Mahmudəli Çöhrəganlı
Mahmudəli Çöhrəqanlı - publisist, dilşünas, filologiya elmləri doktoru, professor.
== Həyatı ==
Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. Dissertasiya müdafıə edib PhD elmi dərəcəsini almışdır. Milli azadlıq hərəkatına qoşulduğuna görə işdən çıxarılmış, Təbrizə "sürgün" olunmuşdur. Təbrizdə Tərbiyyət Universitetində ümumi dilçilikdən mühazirələr oxumuş, eyni zamanda elmi məqalələr, monoqrafıyalar üzərində işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi"{Ctn}}, "Azərbaycan türkcəsinin feli quruluşu" və s. elmi əsərləri çapdan çıxmışdır.