ATAŞ

"Ata" və tərkibində "ata" sözü olan mürəkkəb adların əzizləmə forması.
ATASULTAN
ATATÜRK
OBASTAN VİKİ
Asif Ataşov
Asif Kərim oğlu Ataşov (10 aprel 2002, Xırdalan – 1 oktyabr 2020, Dəmirçilər, Tərtər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Ataşov 10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. == Hərbi xidməti == Asif Ataşov 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Asif Ataşov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O 1 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Dəmirçilər kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Şəhidin nəşi Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Ataşəhər
Ataşəhər (türk. Ataşehir) — İstanbul ilinin ilçəsi. İstanbulun şərq yarısında, Kocaeli yarımadasının qərb hissəsində yerləşən ilçənin sahili yoxdur. 2008-ci ildə Kadıköy, Ümraniyyə və Üsküdarın bəzi məhəllələri birləşdirərək ilçə statusu qazandı və İstanbulun 39 ilçəsindən biri oldu. Cənub-qərbdən Kadıköy, qərbdən Üsküdar, şimaldan Ümraniyyə, şərqdən Sancaqtəpə və cənub-şərqdən Maltəpə ilə əhatə olunmuşdur. 2013-cü il siyahıyaalmasına əsasən ilçənin 405.974 əhalisi var və 17 məhəllə var. Qərbi Ataşəhər anlayışı, tikinti şirkətləri Ataşəhərin qərb tərəfindəki torpaqların uyğunluğu səbəbiylə bu bölgədəki mənzil və ofis layihələrini icra edərkən ortaya çıxmışdır. Varyap Meridian və Uphill Court kimi tikililər rayonun qərb hissəsində yerləşir. Həmçinin, 2012-ci ildə tikilmiş Ülkər İdman Arenası da, Qərbi Ataşəhərdə yerləşir. == Tarixçə == Rayon haqqında tarixə düşə biləcək ilk yaşayış yeri XIV əsrdə qurulmuşdur.
Bəyalı Ataşov
Bəyalı Xanalı oğlu Ataşov — Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == 16 iyul 1946 - cı ildə anadan olmuş, 1964 - cü ildə 34 saylı İmişli dəmir yolu orta məktəbi, 1970 - ci ildə D. Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) uçot – iqtisad fakültəsini bitirmişdir. 1970-1974-cü illərdə (hərbi xidmətdə olduğu 1 il istisna olmaqla) yaşadıqları İmişli rayonu Həzi Aslanov ad. kolxozda baş mühasib işləmişdir. 1975–1987–ci illərdə respublikanın Ət və Süd Sənayesi Nazirliyinin qabaqcıl sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışmışdır. 1987 - ci ilin mart ayından hal- hazıra kimi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) sistemində işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı üzrə birlikdə baş direktor, xarici ticarət birliyində baş direktor, maliyyə - iqtisad idarəsində rəis vəzifələrində çalışmışdır. 2011–ci ilin avqust ayından indiyə kimi Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektorudur. Zəngin maliyyə - uçot, istehsalat və təşkilati - idarəetmə təcrübəsinə malik olan, gənc yaşlarından elmi axtarışlara böyük maraq göstərən praktik - tədqiqatçı B. X. Ataşov 1989 - cu ildə “Ət-süd altkompleksinin inkişafı və onun iqtisadi səmərəsinin yüksəldsilməsi (Azərbaycan SSR materialları əsasında)” mövzusunda namizədlik, 2002 - ci ildə isə “Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati - idarəetmə problemləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). == Həyatı == Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
антими́р некульту́рность непреме́нный одобря́ться перека́пчиваться слабохара́ктерность смолоку́рня трапецеви́дно урю́ковый щипцы́ инструмента́льная обезно́жеть сёрфингистка пятина сноха спожинки bayou capital ship conscientious gnosis preppy анти- москательный сегодняшний тычок