liqasında çıxış edən "Səbail" klubuna məxsusdur. == Həyatı == Adil Nağıyev 11 sentyabr 1995-ci ildə Bakıda anadan olub. == Karyerası == 27 dekabr 2018-ci ildə "Sumqayıt" klubunda karyerasına başladı.9 avqust 2019-cu ildə "Səbail" klubu ilə bir illik müqavilə imzaladı.3 avqust 2022-ci ildə "Səbail" klubundan "Şamaxı" klubuna 1 illik icarəyə verilib. === Milli komanda === 26 may 2016-cı ildə Andorra millisinə qarşı yoldaşlıq oyununa çıxaraq millidəki debütunu etdi.
Adil Nəcdət
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Adil Nəcəfov
Adil Nəcəfov Yusif oğlu (12 fevral 1925, Naxçıvan – 7 oktyabr 1989) — Sovet filosofu. Fəlsəfə elimlər doktoru (1967) Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradılmasına, inkişafına həsr etmiş və bu sahədə ən yüksək elmi-praktik nəticələr əldə etmiş nüfuzlu alim, Professor (1968). Azərbaycan SSR əməkdar elm xadimi (1979). == Həyatı == Professor Nəcəfov Adil Məşədi Yusif oğlu 1925-ci il fevralın 12-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə o, 1942-ci ildə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində korrektor kimi başlamışdır. 1943- 1944 -cü illərdə Böyük Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. Ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Azərbaycan Dövlət universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və 1950-ci ildə oranı bitirmişdir. 1950-1953-cü illərdə Moskva şəhərində aspiranturada təhsilini davam etdirmiş və 1953-cü ildə Moskvada SSRİ Elimlər Akademiyasının Fəlsəfə institutunda namizədlik dissertasiyası, 1967-ci ildə Bakı şəhərində “Sosialist millətlərinin mədəniyyətlərinin yaxınlaşması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə isə professor vəzifəsinə seçilmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısı. 1959-1963 illərdə Azərbaycan Milli EA-da işləmişdir.A.Nəcəfov 1963-cü ildən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradıcısı və 1989-cu ilə qədər fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Adil Qasımlı
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989). == Həyatı == Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988-1991) aktiv mübarizə aparmışdır. == Yaradıcılığı == Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib. Hələ sovet dönəmində «Azərbaycan», «Ulduz» kimi populyar bədii jurnallarda, «Ədəbiyyat və incəsənət», «Azərbaycan müəllimi», «Azərbaycan gəncləri», «Bakı» və «Baku» , «Sovet Naxçıvanı», «Şərq qapısı», «Ağrıdağ», «Güney» kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. «Oqni nad Araksom» («Огни над Араксом»), Ukraynada nəşr olunan «Bakinski voqni» («Бакинсъкi вогнi»), Türkiyədə çap edilən «Nəqş-i Cahan Naxçıvan» («Nakş-ı Cihan Nahçıvan»), «Sabir poeziya günləri», «Araz», «Araz nəğmələri», və müəllifin şeirindən adını almış «Qoy tanısın dünya səni» ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir.«Əllər» şeiri Azərbaycan poeziyasından seçmələr—«Ən yaxşı 101 şeir» kitabına daxil edilmişdir. «Pıçıltılar», «Biz görüşəndə», «Dağlar, qalalar, babalar», «Qaranquş ömrü», «Sənə dönərəm», «Salam, sevgi» kitabları çap olunmuşdur.
Adil Qazıyev
Adil Qazıyev (tam adı: Adil Yusif oğlu Qazıyev; 24 mart (6 aprel) 1906, Naxçıvan – 31 dekabr 1972, Bakı) — Azərbaycan-sovet alimi, rəssamı, sənətşünası, redaktoru, tərcüməçi, Azərbaycan dekorativ tətbiqi və təsviri sənəti ilə əlaqədar olan kitab, eyni zamanda məqalələrin müəllifi, texniki elmlər namizədi (1938), elmlər doktoru (1958). 1932–1941-ci illərdə A. Qazıyev Moskva Dövlət Tekstil Universitetinin sənətşünaslıq fakültəsində, 1941–1945-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1938-ci ildə Adil Qazıyev texniki elmlər namizədi elmi dərəcəsini, 1958-ci ildən isə sənətşünaslıq üzrə elmlər doktoru fəxri adını almışdır. A. Qazıyev 1928–1930-cu illərdə Azərbaycan Gənc Rəssamlar İttifaqının, 1930-cu ildən isə AzİTSİC – Azərbaycan İnqilabi Təsviri Sənət İşçiləri İttifaqının üzvü olmuşdur. Adil Qazıyev 31 dekabr 1972-ci ildə 66 yaşında vəfat etmişdir. == Həyatı == Adil Qazıyev 24 mart 1906-cı ildə Naxçıvanda Yusif Qazıyevin ailəsində dünyaya gəlmişdir. O, Naxçıvan teatrında rəssam Bəhruz Kəngərli ilə birgə oxumuşdur. Adil Qazıyev 1925-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini tamamlayıb, 1927–1931-ci illərdə Moskva Dövlət Tekstil Universitetində Sergey Gerasimov və Aleksandr Kuprinin sinfində ali təhsil almışdır. 1936-cı ildə Adil Qazıyev bu universitetin aspiranturasını bitirmiş, təhsilini tamamladıqdan sonra isə Azərbaycana qayıtmışdır. Alim Bakıda yaşayırdı.A. Qazıyev 1928–1930-cu illərdə Azərbaycan Gənc Rəssamlar İttifaqının, 1930-cu ildən isə AzİTSİC – Azərbaycan İnqilabi Təsviri Sənət İşçiləri İttifaqının üzvü olmuşdur.
Adil Qaçayoğlu
Atakişiyev Adil Qaçay oğlu (Adil Qaçayoğlu) — azərbaycanlı jurnalist. == Həyatı == Adil Qaçayoğlu 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri "Şən həyat" (indiki "Balakən") qəzeti olub. 1981–1991-ci illərdə o dövrün ən oxunan qəzetlərindən olan "Azərbaycan gəncləri"ndə çalışıb (müxbir, şöbə müdiri). Sonrakı illərdə "Həyat" (indiki "Azərbaycan"), "Yeni fikir", "Ülfət" qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar "Panorama" gündəliyinin baş redaktor müavini olub. Bundan sonra "Detektiv", "525-ci qəzet", "Yeni yüzil", "Bizim əsr", "Gün səhər", "Yeni Müsavat" qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınıb.
Adil Qulami
Adil Kərim oğlu Qulamov (21 may 1962, Bakı) — Azərbaycan kinoprodüseri, film direktoru, icraçı prodüser, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005). == Həyatı == Adil Qulamov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. 1979-cu ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. Müxtəlif illərdə kinostudiyada kinomexanik, səs texniki, filmlərin realizə şöbəsinin rəisi, istehsalat şöbəsinin rəisi, "Azərkinovideo" İstehsalat Birliyində kino istehsalı üzrə baş mütəxəssis vəzifələrində işləyib. 1990-cı ildən film direktorudur. "Kənar adamlar" (1992), "Səs" (1993), "Simenslər Azərbacanda" (1993), "Yük" (1995), "Azərbaycan - Odlar yurdu" (1997), "Ovsunçu" (2002), "Arxada qalmış gələcək" (2004), "Əlvida, cənub şəhəri" (2006), "Niyyət" (2010), "Tərsinə çevrilən dünya" (2011), "Sübhün səfiri" (2012) və s. bədii və sənədli filmlərin direktoru və icraçı prodüseri olmuşdur. 2005-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.
Adil Qulamov
Adil Kərim oğlu Qulamov (21 may 1962, Bakı) — Azərbaycan kinoprodüseri, film direktoru, icraçı prodüser, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005). == Həyatı == Adil Qulamov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. 1979-cu ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. Müxtəlif illərdə kinostudiyada kinomexanik, səs texniki, filmlərin realizə şöbəsinin rəisi, istehsalat şöbəsinin rəisi, "Azərkinovideo" İstehsalat Birliyində kino istehsalı üzrə baş mütəxəssis vəzifələrində işləyib. 1990-cı ildən film direktorudur. "Kənar adamlar" (1992), "Səs" (1993), "Simenslər Azərbacanda" (1993), "Yük" (1995), "Azərbaycan - Odlar yurdu" (1997), "Ovsunçu" (2002), "Arxada qalmış gələcək" (2004), "Əlvida, cənub şəhəri" (2006), "Niyyət" (2010), "Tərsinə çevrilən dünya" (2011), "Sübhün səfiri" (2012) və s. bədii və sənədli filmlərin direktoru və icraçı prodüseri olmuşdur. 2005-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür.
Adil Quliyev
Adil Hüseyn oğlu Quliyev (22 noyabr 1922, Bakı – 16 dekabr 1992, Bakı) — əfsanəvi Azərbaycan təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı (1-ci Baltikyanı cəbhəsi, 3-cü aviasiya ordusu, 1-ci qvardiya qırıcı aviasiya korpusu, 4-cü qvardiya qırıcı aviasiya diviziyası, 65-ci qvardiya qırıcı aviasiya polku eskadrilya komandirinin müavini). 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. == Həyatı == 1922-ci ildə Bakıda anadan olmuşdur. Bakı 14 saylı məktəbi bitirmişdir. (Bəzi məlumatlara görə 132 saylı məktəb). 1941-ci ildə hərbi xidmətə çağrılmış və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir. 1942-ci ilin oktyabrından Belorussiya, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşmuşdur. 14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulmuşdu. O, təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə tullanmış və öz tərəfimizə keçə bilmişdi. Sovet İttifaqı Qəhrəmanı adı, Lenin ordeni və 5932 №-li Qızıl Ulduz medalı ona 1945-ci ilin 23 fevralında verilmişdir.
Adil Qüdrətoğlu
Adil Qüdrətoğlu (tam adı: Adil Qüdrət oğlu Abdullayev; 6 yanvar 1950, Zərdab rayonu, Əlvənd kəndi) — azərbaycanlı yazıçı, publisist, pedaqoq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2008), "Qızıl Qələm" mükafatı laureatı (2007), "Əməkdar mədəniyyət işçisi" (2010), "Gənclik" dövlət nəşriyyatının direktoru (2006-cı ildən), realfakt.az internet media saytının təsisçisi (2012) və baş redaktoru. == Həyatı == Adil Abdullayev 1950-ci il yanvarın 6-da Azərbaycanda Zərdab rayonunun Əlvənd kəndində müəllim ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra uşaq və yeniyetmələr üçün yaradıcılıq təşkilatında baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır (1967–1968).1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. 1974–1976-cı illərdə Əlvənd kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra, A.Abdullayev, Bakıda 1 saylı mətbəədə mütəxəssis (1977), Azərbaycan Dövlət Nəşriyyatında oxucu, korrektor, kiçik redaktor, redaktor, böyük redaktor (1977–1985), ictimai-siyasi ədəbiyyat redaksiyasında müdir (1986) vəzifəsində işləmişdir.1986–1988-ci illərdə təhsilini Ali Partiya məktəbində davam etdirmişdir.2006–2020-ci tədris illərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin baş müəllimi, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbu orqanı olan "Sənət dünyası" qəzetinin baş redaktoru olmuşdur.1998–2006-cı illərdə "Gənclik" dövlət nəşriyyatında direktor müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən hal-hazırkı dövrədək "Gənclik" dövlət nəşriyyatının direktorudur.Evlidir, iki övladı var. == Yaradıcılığı == Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk əsəri 1960-cı ildə "Pambıqçı" rayon qəzetində işıq üzü görmüşdür. Bundan başqa, o, dövri mətbuatda hekayə, oçerk və məqalələrlə çıxış etmişdir. Uşaqlar üçün bir sıra maraqlı kitablar onun tərtibi, ön sözü ilə kütləvi tirajla nəşr olunmuşdur.
Adil Qəribov
Adil Qəribov (tam adı: Adil Əbdulxaliq (Abdulxalıq) oğlu Qəribov; 28 mart 1950, Nuxa rayonu) — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi (akademik), (2014). == Həyatı == Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. 1966-cı ildə məktəbi gümüş medаlla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuşdur. 1972-ci illərdə AMEA-nın aspirantura şöbəsinin radiasion tədqiqatlar sektorunda təhsil alıb. 1979-cu ildə AMEA-nın organika və Fiziki Kimya institutunda namizədlik disertasiyasını müdafiə edib. 1977–1978-ci illərdə aspiranturanı bitirdikdən sonra, Radiasiya Tədqiqatlar sektorunda mühəndis işləyib, 1978–1980-cı illərdə kiçik, daha sonra 1980–1990-cı illərdə baş elmi işçi kimi çalışıb.1990–1995-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasion kimyası" qrupunun rəhbəri olub. 1995-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1998-ci ildə isə "Radiasiya kimya" ixtisası üzrə professor adını alıb. 1995–2001-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasiya kimyası" laboratoriyasının, AMEA Radiasiya Tədqiqatlar sektorunun rəhbəri olub. 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutuna dəyişdirilib və oranın direktoru seçilib. O, 2007-ci ildən AMEA –nın Radiasiya Kimya ixtisası üzrə müxbir üzvü seçilib.
Adil Rzayev
Adil Akif oğlu Rzayev (20 avqust 1999, Xilmilli, Qobustan rayonu – 20 oktyabr 2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rzayev Adil Akif oğlu 1999-cu il avqustun 20-də Qobustan rayonunun Xilmilli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Adil Rzayev sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışı ilə cəbhəyə yolanır. Öncə isə bir neçə gün Qusarda təlim keçir. O, İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 30-da Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Adil Rzayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Adil Rüstəmov
Adil Əliağa oğlu Rüstəmov (11 mart 1943, Bakı – 22 mart 2018, Ruan, Fransa) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyatı == Adil Əliağa oğlu Rüstəmov 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirmişdir. 1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilmişdir. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirmişdir. 1985-ci ildə Arktika adlı fərdi sərgisini keçirmişdir. 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirmişdir. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülmüşdür. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini keçirmişdir.
Adil
Adil — kişi adı və təxəllüs.
Adil Seyidzadə
Baxışov Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş – 17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü. == Həyatı == Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.
Adil Tatarov
Adil Əli oğlu Tatarov (28 yanvar 1999, Qıraq Kəsəmən, Ağstafa rayonu – 20 may 2018, Günnüt, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Günnüt döyüşlərinin şəhidi. == Həyatı == Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş və Qıraq Kəsəmən kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olmuşdur. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanmışdır. Adil Tatarov da 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etmişdi. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Adil Tatarov 20 may 2020-ci ildə Şərur rayonunun Günnüt kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbirstanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Adil Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 22.05.2018 tarixli əmri ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunmuşdur.Adil Tatarov Azərbaycan Prezidenti İlham Əliyevin 29.05.2018 tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Adil Tağıyev
Adil Cəlil oğlu Tağıyev (25 may 1928, Şərur rayonu, Naxçıvan MSSR – 20 noyabr 1988, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1952), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Adil Tağıyev 1928-ci ildə Naxçıvan MSSR-in İliç rayonunın (indiki Şərur rayonu) Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1945-ci ildə Əzizbəyov adına kolxozda başlamış, 1957-ci ilə qədər bu kolxozda manqabaşçısı, sədr müavini, sədr və aqronom işləmişdir. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Adil Tağıyev 20 noyabr 1988-ci ildə İliç rayonunda vəfat etmişdir.
Adil Təhməzov
Adil Həsənov (rəssam)
Adil Məmmədov (alim)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin]Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Adil Məmmədov (icra başçısı)
Adil Məmmədov (15 aprel 1952, Xaçmaz, Vartaşen rayonu) — Qobustan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu "Baytarlıq" ixtisası üzrə bitirmişdir. 15 oktyabr 1975-ci il tarixdən 4 sentyabr 1981-ci il tarixədək Vartaşen (Oğuz) rayonu Padar kəndində "Pravda" kolxozunda baytar həkim, 4 sentyabr 1981-ci il tarixdən 10 fevral 1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir. 10 fevral 1982-ci il tarixdən 10 fevral 1988-ci il tarixədək Xaçmaz kəndi "Lenin" adına kolxozun idarə heyətinin sədri, 10 fevral 1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi "Komsomol" kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. A.Məmmədov YAP-nın yaradılmasında fəal iştirak etmiş, YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Ailəlidir, 1 qızı, 2 oğlu, 3 nəvəsi var. Bir neçə kitab və elmi məqalənin müəllifidir. Adil Məmmədov Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra hakimi vəzifəsində çalışmışdır.
Adil Məmmədov (tarixçi)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin]Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Adil Quliyev (rəssam)
Adil Quliyev — Azərbaycanlı rəssam və karikaturaçı. == Həyatı == Adil Quliyev 1935-ci ildə anadan olmuşdur. O, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu təhsil almışdır. Adil Quliyev karikatura, kitab illüstrasiyası və teatr rəssamlığı sahəsində çalışmışdır. Rəssam 1952–1990-cı illərə qədər "Kirpi" jurnalı ilə əməkdaşlıq etmiş, 1980-ci ildən jurnalın bədii redaktoru vəzifəsində fəaliyyət göstərmişdir. Eyni zamanda satirik plakat sahəsində işləmişdir. Adil Quliyev respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. Öz mövzu seçiminin orijinallığı ilə son dərəcə peşəkar ifadəsi ilə seçilən karikaturaçı rəssamdır. Karikaturaçı rəssam 2001-cı ildə "Şeytan" satira və yumor jurnalını təsis etmişdir. Azərbaycan karikatura sənətinin tanınması və təbliği sahəsində əvəzsiz xidmətləri olan A. Quliyev bu gün də yeni-yeni əsərlər yaradır.

Значение слова в других словарях

дотра́вливание лиссабо́н просло́й смота́ться цека́ дико́винка конвекцио́нный разру́ливать ржавь тюльпа́н яви́ божескую милость остопыниться air-raider come over history-painter ratbag skip stirrer synchronizer thymonucleic undermaster unplait бальный бессоюзный индюшонок