BAKİ

əbədi, daimi.(bax: Bağı); Bakı şəhərinin adındandır.
BAKIXAN
BAKİXAN
OBASTAN VİKİ
Abdullah Hel Baki
Abdullah Hel Baki (1 avqust 1989) — Banqladeşli atıcı. Abdullah Hel Baki Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdullah Hel Baki birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 621.2 xal toplayaraq 25-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Baki
Baki (türk. Bâkî; 1526[…] və ya 1526, Konstantinopol – 7 aprel 1600[…] və ya 1600, Konstantinopol) — Əsl adı Mahmud Abdülbaki olan Divan ədəbiyyatı şairi. == Həyatı == Baki 1526-cı ildə İstanbulda doğulmuşdur. Atası Əhməd Əfəndi kasıb olduğu üçün balacalığından zəhmətlə məşğul olmuşdur. Oxumağa və öyrənməyə olan həvəsi onu elmə gətirdi. Dövrünün alimlərindən Qaramanlı Əhməd və Mehmet əfəndilərdən dərs almışdır. Şeyxülislam olmaq arzusu həyata keçməmiş 1600-cü ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991.
Məşədi Əyyub Baki
Sadıqov Məşədi Əyyub Hacı Sadıq oğlu (Məşədi Əyyub Baki) — Azərbaycan şairi. == Həyatı == Məşədi Əyyub Baki 1866-cı ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Bir müddət Şiraz şəhərində yaşamışdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firudin bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Qardaşı Məşədi Nəsir Lövhi də şair idi. Məşədi Əyyub Baki 1900-cü ildə vəfat edib.Məşədi Əyyub Balış xanım Mehdi bəy qızı Vəzirova ilə həyat qurmuşdu.
Bakinets (qəzet)
Bakinets — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda rus dilində nəşr edilmiş həftəlik ictimai, siyasi və ədəbi qəzet. Qəzetin birinci nömrəsi 3 sentyabr 1907-ci il tarixində, sonuncu nömrəsi isə 26 aprel 1920-ci il tarixində çıxmışdır. 1918-ci ildə Bakı şəhərində baş vermiş Mart soyqırımından sonra bolşeviklər "Baku", "Kaspi", "Naş qolos" və digər qəzet və jurnallarla birlikdə "Bakinets" qəzetini də bağlamışdılar. == Ədəbiyyat == Bakinets // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: [2 cilddə] / baş red. Y. M. Mahmudov. — Bakı: “Lider” nəşriyyat, 2004. — I cild. — Səhifələrin sayı: 440. — Səh.: 265. — ISBN 9952-417-14-2.
Bakinets qəzeti

Bakinski izvestiya (qəzet)
"Bakinskiye izvestiya" (rus. Бакинские известия) — Bakıda rus dilində çap olunmuş ikinci qəzet. == Taricxi == 1876-cı ildə Bakıda "Bakinskiye izvestiya" adlı ikinci rusdilli qəzet nəşrə başladı. Bu qəzet Quberniya İdarəsinin rəsmi orqanı idi və general – qubernator D. S. Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu. İlk əvvəllər müxtəlif vaxtlarda qəzetin redaktorları Stepan Qulişambarov, O de Monfor, V. Kumin, V. Abramoviç, V. Neruçev və s olmuşdur. Qubernatorun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. О, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. Staroselski 1875-ci ildə "Əkinçi (qəzet)" qəzetinin nəşrinə də kömək etmişdi. Həsən bəy Zərdabi də "Bakinskiye izvestiya" ilə əməkdaşlıq etmişdir. 1879-cu ildən "Bakinski izvestiya" Rus Texniki Cəmiyyətinin Bakı filialının nəzdinə keçir.
Bakinski komsomolets
"Bakinski komsomolets" (azərb-kiril. Бакински комсомолетс, rus. Бакински комсомолец; mənası – Bakı komsomolçusu) — Azərbaycan SSR-də kütləvi komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və Bakı Komsomolunun orqanı. == Tarixi == Qəzetin ilk nömrəsi 1932-ci ilin iyununda çıxmış, nəşri 1936-cı ilin sonuna kimi davam etmişdir. 1937-ci ilin yanvarından cıxan "Molodoy raboçi" onu əvəz etmişdir. "Bakinski komsomolets" Azərbaycan SSR komsomolçu və gənclərinin sənayenin yüksəlişi uğrunda mübarizəsi, gənc Bakı neftçiləri ilə Donbas paxtacıları arasında sosializm yarışının genişlənməsi, gənclərin kommunist tərbiyəsi, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinə böyük diqqət yetirmişdir. ÜİLKGİ MK, XİLKGİ Zaqafqaziya Ölkə Komitəsi, ALKGİ MK və BK-nın ən mühüm qərar və qətnamələrini dərc etmişdir. Qəzetin nəzdində gənc yazıcı və şairlərin ədəbi yaradıcılıq dərnəyi təşkil olunmuşdu. "Bakinski komsomolets" rus ədəbiyyatının klassikləri haqqında müntəzəm məqalələr verirdi.
Bakinski listok (qəzet)
"Bakinskiy listok" (qəzet) — Bakıda rus dilində çap olunmuş ilk qəzet. == Qəzet haqqında məlumat == Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. Qəzetin baş redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. 1870-ci il dekabr ayının 3-də qəzetin nəşrinə rəsmi icazə verildi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (6-da) çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir. Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi mətbəəsində çap olunurdu. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. == Xristian Sink == Xristian Sink Bakı qubernatoru, general-leytenant Kalyubaykinə 1870-ci il 25 fevral tarixli ərizəsində öz məqsəd və məramını belə izah edir: Xristian Sink azərbaycanlıların maariflənməsinə kömək etməyi də özünün vicdani borcu sayırdı.
Bakinski proletari
"Bakinski proletari" (az.-əbcəd باکینسکی پرولئتاری‎, rus. Бакински пролетари; mənası – Bakı proletarları) — Çar Rusiyası dövründə Azərbaycanda gizli fəaliyyət göstərmiş bolşevik qəzeti, RSDFP Bakı təşkilatının orqanı. == Tarixi == Qəzetin ilk nəmrəsi 20 iyun 1907 ildə Bakıda çıxmışdır. Birinci nömrəsi RSDFP Bakı təşkilatı Balaxanı rayonunun, ikinci nömrəsi Balaxanı və Qara Şəhər rayonlarının orqanı kimi çıxmışdır. Qəzet marksizm–leninizm nəzəriyyəsini təbliğ etmiş, proletariatın sinfi mübarizəsində partiyanın avanqard rolunu təmin etmək uğrunda ardıcıl, menşeviklərə qarşı fəal mübarizə aparmış, Vladimir Leninlə, "Proletari" və "Sosial-demokrat" qəzetlərinin redaksiyaları ilə əlaqə saxlamışdır. Yerli partiya orqanlarının möhkəmləndirilməsi sahəsində aparılan işlərə xüsusi diqqət yetirilirdi. Nəşri sonuncu – 7-ci nəşrindən sonra, 29 avqust 1909-cu ildə mətbəənin dağıdılması təhlükəsi ilə əlaqədar dayandırılmışdır.
Bakinski raboçi (gəmi)
"Bakinski raboçi" (azərb-kiril. Бакински рабочи; əvvəlki adı "Ukrayna", azərb-kiril. Украјна) — Qırmızıbayraqlı Xəzər Donanmasının kanoner qayığı. 1907-ci ildə Baltik donanmasına daxil olmuş, 1918-ci ildə Baltik donanmasının buz səfərində iştirak etmişdir. 1919-cu ilin sentyabrında Vladimir Leninin gəstərişi ilə Həştərxana, 1920-ci ilin iyulunda isə Bakıya gəlmişdir. Gəmi sentyabrda XI Qızıl Ordunun 28-ci atıcı diviziyası ilə birlikdə Lənkəran qəzasında üsyançıların məğlub edilməsində iştirak etmişdir. 1921-ci ildə "Bakinski raboçi" adlandırılmışdır. "Bakinski raboçi" 1941–1944 illərdə Xəzərdə müxtəlif hərbi tapşırıqları yerinə yetirir, hərbi sursat, xalq təsərrüfatı malları və s. daşıyırdı.
Bakinski raboçi (qəzet)
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — RSDFP Bakı Komitəsinin orqanı, bolşevik qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. == Yarandığı tarix == "Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917-1918-ci illərdə rus dilində nəşr olunmuşdur. Redaksiya heyətinə A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan daxil idilər. Birinci nömrəsi 1906-cı il mayın əvvəllərində Bakıda gizli çıxmış və ilk nömrədən sonra nəşri dayandırılmışdı. Qəzetin ilk nömrəsinin hazırlanmasında M.İ.Batırev, V.P.Noqin, V.F.Yefimov, B.A.Radus-Zenkoviç, S.D.Vulfson, A.A.Caparizde və başqa şəxslər iştirak etmişlər. Müxtəlif vaxtlarda N.Nərimanov, S.M.Kirov, Q.K.Orconikidze, S.M.Yafyandiyev, A.P.Serebrovski, R.Ə.Axundov, Q.M.Musabəyov və başqaları bu qəzetin səhifələrində çıxış etmişlər. == Fəaliyyətinin əsas məqsədi == 1908-ci ilin sentyabrından neft sənayesi fəhlələrinin ictimai-peşə qəzeti kimi nəşr olunmağa başlasa da, əslində, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin orqanı idi.
Bakinskiy roman (mahnı)
Bakinskiy roman (Бакинский роман) — azərbaycanlı müğənni Qismət Məmmədzadə tərəfindən ifa olunmuş mahnı.
Bakinskiye izvestiya (qəzet)
"Bakinskiye izvestiya" (rus. Бакинские известия) — Bakıda rus dilində çap olunmuş ikinci qəzet. == Taricxi == 1876-cı ildə Bakıda "Bakinskiye izvestiya" adlı ikinci rusdilli qəzet nəşrə başladı. Bu qəzet Quberniya İdarəsinin rəsmi orqanı idi və general – qubernator D. S. Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu. İlk əvvəllər müxtəlif vaxtlarda qəzetin redaktorları Stepan Qulişambarov, O de Monfor, V. Kumin, V. Abramoviç, V. Neruçev və s olmuşdur. Qubernatorun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. О, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. Staroselski 1875-ci ildə "Əkinçi (qəzet)" qəzetinin nəşrinə də kömək etmişdi. Həsən bəy Zərdabi də "Bakinskiye izvestiya" ilə əməkdaşlıq etmişdir. 1879-cu ildən "Bakinski izvestiya" Rus Texniki Cəmiyyətinin Bakı filialının nəzdinə keçir.
Bakinskiye qubernskiye vedomosti
"Bakinskiye qubernskiye vedomosti" — Bakıda rus dilində çap olunmuş rəsmi dövlət qəzeti. == Haqqında məlumat == 1894-cü ilin yanvarından "Bakinskiy qubernskiy vedomosti" adlı yeni bir qəzet fəaliyyətə başladı. Qəzet teleqram və elanları оlan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində çap olunurdu. Qəzet 1916-cı ilə qədər çıxmışdır. Bu qəzetdə rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. == Həmçinin bax == Bakinski listok (qəzet) Bakinskiye izvestiya (qəzet) == Ədəbiyyat == "Russkaya periodiçeskaya peçat", Moskva, 1959, səh.731. == Mənbə == N.N.Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973 Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı).
Bakir Abbasov
Abbasov Bakir Sovet oğlu ( 3 mart 1965; Qırılı, Ağstafa rayonu - 21 aprel 1994; Füzuli rayonu, Azərbaycan) - Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbasov Bakir Sovet oğlu 3 mart 1965-ci ildə Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusunun tərkibində Kuxet şəhərində həqiqi hərbi xidmət çəkmişdir. 1993-cü ildə yenidən könüllü olaraq ordu sıralarına qoşularaq, ilk öncə Seyfəli paliqonunda təlim keçmiş sonra isə Füzuli rayonuna yollanmışdır. 1994-cü ilin 21 aprelində Füzuli ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib.
Bakir Məhərrəmov
Bakir İsmayıl oğlu Məhərrəmov (7 may 1960) — neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (2005), "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti (2014–2015). [mənbə göstərin] == Həyatı == Bakir İsmayıl oğlu Məhərrəmov 7 may 1960-cı ildə Gədəbəy rayonunda, Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur.1977-ci ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1978-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nə qəbul olunmuş və əmək fəaliyyətini dayandırmadan axşam şöbəsində təhsil almışdır. 1979–1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi davam etdirərək, 1987-ci ildə universitetin "Geoloji-kəşfiyyat" fakultəsinin "Dağ mühəndisi-hidrogeoloq" ixtisasını bitirmişdir, 1984-cü ildən Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə başlamış, 1984–2006-cı illər ərzində "Geoloji-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi" laboratoriyasında böyük texnik, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1994–1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə taqım komandiri kimi iştirak etmişdir. 2005-ci ildə "Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsi və Şamaxı-Qobustan rayonunun onunla həmsərhəd zolağının geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyasını "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 2006–2011-ci illərdə SOCAR-ın ""Neftqazelmitədqiqatlayihə" İnstitutunun" "Quyuların qazılmasının geoloji əsaslandırılması" laboratoriyasında müdir vəzifəsində, 2011–2014-cü illərdə "Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması" laboratoriyasında müdir müavini vəzifəsində işləmiş, 2014-cü ildə həmin laboratoriyanın müdiri təyin edilmişdir. 2008–2013-cü illərdə "Amerika Neftçi Geoloqları Assosasiyası"nın bölməsi olan "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin vitse-Prezidenti, 2014-2015-ci illərdə isə "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti vəzifəsində çalışmışdır. 2006-cı ildən "Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı"elmi- texniki şura bölməsinin,2014-cü ildən "AzNEFT"İB-də "Axtarış-kəşfiyyat, Neft və qaz Ehtiyatları, Neft və qaz yataqlarının işlənməsi üzrə Daimi fəaliyyət göstərən Komissiya"nın, 2017-ci ildən AMEA-nın "Geologiya və Geofizika İnstitutu"nun Yer elmləri üzrə dissertasiya müdafəsinin elmi seminarının üzvüdür. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul tarixli qərarı ilə dosent elmi adı verilmlşdir. 2017-ci ildə "Neft və qaz sənayesinin inkişafında xüsusi xidətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bakir torpaqlar layihəsi
Bakır torpaqlar layihəsi - Nikita Xruşşovun istəyi ilə 1954-cü ildə başladılan layihədir. == Mahiyyəti == Bu layihənin mahiyyəti Qazaxıstan Sovet Sosialist Repsublikasında və Altay bölgəsində olan heç vaxt əkilməmiş torpaqların təsərrüfata açılmasından ibarətdir. == Həyata keçirilməsi == Proqramın ilk ilində 190.000 km² torpaq və 1955-ci ildə isə 140.000 km²-dan çox torpaq əkin üçün hazır vəziyyətə gətirildi. Torpaqda işləmək üçün lazım olan insanların böyük bir qismi Sovet İttifaqının başqa hissələrindən gətirilirdi. Bu vəzifəni yerinə yetirmək Komsomola tapşırılmışdı. 300.000-dən çox insan,daha çox Ukraynalılar bu torpaqlarda kəndlilər olaraq yaşamağa başladılar. 100 minlərlə hərbçi,tələbə və texnika mütəxəsisləri də onlara qatılacaqdı. Bu torpaqlara kütləvi köçlər nəticəsində Qazaxıstanın bir çox yerində Ukraynalılar Qazaxlardan çox oldular. == İlk məhsul == İlk məhsul 1956-cı ildə heyrətləndirici formada uğur göstərdi. O il Sovet İttifaqında 125 milyon ton buğda yığıldı.
Bakirə Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Bakirə Məryəm kilsəsi (Çanaqçı)
Bakirə Məryəm kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Tarixi == Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Sərkis Calalyants yol qeydlərində yazır ki, kilsədə gözəl tərtib edilmiş inşaat kitabəsi görüb və həmin kitabədə kilsənin Qayane və Ripsime bacıları tərəfindən ter Arakelin köməkliyi ilə inşa edilib.Kilsənin olduğu yerdə qədim dövrlərdən dini və mədəni mərkəzin olması haqqında həm yuxarıda qeyd edilən mənbələr, həm də abidə ətrafında qədim tikililərin xarabalıqları sübut edir; V-VII əsrlərə aid xarakterik kapitellərə, sütun altlıqlarına və ornamentli memarlıq elementlərinə malik bazilika xarabalıqları xüsusi diqqət cəlb edir.Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Memarlıq xüsusiyyətləri == Kilsə Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşir. Vaxtilə qərb tərəfdən abidəni əhatə edən qala divarlarının dövrümüzə yalnız divarlar və qüllələrin xarabalıqları qalmışdır.Kilsənin inşasında kobud yonulmuş yerli daşlardan istifadə olunmuşdur. Planda xaçvari formaya malik olan kilsə 11 metr uzunluöa, 9 metr enə və 7 metr hündürlüyə malikdir.İbadət zalında olan gözəl pilonlar, yükdaşıyan tağlar vasitəsi ilə zalın tağtavanını daşıyır. Kilsənin qərb tərəfində giriş qapısı vardır. Cənub divarında iki, şərq divarında isə üç pəncərə yeri vardır.Kilsənin cənub fasadını bəzəyən 2x1 metr ölçülərə malik üç qədim xaçdaş dövrümüzə ciddi zədələr və dağıntılarla çatmışdır.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Roma-Katolik Kilsəsidir. 2006-cı ildə eyni adı daşıyan yeni kilsə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə nunsi tərəfindən təqdis edilib. Kilsənin adı Müqəddəs Bakirə Məryəm kilsəsidir (rus. Церковь Непорочного Зачатия Пресвятой Девы Марии).
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, pravoslav)
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə

Bakirə Məryəmin doğması
İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır.Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir. Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.Məryəmin bakirə olduğu halda İsa peyğəmbəri dünyaya gətirməsi inancı Xristianlıqla yanaşı, İslamda da qəbul edilmişdir. İslam dini ədəbiyyatında İsa matronimik şəkildə İsa peyğəmbər İslamda İsa bin Məryəm adlandırılır ki, bu da Quran ənənəsindən irəli gəlməkdədir.
Bakirə Məryəmin viladəti

Bakirə mələklərin əhatəsində
"Bakirə mələklərin əhatəsində" (fr. La Vierge aux Anges) — fransız akademik rəssamı Vilyam Buqronun 1898-ci ildə işlədiyi rəsm əsəri. Əsərdə buludların üzərində dayanmış iyirmi bir mələyin əhatəsində öz taxtında ayaq üstə daynaraq qucağında körpə tutmuş Məryəm təsvir edilmişdir. Məryəm ananın qabağında diz çökmüş mələklər əllərində büxurdanlar tutmuşlar.
Bakirə zanbaqlar arasında
"Bakirə zanbaqlar arasında" (fr. La Vierge au lys) — fransız akademik rəssamı Vilyam Buqronun 1899-cu ildə işlədiyi rəsm əsəri. Əsərdə zanbaqlar arasında öz taxtında əyləşmiş Məryəm ana təsvir olunmuşdur. O, qucağında balaca İsanı tutmuşdur. Arxa fon isə tamamilə güllərlə örtülmüş şəkildə təsvir edilmişdir.

Значение слова в других словарях

возжа́ться имажини́ст кристаллообра́зный острека́ть предвече́рие вдева́ться зара́щивать иррегуля́рный набры́згивать напра́вленный обяза́ть распина́ться лунка diacodium eikon euphuism musicology Norman oceanaut spatiotemporal комплект наущение сыграть хиромантия язвительность