BÜRCƏLİ

Əli bürcü (Günəş dairəsinin bölündüyü 12 qismin hər biri).
BÜRCALI
BÜRHAN
OBASTAN VİKİ
Bürcəli
Bürcəli — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun faktiki mövcud olan Bürcəli kəndi dəqiqləşdirmə qaydasında Avrora qəsəbə sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ilədək Alekseyevka adlanmışdır. Bu ad 1888-ci ildə buraya gələn rus Alekseyevlər ailəsinin soyadından götürülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra kəndin əvvəlki adı - Bürcəli özünə qaytarılmışdır. Bürcəli ibtidai məktəbi ikisinifli məktəb olmaqla, əsası 1897-ci ildə qoyulmuşdur. Bu dövrdə oğlanlar və qızlar bir yerdə oxumuşlar. 1914-cü ildə qızlar üçün ayrıca sinif təşkil edilmişdir. 1927-1928-ci tədris ilində Lənkərandakı məktəblər üç dairə üzrə fəaliyyət göstərirdi. Bürcəli məktəbi bu dövrdə Şürük dairəsində olmuşdur.
Bürcəli bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bürcəli Əsgərov
Bürcəli Əsgərov (tam adı: Bürcəli Veysal oğlu Əsgərov; 15 fevral 1933, Gürcüstan SSR, ZSFSR və ya SSRİ – 1 noyabr 2005, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Bürcəli 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib. Onun aktyor sənəti müəllimi Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb. Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır.
Anar Bürcəliyev
Bürcəliyev Anar Məhəmməd oğlu (11 sentyabr 1974, Kirovabad) — Azərbaycan teatrşünası, Yeni Azərbaycan Partiyasının üzvü (1997), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2023) == Həyatı == Anar Bürcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində anadan olub. 1991-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Dram teatrında 1987-ci ildən müqavilə üzrə aktyor, 1990-cı ildən isə rejissor köməkçisi olaraq başlayıb. 1991-ci ildə Gəncə Dövlət Dram teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə qəbul olub və 1996-cı ildə həmin fakültəni bitirib. 1993–1994-cü illərdə Bakıda çapdan çıxan "Səhnə" qəzetinin xüsusi müxbiri, 1994–1996-cı illərdə Azərbaycan Milli Tele-Radio Verilişləri Şirkətinin "Gənclik" və "Xəbərlər" baş redaksiyalarının xüsusi müxbiri, 1995-ci ildə Gəncə şəhərində "Kəpəz TV" Müstəqil Tele-Radio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq "Xəbərlər" departamentinə rəhbərlik edib. 1996-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997-ci ildən 1999-cu ilədək Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb. 2010–2012-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz" Müstəqil Tele-Radio verilişləri Şirkətinin "Xəbərlər" departamentində aparıcı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından isə Gəncə Dövlət Dram teatrında calışır. Hal-hazırda Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri kimi fəaliyyət göstərir. Teatrşünas-tənqidçi Anar Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə,ressenziya, oçerklərin və eləçə də müsahibələrin müəllifidir.
Məhəmməd Bürcəliyev
Məhəmməd İsmayıl oğlu Bürcəliyev (25 aprel 1914, Nuxa – 25 noyabr 1994, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədilə Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olmuşdur.Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932–1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. Həmçinin Məhəmməd Bürcəliyev 1991-ci ildən 1994-cü ilədək Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar şöbəsinin sədri olaraq fəaliyyət göstərib. 1967–1968-ci illərdə N. K. Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirmişdir. 1948-ci ildə M. Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub.
Məmməd Bürcəliyev

İlqar Bürcəliyev
İlqar Bürcəliyev (tam adı: İlqar Vüqar oğlu Bürcəliyev; 11 mart 2001; Moskva, Rusiya — 28 sentyabr 2020; Tərtər, Azərbaycan) — "Zirə" Futbol Klubunun futbolçusu; Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Bürcəliyev 2001-ci il martın 11-də Rusiyanın Moskva şəhərində Vüqar və Elnurə Bürcəliyevaların ailəsində anadan olub. Onun əmisi — teatrşünas Anar Bürcəliyevdir. 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2017-ci illərdə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2017-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. İlqar Bürcəliyev 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz" FK-da, 2016-cı ildən isə "Zirə" FK-da çıxış edirdi. Yeniyetmələr arasında bir sıra uğurlara imza atıb. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi. == Ailəsi == Görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. Teatrşünas-tənqidçi Anar Bürcəliyevin qardaşı oğludur.
İlqar Bürcəliyev (şəhid)

Şəhla Bürcəliyeva
Əmirli Şəhla Yapon qızı - Kinoşünas, Radio-Televiziya redaktoru. == Həyatı == Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994-1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997-2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.

Значение слова в других словарях

кура́жисто осма́нцы отвалообразова́тель причёсываться саа́мский су́ржа умиротворе́ние этикети́рование выстра́ивать допродава́ться конве́ртерный общедосту́пно понима́ть поутру́ пропорциона́льность разва́жничаться согрева́тельный chipmunk gymnastics hearing Judaic letter missive misdate plastic recension