BÜNYAMİN
BÜNYƏMİN
OBASTAN VİKİ
Bəşir Bünyatov
Bəşir Bünyatov — ictimai və dövlət xadimi pedaqoq- hüquqşunas
Maqbet Bünyatov
Maqbet Zeynalov (25 dekabr 1937, Zərdab rayonu) — "Əməkdar mədəniyyət işçisi", Akademik Milli Dram Teatrının direktoru (2006–2010). == Həyatı == Maqbet Zeynal oğlu Bünyatov 25 dekabr 1937-ci ildə Zərdab rayonun Seyidlər kəndində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, təhsilini Göyçay mexanikləşdirmə texnikumunda davam etdirmişdir. Texnik- mexanik ixtisası alaraq, bir müddət kolxozda işlədikdən sonra hərbi qulluğa çağırılmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra,Sumqayıt şəhərində əmək fəaliyyətinə başlamışdır. Sonra, 1964-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin İnstitutu bitirmişdir. İxtisası üzrə əmək fəaliyyətinə Mədəniyyət Nazirliyi sistemində, sıravi işçidən direktor və bədii rəhbər vəzifəsinədək çalışmışdır. 1966-cı ildən 1974-cü ilədək Azərbaycan Dövlət Kukla teatrında bilet satışı üzrə müvəkkildən direktor müavini vəzifəsinədək yüksəlmişdir. 1974-cü ildən 1979-cu ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı direktor, 1979-cu ildən 1987-ci ilədək Akademik Dram Teatrında direktor müavini, 1987-ci ildən 2003-cü ilədək Bakı Dövlət Sirkinin bədii rəhbər-direktoru vəzifəsində işləmişdir. Mədəniyyət Nazirliyinin xətti ilə bəzi dövlət səviyyəli tədbirlərin həyata keçirilməsində (Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və s.) yaxından və fəal iştirak etmişdir.
Sevil Bünyatova
Sevil Bünyatova (5 oktyabr 1989) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Sevil Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevinc Bünyatova da qılıncoynadandır. == Karyerası == Sevil Bünyatova 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün dördündə qalib gələn Sevil Bünyatova "F" qrupunu 2-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevil Bünyatova əvvəlcə təsnifat mərhələsində Polşa nümayəndəsi Maqdalena Pasternaya 15:4, sonra isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Mariya Ridela 15:10 və 1/4 final mərhələsində Yunanıstan nümayəndəsi Vassili Vuqiuya 15:12 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Fransa nümayəndəsi Marqu Rifissa 15:10 hesabı ilə qalib gələn Sevil Bünyatova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Angelina Vator oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə 14:15 hesabı ilə məğlub olan Sevil Bünyatova I Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Sevinc Bünyatova
Sevinc Bünyatova (5 oktyabr 1989, Rusiya) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Sevinc Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevil Bünyatova da qılıncoynadandır. == Karyerası == Sevinc Bünyatova 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Sevinc Bünyatova "A" qrupunu 1-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevinc Bünyatova əvvəlcə 1/8 final mərhələsində İtaliya nümayəndəsi Rebecca Carganonanı 15:8, sonra isə 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Alina Komaşuxa 15:11 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Polşa nümayəndəsi Angelina Vatora 11:15 hesabı ilə məğlub olan Sevinc Bünyatova I Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sevinc Yaqut qızı Bünyadova "Tərəqqi" medalı ilə təltif edildi.
Ziya Bünyatzadə
Bünyatzadə Ziya Əli oğlu (1937, Kirovabad – 1997) — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Bünyatzadə Ziya Əli oğlu Gəncə şəhərində anadan olmuşdur. 1960-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini fərqlənmə ilə bitirmişdir. 1958-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1964–1970-ci illərdə Respublikanın Nazirlər Soveti sədrinin referenti və işlər müdirinin müavini işləmişdir. 1969-cu ildə "Cənubi Xəzər çökəkliyinin qaz-neft vulkanizmi və onların təzahür qanunauyğunluğu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft yataqlarının yarıq tektonikası ilə əlaqəsi, palçıq vulkanizmi və böyük dərinliklərin neft-qazlılığı problemləri üzrə işləmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft-qaz yataqlarının və perspektivli strukturlarının xəritəsi"nin tərtibinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. 1991-ci ildə "Qaz-neft vulkanizmi və neft-qaztoplanma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Bünyatzadə Z. Ə. AMEA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) "Neftin genezisi və böyük dərinliklərin neftqazlılıq problemi" laboratoriyasına rəhbərlik etmişdir.
Şirin Bünyatova
Şirin Teymur qızı Bünyatova (d.1963, Bakı şəhəri) — Azərbaycan tarixçisi, etnoqraf alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü. == Fəaliyyəti == Şirin Bünyatova 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1979-cu ildə 7 saylı orta məktəbi qızıl medalla bitirmiş və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. === Elmi fəaliyyəti === 1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, fərqlənmə diplomu ilə bitirib. 1984-cü ildə AMEA-nın Tarix İnstitutunun aspiranturasına əyani şöbəyə (etnoqrafya ixtisası üzrə) daxil olmuşdur. 1991-ci ildə "Nizaminin əsərlərində etnografik məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri doktoru dərəcəsi almışdır. === Əmək fəaliyyəti === 1987-cü ildən institutun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" fəaliyyəti göstərmiş; 1990-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologya İnstitutun kiçik elmi isçi olmuş; 1991-ci ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun elmi isçi olmuş; 1993-cü ildə AMEA-nın Etnoqrafiya və Arxeologiya İnstitutun baş elmi isçi vəzifədə olmuş; 1992-1998 -ci illər ərzində 44 saylı orta məktəbdə müəllim vəzifəsində işləmiş; 1996-1998-ci illərdə isə Təfəkkür Universitetində dərs demiş; 2005-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini saat hesabı müəllimə fəaliyyəti göstərmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin yarım ştat müəllimi işləmiş; 2009-cu ildən Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasında dosent işləmiş. 2011-ci ildən Bakı Dövlət Universitetinin tam ştat Arxeologiya və Etnoqrafiya kafedrasinda müəllim işləyir.
достава́ться жи́листый забо́тливо закрута́сы нигери́йцы переслу́шивать под си́лу руба́шечка самоопредели́ться сеноподбо́рщик тарифици́ровать театрализи́роваться терносли́в холсти́на джут запомина́ющий издо́льщик непринуждённость приме́ривание трёхсотле́тие полица aldermanship slide-gauge житный сосуществование