Слово AĞARTI в словаре омонимов азербайджанского языка.

AĞARTI I is. Süddən hazırlanan məhsul: qatıq, şor, süzmə, pendir və s. Bağır müdirinin ağartısına şərik olmaq istəmədi (İ.Məlikzadə).

AĞARTI II is. Uzaqdan görünən ağ şey. Uzaqdan bir ağartı nəzərə çarpdı (Ə.Vəliyev).

← AĞALIQ

AĞALIQ I is. Hökmranlıq etmək. Nə haqq ilə mənim evimdə ağalıq edirsən? (C.Cabbarlı). AĞALIQ II is.

AĞARTMAQ →

AĞARTMAQ I f. Açmaq. Buna bənzər bir hiss ürəyini gəzib dolaşdısa da onu ağartmadı (“Ulduz”).