XALƏDDİN
XALIQVERDİ
OBASTAN VİKİ
Xalıq Koroğlu
Xalıq Hüseyn oğlu Koroğlu (1919-2002) — Azərbaycan türkoloqu, ədəbiyyatşünası, filologiya elmlər doktoru (1969), professor. == Həyatı == Xalıq Koroğlu 24 yanvar 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın Sərab şəhərindən köçmüş bir ailədə anadan olmuşdur. O, fars dilində təhsil verən Nizamiyyə mədrəsəsində oxumuşdur. Daha sonra Moskva Tibb İnstitutuna daxil olmuş və 1946-cı ildə oranı bitirmişdir. Lakin Xalıq Koroğlu demək olar ki, həkim kimi fəaliyyət göstərməmişdir. Şərqşünas-alim olmaq istəyən Xalıq Koroğlu azərbaycanca, rusca, farsca, ərəbcə və türkməncəni mükəmməl bilirdi.Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu dövrdə, yəni 1944-1946-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi dərs demişdir. O, 1947-ci ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1952-ci ildə həmin universiteti bitirmişdir. == Əmək fəaliyyəti == Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu ərəfədə, 1944-cü ildən 1947-ci ilə kimi Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi fəaliyyət göstərmişdir. Həmçinin yenə təhsilini davam etdirdiyi illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri kafedrasının müdiri vəzifəsini icra etmişdir. O, 1958-1971-ci illərdə Böyük Sovet Ensiklopediyasında Şərq ədəbiyyatları sektoruna rəhbərlik etmişdir.1971-1986-ci illərdə isə SSRİ Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
Əbdül Xalıq
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). == Həyatı == Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır.Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.Əbdül Xalıqın peyzaj və natürmort janrlarında işlədiyi əsərləri sırasına İtaliya, Türkiyə, Amerika həyatına dair lövhələr, "Bakıda May nümayişi" (1943), "Üzüm yığımı" (1946), "Çöl gülləri" (1955), "Quşlarla natürmort" (1957), "İstanbulda küçə" (1960), "Tarla düşərgəsində" (1963) və başqaları daxildir. O, "Qaçaq Nəbi" (1959), "Nəriman Nərimanov" (1969), "Əliağa Vahid" (1970), "Əzim Əzimzadə" (1970), "Ana" (1970), "Ziya Bünyadov" (1978), "Mehdi Hüseynzadə" və başqa portretlerin, eləcə də Şamaxı, Zaqatala, Moskva, İstanbul və Bakı ünvanlı etüdlərin müəllifidir.Rəssamın 1960-cı illər yaradıcılığını əmək mövzulu "Kolxozçu Sevil Qazıyeva", "Kolxoz həyəti", "Kolxozçu qadın", "Balıqçılar", "Əmək meydanında", "Lənkəran balıqçıları" və "Məhsul bayramı" tabloları, əmək adamlarının təmas yerlərini tərənnüm edən "Çuxuryurd", "Altıağac" və "Mənzərə" əsərləri əhatə edir.
Qəzənfər Xalıqov
Qəzənfər Ələkbər oğlu Xalıqov (16 dekabr 1898, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 1 mart 1981, Bakı) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı (1973). == Həyatı == Qəzənfər Xalıqov 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olmuşdur. 1929–1930-cu illərdə "Molla Nəsrəddin", 1953–1958-ci illərdə "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün "Firdovsinin dəfni" əsərini yaratmışdır. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin ("Neft") müəllifidir. Q. Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat etmişdir. Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır.
Əbdül Xalıqov
Əbdül Xalıqov - Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974). == Həyatı == Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir. 1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir. 1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir. 1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
выкристаллизо́вываться дозаряжа́ть переви́снуть приту́хнуть скрести́ть турню́р усугубля́ться в проце́ссе ве́дьмовский изоляцио́нный неэти́чность потеша́ть сма́чивание тащи́ловка китовина Пермь achromatize auriculae radiochromatography scroll searing effect армада кессон обставить яд