İHLİMAN
İXTİYAR
OBASTAN VİKİ
İhsan Doğramacı
İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur. == Həyatı == İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib. == Karyerası == İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttərə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
İhsan Sökmən
İhsan Lətif Sökmən (1873, Konstantinopol – 27 dekabr 1955, İstanbul), türk əsgəri və siyasətçisi. == Həyatı və hərbi xidməti == İhsan Lətif Sökmən 1873-cü ildə İstanbulda anadan olmuşdur. 1895-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Osmanlı-Yunan müharibəsində və Balkan müharibələrində iştirak etmişdir. Afinada Hərbi Attaşe, Yəmən Ordusu Korpusu Baş Qərargah rəisi, Edremit Diviziya Komandiri və Muş Diviziya Komandiri vəzifələrində çalışıb. Birinci Dünya Müharibəsi başlayanda Qafqaz Cəbhəsindəki 9-cu Ordu Korpusu Komandiri vəzifəsini icra edərkən, 22 dekabr 1914-cü ildə Sarıqamış Döyüşündə Rus Ordusu tərəfindən əsir düşdü və Sibirə sürgün edildi. 1915-ci ilin mayında Sibirdən qaçmağı bacardı və 1915-ci ilin sentyabrında Çin, Yaponiya, ABŞ və Yunanıstan vasitəsilə İstanbula döndü. 1915-ci ilin oktyabrında təqaüdə çıxdı. İstanbul Şəhr-əmanəti Yeniköy Bələdiyyə Başçısı və Pursaklar Müfəttişi vəzifələrini icra etdi. 1919-cu ildə həqiqi hərbi xidmətə qayıtdı.
İhsan Yüce
İhsan Yücə (d. 23 yanvar 1929, Elazığ - ö. 15 may 1991, İstanbul)— Türk kino və teatr aktyoru, ssenarist, rejissor və şair. == Həyatı == İhsan Yüce İzmir Atatürk Litseyi və İqtisadi və Ticari əlmlər Akadəmiyasında oxudu. Bir müddət özəl şirkətlərdə mühasib kimi çalışdı. Sənət yaşamına 1952-ci ildə İzmirdə Xalq və Uşaq Teatrında başladı. Bir mövsümlük ömrü olan Bizim Teatrı qurdu. 1965-1966-cı illər arasında Lalə Oraloğlu Teatrında çalışdı. 1968-ci ildə üç yoldaşı ilə birlikdə Ankara Drama Teatrını qurdu. Bu teatrda Cinayət və cəza ilə Səhnə işıqları adlı oyunları sahnələdi və ilgi gördü.
İhsan Yücə
İhsan Yücə (d. 23 yanvar 1929, Elazığ - ö. 15 may 1991, İstanbul)— Türk kino və teatr aktyoru, ssenarist, rejissor və şair. == Həyatı == İhsan Yüce İzmir Atatürk Litseyi və İqtisadi və Ticari əlmlər Akadəmiyasında oxudu. Bir müddət özəl şirkətlərdə mühasib kimi çalışdı. Sənət yaşamına 1952-ci ildə İzmirdə Xalq və Uşaq Teatrında başladı. Bir mövsümlük ömrü olan Bizim Teatrı qurdu. 1965-1966-cı illər arasında Lalə Oraloğlu Teatrında çalışdı. 1968-ci ildə üç yoldaşı ilə birlikdə Ankara Drama Teatrını qurdu. Bu teatrda Cinayət və cəza ilə Səhnə işıqları adlı oyunları sahnələdi və ilgi gördü.
İhsan Əliaçıq
Rəcəb İhsan Əliaçıq (d. 23 dekabr 1961, Kayseri) — türk yazıçı, təfsirçi və mütəfəkkir. Yazılarıyla Antikapitalist Müsəlmanlar adıyla tanınan İslami-siyasi meydana gəlmənin nəzəri infrastrukturunu inkişaf etdirdi və bu hərəkətə sahib çıxdı.Kayseri və Kırşəhərdeki dəyişik məktəblərdə ilk, orta və lisey təhsili 1980-ci ildə tamamlayan Əliaçıq, Ərciyəs Universiteti İlahiyyat Fakültəsində 1985-1990-ci illərdə oxudu. İlahiyyat Fakültəsindən məzun olmadan ayrılaraq müstəqil yazıçılıq həyatına başladı. Kayseri Gündəm, Gerçək Həyat, Dəyişmə, Yer üzü, Məlumat və Düşüncə, Sabah, Özgün İradə, Məlumat Adam, Zaman kimi bir çox qəzet və jurnalda yazdı. 20 qədər kitabı nəşr olunmuşdur. Evli və beş uşaq atası olan Əliaçıq, Ərəb dili bilməkdə və İstanbulda yaşayır. Türkiyə jurnalisti Əhməd Hakan 14 mart 2007-ci il tarixli Hürriyet qəzetində nəşr olunan yazısında İhsan Əliaçıqdan təriflə bəhs edərkən, özünə "tabu yıxan" sifətini uyğun tapmışdır.
İhsan Ketin
İhsan Ketin (türk. İhsan Ketin; 10 aprel 1914, Kayseri – 16 dekabr 1995, İstanbul) — Türkiyə alimi, geoloq, professor. Türkiyədə “Geologiyanın atası” kimi tanınan geologiya professoru İhsan Kətin 1948-ci ildə Şimali Anadolu fay xəttinin quruluşunu kəşf etməsi ilə tanınır. == Həyatı == 1914-cü ildə Kayseridə doğulan İhsan Ketin orta və liseyi internat-təqaüdlə Kayseridə oxuyub. Daha sonra Atatürkün inkişaf üçün başlatdığı xaricə təqaüd üçün müraciət edən Ketin təqaüdü qazanaraq 1932-ci ildə Almaniyaya gedib. Ketin iki illik dil təhsilindən sonra 1934-cü ildə Berlin Universitetində geologiya üzrə təhsil almağa başlayır. Berlindəki siyasi qarışıqlıq və müəllimləri arasında yaranan fikir ayrılıqları səbəbindən Berlin Universitetini Bonn Universitetinə dəyişir. Məşhur geoloq Hans Kloosla işləməyə davam edən Ketin 1938-ci ildə doktorluq dissertasiyasını tamamlayaraq Türkiyəyə qayıdır. İstanbul Universiteti Elmlər Fakültəsinin Geologiya İnstitutunda dosent kimi işə başlayan Ketin o zaman 24 yaşında idi və ölkədə doktorluq dərəcəsi alan ilk geoloq oldu. == Elmi fəaliyyəti == Ərzincan zəlzələsi və sonrakı il 33.000 insanın ölümü nəticəsində zəlzələlər üzərində işləməyə başlayan Kətin ölkənin müxtəlif bölgələrində baş verən irili-xırdalı çoxsaylı zəlzələlərin tədqiqi ilə məşğul oldu.
İhsan Doğramacı abidəsi
Bilkənd Universiteti "İhsan Doğramacı" abidəsi (2002, Ankara) SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarovun yaratdıqı kamil, plastik sənət əsərlərindəndir. Heydər Əliyevin tapşırığı ilə memar Ömər Eldarov İhsan Doğramacının heykəlini hazırlamış və 2002-ci ilin iyun ayında Bilkənt Universitetində abidənin açılışı olmuşdur.
İhsan Əl-Şehbaz
İhsan Əl-Şehbaz (ing. Ihsan Al-Shehbaz, 1939, İraq) — İraq mənşəli ABŞ botaniki, Harvard Universitetinin fəlsəfə üzrə doktoru; Kələmçiçəyikimilər bitki fəsiləsinin sistematikası üzrə mütəxəssisdir. == Elmi işləri == K. Mummenhoff, & O. Appel 2002. Cardaria, Coronopus, and Stroganowia are United with Lepidium (Brassicaceae) // Novon 12:5–11 2003 Notes on some species of Stroganowia transferred to Lepidium (Brassicaceae)//Harvard Papers in Botany, 7, 465–466. M. A. Beilstein, & E. A. Kellogg 2006. Systematics and phylogeny of the Brassicaceae (Cruciferae): an overview Pl. Syst. Evol. 259: 89–120 Beilstein M, Al-Shehbaz IA & Elizabeth A. Kellogg 2006. Brassicaceae phylogeny and trichome evolution.
Əli İhsan Sabis
Əli İhsan Sabis (türk. Ali İhsan Sabis; 30 avqust 1882, İstanbul – 9 dekabr 1957, İstanbul) — Osmanlı İmperiyasının altıncı ordusunun komandiri. Müharibədən sonra o, Britaniya işğalçıları tərəfindən Maltaya sürgün edildi. Türkiyəyə qayıtdıqdan sonra Türkiyənin Birinci Ordu komandanlığına təyin edildi, lakin Dumlupınar döyüşündən bir az əvvəl istefaya göndərildi. == Həyatı == 30 avqust 1882-ci ildə İstanbulun Cahangir məhəlləsində anadan olmuşdur. Orta məktəbi və Beşiktaş Hərbi Liseyini bitirdikdən sonra 1895-ci ildə Halıcıoğlunda Artilleriya məktəbinə girdi. 1901-ci ildə Hərbi Akademiyaya daxil oldu və 1904-cü ildə həmin akademiyanı bitirdi. == Birinci Dünya Müharibəsi == Birinci Dünya müharibəsində Qafqaz və İraq cəbhəsində komandir vəzifəsində çalışıb. 1916-cı ildə Qut-ül Amarə mühasirəsi zamanı Sabisə hücum edən Britaniya ordusu üzərində qələbə qazandı. 1914-cü ildə Tortumda komandir kimi fəaliyyət göstərdikdən sonra Sarıqamış, Dilman və Vana təyin olundu.
Əhməd İhsan Tokgöz
Əhməd İhsan Tokgöz (türk. Ahmet İhsan Tokgöz; 1868, Ərzurum, Ərzurum vilayəti və ya Konstantinopol – 28 dekabr 1942, Dəyirməndərə[d], Kocaeli ili) — Türkiyə jurnalisti, tərcüməçisi, çapçısı, naşiri, siyasətçisi və idman idarəçisi. Tokgöz Türkiyə mətbuatı tarixinin ən uzunömürlü jurnallarından biri olan "Sərvət-i Fünun"un qurucusu olmuşdur. O, Jül Verni Türkiyədə tanıdan ilk yazıçı olmuş və buna görə də "Jül Vern mütərcimi" kimi məşhurlaşmışdır. Tokgöz Avropada çap texnologiyalarının Osmanlı imperiyasına gətirilməsinə və Türkiyədə çap fəaliyyətinin modernləşdirilməsinə öncülük etmişdir. O, Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkilidir. == Həyatı == Əhməd İhsan Tokgöz 1868-ci ildə Ərzurumda anadan olmuşdur. O, əslən Kastamonun Daşkörpü qəzasındandır. Tokgözün atası Osmanlı imperiyasında dəftərdar və mühasib işləmiş Əhməd Xalid bəy idi. Onun atası Ərzurum, Priştina, Şkoder, Kastamonu, İstanbul, Dəməşq, Ankara və Bursada xəzinədar işlədiyi üçün uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir.
Ekmeleddin İhsanoğlu
Ekmeleddin İhsanoğlu (türk. Ekmeleddin İhsanoğlu, 26 dekabr 1943, Qahirə) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi. == Həyatı == 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. E. İhsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. 1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan İhsanoğlu 1984-cü ildə professor oldu. Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir.
Ekmələddin İhsanoğlu
Ekmeleddin İhsanoğlu (türk. Ekmeleddin İhsanoğlu, 26 dekabr 1943, Qahirə) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi. == Həyatı == 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. E. İhsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. 1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan İhsanoğlu 1984-cü ildə professor oldu. Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir.

Значение слова в других словарях

бро́вный доруба́ние предрече́ние прести́ссимо прови́нция сель... го́рно- запружа́ться ка́торжный конве́нт нет как нет пурге́н стира́ние шипоре́зный -ful alamo Cuthbert interrer lacemaker selfdom tautomerism психоаналитический рыболовецкий удлинение эскиз