BUNYAD
BURHAN
OBASTAN VİKİ
Buran
Buran (Ərdəbil) —
Buran (Ərdəbil)
Buran (fars. بوران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 12 km cənub-qərbdə, Ərdəbil-Təbriz avtomobil yolunun üstündədir. == Əhali == 2006-cı il siyahıya alınmaya görə kənddə 103 nəfər yaşayır (17 ailə).
Buran (kosmik gəmi)
Buran (rus. Бура́н, azərb. Çovğun‎) — orbital gəmi, raket təyyarə tipli sovet çoxişlədilən kosmik nəqliyyat sistemidir. “Enerji-Buran proqramı” əsasında hazırlanan raket təyyarədir. Buran amerikalıların Speys Şattl analoji proyektinə cavab olaraq yaradılmışdır. İlk və yeganə uçuşunu "Buran" avtonom rejimdə 15 noyabr 1988-ci ildə yerinə yetirdi. Buranın aparıcı mütəxəssisi - Gleb Yevgeyniviç olmuşdur. == Tarixi == Buran hərbi sistem kimi planlaşdırılmışdı,həmçinin sovetlərə gorə amerikalıların şatlları hərbi məqsədlər üçün istifadə olunurdu. Proqramın özünün başlanma tarixi var: 1970-ci ildə Nikson dedi ki, Amerika Birləşmiş Ştatları Speys Şattl proqramına başlayır. Bu milli proqram kimi təqdim edilmişdi, ildə 60 insanı göndərməyi hesablamışdılar, 4 belə gəmi duzəltmək nəzərdə tutulurdu; proqrama 5 milyard 150 milyon dollar pul xərcləməyi planlaşdırırdılar(1971-ci ildə).
Enerji-Buran proqramı
Buran Kosmik Gəmi proqramı Sovet İttifaqının kosmik gəmi layihəsidir. Sınaq kosmik gəmiləri ilə birlikdə müxtəlif dövrlərdə ümumilikdə 10 kosmik gəmi inşa edilmişdir. Bunlardan ilk 5-i sınaq kosmik gəmiləri idi və hamısının inşası tamamlanmış və vəzifələrini uğurla yerinə yetirmişdirlər. OK-1.01 də adlandırılan model, kosmosa çıxan ilk model idi. İnşaatı 1986-cı ildə başlamış və 15 noyabr 1988-ci ildə kosmosa çıxmışdır. Bu model ilk dəfə Baykal adlandırılsa da, uçuşundan bir müddət əvvəl adı "Buran" olaraq dəyişdirilmişdir. Bu kosmik gəmi, Qazaxıstandakı Baikonur Kosmik Bazasının 112-ci anqarında 5 il saxlanılmışdır. Bərpa zamanı anqarın tavanı çökdü. Buran layihəsinin kosmosda olan yeganə modeli Buran 1.01 və Energiya raket komandası damın qalıqlarının altında qalaraq məhv olmuşdur. 7 bərpa işçisi də ölmüşdür.
Kəlser Buran (Auırqazı)
Kəlsir Buran (başq. Кәлсер-Буран, rus. Кальчирбуран) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, kənd sovetliyindən (Yeni Kəlsir): 2 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (79%) üstünlük təşkil edir.
Kəlsir Buran (Avurğazı)

2.02 (Buran sinifli kosmik gəmi)
2.02 Sovetlər tərəfindən inşa edilmiş təkrar istifadə edilə bilən kosmik gəmilərin dördüncüsü idi. 1993-cü ildə Sovet Space Shuttle proqramı dayandırılmışdır, bu zaman 2.02 tikinti mərhələsinin hələ başlanğıc mərhələsində idi (10–20%). Natamam 2.02 sonradan istehsal binasında söküldü, bu və Moskva yaxınlığındakı Tushino Machine Buildin zavodundan çölə çıxarıldı. Shutlee 2.02-nin bəzi hissələri internetdə onlayn olaraq hərraca çıxarılaraq satılmışdır.
2.03 (Buran sinifli kosmik gəmi)
2.03 Sovetlər tərəfindən istehsal edilmiş təkrar istifadə edilə bilən kosmik gəmilərin beşincisi idi. 2.03, 2-ci seriyanın kosmik gəmilərindən biri idi. Beləliklə də, "2" rəqəmi ilə qeyd olunur. 1993-cü ildə Sovet kosmik gəmi proqramı dayandırılmazdan əvvəl 2.03-ün istehsalı demək olar ki, yeni başlanıldığı üçün kosmik gəminin çox az bir hissəsi hazır vəziyyətdə idi. Hazırlanan parçalar proqram dayandırıldıqdan qısa bir müddət sonra sökülmüşdür. 1995-ci ildə isə heç bir şey dəyişilməz qalmamışdı. Çox az yaşadığı üçün 2.03 şəkilləri demək olar ki, mövcud deyildir. Ancaq görünüşü demək olar ki, ikinci seriyanın kosmik gəmilərinə bənzəyir. Və ilk seriyadakı nümunələrlə də oxşar cəhətləri mövcuddur. 2.02.
2.03 (Buran sinifli kosmik gəmi))

Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir.Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi. Xan bu hadisəni ölkədəki bütün falçılara və müdriklərə dəvət edərək qızının gələcəyini söylədi.
Buranbay (Baymak)
Buranbay (başq. Буранбай, rus. Буранбаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yuxarı Taulıkay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Yuxarı Taulıkay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km.Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Rais Tulyak (1959—2007) — [başqırd şairi .
Buranov nənələri
Buranovskiye Babuşki (rus. Бурановские бабушки / Buranov nənələri; udm. Брангуртысь песянайёс) — Rusiyanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqi qrupu. Qrup müsabiqədə "Party for everybody" mahnısı ilə 2-ci yeri tutmuşdur.
Buranovskiye Babuşki

Buranqol
Buranqol (Əbyəlil)
Buranqol (Uçalı)
Buranqol (başq. Буранғол, rus. Бурангулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 43 km, kənd sovetliyindən (Abzak): 18 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Buranqol (Əbyəlil)
Buranqol (başq. Буранғол) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Buranqol kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Buranqol kəndinin milli tərkibi: ruslar (48 %), başqırdlar (46 %). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 42 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 89 km. == Məşhur şəxsləri == Axtyam Axatoviç Abuşahmanov - aktyor və rejissor, ictimai xadim, ali təhsil müəllimi. Başqırdıstan Respublikası Teatr Xadimləri İttifaqının sədri. Şamil RəfaQatoviç Qabitov - 9 fevral 1982-ci ildə Metallurgist prospektində evdə yanğın söndürmə zamanı vəzifə həlak olmuşdur. O, ölümündən sonra cəsarət ordeni ilə təltif edilmişdir. Ş. R. Qabitovun şərəfinə Maqnitoqorskdə küçələrdən biri onun adını daşıyır. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Carmina Burana (Orf)
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir. == Məzmun == 1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi. == Təqdim == Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir.
Karmina Burana (kantata)

Məhəmmədşah Buranqulov
Məhəmmədşah Buranqulov (tam adı: Buranqulov Məhəmmədşah Əbdürrəhmanoviç; başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов; 15 dekabr 1888, Verxneilyasovo[d], Orenburq vilayəti – 9 mart 1966, Ufa) — başqırd şairi, dramaturq, folklorçu. Başqırdıstanın xalq seseni (1944). == Təhsili və fəaliyyəti == Başqırd Pedaqoji İnstitutunda oxumuş, 1938-ci ildən Ufadakı Dil və Ədəbiyyat ETİ-də işləmişdir. == Repressiyaya məruz qalması == 1950–1956-cı illərdə repressiyaya məruz qalmış, həbsdə olmuşdur. 1959-cu ildə bəraət almışdır. == Yaradıcılığı == Başqırd folklorşünaslığının inkişafında onun xidmətləri böyükdür. Belə ki, o mahnıları, rəvayətləri, “Ural batır” xalq eposunu yazıya almışdır; toy mərasimlərinin və digərlərinin təsvirini vermişdir. Başqırd xalq rəvayətlərinin motivləri əsasında “Aşkadar”, “Başqırd toyu”, “Şəürə” və digər pyeslərin müəllifidir. == Mükafatları == Başqırdıstanın xalq seseni (1944).
зачехля́ть катало́нцы контррефо́рма му́ли разреши́тельница секвестрова́ться ча́до бура́чниковые курага́ пасти́ш переко́вываться пришпи́лить то́рный швейца́рский экзеку́тор бе кугель coachful denutrition passing-by phantom freight silkman stocktaking разводиться эристика