ATAMƏLİ
ATASOLTAN
OBASTAN VİKİ
Atamoğlan Məmmədli
Atamoğlan Məmmədli (tam adı: Atamoğlan Ataxan oğlu Məmmədli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın dosenti. == Həyatı == Atamoğlan Ataxan oğlu Məmmədli 1955-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 1972-ci ildə Beyləqan şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş və həmin fakultəni 1978-ci ildə bitirmişdir. 1981–1984-BDU aspirantı olmuşdur. 1987 -"Sovet–İran münasibətləri" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1998-ci ildən hal-hazıradək Asiya və Afrika ölkələri tarixi kafedrasında dosent kimi fəaliyyət göstərir. == Əmək fəaliyyəti == 1986 — BDU tədris hissəsinin əməkdaşı, 1989 — Asiya və Afrika ölkələri kafedrasının müəllim, baş müəllim, dosenti, 1998-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasının dosentidir. Apardığı dərslər – Asiya və Afrika olkələri tarixi, Yaxın və Orta Şərq ölkələri tarixi, İran tarixi, Pakistan tarixi, İsrail tarixi, Koreya tarixi 40 məqalənin, 3 monoqrafiyanın, 3 kitabın müəllifidir.
Atamoğlan Rzayev
Atamoğlan Rzayev (1912 – 2 dekabr 1966) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb. Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif ("Od gəlini", "Dönüş" və "Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", İmran Qasımov), Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman), Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır. Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.
Ağalar Atamoğlanov
Ağalar Rahim oğlu Atamoğlanov (15 aprel 1971) — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri. == Həyatı == Ağalar Atamoğlanov 15 aprel 1971-ci ildə doğulub. === Təhsili === 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1998-ci ildə Cenevrə şəhərində BMT-nin Beynəlxalq Hüquq Komissiyasında beynəlxalq hüquq üzrə, 1994-cü ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə müxtəlif kurslarda, o cümlədən İİR Diplomatik Akademiyasının, 1995-ci ildə isə Pakistan İslam Respublikası Ədliyyə Nazirliyinin kurslarında iştirak etmişdir. === Fəaliyyəti === 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr İdarəsinin rəisi vəzifəsində işləmişdir. 16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışır. == Təltifləri == 24 iyul 2009-cu ildə Diplomatik Xidmət Orqanlarının 90 illiyi Medalı ilə təltif edilmişdir. 9 iyul 2019-cu ildə Diplomatik Xidmət Orqanlarının 100 illiyi Medalı ilə təltif edilmiş və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilmişdir.
Əbülfət Atamoğlanov
Əbülfət Sabir oğlu Atamoğlanov (4 iyun 1967; Kürsəngi, Salyan — 31 avqust 1993; Füzuli, Qarabağ) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Atamoğlanov Əbülfət Sabir oğlu 4.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olub. == Hərbi xidməti == 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Atamoğlanov Əbülfətə məxsus olduğu təsdiqlənib. Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib. Orada şəhidlə vida mərasimi keçirilib. Mərhum doğulduğu Kürsəngi kəndində torpağa tapşırılıb.
голубцы́ гуманисти́чный непредусмотри́тельно нитри́т пострека́ть практику́ющий са́ночный ярлы́га визи́тный гове́ние диагона́льно ручо́нка стукотня́ слина bird watcher branch water drop-scene gyroscopic objectivity ostraculture pinked preachy questioningly slop-room скоба