AZI

AZI I is. Ağzın hər iki tərəfində arxa hissədə yerləşən əsas dişlər.

AZI II ədat Ən cüzi, minimum. Ən kiçik dərdi də azı min kərə; Saldı ürəyinə hər saat, hər gün (B.Vahabzadə).

AZAD
BAB
OBASTAN VİKİ
Ən azı 100 milyon aktiv istifadəçisi olan sosial platformaların siyahısı
Bu, ən azı 100 milyon aylıq aktiv istifadəçisi olan[1] sosial platformaların siyahısıdır. Siyahıya sosial şəbəkələr, həmçinin onlayn forumlar, foto və video paylaşma platformaları, mesajlaşma və VoIP proqramları daxildir. ^ Aylıq aktiv istifadəçi sayı əlçatan olmadıqda, digər göstəricilərə əsasən onun 100 milyondan çox olduğu təxmin edilir. ^ Platformanın cari qərargahını göstərir. Platformanın qurulduğu ölkədən və ya ana şirkətin qərargahından fərqli ola bilər.
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı — məqaləsinə ticari sərnişin və kargo uçuşları, hərbi sərnişin və kargo uçuşları, yaxud bir hadisədə ən azı 50 nəfərin həlak olduğu ümumi aviasiya qəzaları və insidentləri daxildir. Terorist və ya digər hücumlar da daxil olmaqla 539 belə hadisə baş verib. Bunlardan 198-i ən azı 100 ölüm, 33-ü ən azı 200 ölüm, 8 qəza ən azı 300 ölüm, 4 qəza isə ən azı 500 nəfərin ölümü ilə nəticələnib. 1923-cü ildən (ilk belə qəza və hadisəsi 50-dən çox adamın ölümü ilə nəticələnib) bu günə kimi, yeddi qitədə və üç böyük okeanda 571 təyyarə bu qəzalardan qaça bilməmiş və bütün qəzalarda ümumilikdə 56 min 669 nəfər həyatını itirmişdir. == Tarixi == 17 dekabr 1903-cü ildə Rayt qardaşlarının qabaqcıl uçuşundan beş il sonra, 17 sentyabr 1908-ci il, Tomas Selfric, Virciniya ştatının Fort Myer şəhərində Rayt Model A-nın nümayişi zamanı Orville Rayt ilə sərnişin kimi uçarkən motorlu uçuşun ilk ölümü oldu. 1909-cu ildə Eugène Lefebvre motorlu bir təyyarəni idarə edərkən həlak olan ilk şəxs oldu, ilk ölümcül havada toqquşma isə 19 iyun 1912-ci ildə Fransanın Douai yaxınlığında baş verdi və hər bir təyyarənin pilotu öldü. Bu ilk aviasiya ölümlərindən sonra ölümcül təyyarə qəzalarının miqyası təyyarələrin ölçüsü və tutumu ilə mütənasib olaraq artmışdır. Bir ildə bir aviaşirkətin iştirakı ilə ən çox ölüm halı 2014-cü ildə baş verib, o zaman 537 nəfər (ehtimal ki, dağıntılar aşkar olunmayıb, ölənlərin sayı tam təsdiq edilməyib) Malaysia Airlines MH370 təyyarəsinin yoxa çıxması və dörd ay sonra Malaysia Airlines MH17 reysinin qəzaya uğraması nəticəsində baş verib. Tarixdə hər hansı aviasiya qəzasında ən çox ölüm hadisəsi 1977-ci ildə iki Boeing 747 təyyarəsinin uçuş-enmə zolağında toqquşması nəticəsində 583 nəfərin öldüyü Tenerife hava limanında baş vermiş qəzada baş verib. Havada toqquşma nəticəsində ölənlərin çoxu 12 noyabr 1996-cı ildə Hindistanın Yeni Dehli şəhərinin qərbində, Çarxi Dadridə havada toqquşma zamanı Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus Boeing 747–100B təyyarəsinin Dehlidən Səudiyyə Ərəbistanının Dhahran şəhərinə toqquşması nəticəsində baş verib.
AzInTelecom
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir. == Ümumi məlumat == Rabitə Nazirliyinin 7 fevral 1994-cü il tarixli əmrinə əsasən, 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) “Aztelekom İB”-nin tərkibində struktur vahidi kimi yaradılmışdır. Rabitə Nazirliyinin (RN) 17 yanvar 1995-ci il tarixli əmrinə əsasən, BHM “Aztelekom İB”-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir. RN-in 6 dekabr 1996-cı il tarixli əmrinə əsasən, 1 yanvar 1997-ci il tarixindən BHM - Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı. 2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir. 2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır. 29.06.2015-ci il tarixdə Mərkəzin təşkilati-hüquqi forması dəyişdirilərək “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir.
Azıx
Azıx (Hadrut)
Azıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Azıx kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki Azıx mağarasının adından almışdır. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşmış və yaşayış məntəqəsini Azox adlandırmışlar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azərbaycanda ən iri karst mağarası hesab olunur. Tədqiqatçıların fikrincə, azıx qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır. Mənbələrdəki Azuq variantına əsaslanan tədqiqatçılar isə bu toponimi "azuqə yeri", "tədarük yeri", "anbar" kimi izah edirlər.
Azıx (Xocavənd)

Azıx mağaraları
Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur.
Azıx mağarası

Azıxantrop
Azıxantrop (türk. azıx, yun. άνθρωπος – Azıx adamı) — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ. Azıxantropun çənəsi bir tərəfdən pitekantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır. Lakin son zamanlar aparılmış tədqiqatlardan sonra, bəzi alimlər neandertal tipli insanları müasir insanların əcdadı hesab etmirlər. Azıxantropun çənə sümüyü Azərbaycan Tarix Muzeyində saxlanılır. == Tarixi == 1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Azıxantropun qalıqlarının paleoantropoloji tədqiqatı zamanı D.V.Hacıyev onların 18–22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirmişdir. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlir; eyni zamanda Neandertal adamına da yaxındır.

Значение слова в других словарях

вымога́ться ГАЗ неосновно́й обрасти́ ге́йгеровский счётчик духо́вка ко́жистый мароке́н по-старико́вски произво́льность тяготи́ть эквадо́рцы бадуй пасть Яик amylum ferry hourlong self-conceited shadowless sticking Sunbelt лужёный отпарываться упиться