ANJELİKA
ANUŞ
OBASTAN VİKİ
Anna Vyaxireva
Anna Viktorovna Vyaxireva (d. 13 mart 1995, Volqoqrad, Rusiya) - Rusiya həndbolçusu, Rostov-Don klubunun və Rusiya komandasının sağ kənar və sağ orta oyunçusu. 2016-cı il Olimpiya çempionu (turnirin ən dəyərli oyunçusu), 2018-ci il Avropa çempionatının gümüş mükafatçısı (turnirin ən dəyərli oyunçusu) və 2019-cu il Dünya kubokunun bürünc mükafatçısıdır. 13 nömrə ilə çıxış edir. Rusiyanın əməkdar idman ustasıdır. Rus həndbolçusu Polina Kuznetsovanın kiçik bacısıdır. İdman ləqəbi — «Həndbolun Messisi». == Bioqrafiyası == 6 yaşından bəri həndbol idman növü ilə məşğul olmağa başlamışdır. Anna kiçik olanda ailəsi Tolyattiyə köçmüş və bacısı Polina kimi, Anna da «Lada» və «Zvezda» klublarında oynamişdır. Hər iki bacının məşqçisi ataları Viktor Vyaxirev idi.
Anna Xanım
Anna Xanım və ya Anna Bəyim (fars. آنا خانم‎; v. 6 sentyabr 1647) — Səfəvi hökmdarı Şah Səfinin (1629–1642) həyat yoldaşı və onun varisi, I Şah Səfidən sonra Səfəvi hökmdarı olacaq II Şah Abbasın (1642–1666) anası. == Həyatının erkən dövrü == Anna Xanım çərkəz kökənlidir. O, I Şah Abbasın oğlu Məhəmməd Baqir Mirzənin böyük oğlu Sam Mirzə (I Şah Səfi) ilə evləndirilmişdir. Bu izdivacdan da gələcək Səfəvi hökmdarı II Şah Abbas dünyaya gəlmişdir. == Şah anası kimi == I Şah Səfinin ölümündən sonra 1642-ci ildə oğlu II Şah Abbas taxta çıxdı. Onun hakimiyyətinin ilk 3 ilində Sarı Tağı xan, Məhəmməd Əli xan, Canı xan Anna Xanımın rəhbərliyində birləşərək dövləti idarə etdi. Sarı Tağı xan baş vəzir vəzifəsini tutdu. Amma bu fraksiyada əsas söz sahibi Anna Xanım idi.
Anna Zaborskaya
‘’’Anna Zaborska’’’ (7 İyun 1948) Slovak siyasətçi və Slovakianın Xristian Demokratik Hərəkat partiyasının (Christian Democtratic Movement, Kresťanskodemokratické hnutie, KDH) üzvüdür. Əsas yaşayış məntəgəsi Boynice şəhəridir. 2004-cü ildən etibarən, Anna Zaborska Avropa Parlamentində (AP) Avropa Xalq Partiyası Grupu partiyasının (Group of the European People’s Party, EPP) üzvüdür. Avropa Parlamentinin yeddi partyasından ən böyuqü olan EPP eyni zamanda pan-Avropalı Avropa Xalq partiyası ilə bağlantılıdır (EPP). == Təhsili == Anna Zaborska 1966-cı ildən 1972-ci ilə qədər Slovakiyanin Martin (Turčiansky Svätý Martin) şəhərində yerləşən Comenius universitetində (Univerzita Komenského) tibb təhsili almışdır. Çex, İngilis, Fransız, Alman, İtalyan, Rus, və Slovak dillərini bilir. == Ailəsi == 10 İyul 1972-ci ildə, Anna Zaborska memar Vladimir Zaborski ilə ailə həyati qurmuşdur. Bu ailə həyatindan onların iki uşaqı var; Veronika (*1973, Roma şəhərində yaşayır) və Eva (*1976, Boynice şəhərində yaşayır). == Tibbi Fəaliyəti == 1972-ci ildən 1998-ci ilə qədər, Anna Zaborska Jilina, Bejaia (Cezayir), Prievidza şəhərlərində həkim olaraq çalışmışdır. == Siyasi Fəaliyəti == Anna Zaborska-nn siyasasətə olan maraqı həkim olan atasından qaynaqlanır.
Anna Zak
Anna Kuzenkova (ivr. ‏אנה קוזנקוב‏‎, rus. Анна Кузенкова 12 mart 2001, Soçi, Krasnodar diyarı, Rusiya) — əsasən Anna Zak adı ilə tanınan Rusiyada doğulmuş İsrail fotomodeli və müğənnisi.
Anna Zarjiskaya
Anna Zarjiskaya (12 dekabr 1907, Odessa, Xerson quberniyası[d] – 3 oktyabr 1994, Moskva) — Aktrisa. == Həyatı == Anna Yakovlevna Zarjiskaya 1907-ci ildə anadan olub. 1994-cü ildə dünyasını dəyişib.
Anna Zarjitskaya
Anna Zarjiskaya (12 dekabr 1907, Odessa, Xerson quberniyası[d] – 3 oktyabr 1994, Moskva) — Aktrisa. == Həyatı == Anna Yakovlevna Zarjiskaya 1907-ci ildə anadan olub. 1994-cü ildə dünyasını dəyişib.
Anna Zegers
Anna Zegers (19 noyabr 1900, Mayns – 1 iyun 1983[…], Şərqi Berlin, ADR) — Alman yazıçı. == Həyatı == Anna Zegers ailənin tək uşağı olub. 1907-ci ildə ibtidai təhsilinə başlayib, sonra 1910-cu ildə bu günkü adı Frauenlob - Gimnaziya olan qız məktəbinə gedib. Birinci Dünya müharibəsində köməkçi xidmətlərində işləyib, 1920-ci ildə isə liseyi bitirib. Köln Üniversitetində və Heidelberg Ruprecht Karl Üniversitetində tarix, incəsənət tarixi və Çin filolologiyası üzrə ixtisaslaşıb. 1924-cü ildə doktor adını qazanıb. == Fəaliyyəti == 1947-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Şərqi Almaniyaya qayıtdı və Berlində məskunlaşdı. 1947-ci ildə o, Almaniyanın ən nüfuzlu ədəbi mükafatı olan Georg Büxner mükafatına layiq görülüb. 1959-cu ildə Qərar romanı, 1968-ci ildə isə davamı olan Güvən əsəri nəşr olundu. Zegers Beynəlxalq Lenin Mükafatları Komitəsinin üzvü idi.
Anna Zubkova
Anna Zubkova (d. 3 fevral 1980) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Anna Zubkova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Anna Záborská
‘’’Anna Zaborska’’’ (7 İyun 1948) Slovak siyasətçi və Slovakianın Xristian Demokratik Hərəkat partiyasının (Christian Democtratic Movement, Kresťanskodemokratické hnutie, KDH) üzvüdür. Əsas yaşayış məntəgəsi Boynice şəhəridir. 2004-cü ildən etibarən, Anna Zaborska Avropa Parlamentində (AP) Avropa Xalq Partiyası Grupu partiyasının (Group of the European People’s Party, EPP) üzvüdür. Avropa Parlamentinin yeddi partyasından ən böyuqü olan EPP eyni zamanda pan-Avropalı Avropa Xalq partiyası ilə bağlantılıdır (EPP). == Təhsili == Anna Zaborska 1966-cı ildən 1972-ci ilə qədər Slovakiyanin Martin (Turčiansky Svätý Martin) şəhərində yerləşən Comenius universitetində (Univerzita Komenského) tibb təhsili almışdır. Çex, İngilis, Fransız, Alman, İtalyan, Rus, və Slovak dillərini bilir. == Ailəsi == 10 İyul 1972-ci ildə, Anna Zaborska memar Vladimir Zaborski ilə ailə həyati qurmuşdur. Bu ailə həyatindan onların iki uşaqı var; Veronika (*1973, Roma şəhərində yaşayır) və Eva (*1976, Boynice şəhərində yaşayır). == Tibbi Fəaliyəti == 1972-ci ildən 1998-ci ilə qədər, Anna Zaborska Jilina, Bejaia (Cezayir), Prievidza şəhərlərində həkim olaraq çalışmışdır. == Siyasi Fəaliyəti == Anna Zaborska-nn siyasasətə olan maraqı həkim olan atasından qaynaqlanır.
Anna süsəni
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Anna Çapman
Anna Vasilyevna Çapman (rus. А́нна Васи́льевна Ча́пман) — rus agenti. == Bioqrafiya == ABŞ hakimiyyət orqanlarına əsasən, Çapman, Anna Vasilyevna Kuşçyenko adıyla Volqoqradda anadan olubdur və atası Sovet səfirliyi ilə Keniyanın paytaxtı Nayrobidə məşğul olmuşdur.
Anna İlleş
Anna İlleş (d. 21 fevral 1994) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Anna İlleş, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Anna İvanovna
Anna İvanovna (Rusca: А́нна Ива́новна) (28 yanvar (7 fevral) 1693[…], Moskva – 17 (28) oktyabr 1740[…], Sankt-Peterburq) — Rusiya imperatriçası. == Həyatı == === İlk illəri === Anna İvanovna 1693-cü ildə Moskvada çar V İvan və xanımı Praskovya Saltıkovanın qızı olaraq dünyaya gəldi. Atası V İvan ögey qardaşı Pyotrla birlikdə ölkənin ortaq çarı olsa da, əqli cəhətdən zəif idi və demək olar ki, ölkəin idarəsi kiçik qardaşının əlində cəmlənmişdi. Çar sarayında qapalı tutulan atasının 1696-cı ildə vəfat etməsiylə 3 yaşlı Anna əmisinin himayəsinə girdi. Anna cütlüyün beş qızından dördüncüsü idi ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatmışdı: Yekaterina, Anna və Praskovya. Hər 3 qız sərt bir qadın olan dul anaları tərəfindən ciddi nəzarət altında böyüdüldü. Nisbətən kasıb bir ailədən olan Praskovya Saltıkova əqli zəif bir kişiylə evli olmasına baxmayaraq, olduqca sadə bir həyat yaşamış, qızlarını da bu tərbiyədə və dini bütöv bir mühitdə böyütmüşdü. Fransız və alman dilləriylə yanaşı, din, folklor, musiqi və rəqs dərsləri alan Anna böyüdükcə daha dikbaş və oğlansayağı hal almağa başladı. Bu səbəblə sarayda “Qorxunc İv-Anna” ləqəbi belə almışdı. Bir müddət sonra əmisi Böyük Pyotr ailənin Moskvadan Sankt-Peterburqa köçürülməsini əmr etdi.
Anna Şudt
Anna Şudt (23 mart 1974, Konstanz, Baden-Vürtemberq) — alman aktrisa. == Filmoqrafiyası == 2004: Tatort: Abgezockt 2005: Tatort: Schürfwunden 2005: Gespenster 2006: Das gefrorene Meer 2006: Auf ewig und einen Tag 2006–2007: Der Kriminalist 2007: Tatort – Investigativ 2007: Einsatz in Hamburg – Die letzte Prüfung 2008: Ein starkes Team – Hungrige Seelen 2008: Mama arbeitet wieder 2008–2011: Alles was recht ist 2009: Der Alte – Männer in Schwarz 2009: Keine Angst 2010: Das Glück kommt unverhofft 2010: Die Toten vom Schwarzwald 2010: Der Mann, der über Autos sprang 2010: Nachtschicht – Das tote Mädchen 2010: Tatort: Familienbande 2010: Verhältnisse 2011: Mörderisches Wespennest 2011: Hopfensommer 2011: Bella Block – Ein Stich ins Herz 2012: Tatort: Alter Ego 2012: Tatort: Mein Revier 2012: Bamberger Reiter.
Anna Əlimərdanova
Anna Əlimərdanova (6 may 1991) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anna Əlimərdanova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva ilə üz-üzə gəldi və rəqibinə 0:2 hesabı ilə məğlub oldu.Daha sonra Anna Əlimərdanova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Əlimərdanova 1/16 final mərhələsində Meksika nümayəndəsi Denia Sosaya (3:0), 1/8 final mərhələsində isə İrlandiya təmsilçisi Miçaela Valşa (2:0) qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Ayşe Taşa məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anna Əlimərdanova, turnirin 1/4 final mərhələsində Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Rusiya təmsilçisi Yelena Savelevaya məğlub oldu (0:3) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Anna İvanovna Əlimərdanova "Tərəqqi" medalı ilə təltif edildi.Anna Əlimərdanova 2016-cı ilin 18-28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsində ABŞ nümayəndəsi Virciniya Fuşa qalib gəlsə də (2:0), 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Nicola Adamsa məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.Daha sonra Anna Əlimərdanova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Əlimərdanova 1/8 final mərhələsində Belarus nümayəndəsi Qalina Bruyeviçi 3:0, 1/4 final mərhələsində İsveç təmsilçisi Helena Envalı 3:0, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Delfine Mancinini 3:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.
Anna
Anna — qadın adı. Anna Favella — İtaliya aktrisası. Anna Freyd — avstriya mənşəli ingilis psixoloqu. Anna Maria Jopek — Polşa caz müğənnisi. Anna Qreki — Əlcəzair yazıçısı. Anna Rita Del Piano — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. Anna Samoxina — Məşhur sovet və rus aktrisası Anna Svirşinskaya — Polyak şairəsi. Anna PavlovaAnna Pavlova (balerina) — rus balerina. Anna Pavlova (gimnast) — gimnast.Anna Kendriç — Anna-Liza — Anna Arnautova — Anna Kolarova — Anna Koulman Led — Anna Qaplan — Anna Radklif — Anna Sorokin — Anna Atkins — Anna Karima — Anna Kastilo — Anna Palm de Rosa — Anna Zak —Oxşar adlarAnne Haney — ABŞ aktyoru.
Anna-Liza
Anna-Liza (30 mart 1933, Oslo – 21 mart 2018, Oslo) — Norveç doğumlu Amerikalı qadın aktrisadır. Amerikan istehsalı film ve seriallarda yer almışdır.
Anna Arnautova
Anna Arnautova (d. 1 iyun 2004) — Ukraynalı suya tullanan. Anna Arnautova Ukraynanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Anna Arnautova birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 210.70 xal toplayaraq 24-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Anna Atkins
Anna Atkins (ing. Anna Atkins; 16 mart 1799[…] – 9 iyun 1871[…], Kent qraflığı və ya Birləşmiş Krallıq) — Böyük Britaniya botaniki, illüstrator, ilk qadın-fotoqraflardan biri. Anna Atkins maraqlı fotolarla illüstrasiyalı ilk kitabı nəşr etdirmişdir. == Elmi fəaliyyəti == Anna Atkins bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1843/44: British Algae: Cyanotype Impressions 1852: The Perils of Fashion 1843—1853: British Algae in parts 1853: Memoir Of J G Children 1854: Cyanotypes of British and Foreign Flowering Plants and Ferns 1859: Murder Will Out 1863: A Page from the Peerage == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Larry J. Schaaf: Sun gardens: Victorian photograms by Anna Atkins.
Anna Axmatova
Anna Andreyevna Axmatova (doğ. Qorenko, ilk həyat yoldaşından Qorenko-Qumilyova ;, ayrıldıqdan sonra Axmatova soyadını götürmüşdür, ikinci həyat yoldaşından Axmatova-Şileyko, ayrıldıqdan sonra Axmatova 11 (23) iyun 1889, Odessa, Xerson quberniyası[d][…] – 5 mart 1966[…], Domodedovo, Moskva vilayəti[…]) — SSRİ şairəsi, yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçi, tərcüməçi, XX əsrin ən məşhur SSRİ şairələrindən biri, rus poeziyasının gümüş əsrin şairəsi. == Həyatı == Anna Andryevna Qorenko (Axmatova) 1889-cu ilin 11 (23) iyununda Odessa şəhəri yaxınlığında Böyük Fontanda dəniz mühəndis-mexanikinin ailəsində anadan olmuşdur. Özü haqqında yazmış olduğu ömür-gün tarixçəsində də məhz bu sözləri deyirdi: === Əsli === Nəsil şərəcəsinə gəlincə, Anna Yeqorovna Motovilova (ərlik soyadı Stoqova, 1817-1863). Anna Axmatovanın ana tərəfdən nənəsi sayılır. Motovilovanın anası Proskovya Fedoseyevna isə Simbirsk şəhərinin zadəganlarından idi. Axmatovlar ailəsində gəzən söz-söhbətlərə görə, guya onlar 1481-ci ildə vəfat etmiş tatar xanı Axmatın nəslindəndir (bunu tarixi mənbələr təsdiq etmir). Axmatovlar knyaz titulunu heç vaxt daşımayıblar. Bir il sonra onların ailəsi həyatının ən gözəl anları yaşadığı Sarskoye Seloya köçür və Axmatova on altı yaşına kimi burada yaşayır. Hər il yayı Streles buxtasının sahilində Sevastopolda keçirən Anna dənizlə dostlaşır.
Anna Bergendahl
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Bergendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Anna Berqendal
Anna Henrietta Berqendal — İsveç müğənnisi. O, "This is My Life" mahnısı ilə İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Avstriliyalı Anna
Avstriyalı Anna (isp. Ana de Austria; fr. Anne d'Autriche) (d. 22 sentyabr 1601 – ö. 20 yanvar 1666) — Fransa kralı XIII Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı III Filipin və Avstriyalı Marqaritanın qızı olaraq İspaniya infantası idi. == Həyatı == 1615-ci ilin oktyabr ayında Bidasoa şəhərciyində Fransa ilə İspaniyanın sərhəddindən təntənəli nümayiş keçdi. Zərli araba qatarı. Yük daşıyan karvan və mühafizə ordusu yalnız bir şəxsi – 14 yaşlı utancaq qızcığazı müşayət edirdi. Ispan şahzadəsi Anna-Mariyanı Parisə, gənc kral XIII Lüdovikə (XIII Louis) ərə verməyə aparırdılar.
Avstriyalı Anna
Avstriyalı Anna (isp. Ana de Austria; fr. Anne d'Autriche) (d. 22 sentyabr 1601 – ö. 20 yanvar 1666) — Fransa kralı XIII Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı III Filipin və Avstriyalı Marqaritanın qızı olaraq İspaniya infantası idi. == Həyatı == 1615-ci ilin oktyabr ayında Bidasoa şəhərciyində Fransa ilə İspaniyanın sərhəddindən təntənəli nümayiş keçdi. Zərli araba qatarı. Yük daşıyan karvan və mühafizə ordusu yalnız bir şəxsi – 14 yaşlı utancaq qızcığazı müşayət edirdi. Ispan şahzadəsi Anna-Mariyanı Parisə, gənc kral XIII Lüdovikə (XIII Louis) ərə verməyə aparırdılar.
Acer pseudoplatanus f. annae
== Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f. albertsii Schwer.
Amandurdı Annadurdıyev
Amandurdı Annadurdıyev (11 fevral 1967, Aşqabad, Türkmənistan SSR) - bütün mövqelərdə oynayan sovet və türkmən futbolçu. Türkmənistan milli komandasında oynadı. == Tərcümeyi-hal == Amandurdu Annadurdıyev 11 fevral 1967-ci ildə Türkmənistan SSR-in Aşqabad şəhərində anadan olmuşdur. 1988-1991-ci illərdə "Kopetdağ" komandasında oynamışdır. 1992-2004-cü illərdə Türkmənistanın müstəqil çempionatında "Kopetdağ", "Nisa", "Qalkan" komandalarında iştirak etmişdir. Amandurdı Annadurdıyev 1992-ci ildən Türkmənistan milli komandasında iştirak etməyə başladı. İlk oyununu 1 iyun 1992-ci ildə Qazaxıstana qarşı keçirdi (bu, müstəqil Türkmənistan yığmasının keçirdiyi ilk oyun idi). 1994-cü ildə Asiya Oyununda da iştirak etmişdir. 2003-cü ilə qədər Türkmənistan yığmasındakı oyunlarda iştirak etmişdir. FİFA Dünya Kubokunda 39 matçda iştirak etdi və 2 qolun müəllifi oldu.
Anna Zayler fəvvarəsi
Anna Zayler fəvvarəsi (alm. Anna-Seiler-Brunnen‎) İsveçrənin Bern şəhərinin Marktqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == XIV əsrdə taxta materiallardan inşa edilmiş fəvvarə 1545-1546-cı illərdə yenisi ilə əvəz edilmişdir. Fəvvarənin heykəli heykəltaraş Hans Ginq tərəfindən hazırlanmış və əsas fəzilət rəmzlərindən sayılır. Fəvvarə bir əlində fincan tutan, digər əli ilə isə küpədən su tökən qadını ifadə edir. Qadının üzərində o dövrə aid mülki qeyim var. Onun qeyimi uzun qırçınlı ətək, kvadrat dekolte, kəmər və lifdən ibarətdir. Fəvvarə əvvəllər həbsxana olan qüllənin yanında yerləşir. Bu səbəbdən o əvvəllər Kefibrunnen adlanırdı (alm.
Anna de Noay
Anna Komtes Metyu de Noay (tam adı: Anna Komtess Metyu de Noay, fr. Anna Comtesse Mathieu de Noailles; 15 noyabr 1876[…], Parisin 7-ci dairəsi[d] – 30 aprel 1933[…], Parisin XVI dairəsi[d]) — Rumıniya-Fransa yazıçısı. == Bioqrafiyası == === Şəxsi həyatı === Parisdə anadan olmuş Şahzadə Anna Elizabet Bibesko-Bassaraba de Brankovan Rumıniya boyarlarının Bibesku və Krayoveşt ailələrinin nəslindəndir. Atası Şahzadə Qreqoar Bibesko-Bassaraba Valaxiya şahzadəsi Georgi Bibesku və Zoe Mavrokordato-Bassaraba de Brankovanın oğludur. Anası Ralouka (Raşel) Mussurus isə yunan əsilli musiqiçidir. Polyak bəstəkar İqnatsi Yan Paderevski bir neçə bəstəsini məhz həmin xanıma həsr etmişdir. 1897-ci ildə Anna 7-ci hersoq de Noayın dördüncü oğlu Metyu Fernand Frederik Paskal de Noay (1873–1942) ilə ailə həyatı qurmuşdur. Cütlük tezliklə Parisin ali təbəqəsində məşhurlaşır. Onların Kont Ann-Jul de Noay (1900–1979) adlı bir oğlu da olur. === Fəaliyyəti === Anna de Noay üç roman, bir avtobioqrafik əsər və çoxsaylı şeirlər yazmışdı.
Anna və kral (film, 1999)
Anna və Kral (ing. Anna and the King) — 1999-cu ildə Endi Tennant tərəfindən çəkilən filmdir. Film ABŞ yazıçısı Marqaret Lendonun "Anna və Siamın Kralı" kitabı əsasında çəkilib. Filmin çəkilişi Malayziyada baş tutub. Bu film 2000-ci ildə Oskar mükafatının "Ən yaxşı kostyum" və "Ən yaxşı dekorasiya" kateqoriyaları üzrə və Qızıl Qlobus Mükafatının "Ən yaxşı mahnı" («How Can I Not Love You») və "Ən yaxşı saundtrek" kateqoriyaları üzrə nominasiyalara layiq görülmüşdür. Filmin icraedici prodüseri Pristsilla Condur. == Məzmun == İngilis məktəb müəlliməsi Anna qərb tərəfindən daim sıxışdırılan Siama çatır. Ali məhkəmənin qərarı ilə Anna Kralın sarayına gəlir ki, onun 58 övladına ingilis dili və mədəniyyətdən dərs desin. Sonradan Anna başa düşür ki , kral Monqkutun qərblə münasibəti yaxşı deyil və bu səbəbdən Annaya qarşıdır. Lakin vaxt keçdikcə onların arasındakı münasibət dəyişir...
Annaba vilayəti
Annaba vilayəti — == Ərazisi == Annaba vilayətinin ərazisi 1 439 Km2-dır. Annaba vilayətinə 6 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Annaba vilayətinin əhalisi 609 499 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Annabel Uallis
Annabel Fransis Vallis (ing. Annabelle Frances Wallis; 25 sentyabr 1984, Oksford) — ingilis aktrisa. == Həyatı == Vallis İngiltərənin Oksford şəhərində anadan olmuşdur. On səkkiz aylıq olanda ailəsi Portuqaliyanın Kaskais ərazisinə köçdü.Anasının əmisi aktyor Riçard Harrisdir. Əmioğulları aktyor Yard Harris, Ceym Harris və rejissor Damian Harrisdir. Qardaşı Frensis Vallis isə rejissordur.Vallis beynəlxalq məktəblərdə təhsil aldığı üçün sərbəst formada ingiliscə, portuqaliyaca, fransızca və ispanca danışa bilir. == Karyerası == == Şəxsi həyatı == Vallis 2015-ci ilin avqustundan 2017-ci ilin avqustuna qədər müğənni Kris Martin ilə münasibətdə idi.Annabel hal-hazırda 2018-ci ilin aprelindən bəri aktyor Kris Payn ilə münasibətdədir.
Annabel Vallis
Annabel Fransis Vallis (ing. Annabelle Frances Wallis; 25 sentyabr 1984, Oksford) — ingilis aktrisa. == Həyatı == Vallis İngiltərənin Oksford şəhərində anadan olmuşdur. On səkkiz aylıq olanda ailəsi Portuqaliyanın Kaskais ərazisinə köçdü.Anasının əmisi aktyor Riçard Harrisdir. Əmioğulları aktyor Yard Harris, Ceym Harris və rejissor Damian Harrisdir. Qardaşı Frensis Vallis isə rejissordur.Vallis beynəlxalq məktəblərdə təhsil aldığı üçün sərbəst formada ingiliscə, portuqaliyaca, fransızca və ispanca danışa bilir. == Karyerası == == Şəxsi həyatı == Vallis 2015-ci ilin avqustundan 2017-ci ilin avqustuna qədər müğənni Kris Martin ilə münasibətdə idi.Annabel hal-hazırda 2018-ci ilin aprelindən bəri aktyor Kris Payn ilə münasibətdədir.
Annabel Çonq
Annabel Çonq (ing. Annabel Chong) — Sinqapur əsilli ABŞ pornoaktrisa. == Həyatı == Qreys Quek 22 may 1972-ci ildə Sinqapurda anadan olmuşdur. Londona köçdükdən sonra burada incəsənət və hüquqşünaslığı öyrənir. London Kral Kollecində təhsil alır. ABŞ-yə gəldikdən sonra isə Cənubi Kaliforniya Universitetində təhsil almağa başlayır. Burada Qreys ilk dəfə olaraq pornokaryerasına başlayır. 2007-ci ildə onun həyatı əsasında "251" pyesi hazırlanmışdır.
Annabelin serpantin rəqsi (film, 1895)
"Annabelin serpantin rəqsi" (ing. Annabelle Serpentine Dance, 1895) — rəngli və səssiz Amerika film, ilk rəngli film. == Ümumi məlumat == Vilyam K. L. Dikson və Vilyam Heizin rejissorluğu ilə 1895-ci ildə çəkilən ilk rəngli filmdir, əl ilə boyama üsulu ilə rənglənib. Film "Edison Manufaktura Kompaniyası" üçün çəkilib.
блу́дня бу́дничный доплета́ть мони́зм пари́ рентгено́лог чёрт те дери́ в ожида́нии визи́тная карточка приплю́снутый промётываться серо того и гляди́ instrumentalist lemon salt millesimal over-tonnaged photoelectric slugabed геодезический диктант информация обагряться отставник пошутить