DANİYAL

dan yalı /saçı/; sübh şəfəqləri; Günəş-Tanrı.
DANİL
DANİYAR
OBASTAN VİKİ
Daniyal
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
Daniyal (Germi)
Daniyal (fars. دانيال‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 193 nəfər yaşayır (34 ailə).
Daniyal (dəqiqləşdirmə)
Daniyal — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Daniyal Sultan — ‎Daniyal (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Daniyal Abdullayev
== Həyatı == Brest qalası müdafiəçilərindən biri. 1939-cu ildən Sovet Ordusunda xidmət etmişdir. 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə ağır yaralanmış və əsir düşmüşdür. Əsirlikdən qaçıb Fransa partizanlarına qoşulmuş, 1944-1945-ci illərdə partizan polkunda rota komandiri olmuşdur. D. Abdullayev Fransanın "Hərbi Xaç" ordeni ilə (2 dəfə) təltif edilmişdir.
Daniyal Sultan
Daniyal Sultan — İlisu sultanı (1831–1844); Çar Rusiyasına qarşı Şeyx Şamilin başçılıq etdiyi hərəkatın iştirakçısı; 3-cü dərəcəli müqəddəs Vladimir ordeni ilə təltif edilmiş Çar Rusiyası general-mayoru. == Həyatı == Daniyal bəy İlisu hakimi qvardiya polkovniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan rus hərbi dairələrində öz nüfuzu ilə seçilən bir adam olmuşdur. Hələ 1812-ci ildə general P.Kotlyarevskinin qoşununun tərkibində İlisu süvarilərinə başçılıq etmişdir. Aslandüz döyüşündə isə onun süvariləri Qaradağ hakimi Allahyar xanı əsir almışlar. Daniyal bəy Əhməd xanın 6 oğlundan 5-cisi idi. == İlisunun son sultanı == Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir. Ona kapitan rütbəsi verilir.
Daniyal (peyğəmbər)
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
Daniyal bəy Hələcov
Danyal bəy Hələcov — Rusiya İmperiya Ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki, Gəncə üsyanının iştirakçısı. == Həyatı və təhsili == Danyal bəy Abdulla bəy oğlu 1876-cı ildə Balakəndə mülkədar ailəsində anadan olmuşdur. Ailəsində 6 övlad böyüdən Abdulla bəy onların hamısına ali təhsil vermişdir. Ailənin üçüncü oğlu olan Danyal bəy öz arzusu ulə hərb sənətini seçmişdir. Danyal bəy Stavropol realnı məktəbini bitirdikdən sonra 1895-ci ildə Peterburqda yerləşən üç illik Mixaylov Topçuluq Məktəbinə daxil olmuşdur. == Xidmət illəri == Artilleriya məktəbini əla qiymətlərlə bitirən podporuçik Daniyal bəy Qars vilayətinin Cəlaus şəhərciyində yerləşən otuz doqquzuncu artileriya briqadasında xidmətə göndərildi. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksələ bildi. Xidmətinin on ikinci ilində onu Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna dəyişdilər. Bir az sonra həmin polk Qamboriyə köçürüldü. Birinci Dünya Müharibəsindən yaralı qayıdan Daniyal bəy 1915-ci ildə uzun müddətli müalicə məzuniyyətinə buraxılır.
Əbdürəhman Daniyalov
Əbdürəhman Daniyalov (22 avqust 1908, Dağıstan vilayəti – 24 aprel 1981, Moskva) — Sovet və Dağıstan siyasi və partiya lideri, Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, diplomat. Dağıstan MSSR Xalq Kənd Təsərrüfatı Komissarı (1937-1939). Dağıstan MSSR Xalq Komissarları Sovetinin sədri (1940-1948). Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin birinci katibi (1948-1967). Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri (1967-1970). == Bioqrafiya == Əbdürəhman Daniyalov 22 avqust 1908-ci ildə Dağıstan MSSR -in Qunib rayonu rayonunun Ruquca kəndində kəndli ailəsində anadan olmuşdur. Etnik mənsubiyyətinə görə avardır. 1920-1924-cü illərdə Daniyalov Qunib rayonundakı bir uşaq evində, sonra Buynakskdakı alpinistlər üçün internat məktəbində böyüyür. 1928-ci ildə Buynaksk Pedaqoji Texnikumunu bitirib, sonra Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv olur. Elə həmin ilin oktyabrında Daniyalov Komsomolun Qunib rayon komitəsinin məsul katibi, 1929-cu ildə Dağıstan vilayət komsomol komitəsinin təşviqat və təbliğat şöbəsinin müdiri vəzifəsini icra edir.

Значение слова в других словарях

вы́лущить голеадо́р гро́хот дешифри́роваться информбюро́ йо́говый порыже́лый принево́ливать карту́з нажи́мистый скрести́ться балодка лук плевать bob-curl butcher's-broom desktop fibrin non-laddering Oread sissyish undergrowth whip away астронавт самовыражение