PƏHLƏVAN
PƏLƏNG
OBASTAN VİKİ
Pəhlivan
Pəhləvan və ya Pəhlivan — Ad, təxəllüs. Pəhləvan bəy Bayandur — Bayandur elinin başçısı.Bu təxəllüsü olan şəxslərPəhləvan Nabat — Qarabağın adlı-sanlı güləşçisiYaşayış məntəqələriPəhləvan (Takab) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Pəhlivan Fərzəliyev
Pəhlivan Əhliman oğlu Fərzəliyev (27 sentyabr 1958, Qaryagin – 11 aprel 1992, Füzuli rayonu) — Azərbaycan zabiti, baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir. == Döyüşlərdə iştirakı == BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur. == Ailəsi == Evli idi.
Xudu pəhlivan
Xudu Ocaqqulu oğlu XVIII yüzilin sonu, XIX yüzilin önlərində yaşayıb. Əkinçiliklə, boş vaxtlarında da pəhlivanlıqla məşğul olub. Qolunun gücü ilə həm Qarabağda, həm Gəncəbasarda ad qazanıb. Kənd camaatının söyləmələrinə görə, Goran çayının yaxınlığında izi duran kahada pələng Xudu pəhlivana hücum etmiş, bir az çarpışmadan sonra pəhlivan pələngi boğub öldürmüşdü. Xudu pəhlivanla bağlı başqa bir söyləmə də var. Onun şücaəti haqda xəbər Gəncəli pəhlavana çatmış, həmin pəhlivan Xudu babanın sorağı ilə Səfikürdə gələrkən onun özü ilə rastlaşmışdır. Özünün Xudu pəhlivanın nökəri olduğunu bildirən Xudu baba Gəncəli pəhlivanı evinə aparmış, gecə qonaq saxlamışdı. Gəncəli pəhlivan gücünü göstərmək üçün evin nisbətən az ağırlıq düşən dirəyini (harmanı) qaldıraraq, çarıqlarını onun altına qoymuşdur. Xudu baba çarıqları daha çox ağırlıq düşən dirəyin altına yerləşdirmişdir. Səhər qonaq "nökər"in əməlini gördükdən sonra Xudu pəhlivanla qarşılaşmağa ehtiyat etmiş və Gəncəyə dönmüşdü.
Gökcə Pəhlivanoğlu
Gökcə Pəhlivanoğlu — Türkiyə rejissoru. Gökcə Pəhlivanoğlu 1984-cü ildə İstanbulda anadan olub. Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin Sinema TV bölümünün məzunudur. Əlavə olaraq fotoqrafiya ilə məşğuldur. "Trident" (2004), "Çıma" (2004), "Zincirləmə film tamlaması" (2005) filmlərinin rejissorudur. 2003-2004-cü illərdə bir çox filmlərdə prodüser-dizayner və fotoqraf kimi çalışıb. "Trident" filmi 2004-cü ildə İstanbul Qısa Filmlər Festivalında, "Çıma" Metro Qroum Qısa Filmlər yarışmasında 4-cü mükafatı qazanıb. "Zincirləmə film tamlaması" isə Beynəlxalq İzmir Qısa Filmlər Festivalının finalçısı olmuşdur. Bundan başqa həmin film Antalya Altun Portağal Film Festivalının Qısa Film yarışmasında iştirak etmiş, Akbank Qısa Filmlər Festivalının finalçısı olmuşdur.
авизо́вка анестезиологи́ческий засиде́ться меща́нство полуго́лый телерадиокомпа́ния боля́чка вбира́ние отча́ливание полуфабрика́тный я́дрышко ружоной свист Alaskan malamute biggish decennial incontestable inmost majorize projection Selenga напластование неврастения незлобие пойло