Толковый словарь азербайджанских женских имен.

  • ÇƏLƏNG

    gül və bitkilərdən düzəlmiş zinət, bəzək, tac

    Полностью »
  • ÇƏMƏN

    yaşıl ot sahəsi, çəmənlik; gözəllik

    Полностью »
  • ÇƏMƏNGÜL

    çəməndə bitən gül, çəmən çiçəyi

    Полностью »
  • ÇƏMƏNİ

    çəmənə məxsus, çəmənə aid olan

    Полностью »
  • ÇƏMƏNNAZ

    çəmənin nazı; çəmənin barı

    Полностью »
  • ÇƏMƏNNUR

    çəmənin işığı, çəmənin nuru

    Полностью »
  • ÇƏMƏNZAR

    çəmən olan sahə, çəmənlik

    Полностью »
  • ÇƏMƏNZƏR

    çəmənin qızılı; çəməndə bitən çiçək

    Полностью »
  • ÇƏRİYYAT

    qoşunlar, ordular

    Полностью »
  • ÇİÇƏ

    qədim türk dilində “çiçə”-“xala” mənasında işlənmişdir. Dialektlərdə saf, təmiz mənası da var

    Полностью »
  • ÇİÇƏBACI

    bax: Çiçə; xalanın bacısı

    Полностью »
  • ÇİÇƏBƏYİM

    bax: Çiçə və Bəyim; xalaqızı

    Полностью »
  • ÇİÇƏGÜL

    təzə, tər; təzə, tər çiçək

    Полностью »
  • ÇİÇƏXANIM

    xala olan xanım, xalanın xanım qızı; saf, təmiz xanım

    Полностью »
  • ÇİÇƏK

    gül, çiçəkləri olan bitki; zərif, gözəl

    Полностью »
  • ÇİÇƏKBACI

    gül kimi bacı, çiçək kimi bacı

    Полностью »
  • ÇİÇƏKBƏYİM

    çiçək kimi bəyim, gül kimi bəyim

    Полностью »
  • ÇİÇƏKBİBİ

    çiçək kimi bibi, gül kimi bibi

    Полностью »
  • ÇİÇƏKXANIM

    çiçək kimi xanım, gül kimi xanım

    Полностью »
  • ÇİÇƏKXATIN

    çiçək kimi xatın, çiçək kimi qız

    Полностью »
  • ÇİÇƏKXATUN

    çiçək kimi xatın, çiçək kimi qız

    Полностью »
  • ÇİÇƏKNAZ

    çiçək kimi nazlı, işvəli, gözəl

    Полностью »
  • ÇİÇƏKNUR

    çiçəyin nuru, çiçəyin işığı

    Полностью »
  • ÇİÇƏKZAR

    çoxlu çiçək bitən yer; çiçəklik

    Полностью »
  • ÇİÇƏKZƏR

    çiçək kimi qızıl, çiçək kimi bəzəkli

    Полностью »
  • ÇİÇİGÜL

    təzə, tər; təzə, tər çiçək

    Полностью »
  • ÇİLƏBƏYİM

    "çillə" (qışın böyük və kiçik çillədən ibarət olan iki ayı) sözü ilə əlaqədar olub "çillədə doğulan bəyim" mənasındadır

    Полностью »
  • ÇİLƏGÜL

    çillə gülü, çillədə açılan gül. (Bax: Çiləbəyim)

    Полностью »
  • ÇİLƏXANIM

    çillədə doğulan qız; çillə xanımı

    Полностью »
  • ÇİLƏNAY

    çilən (yabanı innab, meyvə; çilənmək, nəmlənmək və s. mənalarındadır) və Ay sözlərindən düzəlmişdir

    Полностью »
  • ÇİLƏNİSƏ

    çillədə doğulan nisə; çillə nisəsi

    Полностью »
  • ÇİLLİBƏYİM

    üz və bədənində çili, xalı olan bəyim

    Полностью »
  • ÇİLLİXANIM

    üz və bədənində çili, xalı olan xanım

    Полностью »
  • ÇİMƏNGÜL

    çimən gül; çəmənlikdə bitən gül

    Полностью »
  • ÇİMƏNİ

    çəmənə məxsus, çəmənə aid olan

    Полностью »
  • ÇİMNAZ

    çox nazlı, çox naz edən, naz içində olan

    Полностью »
  • ÇİMNAZBƏYİM

    çax nazlı, naz edən bəyim, naz içində olan bəyim

    Полностью »
  • ÇİMNAZXANIM

    çox nazlı olan xanım, nazlı xanım

    Полностью »
  • ÇİNƏNAY

    «çinə» və «nay» sözlərindən düzəlmiş, «Çin qamışı, Çin tütəyi, Çin musiqisi» deməkdir

    Полностью »
  • ÇİYƏLƏK

    ağ çiçəkləri, çəhrayı-qırmızı rəngli ətirli meyvəsi olan çoxillik ot-bitki və bu bitkinin meyvəsi

    Полностью »
  • ÇÖHRƏ

    üz, surət, sima

    Полностью »
  • ÇÖHRƏGÜL

    gül sifətli, gül üzlü

    Полностью »
  • ÇÖVRİYYƏ

    cəfa, zülm, cəza, incitmə, sitəm

    Полностью »
  • DALĞA

    su səthinin hərəkəti nəticəsində əmələ gələn qabarma

    Полностью »
  • DAMLA

    su və digər mayelərin girdə şəklə düşmüş kiçik hissələri

    Полностью »
  • DANQIZ

    dan qızı, səhər qızı, sübh qızı; Dan ulduzu

    Полностью »
  • DANSU

    dan (sübh) suyu; dan suyu kimi təmiz və gözəl olan qız

    Полностью »
  • DANSULU

    dan (sübh) suyu; dan suyu kimi təmiz və gözəl olan qız

    Полностью »
  • DARÇIN

    darçın ağacının qabığından hazırlanan xoşiyli ədviyyə; xoşqoxulu, rayihəli

    Полностью »
  • DAYDOSTU

    hörmət və nəzakət əlaməti olaraq dayı arvadına verilən ad və müraciət forması

    Полностью »