AQİLƏ
AQTAY
OBASTAN VİKİ
Aqşin
Aqşin — kişi adı, Türkiyədə qadın adı. Aqşin Babayev — yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim Aqşin Əlizadə — Azərbaycan bəstəkarı Aqşin İsmayılov — Azərbaycanı təmsil edən dağ velosipedçisi Aqşin Abdullayev — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Aqşin Yenisey — Azərbaycanlı yazıçı, şair, publisist Aqşin Kazımzadə — Azərbaycanın əməkdar jurnalisti Aqşin Məmmədov — Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri (1992). Aqşin Novruzov — Vətən müharibəsi şəhidi Aqşin Vəliyev — Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Aqşin Vəlixanov — aktyor, Azərbaycan SSR əməkdar artisti Aqşin Xəlilov ― azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006).
Aqşin Abdullayev
Aqşin Abdullayev (hərbçi) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. Aqşin Abdullayev (müğənni) — Azərbaycan Respublikasının əməkdar artisti.
Aqşin Ağayev
Aqşin Şirvan oğlu Ağayev (1 iyun 1993, Ulacalı, Sabirabad rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1999—2010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən Piyada Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etmişdir. Qüsursuz xidmətiylə komandanlığın diqqətini çəkdiyinə görə ona "kiçik çavuş" rütbəsi verilmiş, həmçinin, o, "manqa komandiri" vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur. 2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında "əsgər" rütbəsi ilə çağırılmışdır.
Aqşin Ağkəmərli
Aqşin Ağkəmərli (21 mart 1960, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Şair, nasir, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == === Təhsili === Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi orda bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlamışdır. Bakıda və Tehranda yayımlanan “Kibritçi qız” (1990), “Dondurmaçı” (1995), “Bizi yaşadan tarix” (2001), “Öpdüm Arazı” (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir. Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini fars dilinə çevirmişdir. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır. Onun baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində “Mişov dağı” adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.
Aqşin Babayev
Aqşin Əlisəttar oğlu Babayev (23 noyabr 1936, Bakı – 10 iyun 2020, Bakı) — Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri, Azərbaycan SSR əməkdar jurnalisti (1987). == Həyatı == Aqshin Babayev 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Tahir Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.
Aqşin Bağırov
Aqşin Bağırov (Bağırov Aqşin Böyükağa oğlu; d. 6 iyun, 1953. Bakı, Azərbaycan SSR, SSRİ ) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. 1 nömrəli Moskva ortopediya və travmatologiya klinikasının rəhbəri. == Həyatı == Bağırov Aqşin Böyükağa oğlu 1953-cü il iyunun 6-da Bakı şəhərində doğulub. 1970-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunub. 1976-1977-ci illərdə Zabaykalye dəmir yolunun Beloqorsk bölmə xəstəxanasında internatura keçib. 1978-1980-ci illərdə Sumqayıt şəhərində təcili tibbi yardım xəstəxanasında travmatoloq- həkim vəzifəsində çalışıb. 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təyinat alıb. A.Bağırov 1982-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutuna (MTOİ) göndərilib.
Aqşin Fateh
Aqşin Fateh (23 oktyabr 1978, Tbilisi) — azərbaycanlı meyxanaçı. == Həyatı == Aqşin Səyyad oğlu Hacıyev 23 oktyabr 1978-cu ildə Tbilisi şəhəri Borçalı mahalında anadan olmuşdur. 1984-cü ildə Bakı şəhəri 63 nömrəli tam orta məktəbə gedib. 2 qızı, 2 oğlu var.
Aqşin Kazımzadə
Aqşin Zəki oğlu Kazımzadə (17 dekabr 1937, Bakı – 10 iyun 2011, Bakı) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Aqşin Kazımzadə 17 dekabr 1937-ci ildə texnika elmləri doktoru, professor Zəki Kazımzadənin ailəsində anadan olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda (indiki Dövlət Neft Akademiyası) təhsil alarkən jurnalistikaya ilk qədəmlərini "Molodyoj Azerbaydjana" qəzetində qoyub. "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. 2011-ci il 10 iyun tarixində 74 yaşında dünyasını dəyişib. == Fəaliyyəti == O həmçinin "Fizkulturnik Azerbaydjana" (indi "İdman") və "Panorama" qəzetlərinə rəhbərlik edib, "Bakinski raboçi", "Gü­nay", "Bizim əsr", "Zerkalo", "Vışka", "Kaspi" və digər rusdilli nəşrlərdə çalışıb. "Sovetski sport" qəzetinin müxbiri olub. Xü­susi müxbir kimi futbol üzrə bir neçə dünya və Avropa çempionatında - İngiltərədə (1966-cı il), Meksikada (1970-ci il), Argentinada (1978-ci il), İspaniyada (1982-ci il) və Fransada (1984-cü il) olub. 5 olimpiya oyunlarında da olub. 90-cı illərin əvvəllərində "İdman" qəzetinin baş redaktoru vəzifəsindən gedən Aqşin Kazımzadə yeni yaradılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq etdi.
Aqşin Mehdiyev
Mehdiyev Aqşin Şəfaət oğlu (28 aprel 1949, Bakı) — Azərbaycanın Avropa Şurasında keçmiş daimi nümayəndəsi- Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında keçmiş Daimi Nümayəndəsi, Azərbaycanın Kuba, Venesuela, Yamayka və Nikaraquada Fövqəladə və Səlahiyyətli səfiri, İslam Əməkdaşlıq Təşkilatının Avropa İtiifaqı yanında keçmiş müşahidəçisi, İslam Əməkdaşlıq Təşkilatının Birləşmiş Millətlər Təşkilatı yanında daimi müşahidəçisi və İƏT-ın Nyu York bürosunun Baş Direktoru. == Həyatı == Mehdiyev Aqşin Şəfaət oğlu 1949-cu ilin 28 aprel tarixində Bakı şəhərində görkəmli alim-qeoloq, Azərbaycanda neft elminin təsisçilərindən olan akademik Şəfaət Mehdiyevin ailəsində anadan olub. Evlidir, 3 övladı və 5 nəvəsi var. Aqşin Mehdiyev Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini şərqşünas və ərəb dili tərcüməçisi və filoloqu mütəxəssisi kimi bitirib. 1960–1970 illərdə Qahirə Universitetində oxuyub. 1985–1987 illərdə Moskvada SSRİ XİN-in Diplomatik Akademiyasında təhsil alıb və orada beynəlxalq əlaqərin tarixinə aid elmlər namizədliyi dissertasiyasını müdafiə edib. == Diplomatik fəaliyyəti == Aqşin Mehdiyev diplomatik fəaliyyətinə 1975-ci ildə başlayıb. 1971–1975 illər ərzində Misir Ərəb Respublikasında (MƏR) əvvəlcə Helwan metallurgiya kompleksində tərcüməçi, daha sonra MƏR-də SSRİ Səfirliyin iqtisadi məsələlər üzrə müşavirin köməkçisi vəzifəsində işləyib. 1975–1977 illərdə Azərbaycan SSR-nin XİN-də II Katib, I Katib, İnformasiya və Nəşriyyət Şöbəsinin rəisi vəzifələrində işləyib.
Aqşin Məhərrəmov
Aqşin Ramiz oğlu Məhərrəmov (1982, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri. == Həyatı == Aqşin Məhərrəmov 1982-ci ildə Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Aqşin Məhərrəmov 17 avqust 2020-ci ildə general-mayor rütbəsi alıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə "Zəfər" ordeni, 24 dekabr "Cəbrayılın azad olunmasına görə" medalı, 25 dekabrda isə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Aqşin Novruzov
Novruzov Aqşin Şahin oğlu (15 avqust 1998, Bakı – 13 oktyabr 2020, Kəlbəcər rayonu )Aqşin Novruzov Texniki Humanitar liseyin şagirdi idi .Vəfatından sonra həmin liseyə Aqşin Novruzovun adı verilmişdir. Aqşin Novruzov Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümdən sonra 3 medal tərtif edilib. == Həyatı == Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb. 2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Aqşin Quliyev
Aqşin Quliyev (kiçik gizir)
Aqşin Quluzadə
Aqşin İlham oğlu Quluzadə (31 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu. == Klub karyerası == === Keşlə FK === Quluzadə Keşlə FK akademiyası vasitəsilə inkişaf etmişdir.2006-cı idən İnter PİK də oynamağa başlamışdır. Quluzadə əsas komanda ilə debütünü 4 may 2016-cı ildə etmişdir. O, Qarabağ FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Kuboku görüşündə Qarabağa 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistiklkası == === Klub === 16 Yanvar 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Aqşin Qədirzadə
Aqşin Elman oğlu Qədirzadə (10 mart 1999, Seyidqışlaq, Qəbələ rayonu – 18 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Qədirzadə 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub. 2005-ci ildə Seyidqışlaq kənd məktəbində 1-ci sinifə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra 2016-cı ildə çilingər peşəsinə yiyələnmək üçün Qəbələ rayonu Peşə məktəbinə getmişdir. 2017-ci ildə peşə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. == Hərbi xidməti == Aqşin Qədirzadə 2017–2018-ci illərdə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra kənddə bir neçə ay işlədikdən sonra yenidən Ordu Sıralarında xidmət üçün 15 may 2019-cu ildə kursa başlayıb, 12 iyul 2019-cu ildə həmin kursu moto atıcı manqa komandiri vəzifəsi ilə bitirmişdir. Şəmkirin Seyfəli kəndində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Tovuz döyüşləri zamanı da döyüşlərdə iştirak etmişdir.
Aqşin Vəlixanov
Aqşin Məmmədəli oğlu Vəlixanov (28 may 1936, Bakı – 21 iyul 1998, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Aqşin Məmmədəli oğlu Vəlixanovun soyadı əksər proqramlarda "Vəlixanlı" kimi yazılıb. 1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub. 21 mart 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti adı ilə təltif edilib.
Aqşin Xəlilov
Aqşin Ariz oğlu Xəlilov (16 iyun 1978, Dəvəçi) — azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006). == Həyatı və fəaliyyəti == Aqşin Ariz oğlu Xəlilov 1978-ci il iyun ayının 16-da Şabran rayonunda anadan olmuşdur. 1985-1995-ci illərdə Bakı şəhəri 246 nömrəli məktəbdə təhsil almışdır. 1995-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutuda, "Əmtəə bazarında kommersiya fəaliyyəti" ixtisası üzrə ali təhsil almış və 1999-cu ildə məzun olmuşdur. 1999—2000-ci illərdə Ordu İdman Klubunda həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali İdarəçilik Akademiyasında ikinci ali təhsilini almağa başlamış, 2013-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Erkən yaşlarından karate-do idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur. Dəfələrlə karate-do üzrə Azərbaycan çempionu, 2003-cü ildə şotokan karate-do üzrə Avropa çempionu, 2006-cı ildə isə kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu olmuşdur. Azərbaycan Respublikasının idman ustasıdır. 2008-2013 cü illərdə Qəbələ İdman Klubunda lisenziyalaşdırma məsələləri üzrə baş menecer vəzifəsində çalışmışdır.
Aqşin Yenisey
Aqşin Yenisey (1978, Cəlilabad) — Azərbaycanlı yazıçı, şair, publisist.[mənbə göstərin] == Həyatı == Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub. Aqşin Yenisey bir müddət siyasətçi Bədrəddin Quliyevin rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının üzvü olmuşdur. == Ailəsi == Şair Aqşin Yenisey yazıçı Aysel Əlizadə ilə ailəli olub, bir qızı var.Şairin ikinci həyat yoldaşı Turana Rəsulovadır. 2014-cü ilin əvvəlindən Turana Rəsulova Almaniyaya köçüb orada yaşayır və aprel ayında oğlu Almaniyada doğulub. Bununla da Aqşin Yenisey ikinci dəfə oğul atası olub. == Yaradıcılığı == Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.
Aqşin İbadov
Aqşin Nazim oğlu İbadov (24 avqust 1984, Boladı, Lənkəran rayonu – 19 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin İbadov 1984-cü il avqustun 24-də Lənkəran rayonunun Boladı kəndində anadan olub. 2001–2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "kəşfiyyatçı" ixtisasında təhsil alıb. Ailəli idi. Zeynəb adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin İbadov 2005-ci ildə "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. Ağstafa rayonunda, Mingəçevir şəhərində, Murovdağda, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib. Azərbaycan Ordusunun mayoru olan Aqşin İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin İbadov oktyabrın 19-da Zəngilanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.
Aqşin Əlizadə
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978). == Həyatı == Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır. == Fəaliyyəti == Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır. Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
Aqşin Abdullayev (hərbçi)
Aqşin İsmayıl oğlu Abdullayev (1 oktyabr 1982, Kiş, Şəki rayonu – 25 fevral 2017, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub, "Şücaətə görə" medalına layiq görülmüş ilk hərbçi. == Həyatı == Aqşin Abdullayev 1982-ci il 1 oktyabrda Şəki rayonunun Kiş kəndində anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbinə 1-ci sinfə daxil olmuşdur. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2003-cü ildə Ali Məktəbi qurtarmış və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil almışdır. Aqşin 2004-cü ildə ailə həyatı qurmuşdur. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var. == Hərbi xidməti == Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini almışdır. 2004-2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərmişdir.
Aqşin Abdullayev (müğənni)
Aqşin Akif oğlu Abdullayev (2 avqust 1985, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyat və fəaliyyəti == Aqşin Abdullayev 2 avqust 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı orta məktəbə daxil olmuşdur. 2003-cü ildə həmin məktəbi bitirmişdir. Həmin il yüksək nəticələr ilə Bakı Musiqi Akademiyasının "Solo oxuma", Kalssika fakültəsinə daxil olmuş, 2007-ci ildə akademiyanı fərqlənmə ilə bitirmişdir. 2007-ci ildən "ÜNS" yaradıcılıq sahəsinin solistidir. "ÜNS" yaradıcılıq səhnəsinin ilk tamaşası olan "Bakı" tamaşasında baş rol ifa etmişdir. 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının artistidir. === Ailəsi === Ailəlidir. İki övladı var.
Aqşin Babayev (idmançı)
Aqşin Alim oğlu Babayev (17 aprel 1986, Salyan, Salyan rayonu) — Azərbaycanlı peşəkar MMA döyüşçüsü, 6 qat Azərbaycan çempionu, 3 qat dünya çempionu, 2 qat avropa çempionu, asiya çempionu, GRAPPLING növü üzrə 3 qat Azərbaycan çempionu, dünya 3-cüsü, əməkdar idman ustası, MMA baş məşqçisi. MMA Record 22–7-0 == Həyatı == Aqşin Babayev 17 aprel 1986-cı ildə Salyan rayonunda anadan olmuşdur. == Idman Kariyerası == İlk məşğul olduğu idman növü güləş olub. 2001-ci ildə Moskvaya getmişdir. Moskvada döyüş sambosu üzrə çempion olmuşdur. 2006-cı ildə Respublika çempionu olmuşdur. Gürcüstanda 2006-cı ildə peşəkarlar arası döyüşdə 1-ci olmuşdur. Qazaxıstanda 2007-ci ildə 3 döyüş keçirmiş və 1-ci olmuşdur. Samara şəhərində 3 döyüş keçirmiş, qalib olmuşdur. 2007-ci ildə hərbi xidmətə gedib.
Aqşin Quliyev (gizir)
Aqşin Mehdi oğlu Quliyev (9 iyun 1992, Goranboy – 30 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Quliyev 1992-ci il iyunun 9-da Goranboy şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqşin Quliyev (kiçik gizir)
Aqşin Dilavər oğlu Quliyev (12 dekabr 1996, Çiçəkli, Sabirabad rayonu – 16 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Quliyev 1996-cı il dekabrın 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 2002-2013-cü illərdə Ə. Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Sabirabad rayonunun Çiçəkli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqşin Ənvərli
Aqşin Ənvərli (10 oktyabr 1994, Qəbələ – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi. == Hərbi xidməti == Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb.
Aqşin Əlizadə (film, 2011)
Aqşin Əlizadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2011-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadə haqqındadır. == Məzmun == Film Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadədən bəhs edir.

Значение слова в других словарях

бро́кер бронзове́ть зазна́ться перегороди́ться повёртывать растре́скивание РПЦ семидне́вка се́янка дои́скиваться обве́ситься перелечи́ться сгрыза́ть ссоса́ть энциклопеди́чность cosmography ironmongery New Stone Age omphalos phonetics solver thermophysical незамужняя перепачкаться сударыня