MƏHZUNƏ
MƏXLUQƏ
OBASTAN VİKİ
İlahi məxluq (film, 2011)
İlahi məxluq — rejissor Yavər Rzayevin filmi. == Məzmun == Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və dağlara səfər edən gənc rəssam qızın verdiyi şəkilli dərgi olur. == Film haqqında == Film 2008-ci ildə "Bizim Kino" Prodüser Mərkəzi tərəfindən çəkilmiş, 2009-cu ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında tamamlanmışdır. Filmdə çəkilmiş canavarların təlimi "Animalfilm" studiyası tərəfindən həyata keçirilmişdir. Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 tammetrajlı filmdən biridir. Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb.
Fantastik məxluqlar və onların yaşadıqları yer (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik məxluqlar və onların yaşadıqları yer (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. == Məzmun == 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.
Fantastik məxluqlar və onların yaşadıqları yer (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. == Qısa məlumat == Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Meksika məxluqu
Meksika məxluqu - 2007-ci ildə Meksikada bir fermerin qarşılaşarkən qorxduğu üçün suda boğduğu, sifəti insana, bədəni kərtənkələyə bənzəyən, Meksika və Kanadada uzun müddət laboratoriya analizlərində DNT-sı aşkarlana bilməyən qəribə məxluq. İspan alimi Hose Antonio bu məxluqun DNT-sini öyrənə bilib. Onun hüceyrələrində nukleosit tapılıb. Alimə görə, bu, elmə məlum olmayan heyvan deyil, 99,99 faiz başqa planetlərdən gəlmiş bir canlıdır. İspan alim bu yadplanetlinin göz və qulaq quruluşunu öyrənib. Məlum olub ki, onun insanla müqayisədə müdhiş duyma qabiliyyəti var. Bu canlı ilə qarşılaşan meksikalı fermer keçirdiyi həyəcanın təsiri ilə onu bir neçə saat suyun altında saxlayıb. Həmin varlıq bir neçə saat suda yaşadıqdan sonra ölüb. Normal halda isə yer üzündə quruda yaşayan heç bir canlı bu qədər suda sağ qala bilmir. Digər qəribə olay budur ki, bu məxluqu öldürən meksikalı fermer bir müddət sonra qəribə şəraitdə ölüb.
Montauk məxluqu
Montauk məxluqu — dalğaların Nyu-Yorkun turistik Montauk sahillərinə çıxardığı əsrarəngiz heyvan. Heyvanın iki fərqli baxımdan çəkilən fotoşəkilləri, internetdə həyəcanla müzakirə edilir. Əsrarəngiz varlığın nə olduğuna dair bir çox nəzəriyyə var. Hətta CNN və Fox News kimi ciddi media qurumları da müzakirəyə müdaxil oldular. Fox News kanalına danışan bir mütəxəssis, varlığın bir rakun olduğunu iddia etsə də, ən çox qəbul görən şərh, burnu qoparılmış, çürümək üzrə olan bir pitbul olduğu istiqamətində. Ancaq heyvanın pəncələrinin itə bənzəmədiyini iddia edən araşdırmaçılar, "Bu, Atlas okeanındakı gizli nüvə sınaqlar üzündən mutasiyaya uğramış bir varlıqdır" deyirlər. Bir başqa məşhur nəzəriyyə, hadisənin tamamilə uydurma olduğu və əslində bir reklam kampaniyası başlatmaq məqsədilə yayıldığı istiqamətindədir. İnternet sayəsində, viral (virus kimi yayılan) satışa çıxarma texnikalarının gedərək tutulduğunu ifadə edən mütəxəssislər, bu ehtimalı ehtimal xarici görmür. Enerji içkisi firmasının "Montauk məxluqu canlı tutana pul mükafatı" vəd etməsi isə, fürsətçilik olaraq xarakterizə edilir.
Fantastik məxluqlar və onların yaşadıqları yer (film)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. == Məzmun == 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.

Значение слова в других словарях

аква́риум ветви́стый дочёркиваться запатентова́ть лавинообра́зный обдува́ть переснаряже́ние реце́пт соро́чий стрена́тка Шно́белевская пре́мия шокола́дно пережа́риться горб animater beery bring off script show выгружать надсада начистить незастрахованный огульный озверелый удешевиться