İnayət Xan
Həzrət İnayət Xan (5 iyul 1882 – 5 fevral 1927, Yeni Dehli) — hind musiqiçi və filosof. Qərbdə sufiliyi tanıtması ilə məşhurdur, kitabları bir çox dillərə tərcümə edilmişdir.
== Həyatı və təhsili ==
Ulu babası, babası və atası musiqiçi olan İnayət Xan Hindistanın Baroda şəhərində anadan olub. Uşaq yaşlarından musiqi və poeziya mühitində böyüyən İnayət Xan, daha sonra fəlsəfə və dinlə maraqlanıb. Hindistan boyu səfərlər etdiyi zaman sufilər, buddistlər və s. dərviş mistiklərlə görüşmüşdür. Onu ən çox sufilik maraqlandırmışdır. Daha sonra Heydərobadda şeyx Mədəninin müridi olmuşdur.
== Sufi çağırışı ==
Sufilik yolunda uğurlu addımlar atan İnayət Xan, Çişti, Sühreverdi, Nəqşbəndi kimi təriqətlərdə olmuşdur. Bir müddət sonra şeyx Mədəni İnayət Xana "Sufi çağırışını" Qərbdə yaymağı tapşırır.