AĞ I is. Ağ rəngli bez və s. parça. Firəngiz ağı çıxarda-çıxarda ciddiləşdi (B.Bayramov).

AĞ II is. Gözün buynuz təbəqəsində əmələ gələn ləkə (xəstəlik). Mən onun gözünə ağ sallam (C.Məmmədquluzadə).

AĞ III is. köhn. Tor. Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı (Aşıq Fətəli).

AĞ IV is. məh. Tuman və ya şalvarın orta hissəsi.

AĞ V sif. Yaxşı. Ağ gün ağardar, qara gün qaraldar (Ata. sözü).

AĞ VI sif. Rəng. Qar, süd, tabaşir rəngli. Ağ ipəkdən donlar geyir çılpaq ağaclar (O.Sarıvəlli).

AĞ VII sif. [ ər. ] Sözə qulaq asmayan, itaət etməyən. Ağanın üzünə adam hər zaman bir bürüncək üçün heç ağ olarmı? (O.Sarıvəlli).

AĞ VIII sif. Tamamilə. Bu lap ağ yalandır, – dedi. – Doğrudur, Gülyanaqovla mən bir küçədə anadan olmuşuq (Anar).

Это слово в других словарях:

Толковый словарь азербайджанского языка

AĞ₁ 1. sif. Qar, süd, tabaşir rəngli (qara əksi). подробнее
AĞ₂ is. 1. Ağ rəngli bez və s. parça. Köynəklik ağ. подробнее
AĞ₃ is. Tor. Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı. Aşıq Fətəli. подробнее
AĞ₄ [ər.]: ağ olmaq, üzünə ağ olmaq – itaət etməmək, söz qaytarmaq, tabe olmamaq. подробнее

Азербайджанcко-русский словарь (краткий)

1. белый; 2. бельевая материя, белая бязь, мадеполам; 3. белок; подробнее

Диалектический словарь азербайджанского языка.

I (Xaçmaz, Salyan, Şəmkir) alt tumanın və ya şalvarın ortası. – Gədənin şalvarının ağı cırılıf, mərəkədə biyavır oluf (Şəmkir) II (İmişli) var-dövlət, varidat. – Adamın ağın, qızılın alıllardı əlinnən III (Qax) yeməli bitki adı. – Uşaxlar yezliyə ağ getimağa gediplər IV (Salyan) süfrə. – Qızım, ussulun üssünə ağ sal Ağ əkin (Salyan) – arpa, buğda əkini. – Beşdəlidə ağ əkin çox əkilir. Ağ salmax (Kəlbəcər) – inandırmaq. – Mən ağ saldım, o inanmadı. Ağ yel (Şamaxı) – xəstəlik adı подробнее

Азербайджанcко-русский словарь

1 I прил. белый 1. белого цвета. Ağ bulud белое облако, ağ qaz белый гусь, ağ ayı белый медведь, ağ kif белая плесень, ağ qovaq белый тополь, ağ durna белый журавль, ağ söyüd белая ива, ağ kauçuk белый каучук, ağ şanı белый шаны (сорт белого винограда), ağ qızıl белое золото (хлопок), ağ olimpiada белая олимпиада (зимняя олимпиада) 2. подробнее

Словарь синонимов азербайджанского языка

1. AĞ (rəng) Ağ köpək, qara köpək, ikisi de köpəkdir (Ata. sözü); BƏYAZ/BAYAZ (şair. подробнее

Словарь антонимов азербайджанского языка

AĞ – QARA Ağ köynəyin boynuna; Qara ləkə düşərdi (H.Hüseynzadə). подробнее

Author: Obastan; Publisher: Obastan