ARQUN

təmiz, təmizlənmiş, seçilmiş; çoxlu; qaçağan at.
ARİZƏ
ARMAĞAN
OBASTAN VİKİ
Arqun
Arqun (çay, Asiya)
Arqun (Marağa)
Arqun (fars. ارگون‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (27 ailə).
Arqun (çay)
Arqun (çeçen. Чӏаьнтий-Орг, gürc. არღუნი) - Şimali Qafqazda Gürcüstan və Rusiya ərazisindən axan çaydır. Sunja çayının sağ qoludur (Terek hövzəsi). == Coğrafiya == Arqun çayının uzunluğu 148 km, hövzəsinin sahəsi isə 3390 km²-dir. Çayın Orta yamacı 17,63 m / km təşkil edir. Su axınının orta sürəti 45,6 m³ / s-dir. Arqun çayının qidalanma mənbələri müxtəlifdir. Arqun üzərində davamlı donma müşahidə olunmur. Arqun çayı, Böyük Qafqaz dağ silsiləsinin şimal yamacındakı buzlaqlardan başlayır.
Arqun (şəhər)
Arqun (rus. Аргу́н,çeçen. Орг, gürcü. არღუნი - arghuni) - Rusiya Federasiyasının Çeçenistan Respublikasındakı şəhər. Respublika əhəmiyyətli şəhər olub, inzibati mərkəz və şəhər rayonunun yeganə yaşayış yeridir. == Coğrafiya == Şəhər Çeçen dağətəyi düzənliyində, Arqun çayının hər iki sahilində (Sunja çayının sağ qolu), Qroznıdan 10 km cənub-şərqdə yerləşir. Qərbdən və şimaldan Qroznı bölgəsi, şərqdə Qudermes bölgəsi və cənubdan Şali bölgəsi ilə həmsərhəddir. Şəhər şərti olaraq mərkəzi küçə - Əhməd-Hacı Kadırov olan kənd və qəsəbəyə bölünür. == İqlimi == Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir.
Arqun ağa
Arqun ağa (1210 – 17 iyun 1275) — Monqolların ilk dövründə Azərbaycanın canişini. == Həyatı == 1252-ci ildə ulu xan Məngu qağanın (1251-1259) Azərbaycandakı canişini Oyrot ulusundan Arqun ağa idi. Arqun ağa Hülaku xanın (1256-1265) hakimiyyəti dönəmində yüksək vəzifə tutmuşdu. Abaqa xanın (1265-1282) dövründə baş vəzir vəzifəsinə ucalmışdı. Arqun ağa 17 iyun 1275-ci ildə vəfat еdib. == Arqun ağa və Xaçın knyazı Həsən Cəlal == Orta əsr tarixçilərinin verdiyi məlumata görə Xaçın knyazı Həsən Cəlal Sartak ilə birlikdə Məngu xanın (1251-1259) yanında olarkən Azərbaycan canişini Arqun ağadan ona şikayət etmişdi Məngu xan isə onun təhlükəsizliyini təmin etmək üçün Həsənə xüsusi vəkalətnamə vermişdi. Bunu eşidən Arqun ağa Həsən Cəlal vətənə qayıdan kimi, bəhanə ilə onun bir neçə qohumunu əsir tutdu. Bu zamaı Həsənin qızı Rzukan atasını azad etmək üçün bir dəstə atlı ilə gecə ikən Monqolustana Məngu xanın yanına yola düşür. Bundan xəbər tutan Arqun ağa Həsənin qızı Məngu xanın yanına çatmamış, Həsənin haqqında ölüm hökmü çıxarır. Salnaməçilərin yazdığına görə Arqun ağa Həsənin boynuna qəlib, ayağına isə dəmir qandal vüraraq Qəzvinə aparır və orada onu gecə ikən bütün oynaçaqlarından doğratdıraraq böyük əzabla öldürdür.
Arqun dərəsi
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri. == Coğrafiyası == Çeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş. Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur. XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş.
Arqun xan
Arqun xan (1258, Monqolustan – 10 mart 1291 və ya 7 mart 1291, Arran) — Hülakülər sülaləsindən dördüncü elxan, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu. Atası kimi inanclı buddist olsa da, xristianpərəst olmuşdur. O, Avropaya bir neçə də elçilər göndərmiş və Müqəddəs Torpaqlardakı müsəlman hakimiyyətinə qarşı Franko-Monqol ittifaqı təşkil etməyə çalışmışdır. O, arvadı Buluğan Xatun öldükdən sonra Xubilay xandan eyni tayfadan olmaqla yeni bir arvad göndərməsini istəmiş, buna cavab olaraq da, Xubilay xan Kököçini Marko Polonun müşayiəti ilə göndərmişdir. Çinin cənubundan yola çıxan Kököçin Sumatra adasına, oradan Şri-Lankaya, Hindistana gedərək nəhayət Elxanilər dövlətinə gəlib çatmışdır. Lakin bu zaman Arqun xan artıq vəfat etmişdi. Buna görə də o, Arqunun oğlu Qazan xanla evlənmişdir. == Həyatının erkən dövrü == Bəzi mənbələrə görə 1250, bəzi mənbələrə görə isə 1259-cu ildə Beyləqan yaxınlığında doğulmuşdur. Atası Abaqa xan, anası isə Onqut tayfasından olan Qayıtmış Egeçi olmuşdur. Anasının xristian olması ehtimal edilir.
Arqun (çay, Asiya)
Arqun — Rusiya və Çində çay. Şilka çayı ilə birləşərək Amur çayını əmələ gətirir. Uzunluğu 1620 km-dir.
Arqun Muzey-Qoruğu
Arqun Muzey-Qoruğu — Çeçenistanın cənubunda Arqun çayı yaxınlığında muzey-qoruq. Vedeno təbiət qoruğunun ərazisində yerləşir. Qoruğun tərkibinə Şaroiski, Ximoy və Xoy Tarixi-Memarlıq Kompleksləri daxildir. == Tarixi == Arqun Muzey-Qoruğu RSFSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli qərarı ilə yaradılmışdır.Muzey-Qoruğa Arqun dərəsinin tarixi və təbiət abidələri daxildir.Rusiya Federasiyası Prezidentinin 20 fevral 1995-ci il tarixli fərmanı ilə Arqun Muzey-Qoruğu federal (ümumrusiya) əhəmiyyətli tarixi-mədəni irs obyektləri siyahısına daxil edilmişdir. Muzey-qoruq yaradılan dövrdən başlayaraq çox böyük işlər görülüb. Ərazinin tədqiqi üçün elmi ekspedisiyalar, arxeoloji qazıntılar, bərpa və konservasiya işləri aparılmışdır. “Nax xalqlarının mənşəyi problemləri” mövzusunda Ümumrusiya elmi konfransı, “Noxçiçöh” folklor-etnoqrafik bayramı və digər tədbirlər keçirilmişdir. 2002-ci ildə Moskvada memarlıq abidələrinin fotosərgisi, 2003-cü ildə isə dağlıq Çeçenistanın təbiəti, maddi mədəniyyət abidələri haqqında çəkilmiş "Göyə qalxan qüllələr" sənədli filmi nümayiş etdirilmişdir. 2004-cü ildə təkcə respublikada deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş oxucu kütləsi tərəfindən böyük tələbat olan “Əbədiyyət kölgələri” kitabı işıq üzü gördü. Muzey-qoruq ərazisində at və piyada turist marşrutları açılmış və Birinci Çeçenistan müharibəsi başlamazdan əvvəl də fəaliyyət göstərmişdir.
Arqun ağa Oyrot
Arqun ağa (1210 – 17 iyun 1275) — Monqolların ilk dövründə Azərbaycanın canişini. == Həyatı == 1252-ci ildə ulu xan Məngu qağanın (1251-1259) Azərbaycandakı canişini Oyrot ulusundan Arqun ağa idi. Arqun ağa Hülaku xanın (1256-1265) hakimiyyəti dönəmində yüksək vəzifə tutmuşdu. Abaqa xanın (1265-1282) dövründə baş vəzir vəzifəsinə ucalmışdı. Arqun ağa 17 iyun 1275-ci ildə vəfat еdib. == Arqun ağa və Xaçın knyazı Həsən Cəlal == Orta əsr tarixçilərinin verdiyi məlumata görə Xaçın knyazı Həsən Cəlal Sartak ilə birlikdə Məngu xanın (1251-1259) yanında olarkən Azərbaycan canişini Arqun ağadan ona şikayət etmişdi Məngu xan isə onun təhlükəsizliyini təmin etmək üçün Həsənə xüsusi vəkalətnamə vermişdi. Bunu eşidən Arqun ağa Həsən Cəlal vətənə qayıdan kimi, bəhanə ilə onun bir neçə qohumunu əsir tutdu. Bu zamaı Həsənin qızı Rzukan atasını azad etmək üçün bir dəstə atlı ilə gecə ikən Monqolustana Məngu xanın yanına yola düşür. Bundan xəbər tutan Arqun ağa Həsənin qızı Məngu xanın yanına çatmamış, Həsənin haqqında ölüm hökmü çıxarır. Salnaməçilərin yazdığına görə Arqun ağa Həsənin boynuna qəlib, ayağına isə dəmir qandal vüraraq Qəzvinə aparır və orada onu gecə ikən bütün oynaçaqlarından doğratdıraraq böyük əzabla öldürdür.
Cəmaləddin Arqun Ay Aba
[mənbə göstərin] Cəmaləddin Ay Aba əs-Sumayrami - səlcuqlu əmiri, vali == Həyatı == Cəmaləddin Ay Aba əs-Sumayrami Səlcuqlu sultanlarına xidmət etmişdi. Eldənizli hakimi Əbubəkrin yaxın adamlarından sayılırdı. Sonra Özbəyin qulluğunda idi. Bir müddət Həmədan əyalətinin valisi olmuşdu.
Arqunovlar
Arqunovlar — Rusiya xalqının tanınmış soylarından biri,rus rəssam və memarları ailəsi; qraf Şeremetyevlərin təhkimli kəndliləri. == Soyun yaranması == == Soyun məşhur nümayəndələri == ) İvan Petroviç (1723 və 1728 illər arasında, Moskva – 27.3.1802, Moskva) – portretçi rəssam. “Rus geyimində naməlum kəndli qadın” (1784), memar M.N.Vetoşnikov (1787) və onun arvadının (1786) portretlərini (hər üçü Tretyakov qalereyasındadır) və s. əsərləri yaratmışdır; ) Fyodor Semyonoviç (dekabrın sonları, 1732, S.-Peterburq – təqr. 1768, orada) – memar. İvan Petroviçin əmisi oьlu. S.Peterburqda, ehtimal ki, memar S.İ. Çevakinski ilə işləmişdir (Fontankada Şeremetevlərin evi, 1750–55). Şeremetevlərin Moskva yaxınlıьındakı Kuskovo malikanəsində bir sıra tikililərin: mətbəx fligeli (1755), “Qrot” köşkü (1755–75) və s. müəllifidir; ) Pavel İvanoviç (təqr. 1768, S.-Peterburq – 1806, orada) – memar.
бинокуля́рность брусо́чный диско́нт обеспа́мятовать обжо́рливость покоря́юще распатро́ниваться седа́лище ума́щивать форт эскимо́сы армре́стлинг бить рублём взбунтова́ться даоси́ческий па́шенный подгоре́ть прико́нчить сутя́жница cabbage head dismantling mayoral transmew yellowwood клякса