XAQAN
XALƏDDİN
OBASTAN VİKİ
Xaqani
Xaqani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Xəqani Səfərli - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Xaqani Nəsibov - Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xaqani Babazadə - Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xaqani Əsgərov - Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xaqani Məmmədov (əsgər) - Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xəqani Bayramov - Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xəqani Cəmilli - Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xəqani Əliyev - Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi. Xəqani Fətiyev - Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Vətən müharibəsi şəhidi.
Xaqani (Göygöl)
Xaqani — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun tərkibindəki yaşayış məntəqəsi Xəqani kənd adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Xəqani kəndi mərkəz olmaqla Xəqəni kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1794 nəfər əhali yaşayır.
Xaqani Babazadə
Xaqani Anar oğlu Babazadə (13 fevral 2001, Kijəbə, Astara rayonu – 10 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Babazadə 2001-ci il fevralın 13-də Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xaqani Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Babazadə oktyabrın 10-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Kijəbə qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xaqani Cəmilli
Xəqani Mənsur oğlu Cəmilli (22 fevral 1995, Varvara, Yevlax rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001–2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəqani Cəmilli 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub.
Xaqani Emin
Xaqani Məmmədov
Xaqani Məmmədov (hakim)
Xaqani Nəsibov
Xaqani Aydın oğlu Nəsibov (1 may 1991; Kortala, Balakən, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. Onun qardaşı — Ədalət Nəsibov Birinci Qarabağ müharibəsində şəhid olub. 1997-1998-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Xaqani Nəsibov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim. == Həyatı == Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir. 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.
Xaqani Qocayev
Xaqani Qocayev - şəhid == Həyatı == Xaqani Qocayev 21 avqust 1974-cü ildə Qərbi Azərbaycannın, Çəmbərək rayonunun Gölkənd kəndində anadan olmuşdur. 22 avqust 1992-ci ildə Şəmkir RHK-ndan Milli orduya çağırılmışdır. Sıravi əsgər 952-ci hərbi hissənin avtomatçısı Xaqani Qocayev Tərtər rayonunda hərbi xidmətdə olmuşdur. Xaqani Qocayev 13 yanvar 1994-cü ildə Tərtər rayonunda döyüş zamanı həlak olmuşdur. Şəmkirdə dəfn olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Xatirə Kitabı, 2-ci cild, Bakı-2002. səh.416.
Xaqani Quluzadə
Xaqani Quluzadə (tam adı:Quluzadə Xaqani Zahid oğlu; 6 avqust 1977, Marneuli rayonu) — Azərbaycan iş adamı, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri (2010–2013), "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri. == Həyatı == Xaqani Quluzadə 6 avqust 1977-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda ziyalı ailəsində anadan olub. == Təhsil == 2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində "Executive Global Master’s in Management" proqramını müvəffəqiyyətlə bitirərək magistr dərəcəsini qazanmışdır. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin prioritetləri" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. "Maliyyə" ixtisası üzrə magistr dərəcəsiylə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir (hər ikisi fərqlənmə ilə). 1993-cü ildə Bakı şəhəri 2 saylı texniki-humanitar liseyini qızıl medalla bitirmişdir. == Karyera == 2010-cu ilin avqust ayından 2013-cü ilin oktyabr ayınadək "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Baş direktoru, Direktorlar Şurasının sədri vəzifəsini tutmuşdur. "International Construction Company" (Qazaxıstan) şirkətinin təsisçisi və Direktorlar Şurasının sədridir. Bundan əvvəl Azərbaycanın aparıcı banklarında Aktivlərin və passivlərin idarəetmə komitəsinin sədri, İdarə Heyəti sədrinin birinci müavini, həmçinin İdarə Heyətinin sədri kimi rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
Xaqani Sadıxov
Xaqani Sadıxov (10 aprel 2000-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qarabağ-2 klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Xəzər Lənkəran === Sadıxov Xəzər Lənkəran akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 11 may 2016-cı ildə İnter Bakı klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Orxan Səfiyaroğlunu əvəz etmişdir. Azərbaycan Premyer Liqası görüşündə Xəzər Lənkəran rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. === Qarabağ === Sadıxov 2017-ci ilin iyul ayında Qarabağ klubu ilə müqavilə imzalamışdır. O, Qarabağ-2 klubu ilə debütünü 27 avqust 2018-ci ildə Turan Tovuz klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Nicat Süleymanovu əvəz etmiş və 67-ci dəqiqə qolla yadda qalmışdır. Azərbaycan Birinci Liqası görüşündə Qarabağ-2 rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 28 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Xaqani Savalan
Xaqani Həşimov (Xaqani Savalan) (10 sentyabr 1965, Kəlbəcər rayonu) — film direktoru, prodüser, "RITM production"un direktoru, "CineMAN" jurnalının təsisçisi. == Həyatı == Xaqani Savalan 10 sentyabr 1964-cü ildə Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. "Tayfun-S" şirkətinin prezidenti işləyib. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Aztelefilm" Yaradıcılıq Birliyində film direktoru olub. 2004-cü ildə yaradılmış "Ritm production" müstəqil kino şirkətinin təsisçilərindən biri və direktorudur. == Filmoqrafiya == 40-cı qapı (film, 2009)(tammetrajlı bədii film) Almas Yıldırım (film, 2004) Cabir Novruz (film, 2002) Əsrin şahidi (film, 2002) Fotoqraf (film, 2002) Həsən bəy Zərdabi (film, 2003) İki xalqın oğlu (film, 2004) İrəvan teatrı (film, 2003) Koroğlu (film, 2003) Kömür (film, 2004) Qədim Şəmkir (film, 2003) Lal (film, 2003) Maestro (film, 2002) Mədəniyyət salnaməsi. Qürbət əmi (film, 2003) Mən kitabımı başlayıram (film, 2006) Mir Teymur (film, 2003) Oyun (film, 2003) Ömür yolu.
Xaqani bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. == Təsviri == Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur.Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var. Ağacların ətrafında kolluqlar və güllüklər var.
Xaqani bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xaqani parkı
Xaqani parkı (fars. بوستان خاقانی‎) — Təbriz şəhərinin mərkəzində, Göy məscid ilə Azərbaycan muzeyinin yaxınlığında yerləşən, Əfzələddin Xaqaninin adı verilmiş park. == Haqqında == Keçmişdə parkın yerində başqa tikililər yerləşmişdir. 1816-cı ildəki zəlzələdən sonra şəhər xeyli ziyan çəkmişdi. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə zəlzələ nəticəsində ölənlər toplu şəkildə basdırılmışdı. 1931-ci ildə Təbriz bələdiyyəsinin rəhbəri Məhəmməd Əli xan Tərbiyət bu yeri ictimai park edildiyini elan etdi. Bundan sonra xalq bura "Sümüklü park" demişdir.1958-ci ildə həmin yerdə "Cahanşah ibtidai məktəbi" ilə Azərbaycan muzeyi tikildi. "Cahanşah məktəbi"nin adı İran İslam inqilabından sonra "Müsəddiq məktəbi" olaraq dəyişdirildi. 2003-cü ildə Təbriz bələdiyyəsinin və Təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə məktəb ləğv edildi və onun ərazisi Xaqani parkına verildi. Bu ərazidə Xaqani Şirvaninin heykəli qoyuldu.
Xaqani İsmayıl
Xaqani Şirvani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Xaqani Əsgərov
Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995; Xaçmaz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfzələddin Xaqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Xaqani (film, 1980)
Xaqani — Rejissor Xamiz Muradovun filmi. == Məzmun == Film Azərbaycan poeziyasının klassiki, görkəmli şair və mütəfəkkir Xaqani Şirvaninin anadan olmasının 850 illiyinə həsr edilmişdir. Filmdə dahi humanist şairin həyatından səhnələri əks etdirən qədim əsərlərdən-klassik miniatürlərdən, əlyazma kitablardan, Xaqani yaradıcılığını təsvir edən fırça ustalarımızın əsərlərindən, heykəl və barelyeflərdən istifadə olunmuşdur. Şairin saray mühitindən uzaqlaşıb uzaq səfərlərə çıxması, Yaxın Şərq ölkələrini dolaşıb sonradan Təbrizə qayıtması, filosof şair kimi yüksək yaradıcılıq zirvələrinə ucalması filmdə poetik notlarla əks etdirilmişdir. Qəmli, həzin kamançanın və udun müşayiəti ilə qədim şəhərin xarabalıqları görünür və şairin məşhur "Mədain Xərabələri" əsərindən parçalar verilir. Filmin sonunda Şərqin görkəmli söz sənətkarlarının Xaqani haqqında fikirləri səslənir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov (Xamiz Murad kimi) Ssenari müəllifi: Teymur Əhmədov Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov Elmi məsləhətçi: Məmmədağa Sultanov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Xaqani Məmmədov (hakim)
Xaqani Məmmədov (1961) — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 293 dəfə baş hakim olmuşdur. Xaqani Məmmədov bu göstəriciyə görə mütləq rekordun sahibidir. == Ailəsi == 56 yaşında ikən - 2018-ci ildə ailə həyatı qurmuşdur.
Xaqani Məmmədov (əsgər)
Xaqani Mürşüd oğlu Məmmədov (15 may 2000; Kürdəmir, Azərbaycan — 2 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaqani Məmmədov 2000-ci il mayın 15-də Kürdəmir şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xaqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Məmmədov noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xaqani küçəsi (Bakı)
Xaqani küçəsi — Rəsul Rza küçəsindən başlayın Kövkəb xanım Səfərəliyeva küçəsinə qədər uzanan küçə. Küçədə XIX–XX əsrə aid çoxlu tarixi abidələr var. Bundan başqa küçə boyunca bir heykəl və 3 park mövcuddur. Ümumi uzunluğu 1.7 kilometrdir. == Haqqında == Bu küçə 1880-ci illərin əvvəlində tikilməyə başlayıb. Küçəyə ilk olaraq bura gəlib məskunlaşan molokanlara görə Molokanskaya adı verilib. Küçənin başlanğıcını götürdüyü Xaqani bağı da vaxtilə Molokan bağı adlanıb. Küçə Molokan bağından və ya Marinski parkından başlayıb o dövrdə şəhərin sənaye zonası olmuş ərazinin şərqinə qədər uzanır. Küçədə XIX–XX əsrlərdə kapital üslublu binalar tikilib. İlk dövrlər klassik prinsiplər binaların layihələşdirilmə strukturuna daxil olmadığı üçün küçədə tikilən 1,3,5 saylı yaşayış evləri memarlığın sərbəst üslubunda tikilib.
Xaqani Salayev
Xaqani Şəfəqqət oğlu Salayev (1971, Rəzgov, Lerik rayonu – 3 sentyabr 1992, Sırxavənd, Ağdərə rayonu) — şəhid. == Həyatı == Salayev Xaqani Şəfəqqət oğlu −1971-ci ildə Lerik rayonunun Razgöv kəndində anadan olub. == Təhsili == 1978-ci ildə Rəzgöv kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Orta məktəbini bitirdikdən sonra sovet ordu sıralarına çağırılan Xaqani Salayev bir ildən sonra Çelyabinsk Ali Tank məktəbinə daxil olur. Qarabağ müharibəsinin ən ağır dövründə kursantı olduğu Çelyabinsk Ali Tank Məktəbində təhsilini yarımçıq qoyaraq Vətənə qayıdır, 1992-ci il aprel ayının 14-də könüllü olaraq Qarabağ cəbhəsinə yola düşür. == Hərbi xidməti == 1992-ci il aprel ayının 14-də könüllü olaraq Qarabağ cəbhəsinə yola düşür. Qarabağda elə ilk döyüşlərdə hərb taktikasını əla mənimsədiyi nəzərə alınaraq Qarabağ Könüllülər Batalyonunun qərargah rəisi vəzifəsinə təyin ediir, bu mühüm postda yüksək komandirlik və insani keyfiyyətləri ilə hamının dərin rəğbətini qazanır. Xaqani Salayev Drambon, Qarakənd, Sərsəng su anbarı, Ağdərə, Sırxavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərir, adı dillər əzbərinə çevrilir. 1992-ci ilsentyabr ayının 3-də Xaqani Salayevin rəhbərlik etdiyi batalyon Sırxavənd istiqamətində hücuma keçir. Həmin döyüşdə düşmənin çoxlu canlı qüvvəsi və döyüş texnikası məhv edilir.
Xaqani İsmayılov
Xaqani İsmayılov (10 noyabr 1990, Sabnova, Dağıstan MSSR) — Rusiyalı ağır atlet, ağır atletika üzrə Rusiya çempionatının ikiqat qalibi. O, 62 kq çəki dərəcəsində çıxış edib. Rusiyanın idman ustası. Milliyyətinə görə — azərbaycanlı. == Bioqrafiya == 2009-cu ilin avqustunda Nalçikdə keçirilən Rusiya çempionatında Anton Dudinə uduzaraq gümüş mükafatçı olur. 2014-cü ilin aprelində Volqoqradda Cənub Federal Dairəsi və Şimali Qafqaz Federal Dairəsinin birinciliyinin qalibi olmuşdur. 2014-cü ilin avqustunda Qroznıda keçirilən Rusiya çempionatında Pavel Suxanova uduzaraq gümüş mükafatçı olmuşdur. 2017-ci ilin aprel ayında Babayurdda Dağıstan çempionu adına layiq görülür. 2017-ci ilin iyununda Rostov-na-Donuda ikiqat olimpiya çempionu Vasili Alekseyevin xatirəsinə həsr olunan Cənub Federal və Şimali Qafqaz Federal Dairəsinin çempionluğunu qazanır. == İdman nəticələri == Ağır Atletika üzrə Rusiya Çempionatı 2009–2 (115 + 143 = 258); Ağır Atletika üzrə Rusiya Çempionatı 2014–2 (118 + 153 = 271).
Xaqani parkı (Təbriz)
Xaqani parkı (fars. بوستان خاقانی‎) — Təbriz şəhərinin mərkəzində, Göy məscid ilə Azərbaycan muzeyinin yaxınlığında yerləşən, Əfzələddin Xaqaninin adı verilmiş park. == Haqqında == Keçmişdə parkın yerində başqa tikililər yerləşmişdir. 1816-cı ildəki zəlzələdən sonra şəhər xeyli ziyan çəkmişdi. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə zəlzələ nəticəsində ölənlər toplu şəkildə basdırılmışdı. 1931-ci ildə Təbriz bələdiyyəsinin rəhbəri Məhəmməd Əli xan Tərbiyət bu yeri ictimai park edildiyini elan etdi. Bundan sonra xalq bura "Sümüklü park" demişdir.1958-ci ildə həmin yerdə "Cahanşah ibtidai məktəbi" ilə Azərbaycan muzeyi tikildi. "Cahanşah məktəbi"nin adı İran İslam inqilabından sonra "Müsəddiq məktəbi" olaraq dəyişdirildi. 2003-cü ildə Təbriz bələdiyyəsinin və Təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə məktəb ləğv edildi və onun ərazisi Xaqani parkına verildi. Bu ərazidə Xaqani Şirvaninin heykəli qoyuldu.
Yaşayış binası (Xaqani küçəsi, 9)
Yaşayış binası — 1896-cı ildə Xaqani küçəsi, 9 (keçmiş Molokanski, 9) ünvanında inşa edilmiş binanın memarı İohan Edeldir. Müstəqillikdən sonra bir müddət İraq səfirliyi kimi fəaliyyət göstərən bina hazırda istifadəsizdir.Xaqani küçəsi, 9 ünvanında yerləşən bina Bakının mərkəzində sayca çox az olan əsl villalardan biri idi. Bağçalı bina, qırmızı xəttən kənarda yerləşirdi ki, bu da Bakıda tarixi məhəllənin salınmasında nadir hal idi. Bina, memarlıq üslubu baxımından italyan intibahına meyllidir. Burada korinf sütunları və klassik formalı eyvanlardan istifadə olunmuşdur. Bina, fasadının plastikliyi, incə qurulmuş interyerləri və ümumi plan xüsusiyyətlərinə görə fərqlənir.
контра́стный локото́чек пребе́дно скучли́вость так и эллинофо́б я́бедник вкривь и вкось Госпо́дь до сва́дьбы заживёт затаённый передовы́е проконсульти́ровать самопо́мощь террито́рия упа́дочник группа холява kingcup pliers rose window scrub выходец компаньонка электроакустический