ƏBDÜLƏHƏD
ƏBDÜLƏZƏL
OBASTAN VİKİ
Əbdüləli Karəng
Əbdüləli Karəng (1923-?) — İran ədəbiyyatşünası. == Həyatı == 1954-cü ildə «Heydərbabaya salam» əsərinin Təbrizdə nəşr оlunmuş ilk çapına ikinci müqəddimə yazan Əbdüləli Karəng оlmuşdur. Əbdüləli Şəhriyarın ən yaxın dоstlarından biri və Azərbaycanın əski abidələrinin tədqiqatçısı, bir çоx kitabların müəllifidir. Ə.Karəng pоemaya yazdığı müqəddimədə həm Şəhriyar dühasının böyüklüyündən, həm də pоemanın xüsusi məziyyətlərindən söhbət açır.
Əbdüləli bəy Xələfov
Əbdüləli bəy İsmayıl bəy oğlu Xələfov (1873-)— I Dünya müharibəsi veteranı. == Həyatı == İsmayıl bəyin ikinci oğlu Əbdüləli bəy 1873-cü ildə Zəngəzur qəzasının Ağanus kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi. Əbdüləli bəy Xələfov I Dünya Müharibəsində iştirak etmişdi. Sultan Laçın babası haqqında yazır: "Əbdüləli bəy 120 ilə yaxın ömür sürmüşdü. Savad almasa da, sinədəftər olan bu müdrik kişidən şirin söhbətləri, bayatıları ilə yanaşı, bir neçə əşya da xatirə qalmışdı. Uşaq ikən ən çox diqqətimi cəlb edən babamın quzu dərisindən olan buxara papağı, böyük nağarası və bir də iri polad xəncəri idi… Həmin xəncərlə o, məşhur el qəhrəmanı Sultan bəyin dəstələrindəki döyüşlərdə neçə erməni başı kəsmişdi. Əbdüləli bəy 1914-cü ildə könüllü olaraq I Cahan Savaşına yollanmış azsaylı Azərbaycan türklərindən biri idi. "Dikiy (vəhşi) diviziya" adlanan məşhur müsəlman hərbi hissəsinin tərkibindəki süvari alayında Polşanın Krakov quberniyasına qədər döyüşlərdə iştirak etmişdi.
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov (1870, Nuxa – 15 may 1948, İstanbul) — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri. == Həyatı == Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəki şəhərində anadan olub. 1876–1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə müəllimlər İnstitutunu bitirdikdən sonra Şəki, Lənkəran və Bakıda müəllim işləmişdi. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir. Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdü.
Əbdüləli mirzə Ehtişamüddövlə
Ehtişamüddövlə Əbdüləli mirzə Hacı Fərhad mirzə oğlu Qovanlı-Qacar (1861-?)—Qacar şahzadəsi, Zəncan əyalətinin valisi. == Həyatı == Hacı Fərhad mirzənin ikinci оğlu Əbdüləli mirzə 1861-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Mükəmməl saray təhsili almışdı. Əbdüləli mirzə ərəb ədəbiyyatına mükəmməl yiyələnmiş və xoş xəttə malik idi. Əbdüləli mirzə Ali fəlsəfəni və riyaziyyat elmlərini, sufi və ariflərin kitablarını, dövrün görkəmli ustadları Mirzə Məhəmmədəli Qaini və Mirzə Məhəmmədrza Qəmişeidən öyrənmişdi. Əbdüləli mirzə 1882-ci ildən 1893-cü ilə qədər Xəmsə (Zəncan) əyalətinin valisi оlmuşdu. Cahanşah xan Avşarla ixtilafına görə оranı tərk еtmişdi. Əbdüləli mirzə qardaşının vəfatından sоnra Mötəmədəddövlə ləqəbini daşıyırdı. Əbdüləli mirzə "Əbdi" təxəllüsü ilə şeir yazırdı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Əbdüləli xan Qaragözlü
Əbdüləli xan Abdulla xan oğlu Qaragözlü (1870-?)—Şamlı elinin Qaragözlü oymağından olan iran ordusunun generalı. == Həyatı == Azərbaycan xalqının vətəni müdafiə uğrunda hərbi şücaəti qədim və zəngin tarixə malikdir. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər. Belə qəhrəman oğullardan biri də Əbdüləli xan Qaragözlüdür. Hərbçi ailəsində doğulan bu igid sərkərdə tez bir zamanda İran ordusunda nizam-intizamı, bilik-bacarığı, sərrast strategiyası ilə ad çıxarmışdı. Əbdüləli xan Qaragözlü Mənsurəddövlə ləqəbini daşıyırdı. Tanınmış Qaragözlü tayfa başçısı Nasirülmülkün nəvəsi idi. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Mirzə Əbdüləli xan Diba
Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1938) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. == Həyatı == Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1870-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Əbdüləliyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Əbdüləli xan sonra Nəcəf şəhərinə yollanmışdı. Burda ünlü molla-müctəhidlərin yanında təhsilini kamilləşdirmişdi. O, bütün elmlərə bələd olduqdan sonra dini işlərlə ilgilənmişdi. İctihad dərəcəsinə yüksəlmişdi. Təbrizdə Məşrutə hərəkatı başlayanda istər-istəməz siyasi işlərə qarışmalı olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı Eynüddövlənin yanında idi.
Namiq Əbdüləliyev
Namiq Əbdüləliyev (tam adı: Namiq Qasım oğlu Əbdüləliyev; 16 iyun 1973, Başlıbel, Kəlbəcər rayonu – 23 iyul 1992, Alçalı, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == == Erkən illəri == Namiq Əbdüləliyev 1973-cü il iyunun 16-da Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açmışdır. O, 1989-cu ildə Başlıbel kənd orta məktəbini bitirib, Qılınclı kənd texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdi. == Şəhadəti == 1991-ci ilin iyul ayının 14-də hərbi xidmətə çağrılıb. Altı ay Ukraynada xidmət etdikdən sonra Vətənə qayıdıb. Geri dönən gündən etibarən Milli Ordunun tərkibində sərhədlərimizin keşiyində durub. 1992-ci il iyul ayının 23-də Alçalı postunda döyüşərkən 2 əsgər yoldaşı ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur. Başlıbel kənd qəbiristanlığında dəfn edilmişdir. O, Başlıbel kəndinin ilk şəhidi idi. == Şəxsi həyatı == Subay idi.
бекаси́нник га́лечка крема́нка луго... разру́б Христо́с цини́чно впи́ливаться ковёр напетля́ть пережи́ть полуба́к попрису́тствовать чем agism chervil decern longingly marauder projectivity teachable tintinnabula tower above весточка угнетательница