BÖYÜK
BÖYÜKXAN
OBASTAN VİKİ
Böyükağa Atababayev
Böyükağa Atababa oğlu Atababayev (1917-?) — azərbaycanlı rəqqas. == Həyatı == Böyükağa Atababa oğlu Atababayev 1917-ci ildə Bakıda anadan olmuşdu. 1933-cü illərdə Əli Bayramov adına klubda dram dərnəyinin üzvü olmuşdur. O, 1935-ci ilin dekabr ayından Əşrəf Səfərovun yenicə yaratdığı rəqs ansamblına üzv olur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı idi. Onu da qeyd edim ki, Böyükağanın həyat yoldaşı Böyükxanım da 1937-ci ildən 1947-ci ilə qədər Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunda çalışıb. Böyükağa Atababayev özü isə 1957-ci ilə kimi filarmoniyada işləmişdir. O, 1941-ci ildə İranda qastrolda olmuş, Opera teatrının kollektivilə birgə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında rəqs səhnələrində iştirak etmişdir. 1943-cü ildə professor Bülbülün rəhbərliyi altında Bryansk cəbhəsində olmuş, konsert briqadasının tərkibində Hacı Məmmədov, Gülxar Həsənova, Teyyub Dəmirov, Fizzə Hənifəyeva və b. ilə birgə Böyükağa Atababayev də vardı.
Böyükağa Hacıyev
Böyükağa Hacıyev (20 aprel 1958, Naxçıvan – 16 mart 2018, Bakı) — Azərbaycanlı futbolçu və futbol məşqçisi, əməkdar məşqçi. "Neftçi" klubunun sabiq və ən uğurlu baş məşqçisi. == Bioqrafiya == Naxçıvan futbolunun şagirdidir. SSRİ çempionatının 2-ci liqası klubu olan "Araz-Naxçıvan"da müdafiəçi mövqeyində oynamışdır. Futboçunun karyerasının sonunda məşqçi kimi çalışmağa başladı. 1999—2000-ci illərdə "Araz-Naxçıvan"ın baş məşqçisi olmuşdur. Klub maliyyə çətinlikləri səbəbində dağıldığı üçün Böyükağa Hacıyev İrana yollanmış və "Maşın Sazi Təbriz" klubunda məşqçi (2002—2003), baş məşqçi (2003—2004) vəzifəsində çalışmışdır. 2004—2005-ci illərdə "Traktor Sazi klubunda baş məşqçi olmuşdur. Bu klublarda işləməklə Böyükağa Hacıyev böyük iş təcrübəsi qəzanmışdır. 2005-ci ildə Hacıyev Azərbaycana qayıdaraq Azərbaycan milli futbol komandasında baş məşqçi Vaqif Sadıqovun köməkçisi işləmişdir.
Böyükağa Hüseynov
Böyükağa Hüseynov (7 mart 1926, Bakı – 31 may 1983, Bakı) — filologiya elmləri doktoru (1974), professor (1980), AMEA-nın müxbir üzvü (1980). == Həyatı == Böyükağa Hüseynov 7 mart 1926-cı ildə Bakıda anadan olub. Orta təhsilini 150 saylı məktəbdə alıb. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində başa vurduqdan sonra Moskva Şərqşünaslıq İnstitutunun İran şöbəsində təhsilini davam etdirib. == Əmək fəaliyyəti == Böyükağa Hüseynov Bakıya qayıtdıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda və Kommunist Partiyası MK-nın Təbliğat şöbəsində və SSRİ EA-nın Asiya İnstitutunda məsul vəzifədə çalışıb. O, 1962–1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini vəzifəsini icra edib. Həmçinin 1966-cı ildən ömrünün sonuna kimi həmin institutun İran filologiyası şöbəsinə rəhbərlik edib. == Elmi fəaliyyəti == Böyükağa Hüseynov 1962-ci ildə Moskva şəhərində "Mütərəqqi İran poeziyasında sovet mövzusu" adlı namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. 1980-ci ildə professor elmi adını alan Böyükağa Hüseynov elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Doktorluq dissertasiyalarının müdafiəsi üzrə Asiya və Afrika xalqları ədəbiyyatı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri olub.
Böyükağa Mirsalayev
Böyükağa Mirsalayev (22 yanvar 1893, Rəzgov, Lənkəran qəzası – 8 yanvar 1938) — Azərbaycanın talış əsilli marifçisi, Zaqafqaziya KP(b)MK-nın II katibi, 1925-ci ildə Azərbaycan Kommunist Partiyası Qazax Qəza Komitəsinin birinci katibi, 1927-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nuxa Qəza Komitəsinin birinci katibi, 1929-cu ildə Azərittifaqın rəyasət heyətinə sədri, 1930-cu ildə Lənkəran dairə icraiyyə komitəsinin sədri. == Həyatı == Böyükağa Əbülfət oğlu Mirsalayev 1893-cü il yanvarın 22-də Lənkəran qəzasının Zuvand nahiyyəsinin (indiki Lerik rayonu) Mistan kənd cəmiyyətinin Rəzqov (Rəzqo) kəndində anadan olmuşdur. Böyukağa Mirsalayev 1906-cı ildə 13 yaşında yeniyetmə ikən Bakı şəhərinə köcmuşdur. Uşaq yaşlarından əmək fəaliyyətinə neft mədənlərində başlamışdır. Fəhləlik eləməklə bərabər, o, həm də öz elmini artıqmaqda, savadlanmaqdanda geri qalmırdı. Sabunçudakı üç sinifli məktəbdə təhsil alırdı və oranı bitirmişdir. Sonralar işlədiyi müəssisələrdə inqilabi fəaliyyət göstərmişdir. Bir kəndli balasının dunyagöruşu formalaşdıqca onda zülmə və zülmkarlığa qarşı nifrət hissi güclənmişdir. 1918-ci ildə Böyukağa doğma kəndinə Rəzqova qayıdır. Mistan kənd cəmiyyətinin kəndxudasının katibi işləyir.
Böyükağa Mirzəzadə
Böyükağa Məşədi oğlu Mirzəzadə (21 fevral 1921, Bakı – 3 noyabr 2007, Bakı) — boyakar, teatr rəssamı, Azərbaycan SSR xalq rəssamı (1967). == Həyatı == Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olmuşdur.O, sənətə təsadüf nəticəsində gəlmişdir. Atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları — sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar.Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlamışdır.Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olmuşdur.O, sənətə təsadüf nəticəsində gəlmişdir. Atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları — sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar.Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlamışdır.Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olmuşdur.O, sənətə təsadüf nəticəsində gəlmişdir. Atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları — sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar.Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlamışdır.Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olmuşdur.O, sənətə təsadüf nəticəsində gəlmişdir. Atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları — sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar.Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlamışdır.
Böyükağa Mustafayev
Böyükağa Hacıağa oğlu Mustafayev (1911, Bakı – 1976, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Böyükağa Mustafayev 1911-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının skripka sinfində təhsil alıb və ikinci kursdan Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi xorda oxumağa başlayıb. 1936-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrı truppasına qəbul edilib.Gur bas səsə malik olan Böyükağa Mustafayev Üzeyir Hacıbəyovun "Koroğlu" operasında İbrahim xan rolunun ilk ifaçısı olmuşdur. O, "Əsli və Kərəm" operasında Keşişin obrazını da yaratmışdır.Aktyor 1976-cı ildə Bakıda vəfat edib. == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. 304 сәһ.
Böyükağa Məmmədov
Böyükağa Məmmədov (rejissor)
Böyükağa Qasımzadə
Qasımov Böyükağa Məmməd oğlu – şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olmuşdur. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda (1937) təhsil almışdır. Ədəbi yaradıcılığa 30-cu illərdə başlamış, ilk şerlərini məktəblilərə həsr etmişdir. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxmışdır. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1937-1941). İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib işləmişdir (1942-1945). Xüsusi tapşırıqla İrana göndərilmiş (1945-1946), sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləmişdir (1947-1948). Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri (1953-1957) olmuşdur.
Böyükağa Qurbanov
Böyükağa Cabir oğlu Qurbanov (22 aprel 1964, Bayoba, Xaçmaz rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Böyükağa Qurbanov 1964-cü il aprelin 22-də Xaçmaz rayonunun Bayoba qəsəbəsində anadan olub. D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda xalq təsərrüfatı fəaliyyətinin təhlili üzrə ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Böyükağa Qurbanov ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 92 nömrəli Xaçmaz dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Böyükağa Qurbanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Böyükağa Qurbanov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Böyükağa Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli 1404 nömrəli Sərəncamı ilə Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Böyükağa Talıblı
Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası – 13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). == Həyatı == Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932). "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur. == Həbsi və ölümü == 8 yanvar 1937-ci il tarixdə 1934-1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar qəbul olunub.
Böyükağa Yusibli
Böyükağa Elbrus oğlu Yusibli (1 sentyabr 2000; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Böyükağa Yusibli 1 sentyabr 2000-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində Elbrus Yusifovun və Ülviyyə Yusifovanın ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə orta təhsil almışdır. Asudə vaxtlarında poeziya ilə məşğul olub şeir yazmışdır. Subay idi. == Hərbi xidməti == Böyükağa Yusibli 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət etmişdir. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Böyükağa Yusibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı-operator olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Böyükağa Şahverdiyev
Böyükağa Şahverdiyev (15 iyun 1998, Biləsuvar rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvarda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. 2019-cu ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində qulluq edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzuli, istiqamətlərində döyüşlərdə minaatan vəzifəsində iştirak edib. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib.
Böyükağa Əzimov
Böyükağa Əliqulu oğlu Əzimov (16 yanvar 1924, Bakı – 1986, Bakı) — kibernetika və hesablama texnikası sahəsində sovet alimi. == Həyatı == Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. Böyükağa Əzimov kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (1963), professor (1964), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967) olmuşdur. 1946-cı ildən Sov.İKP üzvü, 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957–60), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961–1965), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966–1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuşdur. Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarə etmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir. Elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur.
Böyükağa Pişnamazzadə
Böyük Ağa Fərəcullah oğlu Pişnamazzadə (18.05.1918-17.06.1977) - kimyaçı alim. == Həyatı == B.F.Pişnamazzadə 1918-ci il mayın 18-də Şəki şəhərinin Gəncəlilər məhəlləsində Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Şeyxüslamının müavini Hacı Şeyx Fərəcullah Zeynaləbdin oğlu Pişnamazzadənin ailəsində anadan olmuşdur. 1926-cı ildə Şəki şəhəri orta məktəbinə daxil olmuş, 1928-ci ildə ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Bakıda 18 saylı orta məktəbdə davam etdirmişdir. 1936-cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə qəbul olmuşdur və 1941-ci ildə oranı bitirmişdir. Həmin ilin iyul ayında II Dünya müharibəsinin başlanması ilə ordu sıralarına səfərbər edilmiş və döyüşən ordunun arxa cəbhəsini müdafiə edən Daxili İşlər Xalq Komissarlığının 2-ci sərhəd polkunda kimya xidməti rəisi olmuşdur. 2-ci sərhəd polkunun tərkibində Şimali qərb, 2-ci Pribaltika, 1-ci Ukrayna cəbhələrində Polşa ərazisində döyüş yolu keçərək qələbəni Almaniyada başa vurmuşdur. == Elmi dərəcələri və elmi adları == Böyük Ağa Pişnamazzadə 1949-cu ildə "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi, 1964-cü ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1952-ci ildə "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi, həmin ixtisas üzrə professor elmi adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == 1945-ci ilin noyabrında ordudan tərxis olunduqdan sonra Azərbaycan EA-nın Kİ-da kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1947-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1949-cu ildə "Alfa-xlorefirlərin etrilen karbohidrogenlərin etilen karbohidrogenləri ilə alkilləşməsi" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsini almışdır.
Böyükağa Məmmədov (rejissor)
Böyükağa Zeynal oğlu Məmmədov — "Salnamə" sənədli filmlər studiyasının sabiq direktoru (2009–2014), Prezident təqaüdçüsü (2018-ci ildən). == Həyatı == Böyükağa Məmmədov 3 iyul 1951-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə 150 saylı Bakı şəhər orta məktəbini bitirib. Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra öz arzusu ilə Qərbi Sibirə, Rusiya Federasiyasının Omsk vilayətinə təyinat götürür. Bir-neçə il Omsk şəhərinin televiziyasında rejissor işlədikdən sonra, 1976-cı ildə vətənə dönüb Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor vəzifəsində çalışmağa başlayıb. Bu zaman B.Məmmədov SSRİ Mərkəzi Dövlət Teleradio Komitəsinin sifarişi ilə çəkilən "Novatorlar", "Çətin əlaqələr", "Ordubad", "Qobustan", "Kəlbəcər", "Ardıc kolu", "Arif Məlikov", "Məhəbbət əfsanəsi", "Bu Cavaddır", "Rüstəm İbrahimbəyov - xülasə, yaxud başlanğıc", "Naxçıvan" adlı sənədli filmlərin rejissoru olub. B.Məmmədov respublikada birinci müstəqil studiyalardan sayılan, 1991-ci ildə təsis edilmiş "215 KL" eksperimental studiyasının yaradıcılarından biri olmuşdur. Burada çəkilən "Qayıdış" çoxseriyalı sənədli filmindəki rejissor işinə görə o, Azərbaycan Respublikası "Araz" Dövlət mükafatına layiq görülmüşdür. 1994-cü ildə B.Məmmədov müstəqil "215 KL" studiyasının idarə heyətinin sədri seçilir.
Böyükağa Məmmədov (rəqqas)
Böyükağa Məmmədov (23 yanvar 1927 – 17 yanvar 2018) — Azərbaycan rəqqası, xalq artisti. == Həyatı == Mirməmməd Mircəfər oğlu Məmmədov (Böyükağa Məmmədov) 1927-ci il yanvarın 23-də Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 5 nömrəli peşə məktəbində oxumaqla yanaşı, həm də məktəbin rəqs kollektivində fəaliyyət göstərib. Burada rəqsin sirlərini yaşıdlarına öyrədib. Müharibənin ağrı-acısını yaşayan kiçik Mirməmmədin atası, qardaşı və bacısı müharibəyə aparılır. Ehtiyat əmək qüvvələri məktəbinin ansamblına yazılması onun gələcək fəaliyyətində mühüm rol oynayır.Həyatın ritmlərini xalq rəqsində tapan rəqqasın zəngin yaradıcılıq yolu vardır. 1955-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirir, 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olur. 1965-ci ildə respublikanın Xalq artisti adına layiq görülür. 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Y.Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edilir. 1971-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayır.
Şəbiyev Alim Böyükağa
Şəbiyev Alim Böyükağa oğlu (31 mart 1968, Yardımlı rayonu – 9 aprel 1993, Kəlbəcər rayonu) — 1-ci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Alim Şəbiyev 1968-ci il martın 31-də Yardımlı rayonunda anadan olub. == Hərbi xidməti == Şəbiyev Alim Böyükağa oğlu orta məktəbi bitirdikdən sonra 1986-1988 -ci illərdə Belarusiyanın Qrodni şəhərində N saylı hərbi hissədə Tank qosşunları diviziyasında qulluq etmişdir. 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Şəbiyev Alim 09.04.1993-cü il tarixdə Kəlbəcər istiqamətində, məşhur "Murov əməliyyatında" iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. 01.05.1993 tarixində Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində adına küçə verilmişdir.
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə — Azərbaycan sənədli filmi. == Məzmun == Film Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin həyatından, onun keçdiyi zəngin yaradıcılıq yolundan bəhs edir. Rəssamın ağır gəncliyi, tələbəlik illəri, habelə işlədiyi dövrdə qarşısına çıxan çətinliklər filmdə onun özü tərəfindən lakonik şəkildə təsvir olunur. Mənzərə, natürmort və portret ustası olan rəssamın əsərləri də filmdə özünə yer tutmuşdur. Onun haqqında danışan xalq rəssamları Fərhad Xəlilov və Mais Ağabəyov, eləcə də onun dostu, bəstəkar xalq artisti Arif Məlikov səmimi fikirlərini bölüşmüşlər. Rəssamın tamaşaçılarla bölüşdüyü xatirələrində onun Musiqili Komediya Teatrında işlədiyi dövr, Şıxəli Qurbanov, Şəmsi Bədəlbəyli, Niyazi haqqındakı söhbətləri maraqlı şəkildə təsvir olunmuşdur. Uzun illər dostluq etdiyi maestro Niyazi ilə münasibətləri haqqında danışdıqları bu dostluğun, maestronun, eləcə də rəssamın özünün xarakterinin bəzi maraqlı çalarlarını diqqətimizə çatdırır. Filmdə rəssamın ailə həyatından da kadrlar göstərilməklə onun həyat yoldaşının portretləri diqqəti cəlb edir. Gənc rəssamlara tövsiyələrini verən rəssam, filmin sonunda yaşadığı mənalı ömrə görə taleyinə minnətdar olduğunu bildirir.
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006)
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə — Azərbaycan sənədli filmi. == Məzmun == Film Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin həyatından, onun keçdiyi zəngin yaradıcılıq yolundan bəhs edir. Rəssamın ağır gəncliyi, tələbəlik illəri, habelə işlədiyi dövrdə qarşısına çıxan çətinliklər filmdə onun özü tərəfindən lakonik şəkildə təsvir olunur. Mənzərə, natürmort və portret ustası olan rəssamın əsərləri də filmdə özünə yer tutmuşdur. Onun haqqında danışan xalq rəssamları Fərhad Xəlilov və Mais Ağabəyov, eləcə də onun dostu, bəstəkar xalq artisti Arif Məlikov səmimi fikirlərini bölüşmüşlər. Rəssamın tamaşaçılarla bölüşdüyü xatirələrində onun Musiqili Komediya Teatrında işlədiyi dövr, Şıxəli Qurbanov, Şəmsi Bədəlbəyli, Niyazi haqqındakı söhbətləri maraqlı şəkildə təsvir olunmuşdur. Uzun illər dostluq etdiyi maestro Niyazi ilə münasibətləri haqqında danışdıqları bu dostluğun, maestronun, eləcə də rəssamın özünün xarakterinin bəzi maraqlı çalarlarını diqqətimizə çatdırır. Filmdə rəssamın ailə həyatından da kadrlar göstərilməklə onun həyat yoldaşının portretləri diqqəti cəlb edir. Gənc rəssamlara tövsiyələrini verən rəssam, filmin sonunda yaşadığı mənalı ömrə görə taleyinə minnətdar olduğunu bildirir.
вери́тельный ла́тник невыполни́мость немудрёный с бестало́нный мя́со- отруб приземли́ть родосло́вие свысока́ словоохо́тливость терма́льный эфебофи́лия голубчик agonothete biting louse detersion eutectic lubritorium oared skitter sub rosa напортачить объективизм