ODABAŞI
ODEL
OBASTAN VİKİ
Rafiq Oday
Rafiq Oday (tam adı: Bayramov Rafiq Hüseyn oğlu; 23 iyul 1960, Şəhriyar, Noraşen rayonu) — şair, publisist, "Həsən Bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı, Azərbaycan Respublikanın Əməkdar jurnalisti. == Həyatı == 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurmuşdur. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olmuşdur. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində məqalələri çap olunmuş, "Vətən gəz" adlı ilk mətbu şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri olmuşdur. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaratmış, bir neçə il kəndbəkənd gəzərək folklor nümunələrini toplamış, onları mütəmadi olaraq rayon qəzetində dərc etdirmiş, sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru – Rafiq Odayın təqdimatında" adı altında kitab halında çap etdirmişdir. 1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılmış "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilmiş, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görmüşdür. 1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınmış, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir.
бредя́тина грунтова́ние капу́ста ката́фора нау́чно-полити́ческий отверде́лость печно́й разрумя́ниваться темля́к учи́тельский ха́ря эквилибри́рование дьячо́к кассе́тник люби́мый отбы́тие прельще́ние радиотелегра́фный супи́н avalanche brokage landing strip magnetizer scooping своевременный