BƏKİL
BƏKİRƏ
OBASTAN VİKİ
Bəkir Mustafayev
Bəkir Dursun oğlu Mustafayev (11 fevral 1898, Axalsıx rayonu[d] – 10 dekabr 1978, Özbəkistan SSR) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 11 fevral 1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub. 1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir. 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib. Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib. 10 dekabr 1978-ci ildə vəfat edib. == Təltifləri == Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Bəkir Nəbiyev
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib.
Bəkir Tahirov
Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. == Həyatı == Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir.
Bəkir Vahab
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib. 1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Bəkir Yusifov
Bəkir Yusifov (1956, Laçın) — Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri. == Həyatı == Bəkir Yusifov 1956-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1983-cü ildə V.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə fəhlə kimi başlamış, texnik-konstruktor, 1981-1984-cü illərdə 10№-li texniki peşə məktəbində azad tələbə həmkarlar ittifaqı komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 16 iyul 1993-cü ildə Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı, Rusiya Mülki Aviasiyasının 80 illik, 85 illik yubiley medalları, Rusiya Müstəqil Həmkarlar İttifaqlarının 100 illik medalı, Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqları hərəkatındakı fəaliyyətinə görə" gümüş medalı, Belarus Həmkarlar İttifaqları Federasiyasının "100 illik" medalı, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının "Şərəf nişanı" ilə təltif edilmişdir. Milli Aviasiya Akademiyasının dissertantıdır, 6 monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Bəkir Aslan oğlu Yusifov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Evlidir. İki övladı var.
Bəkir Çobanzadə
Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Belaqorsk (Krım), Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922). == Həyatı == Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir.
Əbu Bəkir
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. == Həyatı == 572-ci ildə Məkkədə doğulub. 634-cü ildə Mədinədə vəfat edib.
Bəkir Coşqun
Bəkir Coşqun (1945, Şanlıurfa – 18 oktyabr 2020, Ankara) - Türkiyəli jurnalist, yazıçı == Həyatı == Bəkir Coşqun 1945-ci ildə Türkiyənin Şanlıurfa bölgəsində məmur bir atanın övladı olaraq dünyaya gəlib. İlk, orta və lise təhsilini Şanlıurfada alıb. Ali təhsilini Ankarada Başkent Jurnalistika Özəl Məktəbində bitirib. Daha sonra 1974-cü ildə foto müxbiri olaraq işə başlayıb. O, polis müxbiri və parlament müxbiri kimi də çalışıb. 1978-ci ildə “Günaydın” qəzetində keçib. Bu qəzetdə “Doqquzuncu kənd” adlı köşəsində fəaliyyət göstərib. 1987-ci ildə isə “Sabah” qəzetində “Onuncu kənd” başlıqlı köşədə yazmağa başlayıb. 1993-cü ildə “Hürriyyət” qəzetində işini davam etdirib. Onun dörd kitabı işıq üzü görüb: “Dövlət”, “Vəkilimi istəyirəm”, “Pakoya məktublar” və “Mən Pako”.
Bəkir Sami Kunduh
Bəkir Sami Kunduh və ya Kunduk (Osetiya: Къуындыхаты Муссæйы фырт Бечыр; 1865, Saniba[d], Priqorodnı rayonu – 16 yanvar 1933, İstanbul) — TBMM-nin hökumətinin ilk xarici işlər naziri və bu mənada Türkiyənin siyasətçisi və diplomatıdır. == Tərcümeyi-hal == 1865-ci ildə Şimali Qafqazın Osetiya Bölgəsində anadan olan Bəkir həmin il Anadoluya köçən Musa Kunduh Paşanın oğlu idi. Qalatasaray Liseyini bitirdikdən sonra siyasi təhsilini Parisdə bitirdi. Peterburq səfirliyi katib olaraq, Amasya, Van, Trabzon , Bursa, Beyrut və Hələb Qubernatorluğu ilə davam etdi. Atəşkəs qarşısında son vəzifəsi Beyrut Valiliyidir. Mustafa Kamal Paşa və Rauf bəyin çağırışı ilə Anadoluya getdi və Sivas Konqresindən bəri Milli Mübarizədə iştirak etdi. Ərzurum Konqresi zamanı Sivasda olmasına baxmayaraq , Nümayəndə Komitəsinin üzvü seçildi. Sivas Konqresi tərəfindən Nümayəndə Komitəsinin üzvü seçildi. Sivas və Amasya Çərkəzləri üzərində geniş təsiri olan Bəkir Sami bəy, İstanbul Hökuməti ilə Anadolu Nümayəndələri arasında ilk rəsmi görüşdə Rauf Orbay ilə birlikdə hazır olmuşdur. Nümayəndəlik Komitəsinin Ankaraya köçürülməsindən sonra Amasya Millət vəkili olaraq Osmanlı Parlamentinin son iclasına qatıldı və bu Parlamentin İngilislər tərəfindən sıxışdırılmasından sonra Ankaraya döndü və Türkiyə Böyük Millət Məclisinə qatıldı.
İlhami Bəkir Tez
İlhami Bəkir Tez(1905-1984)—Türkiyə şairi. == Həyatı == Əruzu yaxşı bilirdi. İlk şeirlərində heca vəznini işlətsə də, sonrakı şeirlərini sərbəst vəznlə yazır. Şeirində ahəng ünsürü açıqdır. Bu dönəmdəki şeirlərini "Həyat bilgisinə görə uşaq şeirləri" (1927), "Mavi kitab" və "24 saat" (Nazim Hikmətlə birlikdə hazırlamışdır və bir fəhlənin iş günündən bəhs edir), "Birinci forma A" (1930), "Hər hansı bir şeir kitabıdır" (1931), "Mustafa Kamal" (1933-cü ildə, cümhuriyyətin onuncu ilində yazdığı bir dastandır. Bu kitabında Atatürkün həyatına, qurtuluş savaşına və istiqlal fikrinə yer verir), "Olduğu kimi" (1935) adları altında toplayır. Sosialist şeiri Mayakovskidən öyrənir. Eşqə, fərdi mövzulara yer verir. Şeirlərində savaş və savaşın nəticəsi olan aclığı, mədən fəhlələrini işləyir. Sosial mövzulara marksist nöqteyi-nəzərdən yanaşır.
Əbu Bəkir İsmayılov
Əbu Bəkir Vüqar oğlu İsmayılov (10 fevral 1990; Kürdəmir, Azərbaycan SSR — 2 aprel 2016; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. == Həyatı == Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində Vüqar və Rəna İsmayılovların ailəsində anadan olub. Əbu Bəkir İsmayılov 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Əbu Bəkir İsmayılov ailəli idi. == Hərbi xidməti == Baş leytenant Əbu Bəkir İsmayılov özündən başqa mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü. Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Əbu Bəkir İsmayılov, Təbriz Musazadə və Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu.
Aişə binti Əbu Bəkir
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, xəlifə Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Asif Bəkirli
Asif Şahnəzər oğlu Bəkirli (1964, Alıkənd, Göyçay rayonu) — SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi, "Fəxri Fərman", "Tərəqqi" medalı, "Əməkdar mühəndis" və "Qızıl Qələm" mükafatı laureatı. == Həyatı == Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunun Alıkənd kəndində neftçi ailəsində anadan olmuşdur. Bakı şəhər 220 nömrəli və Göyçay şəhər 9 nömrəli orta ümüm-təhsil məktəblərində təhsil almışdır. 1981-ci ildən əmək fəaliyyətinə çilingər kimi başlamış, 1982–1984-cü illərdə Rusiya Federasiyasının Amur vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. 1984–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsində təhsil almış və oranı İnşaat mühəndisi ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == Ali təhsilini aldıqdan sonra 1989-cu ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi-mühəndisdən başlayaraq ardıcıl olaraq, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, şöbə rəisi, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi kimi çalışmışdır. 2005–2011-ci illərdə Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləmiş, 2011-ci ildən etibarən SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi kimi çalışır. 1997-ci ilin iyun ayında təsis edilmiş "Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası" nin həmtəsisçisidir. Fəaliyyəti dövründə dünyanın inkişaf etmiş bir çox ölkələrində işgüzar səfərlərdə olmuş, ölkə daxilində və xaricində ən yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə təşkil olunmuş menecmentlik, insan resurslarının idarəedilməsi, liderlik, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi idarəetmə sistemləri ilə bağlı təlim və praktiki kurslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür. Bu sertifikatlar içərisində Avropa Keyfiyyət Təşkilatının (EQQ ) ISO keyfiyyət, OHSAS 18001 Əməyin Mühafizəsi Təhlükəsizliyi, ISO 14000 Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Auditor sertifikatları da vardır.
Azad Bəkirli
Azad Rasim oğlu Bəkirli (27 sentyabr 1992, Nərimanov rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Azad Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışmışdır. == Hərbi xidməti == Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azad Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşulmuş, Cəbrayıl, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 21-də Füzulidə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəkirxanlı (Qaraqoyunlu)
Bəkirxanlı — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin adı 1901-ci ildə Bəkiranlı olaraq qeyd edilir. "Bəkirxanlı" adıyla 1960-1970-ci illərdə Qoçqıran kəndinə bağlı bir ərazi olur. 2005-ci ildə Qoçqırandan ayrılaraq ayrı bir kənd statusu alır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 28 km, Qaraqoyunlu ilçə mərkəzinə 13 km uzaqlıqdadır.
Bəxtiyar Bəkirov
Bəxtiyar Yavər oğlu Bəkirov (18 may 1981, Xaldan, Yevlax rayonu – 28 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Bəkirov 1981-ci il mayın 18-də Yevlax rayonunun Xaldan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar Bəkirov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Bəkirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elza Bəkirova
Miraslan Bəkirli
Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb. 1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur.
Nazan Bəkiroğlu
Nazan Bəkiroğlu — Türk yazıçı, akademik. == Həyatı == 3 May 1957-ci ildə Trabzonda dünyaya gəlib. Ədəbiyyatçı ailənin üç uşağından ən kiçiyidir. Atası "Hədəf" adlı kiçik qəzetin sahibi olub. 14 yaşında atasını itirib. Sonradan. Atası "Bir sızı var" adlı hekayəsinin qəhrəmanı olmuşdur. İlk və orta təhsilini Trabzonda alıb. Ali təhsilini Ərzurumda Atatürk universitetinin Ədəbiyyat fakültəsi türk dili və Ədəbiyyat bölümünü bitirib (1979-cı il). Ali məktəbdə xalq yaradıcılığına maraq göstərib.
Nicat Bəkirzadə
Nicat Bəkir oğlu Bəkirzadə (d. 29 aprel 1934) — quruluşçu rejissor, aktyor və ssenarist, əməkdar incəsənət xadimi. == Həyatı == Nicat Bəkirzadə 1934-cü ildə Bakıda anadan olub. 1973-cü ildə ÜDKİ-nun rejissorluq fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii və sənədli filmlərin quruluşunu verib. Azərbaycanın əməkdər incəsənət xadimi fəxri adına layiq görülüb. == Filmoqrafiya == Arxadan vurulan zərbə (film, 1977) Bakı. Portretə yeni ştrixlər (film, 1979) Başdan ayağa (film, 1973) Batmış şəhərin axtarışında (film, 1987) Bizi bağışlayın (film, 1979) Böyük İpək Yolunda (film, 1986) Ceyrançöl (film, 1974) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəmşid Naxçıvanski (film, 1982) Çətirimiz buludlardır (film, 1976) Daş saat (film, 1975) Daşlar danışanda (film, 1976) Əla kəsici (film, 1975) Əlavə iz (film, 1981) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Geriyə baxmağa dəyər (film, 1985) Güman (film, 1989) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xəzər: İnsanlar və neft (film, 1983) İçəri şəhər (film, 1978) İş günündən sonra (film, 1983) Kamillik (film, 1979) Qəhrəman ana (film, 1990) Maqarıç (film, 1973) Mən Bakıda yaşayıram (film, 1986) Nə vaxta qədər?
Sübhan Bəkirov
Sübhan Kamal oğlu Bəkirov (4 avqust 1964, Ürkməzli, Qazax rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral (2022). == Həyatı == Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Ailəlidir. Üç övladı var. == Təhsili == Ali Hərbi-Mühəndis: 1985–1990 == Hərbi xidməti == 1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. 1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub. 2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Telman Bəkirov
Telman Muxtar oğlu Bəkirov — Alim, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunun laboratoriya rəhbəri. == Həyatı və elmi fəaliyyəti == Telman Bəkirov 1941-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1965–1970-ci illərdə Respublikanın kimya və qaz sənayesi müəssisələrində mühəndis vəzifəsində işləmişdir. 1970-ci ildə Moskvaya gedərək Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda aspirant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1972-ci ildə "Yüksək təzyiqdə karbohidrogenli qazların absorbsiya qabiliyyətinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildə "Təbii qazların ilkin emalının absorbsiya prosseslərinin intensivləşdirilməsi" mövzusunda dissertasiya işini mudafiə edərək texnika elmləri doktoru elm dərəcəsi almışdır. Tədqiqat işləri ittifaqın neft və qaz yataqlarında geniş tətbiq olunmuş, Urenqoy və Yamburqda çox səmərəli nəticələr vermişdir. 200-dən çox elmi əsərin, 4 monoqrafiyanın, bir kitabın, 20 kəşfin müəllifidir.
Teymur Bəkirzadə
Teymur Bəkir oğlu Bəkirzadə (14 sentyabr 1941, Bakı – 21 sentyabr 1995) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991). == Həyatı == Teymur Bəkir oğlu Bəkirzadə 14 sentyabr 1941-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə Ali rejissorlar kurslarını (Moskva) bitirmişdir. Rejissor 1995-ci ildə vəfat edib. Mərhum səs operatoru Bəkir Bəkirzadənin atasıdır. == Fəaliyyəti == "Azərbaycanfilm" kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub. 1978-ci ildə çəkdiyi "Dissonans" sənədli filmi bir neçə festivalda mükafat alıb. Son filmi "Ləqəbi "İKA"dır" tammetrajlı bədii filmini tamamlamadan vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 fevral 1991 "Dissonans" filminə görə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medal (1979) "Dissonans" filminə görə Aşqabadda XII Ümumittifaq kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomu (1979) "Dissonans" filminə görə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının Prizi (1980) "Dissonans" filminə görə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında Bürünc Medal (1982) "Polad adalar" filminə görə Alma-Atada XIX Ümumittifaq kinofestivalında Diplom (1986) == Filmoqrafiya == Rejissor kimi Toğrul Nərimanbəyov (film, 1966) (qısametrajlı sənədli film) Dənizdə şüa (film, 1967) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film) Güləş (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (çoxseriyalı sənədli film) (4-cü seriya) Şərqdə birinci (film, 1970) (qısametrajlı sənədli film) Fəhlə Gülbala Əliyev (film, 1971) (qısametrajlı sənədli film) Arzu (film, 1972) Bakı-Neapol qardaşdırlar (film, 1972) (qısametrajlı sənədli film) Rəqiblər (1974) (qısametrajlı bədii film) Çətin yol (film, 1975) (qısametrajlı sənədli film) Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film) Cənub buxtası (film, 1977) (qısametrajlı sənədli film) Dissonans (film, 1978) (qısametrajlı sənədli film) Futbol, futbol... (film, 1979) (qısametrajlı sənədli film) Yol əhvalatı (film, 1980) (tammetrajlı bədii film) Harri Qasparov.
Təbriz Bəkirov
Təbriz Etibar oğlu Bəkirov (26 yanvar 1993; Ucar rayonu, Azərbaycan — 4 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Təbriz Bəkirov 1993-cü il yanvarın 26-da Ucar rayonunun Bağırbəyli kəndində anadan olub. 1999-2003-cü illərdə Bağırbəyli kənd tam orta məktəbində, 2004-2010-cu illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. == Hərbi xidməti == Təbriz Bəkirov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Təbriz Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Təbriz Bəkirov oktyabrın 4-də Suqovuşan-Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Yasər Bəkirov
Yasər Əfqan oğlu Bəkirov (19 may 2002; Quşçu, Şamaxı rayonu — 10 noyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yasər Bəkirov 2002-ci il mayın 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə F.Əzməmmədov adına Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Yasər Bəkirov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Yasər Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Yasər Bəkirov oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasər Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
ветродви́гатель гуля́ться дра́повый живогло́тствовать квартирме́йстерский при́нцип прице́почный се́товать целиба́т чарти́стский буго́рчатость гаранти́ровать отставля́ть прове́трить ваниль balsam tree delivery boy muffetee overbridge precensor taper ассирийский плакировать порвать тотализатор