RAYA

german dillərində «ray» şəfəq, Günəşin şəfəqi deməkdir. Rus dilindən alınan bu sözdəki -a şəkilçisi cins bildirir.
RASTƏ
RAYİHƏ
OBASTAN VİKİ
Raya Mustafayeva
Raya Gülbala qızı Mustafayeva (1938, Xuluq, Qusar rayonu) — Azərbaycanda ilk ornitoloq qadın, biologiya elmləri namizədi. == Həyatı == Raya Gülbala qızı Mustafayeva 1938-ci ildə Qusar rayonunun Xuluq kəndində anadan olmuşdur. 1944–54-cü illərdə Qusar şəhər 1 saylı orta məktəbi bitirmiş, 1954–59-cu illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alaraq Universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur. == Elmi və iş fəaliyyəti == Ali təhsilini bitirdikdən sonra, AMEA-nın Zooligiya İnstitutunun aspiranturasına daxil olaraq "Şərqi Zaqafqaziya (Azərbaycan) şəraitində qaratoyuqların ekologiyası" mövzusunun təsdiqi üçün, Türkmənistan Respublikasının Aşqabad şəhərinə gedərək, həmin Respublikanın EA-nın akademiki Ə. G. Rüstəmovun elmi rəhbərliyinin razılığını almışdır. 01 avqust 1959-cu ildən etibarən təyinatla Zaqatala Dövlət Təbiət Qoruğuna işə qəbul edilmiş və ömrünü qoruğun fəaliyyətinə həsr etmişdir. Zaqatala qoruğunda böyük elmi işçi, aparıcı elmi işçi, son 19 il ərzində hal-hazıradək, elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 1967-ci ildə elmi mövzunu başa çatdıraraq dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikasında ilk ornitoloq qadın olaraq, R. G. Mustafayeva ömrünün 60 ilini ekologiya sahəsinə həsr etmişdir. 90 il tarixi olan Zaqatala Dövlət Təbiət Qoruğunda 60 il əmək stajına malikdir və bunun 30 ilini yüksək dağekosistemində az öyrənilmiş nadir quş növlərinin ekologiyasının izlənilməsinə sərf etmişdir. 04.12.2019-cu il tarixində Zaqatala Dövlət Təbiət Qoruğun 90 ili qeyd ediləcəkdir.
Raya Nəcəfova
Raya Əli qızı Nəcəfova (25 oktyabr 1960) — kimyaçı alim, professor, kimya üzrə elmlər doktoru. AMEA Azad Həmkarlar Təşkilatında sədr müavini. == Həyatı == Nəcəfova Raya Əli qızı 25 oktyabr 1960-cı ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olmuşdur.1977-ci ildə orta məktəbi bitirmiş, 1985-ci ildə Bakı Dövlət universitetinin biologiya fakultəsini, bioloq “Biologiya və kimya müəllim”i ixtisası üzrə bitirib. 1990-cı ildə «Синтез и свойства пирролов» mövzusu üzrə dissertasiya işini müdafiə edərək kimya elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1986-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunda laborant, kiçik elmi işçi və elmi işçi işləmişdir. 07.02.1997-ci ildən 2001-ci ilədək həmin institutda böyük elmi işçi olmuşdur. Fəaliyyət sahəsi-kimyaçı (üzvi kimya), 1990-cı ildə namizədlik, 2006-cı ildə isə “Halogenəvəzli propenonların azottərkibli nukleofillərlə heterotsiklləşməsi” mövzusunda “Üzvi kimya” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildə Kembric Beynəlxalq Bioqrafiya mərkəzinin “XXI əsrin 2000 alimindən biri” diplomuna layiq görülmüşdür. 2006-cı ildə Amerika Mədəniyyət mərkəzinin “Şərəf” medalı ilə təltif olunmuşdur. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Raya
Raya — qadın adı. Raya Mustafayeva — Azərbaycanda ilk ornitoloq qadın, biologiya elmləri namizədi. Raya Nəcəfova — kimyaçı alim, professor, kimya üzrə elmlər doktoru.
Debbi Rayan
Deborah Enn "Debbi" Rayan — Amerikalı aktrisa və müğənni. Debbi 2007-ci ildə Barni və dostları (ing. Barney & Friends) DVD filmində Disney tərəfindən kəşf edildi. Rayanın ən məşhur rolu Disney Channel serialı olan Zak və Kodinin gəmidəki macəraları adlı serialdakı Beyli Pikket roludur. 2008-ci ildə bu serial televiziyada 6–11 yaş arası uşaqlar arasında birinci, 9–14 yaş yeniyetmələr arasında isə ikinci yerdə dururdu. O, həmçinin həmin ildə Lonqşortlarda Edit rolunu canlandırdı. 2010-cu ildə, "16 arzu" adlı filmdə baş rola çəkilmişdir və bu film Disney Channelin ən çox izlənilən filmlərindən biri olmuşdur.2010-cu ildə o Disney Channelda onun premyerası günündə əksəriyyət insanların müşahidə etdiyi kabel proqram olan 16 arzu filmi yeni auditoriyalara Rayanı təqdim etdi. Filmin ilk nümayişi 20 avqust 2010 — da oldu. Rayan həmçinin, Disney Channel Orijinal filmi olan "Radio qiyamçısı"nda baş rola çəkildi. Burada Debbi Radio üsyançısı olan utancaq 17 yaşında qızı — Adams Taranı təsvir edirdi .
Fibi Rayan
Fibi Holidey Rayan (ing. Phoebe Holiday Ryan, 21 sentyabr 1990, Texas) — Amerika müğənnisi, mahnı-müəllifi. 2015-ci ildə o, R. Kellinin "Ignition" və Miqelin "Do You" mahnılarına meşaplar etdi və özünün adını daşıyan mini-albomdan "Mine" adlı sinqlını yayımladı. Elə həmin il o, Columbia Records ilə müqavilə imzaladı.Mahnı müəllifi kimi o, Britni Spirs, Oh Honey, Zara Larsson, Melani Martines və Bea Miller kimi sənətçilər üçün mahnılar yazıb və The Knocks, Tritonal, Skizzy Mars və The Chainsmokers üçün mahnılar ifa edib. == Həyatı == Rayan Nyu-Cersi ştatının Red Bank şəhərində böyüyüb, Nyu-York Universitetindəki Kliv Devis Musiqi İnstitutunda oxumuş və burada mühəndislik, prodüserlik və biznes təhsili alıb. Hər ikisini etməyə qərar verməzdən əvvəl mahnı yazarlığı və ya sənətçi olmaq arasında qaldı.
Meq Rayan
Meq Rayan (ing. Margaret Mary Emily Anne Hyra; 19 noyabr 1961[…], Ferfild[d]) — ABŞ aktrisası və prodüseri. == Həyatı == Meq Rayan 19 noyabr 1961-ci ildə ABŞ-də anadan olub.
Petti Rayan
Petti Rayan (ing. Patty Ryan) - Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən yaxşı mahnıları «You’re My Love, You’re My Life», «Stay with Me Tonight», «I Don’t Wanna Lose You Tonight» və «Love is the Name of the Game» mahnılarıdır. Onun musiqi stili Fancy, Modern Talking, London Boys və Bad Boys Blue kimi qruplar ilə müqayisə edilir. Bir müddət Diter Bolen ilə əməkdaşlıq etmişdir. Müğənni Avropa ilə yanaşı daha çox Yaponiya və Çin kimi ölkələrdə məşhurluq qazanmışdır.
Rayan Babel
Rayan Babel (Niderlandca tələffüz: [ˈrɑjɐn ˈbaːbəl]; 19 dekabr 1986[…], Amsterdam) — Türkiyə Super Liqası təmsilçilərindən olan "Galatasaray" klubunda çıxış edən hollandiyalı peşəkar futbolçudur. == Karyerası == Əsasən yarımmüdafiənin sol cinahında oynayan Babel, hücum mövqeyində də çıxış edir. 34 yaşlı futbolçu peşəkar karyerasına Hollandiyanın "Ayaks" klubunda başlayıb, daha sonra İngiltərənin "Liverpul", Almaniyanın "Hoffenhaym" və Türkiyənin "Kasımpaşa", Səudiyyə Ərəbistanının "Əl-Əin" kimi klublarında çıxış edib. 2016-cı ilin yayında isə futbolçu "Deportivo La-Korunya" klubuna transfer olunub. Hollandiya milli komandasıyla 43 oyuna çıxan Babel 5 qolla yadda qalıb. 2016/2017-ci il mövsümünün qışında Türkiyə klublarından Beşiktaş’a transfer olundu. Burada başarılı çıxış edən Babel 2019 da Fulhemə transfer oldu. 6 ay sonra Qalatasaray a imza attı. Leipsing lə hazırlıq matçın da 2 qol atdı.
Rayan Dolan
Rayan Dolan — Şimali İrlandiyadan olan 27 yaşlı pop musiqiçisi. Rayan Dolan 2013 Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı "Only Love Survives" mahnısı ilə təmsil edib.
Rayan Donk
Rayan Henk Donk (30 mart 1986[…], Amsterdam) — Hollandiyalı futbolçudur. Super Liqa qruplarından Qalatasarayda forma geyməkdədir. == Klub karyerası == === Hollandiya === Ryan Donk, 2005–06 mövsümündə RKC Waalwijk’də heyran qaldı və sona çatan müqavilə ilə daha yüksək səviyyəyə qalxmaq istədi. Əvvəlcə AZ ona yaxınlaşdı, ancaq digər klublar, Ajax, PSV və Barselona ona ciddi maraq göstərdi. Donk, Almaniyanın Hamburger SV klubuna satılan müdafiəçi Joris Mathijsen'in əvəzi olaraq, onun inkişafı üçün ən yaxşı olduğunu düşünür. Əvvəlcə AZ Donk-u RKC Waalwijk-ə borc vermək niyyətində idi, lakin oyunçu ilk komandaya girmək üçün klubda qalmaq niyyətində olduğunu bildirdi. O, start heyətində özünə yer tapdı və AZ-dəki çıxışlarından heyran oldu. === West Bromwich-a kirayə === 31 avqust 2008-ci ildə Donk West Bromwich Albion üçün bir il müddətinə kreditlə imzaladı. [1] 28 sentyabr 2008-ci ildə Midlsbro səfərdə 1–0 hesabı ilə qalib gəldi. [2] === Klub Brugge === 26 iyun 2009-cu ildə Donk, doğma yurdunda olan Hollandiyadan, Brugge-də oynamaq üçün Belçikaya köçdü.
Rayan Driller
Rayan Driller (ing. Ryan Driller; 17 avqust 1982) — Amerika porno aktyoru.
Rayan Konner
Rayan Konner və ya əsl adı ilə Deborah Hinkle (12 fevral 1971, Santa Ana, Kaliforniya, ABŞ) — amerikalı pornoaktrisa. == Həyatı == Rayan Konner və ya əsl adı ilə Deborah Hinkl, 1971-ci ildə Kaliforniyanın Santa Ana şəhərində anadan olub. 9 yaşında ailəsi ilə birlikdə Aydahoya köçdü. Konner ikinci evliliyindən sonra ailə təsirlərinə əhəmiyyət verməyib, striptiz klubunda rəqqasə kimi işləməyə başladı. Pornoqrafiya karyerası 1999-cu ildə 28 yaşında başladı.2006-cı ildə bir aktrisa olaraq təqaüdə çıxmağa qərar verdi. İstirahət dövrü ona mahnı, musiqi və ədəbiyyata diqqət ayırmağa imkan verdi. 2016-cı ildə AVN Mükafatlarında ilin MILF/Cougar sənətçisi kateqoriyasında təqdim edildi. 240-dan çox pornoqrafik filmdə oynayıb.
Rayan Loft
Ryan Corc Henson Loft (14.9.1997) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Lester Siti klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Şəxsi həyatı == Loft Qreyvsend şəhərində anadan olmuşdur. O, Norzflit Texnologiya Kollecinin tələbəsi kimi hündürlüyə tullanma yarışında çempion olmuşdur. == Klub karyerası == Loft əvvəlcə Dartford və Ebbsflit Yunayted klublarında çıxış etmişdir. 2013-14 mövsümündə isə Tottenhem Hotspur klubuna transfer olmuşdur. Loft bu klubda 2014-cü ilin iyul ayından çıxış etməyə başlamışdır. Sonralar isə o, 2016-cı ilində mart ayında Brayntri Taun klubunda, 2017-ci ilin yanvar ayında isə Stiveneyc klubunda icarə əsasında çıxış etməyə başlamışdır. O, 2018-ci ilin yanvar ayında Ekseter Siti klubuna icarəyə verilmişdir. Loft 2017-18 mövsümünün sonunda Tottenhem Hotspur klubu ilə müqaviləyə xitam vermişdir. 2018-ci ilin iyul ayında o, Lester Siti klubu ilə iki illik müqavilə imzalamışdır.
Rayan O'Şounessi
Rayan O'Şounessi (irl. Rían Ó Seachnasaigh; d. 27 sentyabr 1992, Raş, Dublin, İrlandiya) — İrlandiya müğənnisi və bəstəkarı. O, Böyük Britaniyanın Britain's Got Talent məharət yarışmasındakı iştirakı ilə şöhrət qazanmışdır. O'Şounessi ifa etdiyi "Together" mahnısı ilə İrlandiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Rayan O'Şounessi 27 sentyabr 1992-ci ildə İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən Raş qəsəbəsində anadan olmuşdur. Rayanın özündən böyük Qreham adlı qardaşı və Epril adlı bacısı var. O, Dublin Texnologiya İnstitutunda musiqi təhsili almışdır. Rayan gitara, piano və saksofonda ifa edə bilir və eyni zamanda fərqli müğənnilər üçün mahnılar da bəstələyir. Rayanın dayısı Qeri O'Şounessi "Without Your Love" mahnısı ilə İrlandiyanı 2001 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Rayan Qaldemond
Rayan Qaldemond (24 noyabr 1986) — Kanadada qurulmuş rok qrupu Mother Mother-in əsas üzvü, gitaraçısı və bəstəkarı.
Rayan Qoslinq
Rayan Tomas Qoslinq (ing. Ryan Thomas Gosling; 12 noyabr 1980[…]) — Kanadalı aktyor. Onun çəkildiyi filmlər dünya miqyasında 1,9 milyard ABŞ dollarından çox gəlir əldə etmişdir. O, La La Lend filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Bioqrafiya == Rayan Tomas Qoslinq London, Ontarioda anadan olub. Onun atası, Tomas Rey Qoslinq kağız istehsal edən kombinatın kommivoyajeri qismində çalışırdı, anası Donna Qoslinq isə 2011-ci ildən məktəbdə müəllim qismində kvalifikasiya olunmuş katibədir. Onun atası Kanadalı-fransızdır. Qoslinqin valideynləri dini baxımdan mormon idilər və Rayanın dediyinə görə, bu dini inanc hər bir aspektdən onun həyatına təsir göstərib. Atasının işinə görə onlar tez-tez başqa yerlərə köçürdülər və buna görə də Rayan Kornuollda və Börlinqtonda yaşayırdı. O hələ uşaq olarkən onun valideynləri boşanırlar və Rayan öz bacısı Mendi ilə anası ilə yaşayırdılar.
Rayan Qravenberx
Rayan Ciro Qravenberx (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Ayaks === Qravenberx Amsterdam akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2010-cu ildə akademiya ilə müqavilə imzalamışdır. 7 iyun 2018-ci ildə Rayan Ayaks akademiyasının ən yaxşı istedadlı oyunçusuna verilən Abdelhak Nuri Trofeyinin ilk qalibi olmuşdur. O, həmin gün klub ilə 2021-ci ilə qədər olan ilk peşəkar müqaviləsini imzalamışdır. Qravenberx öz peşəkar karyerasında debütünü 24 avqust 2018-ci ildə Dordrext klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir.Qravenberx Ayaks klubu ilə debütünü 23 sentyabr 2018-ci ildə PSV Eyndhoven klubuna qarşı oyunda etmişdir. Erediviziya görüşündə Ayaks rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. 16 yaş və 130 günlüyündə meydana daxil olan Qravenberx 16 yaş və 242 günlüyündə meydana çıxan Klarens Zedorfun rekordunu yeniləyərək, Erediviziyada meydana çıxan ən gənc Ayaks futbolçusu kimi tarixə düşmüşdür.
Rayan Quzman
Rayan Quzman (ing. Ryan Guzman); d. 21 sentyabr 1987, Eybilin) — ABŞ modeli və aktyor. Aktrisa Ketrin MakKormiklə birgə 2012-ci ildə Step Up Revolution adlı 3D formatlı filmdə baş rolda çəkilib. Aktyorluq peşəsindən əvvəl o model biznesində işləyib. == Həyatı == Rayan atası meksikalı, anası isə Avropa kökənli bir amerikan ailəsində anadan olub. Hələ cavan yaşlarında Rayan anasının doğma şəhərinə, Kaliforniya ştatında yerləşən Sakramentoya köçdü. O Roklində yerləşən „Sierra College“inə daxil olur. Aktyorluq peşəsində debüt rol ona Bir addım irəli 4 dans filmi gətirdi. Aktyor peşəsindən əvvəl o model biznesində çalışıb.
Rayan Reynolds
Rayan Reynolds (ing. Ryan Rodney Reynolds; 23 oktyabr 1976[…], Vankuver, Britaniya Kolumbiyası, Kanada) — Kanada aktyoru. == Həyatı == Rayan Reynolds 23 oktyabr 1976-cı ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində doğulub. Kiçik yaşlarından çəkilməyə başlayıb. Sonra ABŞ-yə dəvət olunub. Çəkildikləri filmlərdən biri də Dedpuldur. Film üzərində ilk işlər 2004-cü ilin fevralında New Line Cinema tərəfindən başladılmışdır. 2005-ci ilin fevralında 20th Century Fox bu layihə ilə maraqlanmışdır. 2009-cu ilin mayında film üçün ssenari yazılmağa başlanmış, 2011-ci ilin aprelində isə Tim Miller filmin rejissoru olmuşdur. Filmin set dövrü Kanadanın Vankuver şəhərində 2015-ci ilin martında başlayıb mayında bitmişdir.
Rayan Sessenyon
Kuassi Rayan Sessenyon (18.5.2000) — Rayan Sessenyon kimi də tanınan, İngiltərənin Çempionşip təmsilçilərindən olan Fulhem klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Şəxsi həyatı == Sessenyon Londonun Roehempton bölgəsində anadan olmuşdur. Onun əkiz qardaşı Stiven də Fulhem akademiyasında çıxış edir. == Klub karyerası == Sessenyon 2008-ci ildə Fulhem klubunun U-9 komandasına daxil olmuşdur. Sessenyon öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə 16 yaş və 81 günlüyündə Fulhem klubu ilə Liqa Kuboku görüşündə Leyton klubuna qarşı oyunda etmişdir. Sessenyon liqada debütünü 16 avqust 2016-cı ildə Çempionşipdə Lids Yunayted klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Fulhem rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Sessenyon peşəkar karyerasında ilk qolunu 20 avqust 2016-cı ildə liqa görüşündə Kardiff Siti klubuna qarşı oyunda vurmuşdur. Beləliklə, Sessenyon İngiltərə liqalarında 2000-ci illərdə anadan olanlar arasında oyuna çıxan ilk peşəkar futbolçu, əsas komanda ilə Çempionşip oyununda qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Sessenyon PFA Çempionşip İlin Komandasına adını yazdırmışdır.
Rayan Uayt
Rayan Ueyn Vayt (ing. Ryan Wayne White d. 6 dekabr 1971; Kokomo, İndiana – 8 aprel 1990; İndiana, İndianapolis) — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Vaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi. İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl, bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Vayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi.
Rayan Vayt
Rayan Ueyn Vayt (ing. Ryan Wayne White d. 6 dekabr 1971; Kokomo, İndiana – 8 aprel 1990; İndiana, İndianapolis) — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Vaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi. İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl, bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Vayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi.
Rayani Air
"Rayani Air" — Malayziyanın İslami qaydalara əməl edən ilk aviaşirkəti. == Tarixi == "Rayani Air" şirkəti 19 yanvar 2015-ci ildə yaradılmışdır. Həmin ilin dekabr ayının 20-də fəaliyyətə başlamışdır. Şirkət ilk səfərini paytaxt Kuala-Lumpurdan Lanqkavi adalarına həyata keçirmişdir.Şirkətin təyyarələrində qalxış və enişlərdən əvvəl dualar oxunur. Stüardessaların hicab örtməsi məcburidir. Sərnişinlərə təqdim olunan bütün məhsullar halaldır. Ətli yeməklər İslami qaydalara uyğun kəsilən heyvanların ətləri istifadə edilməklə hazırlanır. Donuz və spirtli içkilər uçuşlarda qətiyyən qadağadır.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Rayanı xilas etməli (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Together (Rayan O'Şounessi mahnısı)
Together (azərb. Birlikdə‎) — İrlandiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Rayan O'Şounessi "Together" mahnısı ilə İrlandiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı ifaçı Rayan O'Şounessi və eyni zamanda Mark Kaplis və Laura Elizabet Hyucs tərəfindən bəstələnmişdir.
бескоры́стно двухведерный забагрове́ть неосталини́стский отче́рпать перегру́зочный переиспыта́ть пропеча́тать расшата́ть вступи́ть напоро́ть раздави́ться руни́ческий уго́дливый экс-президе́нт игримище bibliograph correlative empirics hourage incredulity papillate petasus rantan многоэтажный