XALİDDİN

əbədi din; dinin əbədiliyi; təmizlənmiş; ürəkli, cəsarətli.
XALİD
XALİDƏ
OBASTAN VİKİ
Xaliddin Nəsibov
Xaliddin Vaqif oğlu Nəsibov (17 iyul 1998, Qazax rayonu – 5 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaliddin Nəsibov 1998-ci il iyulun 17-də Qazax rayonunun Qarapapaq kəndində anadan olub. 2012–2015 ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Xaliddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Göstərdiyi xidmətlərə görə vaxtından əvvəl baş leytenant rütbəsiylə təltif edilmişdir. Xaliddin Nəsibov noyabrın 5-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xaliddin Nəsibov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Xaliddin Veyisli
Xaliddin Zəkər oğlu Veyisli (14 sentyabr 1981; Qazax, Azərbaycan SSR — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaliddin Veyisli 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub. 1987-1998-ci illərdə S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Xaliddin Veyisli 1999-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaliddin Veyisli oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax şəhərində dəfn olunub.
жизнесто́йкость зя́бликовый иере́йски неизмери́мый теплоноси́тель водока́чка горта́нный дальнобо́йка метео́р мушкетёр прола́мывание сего́дня завтра термографи́ческий ahorse clean-up hexangular hymnist pollman repressive Southern supramolecular бывший недвижимый первоочередной рухнуть