TAHİR
TAİBƏ
OBASTAN VİKİ
Tahirə Allahyarova
Tahirə Allahyarova – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru. == Həyatı == Tahirə Bəkir qızı Allahyarova 5 aprel 1959-cu ildə Qəbələdə anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999–2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür. Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Tahirə Allahyarova "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur. O hesab edir ki, mürəkkəb humanistik sistem kimi cəmiyyətdə sosial-siyasi dinamikanı, inkişaf proseslərini, xüsusilə də baş verən dəyişiklikləri, bir mərhələdən digərinə keçid məqamlarını sinergetik model, indiyə qədər mövcud olan bütün modellərdən daha adekvat əks etdirə bilir.
Tahirə Cəfərova
Tahirə Cəfərova (Cəfərova Tahirə Ənvər qızı; d. 1940. Bakı, Azərbaycan SSR, SSRİ) — Fin ədəbiyyatı tərcüməçisi, yazıçı == Həyatı == Cəfərova Tahirə Ənvər qızı 1940-cı il aprelin 19-da Bakıda anadan olub. 1957-ci ildə 124 nömrəli məktəbi qızıl medalla bitirib. Eyni dərəcədə həm riyazi, həm də ədəbi bacarığa malik olaraq və o zaman “fiziklər və liriklər haqqında” aparılan debatları nəzərə alaraq sənət seçimində fizikaya üstünlük verib - S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunub, 1962-ci ildə oranı “nəzəri fizika” ixtisası üzrə qırmızı diplomla bitirib.T.Cəfərova 1962-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda kiçik elmi işçi işləyib. Sonra 1965-1968-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında yarımkeçiricilər kafedrasında professor V.L.Bonç-Bruyeviçin rəhbərliyi altında təhsil alıb, aspiranturanı qurtarandan Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda (EAFİ) işləyib. Həmin vaxt onun taleyində köklü dəyişiklik baş verib, o, sənətini dəyişmək qərarına gəlib, çünki ədəbiyyat və xarici dillər onu uşaq vaxtından cəlb edirdi. T.Cəfərova 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinin qiyabi bölməsinə, 1972-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunub. Bu iki ali məktəbdə sessiyalar müxtəlif vaxtda keçirildiyi üçün o, iki təhsil müəssisəsini asanlıqla qurtarıb. 1970-1972-ci illərdə Morneftdə neft hasilatı platformasında ingilis dili tərcüməçisi işləyib.
Tahirə Həsənzadə
Tahirə Dadaş qızı Həsənzadə — Azərbaycan tarixçisi, mənbəşünas tədqiqatçı alim, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru. == Həyatı və elmi fəaliyyəti == Tahirə Dadaş qızı Həsənzadə 1942-ci ildə Bakının Ramana qəsəbəsində neftçi-mühəndis ailəsində anadan olmuşdur. O, 1965-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildən isə elmi fəaliyyətə başlamaqla həyatını Respublika Əlyazmaları Fondu, indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlamışdır. T. Həsənzadə elmi-tədqiqat müəssisəsinə gəlişinin ilk günündən bu zəngin xəzinədəki əlyazmalar, əski çap kitabları, tarixi-etnoqrafik sənədlər və əski əlifbada dərc olunmuş dövri mətbuatı, kitab və mətbuat tarixini araşdırmaqla Azərbaycan tarixşünaslıq elmi üçün böyük əhəmiyyət kəsb edən, indiyədək araşdırılmamış yazılı mənbələri öyrənməyə başlamışdır. O, uzun illər gərgin elmi fəaliyyətilə dörd monoqrafiya, üç tərcümə əsəri, bir kataloq və üç əski əlifbadan mətni taransfoneliterasiya edilmiş əsərin, 120-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Tarixçi alim yazılı mənbələr üzərində uzunmüddətli gərgin əməyinin nəticəsi olaraq 1994-cü ildə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Müdafiə Şurasında "Məhəmmədhəsən xan Etimadüssəltənənin ictimai-siyasi fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını, 2012-ci ildə isə Bakı Dövlət Universiteti Tarix fakültəsi nəzdindəki Birdəfəlik Müdafiə Şurasında "XVIII-XIX əsrlər Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. T. Həsənzadənin elmi araşdırmalarında Əfşarlar və Qacarlar hakimiyyəti dövrünün görkəmli ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin mənbələr əsasında işıqlandırılması başlıca yer tutur. O, tədqiqatlarında farsdilli mənbələrə müraciət etməklə Azərbaycan tarixini araşdırmaq baxımından, indiyədək az öyrənilmiş, hər iki sülalənin hakimiyyəti illərində türk əsilli dövlət xadimləri, sərkərdələr, diplomatlar və s. haqqında geniş məlumat verir. Həmin dövrlərə aid yazdığı "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər" (2007) və "XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" (2014) monoqrafiyalarını iranlı alim Mehdi Bamdadın "Tarixi-ricali-İran" adlı beşcildlik əsəri əsasında qələmə almışdır.
Tahirə Kərimova
Tahirə Həzi qızı Kərimova (28 aprel 1935, Bakı – 11 aprel 2023, Bakı) — Azərbaycan professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Tahirə Kərimova 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçı vəzifələrində çalışıb. 1991-ci ildən "Yarımkeçiricilərin elektron spektraskopiyası" lobaratoriyasına rəhbərlik edib. T. H. Kərimova fizika-riyaziyyat elmlər namizədi (1970-ci il), fizika-riyaziyyat elmləri doktoru (1986-cı il), professor (2001-ci il). === Vəfatı === Tahirə Kərimova 11 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əsas elmi istiqaməti == Əsas elmi istiqaməti yarımkeçirici birləşmələrin enerji spektrinin tədqiqidir.
Tahirə Məmməd
Tahirə Məmməd (Tahirə Qəşəm qızı Məmməd;27 iyun 1960, Vayxır, Naxçıvan rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri. == Həyatı == Tahirə Məmməd Naxçıvan MR-nın Babək rayonu Vayxır kəndində ziyalı ailəsində anadan olmuşdur. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. 1983-86-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlamış və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Tahirə Məmməd 1989-cu ildə filologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır. Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2008-ci ildə dosent, 2011-ci ildə professor elmi adına layiq görülmüşdü. Fəlsəfə doktorluğu dissertasiyası "Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü", elmlər doktorluğu dissertasiyası "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının dramaturgiyası əsasında)" mövzusundadır. Tahirə Məmməd Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur.
Tahirə Qürrətüleyn
Tahirə Qürrətüleyn (təq. 1817[…], Qəzvin, Qacar dövləti – 27 avqust 1852, Tehran, Qacar dövləti) — Azərbaycanlı şairə, babilər hərəkatının iştirakçısı. == Həyatı == Tahirə ("pak", "təmiz" deməkdir) Qürrətüleynin ("göz bəbəyi") əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə, künyəsi Ümmü Səlimə olmuşdur. Qürrətüleyn 1818-ci ildə İranın Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır. Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub. O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib. == Fəaliyyəti == Seyid Əli Məhəmməd Babın başçılıq etdiyi Babilər hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir.
Tahirə Tahirova
Tahirə Əkbər qızı Tahirova (7 noyabr 1913, Bayramalı – 26 oktyabr 1991, Bakı) — Azərbaycan diplomatı, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968). == Həyatı == Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur. Türk, ingilis və rus dillərini bilirdi.1983-cü ildə Tahirə Tahirova təqaüdə çıxmış, 1991-ci il oktyabrın 26-da vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir. === Ailəsi === Tahirə Tahirova Şuşa şəhərinin məşhur əsilzadə ailələrindən olan Tahirovlar nəslindəndir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən Azərbaycan Sənaye İnstitutunun "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir. 1954–1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1957–1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1959–1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq, 1963–1968-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir.1968-ci ilədək olan dövrdə o, SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi.

Значение слова в других словарях

белоли́кий выступле́ния ду́шный контрапу́нкт кро́млех надба́вочный орготде́л статуа́рный увола́киваться утю́жение я́хтинг абази́ны воз... гражда́нственный дости́чь дреко́лья конденси́рование поде́ржанный пореде́ние разряже́ние фосфорноки́слый core tube бегло док копал