VADİD
VAHİB
OBASTAN VİKİ
Bəkir Vahab
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib. 1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Vahab Abdullayev
Vahab Abdullayev — xanəndə. == Haqqında == Vahab Abdullayev 1875-ci ildə Ağdaş rayonunda dünyaya gəlmişdir. O, rayonun Nehrəxəlil kəndində yaşamışdır. V. Abdullayev dövrünün məşhur xanəndələrindən biri olmuşdur. O, Şirvan zonasının seçkin xanəndəsi kim ad qazanmış, toy mərasimlərini, el şənliklərini məlahətli səsi ilə urvata mindirmişdir. V. Abdullayevin iştirak etdiyi məclislər olduqca yığnaqlı keçir, onun səsini dinləmək üçün Bakıdan, digər şəhər və rayonlardan çoxlu sayda insanlar həmin məclislərdə iştirak edərdilər. Vahab Abdullayev 1931-ci ildə vəfat etmişdir.
Vahab Əliyev
Vahab Səfər oğlu Əliyev (20 iyun 1908, Bakı, Saray qəsəbəsi, 2 avqust 1993, Bakı) — Azərbaycan kimyaçısı, Azərbaycanın tanınmış elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, Bir sıra neft-kimya proseslərinin yaradıcısı. == Həyatı == Əliyev Vahab Səfərəli oğlu 1908-ci il iyunun 20-də Bakının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. V.S.Əliyev 1925-ci ilə qədər kənd təsərüffatı işləri ilə məşğul olmuşdur.. V.S.Əliyev 1925-ci ildə, 17 yaşında ikən, Bakı şəhərində fəhlə fakültəsinə daxil olmuş və eyni zamanda 6 №-li gecə məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. V.S.Əliyev 1929-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra Qupkin adına Moskva Dövlət Neft-Qaz institutuna daxil olmuşdur. 1934-cü ildə institutu fərqlənmə diplomu ilə mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra o Bakı şəhərinə, “Azneft”-in sərəncamına göndərilmişdir. Burada o, 1934-cü ilin iyuluna qədər “Azneftzavodlahiyə”-də mühəndis vəzifəsində işləmişdir. O, 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin) aspiranturasına qəbul olmuşdur. V.S.Əliyev aspiranturada oxumaqla bərabər Bakı şəhərindəki Oktyabr inqilabı adına Neft Texnikumunda müəllim kimi çalışmışdır. Burada o, neft zavodlarının mexanikası kursununun diplom layihələrində məsləhətçi kimi çalışmış, həmçinin tibb institutunda fiziki-kimya fənni üzrə baş müəllim kimi fəaliyyət göstərmişdir.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Abdul Vahab Əli
Abdul Vahab Əli (7 iyul 1958) — İraqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdul Vahab Əli İraqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Bəxtiyar Vahabzadə
Vahabzadə Bəxtiyar Mahmud oğlu və ya Zəkəriyya oğlu. (16avqust 1925 il, Nuxa −13 fevral 2009, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünası, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, (2000), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M. F. Axundov adına ədəbi mükafatın laureatı (1989), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), "İstiqlal" ordeni ilə təlif olunmuşdur. == Həyatı == Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Mahmud Vahabzadənin həyat yoldaşı isə 1905-ci il hadisələri zamanı yetim qalmış Vartaşendən olan erməni qızı olub, daha sonra Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adı ilə böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından Bəxtiyarı övladlığa götürürlər1934-cü ildə onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942–1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
Bəxtiyar Vahabzadə (film, 1987)
Bəxtiyar Vahabzadə qısametrajlı sənədli televiziya filmii rejissor Nazim Abbas tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 60 illiyinə həsr olunmuşdur. == Məzmun == Sənədli televiziya filmi görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 60 illiyinə həsr olunmuşdur. Filmdə şairin həyat və zəngin yaradıcılığı haqqında söhbət gedir.
Bəxtiyar Vahabzadə küçəsi (Bakı)
Bəxtiyar Vahabzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Şəhriyar və Əbdürrəhim bəy Haqverdiyev küçələrinə paralel küçə. Küçə Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin adını daşıyır. Küçənin adı 2011-ci ilə qədər Firudin Ağayev olmuşdur. Küçənin uzunluğu 817 mt, eni isə İnşaatçılar prospektindən Hüseyn Cavid prospektinə qədər 10 mt, Hüseyn Cavid prospektindən Mətbuat prospektinə qədər isə 13,4 mt-dir. == Haqqında == "Azəryolservis" ASC tərəfindən küçənin əsaslı təmiri 2015-ci ilin may ayında qutarmışıdır. Küçədə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. == Yeraltı keçidlər == Küçədə Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışı inşa edilmişdir. 4 istiqamətə yönələn çıxış həm də ərazidə keçid rolunu oynayır və beləcə, ətraf zonada piyadaların təhlükəsizliyi ilə birlikdə, sərnişinlərin rahatlığı da təmin olunmuşdur. Bəxtiyar Vahabzadə küçəsinə 3 istiqamətdə çıxışı vardır. Biri Bakı Dövlət Universitetinin arxasında olmaqla Mətbuat prospektindən istifadə edən sərnişinlərin metroya yolunu asanlaşdırmağa xidmət edir.
Bəxtiyar Vahabzadənin ev-muzeyi
Bəxtiyar Vahabzadənin ev-muzeyi — Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadəyə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şəkidə, Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı, sonradan uşaq bağçası kimi fəaliyyət göstərən evdə yerləşir. Muzey Azərbaycan şairi Bəxtiyar Vahabzadə irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. == Tarixi == Muzeyin əsası şairin doğumunun 100 illiyi ilə münasibətilə, Azərbaycan Prezidentinin 27 oktyabr 2015-ci il tarixli sərəncamı ilə qoyulmuşdur. 2017–2018-ci illərdə aparılan bərpa, yenidənqurma və bədii tərtibat işlərindən sonra muzeyin rəsmi açılış mərasimi 31 avqust 2018-ci ildə olmuşdur. == Ekspozisiya == Ev muzeyinin ekspozisiyası 70m2 təşkil edir və 3 otaqdan ibarətdir. Burada həmçinin inzibati və fond otaqları da vardır. Muzeyin ekspozisiyasının əsasını şairin ailəsi tərəfindən təqdim edilmiş sənəd, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar təşkil edir. Burada ümumilikdə 735 ədəd eksponat ziyarətçilərə nümayiş olunur.
Mikayıl Vahabzadə
Mikayıl Yaqub oğlu Vahabzadə (25 iyun 1993, Maçaxı, İsmayıllı rayonu – 2 aprel 2016, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Vahabzadə Mikayıl Yaqub oğlu 1993-cü il iyun ayının 25 də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub Mikayıl 2000 ci ildə Maçaxı kəndinin 4 illik ibtidai məktəbinin 1-ci sinifinə gedib. Mikayil 2004-cü ildə 4 illik təhsilini fəallıqla başa vurduqdan sonra təhsilini qonşu Tircan kəndində Musa Priyev adına tam orta məktəbdə davam etdirib. Mikayıl Tircan kəndindədə oxuduğu müddətdə öz fəallığı ilə öz müəllimlərinin hörmətini qazandı və Mikayıl 9 cu sinifidə beləcə Tircan kəndində başa vurduqdan sonra 10-cu və 11-ci sinifi dahada yaxşı hazırlaşmaq məqsədi ilə Yeniyol kənd məktəbində 2illik təhsilini davam etdirməklə bərabər Təzəkənd kəndinədə Müəllim yanına gedirdi. Mikayıl bu iki ilidə beləcə 2011 ci ildə başa vurdu və elə məktəbi bitirdiyi ildə yanı 2011 ci ildə istədiyinə nail oldu və Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul oldu Mikayıl 4illik bu Universitet həyatında fəallıqla oxumağıyla birlikdə həmdə işləyirdi ki Ailəsinin üstünə çox yük düşməsin. Beləliklə Mikayıl 4illik Universitet həyatınıda 2015 ci ildə fərqlənmə Diplomu ilə başa vurdu.Sonra isə Mikayılın çox səbirsizliklə gözlədiyi hərbi çağırış gəldi çox sevinirdi. Mikayıl 2015 ci ilin iyul ayında hərbi xidmətə yola düşdü hərbi həyatındada çox bacarıqlı olan Mikayıl Komandirlərindən təşəkkür məktubuda almışdı. 2016-cı ilin 02–05 də Aprel döyüşlərində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və neytral zonada qaldı Aprel ayının 8 də isə Atəşkəsdən sonra götürüldü və Aprelin 9 u Doğulub boya başa çatdığı İsmayıllı rayonu Maçaxı kənd Qəbirstanlığında dəfn olundu. Mikayıl Vahabzadə 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin "Fizika və elektroenergetika" fakültəsini bitirib.
Mirqasım Vahabov
Mirqasım Fazil oğlu Vahabov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru. == Həyatı == 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur. 1974–1976-cı illərdə ordu sıralarında xidmət keçmiş, 1977-ci ildə Bakı Plan-Uçot Texnikumunu əla qiymətlərlə bitirmiş, fərqlənmə diplomuna layiq görülmüşdür. 1977-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Uçot- iqtisad" fakültəsinin birinci kursuna daxil olmuş, oxuduğu müddətdə əla qiymətlər aldığına görə xüsusi təqaüdə layiq görülmüşdür. Təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomu almışdır. 1981-ci ildə ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyində ixtisasına uyğun işlə təmin olunmuşdur. 1999-cu ilə qədər olan müddətə Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə, peşəkar mütəxəssis kimi çalışmışdır. 1999-cu ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, gömrük xidməti polkovniki xüsusi rütbə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir.
Yadigar Vahabov
Yadigar Mahir oğlu Vahabov (16 avqust 1996; Ağsu rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yadigar Vahabov 1996-cı il avqustun 16-da Ağsu rayonunun Xatman kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yadigar Vahabov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Vahabov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İsfəndiyar Vahabzadə
İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə (4 avqust 1954, Bakı) — filologiya elmləri doktoru, professor, diplomat, Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == İsfəndiyar Vahabzadə 4 avqust 1954-cü ildə Bakıda anadan olmuşdur. 1971–1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1986–1988-ci illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. 2002–2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecinin müəllimi olmuşdur. Filologiya elmləri doktoru, professor və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin (1996) və Belarus Yazıçılar İttifaqının, eləcə də Belarus Jurnalistlər Birliyinin üzvüdür. Fars, dari, türk və rus dillərini bilir. === Ailəsi === Bəxtiyar Vahabzadənin oğludur. == Diplomatik fəaliyyəti == 1976–1979-cu illərdə İranın Hərbi Nazirliyində hərbi tərcüməçi işləmişdir.
Ədalət Vahabov
Vahabov Ədalət Qurban oğlu — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi İlham Hüseynov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
в горо́шек голиа́ф обмежёвывать перши́ть предъяви́тель разновреме́нный танзани́йский тусо́вщик э́ллипти́чность бессты́дство винова́т кури́тельный мудозво́н несхо́дно тёмная ще́рить antitypal astration bocage hath kepi nog novissima verbe unearned United Kingdom