TAFTA
TAHİMƏ
OBASTAN VİKİ
Ervin Taha
Ervin Taha (14 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Ervin Taha Bordo klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 28 noyabr 2017-ci ildə Sent-Etyen klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Conatan Kafunu əvəz etmişdir. Həmin görüşdə Bordo rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Taha Fransanın gənclər millilərində çıxış etmişdir.
Taha Akgül
Taha Akgül (22 noyabr 1990, Sivas) — olimpiyaçı, 125 kiloluq divizionda yarışan türkiyəli sərbəst güləşçi, Dünya və Avropa çempionudur. O, Karamanda Karamanoğlu Mehmetbey Universitetində bədən tərbiyəsi və idman üzrə təhsil almışdır. == Həyatı == Atası və qardaşının ardından Taha Akgül də 2003-cü ildə güləşə başlayıb. 2012-ci ildə təşkil edilən Yaşar Şərqi Beynəlxalq Güləş Turniri çərçivəsində 40 qızıl medal qazanıb. Serbiyanın Belqrad şəhərində keçirilən 2012 Avropa Güləş Çempionatında Taha Akgül ağırlıq kateqoriyasında çempion olub. O, 2012-ci ildə baş tutmuş Olimpiadaya qatılıb. Lakin, 16-cı turda rəqibi Rusiyadan Bilyay Makhova məğlub olduqdan sonra dörddəbir finala çıxa bilməyib. 2012-ci ildə Dünya Kubokunda keçirilən güləş üzrə Dünya Çempionatında Finlandiyanın Kuortane şəhərində ağırlıq kateqoriyasında qızıl medal qazanıb. Taha Akgül, Gürcüstanın Tbilisi şəhərində keçirilən 2013 Avropa Güləş Çempionatında Avropa çempionu ünvanını qazanıb. Macarıstanın Budapeşt şəhərində keçirilən 2013 Dünya Güləş Çempionatında bürünc medal qazanıb.
Taha Akyol
== Həyatı == Taha Ağyol - 1946-cı ildə Yozğadda anadan olub. Atası Mustafa, anası Fatma Ağyoldur. Yozğadda orta təhsil alandan sonra İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olub və bu fakültəni bitirib. İlk məqalələri 1977-ci ildə "Hər gün" qəzetində çap olunub. 1980-ci il iyul çevrilişinə qədər Milliyətçi Hərəkat Partiyasınin (MHP) rəhbərliyində olub. Çevrilişdən sonra həbs olunub və uzun müddət Mamak Həbsxanada yatıb. Əsgəri məhkəmədə mühakimə olunub, bəraət alıb. "Yanki" jurnalında, "Tərcüma" və "Meydan" qəzetlərində işləyib. Keçən əsrin 80-ci illərinin ortalarından etibarən Türk milliyyətçisi xəttindən uzaqlaşaraq mühafizəkar-liberalizmə meyllənib, bu sahədə böyük bir boşluğu doldurub. Siyasi və iqtisadi olaraq özü tam bir klassik liberal ikən, mədəniyyət və xarici siyasət sahəsində sağ-qanad yanaşmasnı mənimsəməkdədir.
Taha Hüseyn
Taha Hüseyn (ərəb. طه حسين‎; 14 noyabr 1889[…], əl-Minya mühafəzəsi[d] – 28 oktyabr 1973[…], Qahirə) — Misir yazıçısı, ədibi və filosofu. == Həyatı == O, 1889-cu ildə Nilin sol sahilində yerləşən Məğağə şəhəri yaxınlığındakı kəndlərdən birində dünyaya gəlmişdir. Atası şəkər istehsal edən müəssisədə kiçik məmur vəzifəsində işləyirdi. Ailə çox böyük, dolanışıqları ağır olmuşdur. Taha ailənin yeddinci övladı idi. O, üç yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Buna baxmayaraq, dərin zəkaya malik olması özünü erkən büruzə vermişdir. O, hələ uşaq vaxtından elmə, ədəbiyyata böyük maraq göstərmişdir. Kor uşaq üçün Quran hafizi olmaqdan yaxşı bir sənət bilməyən valideynləri onu kuttəbə göndərirlər.
Taha surəsi
20-ci surə
Hacı Şeyx Mehdi Taha
Hacı Şeyx Mehdi Taha ibn Şeyx Muhəmməd Rza ibn Hacı Nəcəf ət-Təbrizi (1825–1905) — İslam alimi, müctəhid. == Həyatı == Mehdi Şeyx Muhəmmədrza oğlu 1825-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Hacı Şeyx Mehdi XIV (XX) əsrin böyük müctəhid və mühəddislərindən olmuşdur.O, Şeyx Mürtəza Ənsarinin yanında dərs almışdır. Alimin fiqh, üsul, hədis haqqında və eləcə də din alimlərinin tərcümeyi-halı haqqında əsərləri vardır. Belə əsərlərdən biri hədis alimlərinə həsr olunmuş "Ehyaul-məvat fi əhvalir-ruvat" adlı əsərdir. Hacı Şeyx Mehdi 1328 (1905) ildə vəfat etmişdir. == Mənbə == Tərbiyət M.Ə. Danişməndani Azərbaycan. Tərcümə Q.Kəndli, Bakı,1991.
Bulbophyllum tahanense
Bulbophyllum tahanense (lat. Bulbophyllum tahanense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Etsuko Tahara
Etsuko Tahara — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Eugenia tahanensis
Eugenia tahanensis (lat. Eugenia tahanensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Tahabad-i Cameşuran (Qürvə)
Tahabad-i Cameşuran (fars. تاه آباد جامه شوران‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 478 nəfər yaşayır (107 ailə). Əhalisini kürdlər təşkil edir.
Tahanea
Tahanea (fr. Tahanea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Faaitedən 12 km cənub-şərqdə, Tatitidən 530 km şərqdədir. == Coğrafiya == Atollun sahəsi 7,7 km²-dir. Uzunluğu 48 km, eni isə 15 km təşkil edir. Daxilində laqun vardır. 3 hissədən okeanla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Anaa kommunasına daxildir. == Tarixi == Tahanea ilk dəfə 1772-ci ildə ispan dənizçisi Dominqo de Boneçea tərəfindən kəşf edilmişdir. Faddey Bellinshauzen Birinci Rus Antarktika ekspedisiyası atoll yaxınlıqlarından keçərkən adanı Çiçikov olaraq adlandırır.
Taharka
Taharka (q.misir 𓇿𓉔𓃭𓈎, tꜣ-h-rw-k; akkad. , Tar-qu-u2, ivr. ‏ תִּרְהָקָה‏‎; Bibliyada Tirqak; Manefona görə Tarkos/Tarakos; Strabona görə Tearkon) — Qədim Misirin XXV sülaləsinin fironu (Efiopiya və ya Nubiya sülaləsi). O, təxminən e.ə. 690–664/663-cü illərdə hökm sürmüşdür. Taharka Assuriya padşahı Sennaxerib ilə döyüşə getmişdi və İudeya hakimi Ezekiyanın müasiri idi.Binalar tikdirməsi və dindarlığından başqa onun daxili siyasəti haqqında çox az şey məlumdur. Xarici siyasətə gəldikdə, Taharka Misirə iddialar qaldıran Assuriyaya qarşı çıxmışdır. Asarhaddon e.ə. 671-ci ildə Misirə yürüş edərək Nil deltasını tutmuşdur, firon isə Tebenə qaçmışdır. Buna baxmayaraq, o, Assuriya hökmdarının gedişindən sonra, e.ə.

Значение слова в других словарях

выга́чивать заду́ть отживи́ть поприходи́ть руса́лочка селадо́н сле́по Эли́зий всепроща́юще вчита́ться гербаризи́ровать нелюбе́зный увекове́чивать бурак строгаль coverlid eupeptic exodia factotum muster nepenthean pottery red carpet skip rope вынос