BALABAN

şahin, qızılquş, tərlan; iri, cüssəli adam; musiqi alətinin adı.
BALABABA
BALABƏY
OBASTAN VİKİ
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər. yaşayır (63 ailə).
Balaban (dəqiqləşdirmə)
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir Balaban (film, 1987) — qısametrajlı sənədli film. Balaban (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Balaban (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Balaban bəy
Balaban bəy, Balabancik (XIII -XIV yüzil)- də deyilir, Osman qazinin sərkərdələrindən. == Həyatı == Bursa mühasirəsində (1314 -1326) Osman qazinin apardığı həvalə deyilən üç kiçik qalaçadan birinə başçılıq edərək şəhərin alınmasında təsirli bir rol oynadı. Hisara sonradan Balabancık adı verildi.
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Makedoniyalı atıcı. Nina Balaban Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Balaban (film, 1987)
Balaban qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır. == Məzmun == Film milis starşinası Əlicavad Cavadovun çox çətin və ağır sınaqlara məruz qalmış ibrətamiz taleyi haqqındadır.Ağır fəlakət nəticəsində bütün ailəni-iki körpəsini və həyat yoldaşını itirmiş Əlicavadın dərdindən də böyük dərd ola bilərmi? Film bu insanın zəngin mənəvi dünyasından, möhkəm iradəsindən, mehrini balabana, sehirli musiqi alətinə saldığından, təsəllini milli muğamlarda tapdığından, beləliklə yenidən həyata, öz peşəsinə qayıtmasından bəhs edir. == Mükafat == 1987-ci ildə film Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamis Muradov Operator: Vladimir Konyagin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Sultan Qiyasəddin Balaban
Sultan Qiyasəddin Balaban (?-1286)—Dehli sultanı. == Həyatı == Sultan Raziyyə və əri öldürüldü.Onun yerinə keçən Şəmsiyyə ailəsindən Nəsrəddin Mahmud asayişi qorumaq,mərkəzi hakimiyyəti qurmaq üçün 40-lardan Balabanı iş başına gətirdi.Naib sifətiylə qulluq edən Balaban həqiqətən hakimiyyəti təmin etdi.1266. ildə Nəsrəddin Mahmud öldükdən sonra isə özünü Dehli sultanı elan etdi. Beləliklə,Hindistan Türk dövlətində yenə Türk olan Balaban xanədanı iş başına gəlmiş olurdu. Balaban qüdrətli bir hökmdardı.Monqol axınlarının qarşısını aldı.Dövlətə yeni bir nizam gətirdi və ordunu Səlcuqlu ordusunu nümunə götürərək təşkilat etdi.Ordunun komandanlığında diama Türkləri saxlayır və "7-8 min Türk atlısı 100 min hindli əskərindən üstündür" deyirdi.Orduda daha çox Xələc türkləri yer tuturdu.
Sultan Qıyasəddin Balaban

Əli Kərimov (balaban ustadı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. == Həyatı == 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.
Aleksey Balabanov
Aleksey Balabanov (rus. Алексей Балабанов; doğ. 25 fevral 1959, Sverdlovsk — 18 may 2013, Sankt-Peterburq) — rusiyalı rejissor, ssenari müəllifi və prodüser. "Eybəcərlər və insanlar haqqında" filmində rejissor işinə görə "Nika" mükafatının sahibi, "Qardaş" və "Müharibə" filmlərinə görə "Kinotavr" kinofestivalın ikiqat mükafatçısı. == Həyatı == 25 fevral 1959-cu ildə Sverdlovskda anadan olub. Nikolay Dobrolyubov adına Nijni Novqorod Dövlət Dillər Universitetinin tərcümə fakültəsində təhsil alıb. 1981-83-cü illərdə Sovet Ordusunda zabit kimi hərbi xidmət keçib (hərbi-nəqliyyat aviasiyasında). Bu illər ərzində Afrika və Asiya ölkələrinə səyahət edib. Sonradan bu təcrübə ona "200-cü yük" filmində kömək oldu. Əfqanıstan müharibəsi iştirakçısı olub.
Ağqanad balabansəs
Ağqanad balabansəs (lat. Psophia leucoptera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinin balabansəs cinsinə aid heyvan növü.
Balabanovo
Balabanovo — Rusiya Federasiyasının Kaluqa vilayətində şəhər.
Balabansəs
Balabansəs (lat. Psophia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinə aid heyvan cinsi.
Balabansəslər
Balabansəslər (lat. Psophiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Bozkürək balabansəs
Bozkürək balabansəs (lat. Psophia crepitans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinin balabansəs cinsinə aid heyvan növü.
Yaşılqanad balabansəs
Yaşılqanad balabansəs (lat. Psophia viridis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinin balabansəs cinsinə aid heyvan növü.
Əli Kərimov (balabançı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. == Həyatı == 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.

Значение слова в других словарях

абсу́рдно ко́пия омрачённость посбива́ться приклони́ться чувя́чник бенга́льцы на ту по́ру пятисо́тенный схоласти́чески чукать штурвал all-or-none law gun-stick Luna ostrichism preacher bird stand together vociferation аутентический благоволение всеобъемлющий допризывник контейнер спазматический