BAXŞI
BAKİ
OBASTAN VİKİ
Bakıxan Səlimli
Bakıxan Alim oğlu Səlimli (31 avqust 1993, Əliyar, Şəki rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bakıxan Səlimli 1993-cü il avqustun 31-də Şəki rayonunun Əliyar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Bakıxan Səlimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bakıxan Səlimli oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Əliyar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakıxan Səlimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bakıxan Səlimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
A.A.Bakıxanov adına Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
A.Bakıxanov adına Tarix İnstitutu

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

Abbasqulu Ağa Bakıxanov
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. == Həyatı == Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi
Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi — 7 iyul 1999-cu il tarixində Amsar kəndində istifadəyə verilən A. A. Bakıxanovun Ev Muzeyi Azərbaycanın görkəmli, tarixi şəxsiyyəti A. A. Bakıxanovun XVIII əsrdə yaşadığı ərazidə yaradılmışdır. Ekspozisiyada A. A. Bakıxanovun dövrünü və onun həyatını əks etdirən tarixi eksponatlar nümayiş olunur. == Muzeyin yaranması == Qubada, Amsar kəndi XIX əsrə aid binada – vaxtilə Bakıxanovların yaşadıqları evdə A. Bakıxanovun ev-muzeyi yaradılıb.. == Muzeyin eksponatları == Abbasqulu Ağa Bakıxanovun bir sıra şəxsi əşyaları burada qorunub saxlanılır. Muzeydə Abbasqulu Ağa Bakıxanovun "Gülüstan" elmi-ədəbi məclisinin eksponatlar, müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar, əlyazmalar və möhürü qorunur. Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant saxlanılır. Muzeydə A. A. Bakıxanovun bəzi əlyazmaları, əsərlərindən ibarət kitablar toplusu və xalçalar mühafizə olunur. Ziyarətçilər burada görkəmli yazıçının şəxsi möhürünü də görə bilərlər. Bu möhür şəxsi əşyalar arasında ziyarətçilərin ən çox diqqətini çəkən eksponatdır. Muzeydə "Gülüstan" adlı elmi-ədəbi məclisin fəaliyyətini əks etdirən bəzi sənədlər də qorunub saxlanılır.
Abdulla ağa Bakıxanov
Abdulla ağa Bakıxanov (1824, Tiflis, Gürcüstan quberniyası – 20 iyul 1879, Tiflis) — Rusiya imperiyasının azərbaycanlı hərbi xadimi, general-mayor, məşhur azərbaycanlı ictimai xadim Abbasqulu ağa Bakıxanovun qardaşı (ata xətti ilə), yazıçı və maarifçi. == Həyatı == Abdulla ağa Bakıxanov 1824-cü ildə Bakı xanlığının üçüncü xanı II Mirzə Məhəmməd xanın ailəsində anadan olmuşdur. Hərbi xidmətə başladıqdan sonra Qafqaz ordusunun süvari bölməsində yer almışdır. 1843-cü ilin martında zabit, 1859-cu ildə polkovnik, 1871-ci ildə general-mayor rütbəsinə yüksəlməyi bacarmışdır. Abdulla ağa 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsi zamanı Qafqaz ordusunun süvari alayında xidmət etmiş, Qafqaz müharibəsində yer almışdır. Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa olmuşdur. Onun general olmasını təsdiq edən iki arxiv sənədi var. Birincisi Azərbaycan Dövlət Tarix Muzeyindədir. Həmin sənəd 29 aprel 1894-cü ilə aiddir. Sənədə əsasən 1859-cu ildə qubalı zadəgan, polkovnik Ağabəy Sadıqov Quba qəzasındakı Xudat adlı kəndini hazırda general-mayor rütbəsində olan Abdulla ağa Bakıxanova dövlət qanunu ilə satmışdır.
Akif Bakıxanov
Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi. == Həyatı == Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir. Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır. A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır. 1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Bakıxanov
Bakıxanov — Əsasən Bakı xanlarının soy daşıyıcılarının soyadı. Abbasqulu ağa Bakıxanov — Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi. Əhməd Bakıxanov — tarzən, pedaqoq, musiqi xadimi Tofiq Bakıxanov — Azərbaycanın görkəmli bəstəkarı Həsən ağa Bakıxanov — Rusiya İmperiyasının generalı, general-mayor (1880) Məmmədxan Bakıxanov — Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndələrindən biri, tarzən, Abdulla ağa Bakıxanov — Rusiya imperator ordusunun general-mayoru Tələt Bakıxanov — Azərbaycan kamança ifaçısı Akif Bakıxanov — musiqiçi. Cəfərqulu ağa Bakıxanov — general-leytenant.
Bakıxanov (Sabunçu)
Bakıxanov — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Mahirə Abbasovanın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə 100 il bundan əvvəl Kühül dağı adlandırılmışdır.
Bakıxanov (dəqiqləşdirmə)

Bakıxanov (qəsəbə)

Bakıxanov bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bakıxanov qəsəbəsi
Bakıxanov — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Mahirə Abbasovanın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə 100 il bundan əvvəl Kühül dağı adlandırılmışdır.
Bakıxanovlar
Bakıxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Bu soyun nümayəndələri 1747-ci ildən 1806-ci ilədək Bakıda xanlıq ediblər. == Soyun yaranması == Bu soyun əcdadları 1592-ci ildən sonra Bakıya gəldilər. Abbasqulu ağa Bakıxanovun dediyinə görə nəslin əcdadları Malati hökmdarı Sultan Əhməd xanın səltənətinin sonu mənasına gəldiyi bəlli olan "Xan Əhməd məsələsi" ndən sonra Gilandan Bakıya köçmüşlər.O, iddia edir ki, Bakı xanlarının əcdadları Təbəristanda hakim olan Nur və Kucur hökmdarlarından,yəni Paduspanilərdən gəlir. Sülalənin ilk tanınmış üzvləri Məmmədhüseyn bəy və oğlu Heybət bəy idi. Heybət bəyin böyük oğlu Dərgahqulu bəy Maştağada şəhəri ələ keçirmiş və Səfəvilərin təyin etdiyi sultanı öldürmüş mülk sahibi idi, daha sonra özünü xan, Səlim xanı isə Abşeronun naibi təyin etmişdi. Surxay xanın və daha sonra Şirvanlı Hacı Davudun qüvvələrini məğlub edərək hakimiyyətini Şabran və Qobustana qədər uzatdı. Ancaq döyüşdə kiçik qardaşı Hüseyni itirdi. Dərgahqulu 1723-cü ildə 700 əsgərlə birlikdə Mixail Matyuşkinə qalanı təslim etdi və Rusiya imperiyası tərəfindən yerli hökmdar kimi qəbul edildi. Bakıxanovların böyük qolu oğlu Mirzə Məhəmməd 1747-ci ildə müstəqil xan rütbəsinə yüksələn Dərgahqulu bəyin nəslindən idi.
Cəfərqulu ağa Bakıxanov
Baxıxanov Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu (6 fevral 1796, Quba xanlığı – 1867, Quba) — zadəgan, general-leytenant. == Həyatı == Bəzi mənbələrdə 1796 ya da 1799-cu ildə anadan olduğu deyildi. Lakin son araşdırmalarda onun 1793-cü il fevralın 6-da Qubada II Mirzə Məhəmməd xan və Sofiya xanımın ailəsində anadan olduğu ortaya çıxdı. 1827-ci ildə Müşkür və 1830-cu illərdə Şabran mahallarının titul naibini almışdır. Buduqun da naibi idi. 1820-ci ildə orduya qoşuldu. Rusiya-İran müharibəsi onun ilk hərbi təcrübəsi, ardınca Rusiya-Osmanlı müharibəsi idi. Ərzurum Serasker Salih Paşanın tutulduğu Mil döyüşündə iştirak etdi. Hasankale və Ərzurumun tutulmasından sonra podporuçik (leytenant) rütbəsinə qaldırıldı. == Həbsi == Quba sakinləri 1837-ci ildə rusların zülmünə və Cəfərqulunun sərt vergi tətbiqinə qarşı üsyan etdilər.
Həsən ağa Bakıxanov
Həsən ağa Bakıxanov — Rusiya imperiyasının generalı, general-mayor (1880). == Həyatı == Cəfərqulu ağanın ölümündən sonra onun üç övladı qalmışdı: Həsən ağa, Əhməd ağa və qızı Nurcahan xanım. Oğlanlarının hər ikisi atasının yolu ilə gedib, onun hərbi işini davam etdirmişlər. Böyük oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə qədər yüksəlmişdir. Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada anadan olmuşdur. On dörd yaşında Tiflis kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunmuşdur. 1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun təltif olunduğu orden və medallar qeydə alınmışdır. O, üçüncü dərəcəli Müqəddəs Vladimir, üzərində igidliyə görə yazısı olan dördüncü dərəcəli Müqəddəs Anna, ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, bundan başqa yüz on altı nömrəli ikinci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində qızıl medalla, Müqəddəs hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877-1878-ci il müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif olunub.
Məmmədxan Bakıxanov
Məmmədmirzə (Məmmədxan) Məmmədrza oğlu Bakıxanov (1890, Bakı – 20 fevral 1957, Bakı) — Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndəsi, tarzən, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Məmmədxan Bakıxanov 1890-cı ildə Bakıda anadan olmuşdur. Məmmədxanın uşaqlıq və gənclik illəri İranda keçmişdir. O, hələ 7 yaşında ikən atası İranın Rəşt şəhərinə köçmüş və orada ticarətlə məşğul olmuşdur. Balaca Məmmədxan ilk təhsilini Rəştdə almışdır. O, gənc yaşlarından başlayaraq xalq musiqisinə böyük həvəs göstərmişdir. Məmmədxanın atası Məmmədrza kişi tacir olmasına baxmayaraq, musiqi həvəskarı idi. Deyilənə görə, Məmmədrza kişi tar, saz çalar, hərdən bir pəsdən zümzümə edərdi. Məmmədxan ilk musiqi təhsilini İranda almışdır. O, bir tarzən kimi 1916-cı ildən başlayaraq xalq məclislərində çıxış etmişdir.
Tofiq Bakıxanov
Tofiq Bakıxanov (tam adı: Tofiq Əhmədağa oğlu Bakıxanov; 8 dekabr 1930, Bakı) — Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1983). == Həyatı == Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir. Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirmişdir. Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır. T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Tələt Bakıxanov
Tələt Soltan oğlu Bakıxanov (13 iyun 1927, Bakı – 30 may 2000, Bakı) — Azərbaycan kamançaçalanı, muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1975). == Bioqrafiya == Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur. 1945–1947-ci illərdə teatr texnikomunu bitirmiş, 1947–1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansambılının solisti olmuşdur. Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakı şəhərində beyin insult xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya kimi bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınmışdır. Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olmuşdur. 1970–1980-cı illərdə Səmərqənd şəhərində keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarinin iştirakçısı olmuş, Bəhram Mansurov, Canəli Əkbərov və Alim Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil etmişdir.
Əhməd Bakıxanov
Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı – 26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar müəllimi (1943). == Həyatı == Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Ə. Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil, bəstəkar Tofiq Bakıxanovun atasıdır.
Əhməd Bakıxanov adına İncəsənət Məktəbi (Sumqayıt)
Əhməd Bakıxanov adına İncəsənət Məktəbi — Sumqayıtda musiqi məktəbi Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində 1936-cı ildə xüsusi layihə üzrə tikilmiş bina 1982-ci ilin sentyabrından incəsənət məktəbi kimi fəaliyyət göstərmişdir. Sumqayıt Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 3 aprel 1992-ci il 16 saylı protokolu ilə məktəbə görkəmli dövlət xadimi, tarzən Ə. Bakıxanovun adı verilmişdir. Məktəbin 35 sinif otağı, kitabxanası, 150 nəfərlik konsert zalı var. Burada fortepiano, skripka, tar, kamança, qarmon, klarnet, nağara, rəsm ixtisasları üzrə 415 nəfər şagird təhsil alır. 84 nəfərdən ibarət müəllim kollektivi şagirdlərə musiqi sənətinin incəliklərini öyrədir. İncəsənət məktəbində müəllim və şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi fəaliyyət göstərir ki, onlar vaxtaşırı şəhər və qəsəbə tədbirlərində iştirak edir. 2004-cü ildə keçirilmiş "İstedad-2004" müsabiqəsində iştirak edən məktəbin şagirdlərindən Mustafayev Elşən qalib, Sadıqzadə Turanə isə diplomant elan olunmuşdur. Ə.Bakıxanov adına İncəsənət Məktəbinə hal-hazırda Vasif Heydərov rəhbərlik edir.
Əhmədxan Bakıxanov
Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı – 26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar müəllimi (1943). == Həyatı == Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Ə. Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil, bəstəkar Tofiq Bakıxanovun atasıdır.
Məmmədrza bəy Bakıxanov
Məmmədrza bəy Məmmədcəfər bəy oğlu Bakıxanov (təq. 1862 — sentyabr 1919, Bakı) ― Bakıxanovlar ailəsindən mülkədar və tacir. == Həyatı == Məmmədcəfər bəy Bakıxanovun və Qızxanım xanımın övladı idi. Hənifə bəy və Haşım bəy adlı qardaşları, Bəyim xanım, Bala xanım, Səlmə xanım və Gülsüm xanım adlı bacıları vardı. Həmçinin Mirzə Fərəc Rzayevin xalasıoğlu idi.Eldar İsmayılovun araşdırmasına görə 1872-ci il martın 30-da Bakı Bəy Komissiyasına verilən ərizədə onun 10 yaşı göstərilirdi. 1890-cı illərdə Məmmədrza bəy ticarətlə məşğul olurdu: buz satır, buğda, qoyun və s. alır, buzlaq, çayxana kimi mülkləri var idi.Adı 1895-ci il noyabrın 15-də Bakı şəhərində törədilmiş bir qətlin istintaqı zamanı hallanmışdır. Müstəntiq S. D. Staroselski, Məmməd Rza bəyi qatillərə rüşvət verməkdə günahlandırılaraq 1897-ci il fevralın 27-də Bakı rayon məhkəməsi tərəfindən müddətsiz ağır işlərə sürgünə, yəni ömürlük məhkum etmişdir. Tiflis Ədliyyə Məhkəməsinə apellyasiya şikayəti verdikdən sonra Rusiyanın tanınmış hüquqşünası Fyodor Plevako tərəfindən müdafiə edilmişdir. 1897-ci il sentyabrın 27–28-də nəhayət Tiflis Ədliyyə Məhkəməsinin səfər iclasında bu işə baxılarkən Məmmədrza bəy Bakıxanova bəraət verildi, bundan sonra o, dərhal həbsdən azad edildi. 1905–1912-ci illərdə ailəsi ilə birlikdə İranın Rəşt şəhərində yaşayıb.Məmmədrza bəy Bakıxanov Bakıda vəfat etmiş və Çəmbərəkənd qəbiristanlığında dəfn edilmişdir; 1939-cu ildə Çəmbərəkəndin sökülməsi zamanı onun qalıqları Maştağa qəbiristanlığında yenidən dəfn edildi.
жела́тельность запрода́жный кривобо́ко лесонасажде́ние отскака́ть пирамида́льно разреза́льщик склери́т взлохма́тить перепа́хивание сайга́к свире́льщик слеса́рничать пелега чевруй behead breast-band calcine drawing-block facultative loggerhead water-butt будущее прозвать целлофановый