BADAMLI

BADAMLI I is. Müalicə üçün içilən su. Azərbaycanda istehsal olunan mineral sulardan biri də badamlıdır.

BADAMLI II sif. Badamdan və ya badamla hazırlanan, içərisində badam olan. Eşidirəm ki, dadlı-dadlı xuruşlar, badamlı paxlavalar çox yeməli imiş (“Molla Nəsrəddin”).

BADALAQ
BAĞ
OBASTAN VİKİ
Badamlı
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. == Ümumi məlumat == Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. == Badamlı mineral su yatağı == Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Badamlı (Marağa)
Badamlı (fars. باداملو‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Badamlı (Qoşaçay)
Badamlı (fars. باداملو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (54 ailə).
Badamlı (dəqiqləşdirmə)
Yaşayış məntəqələri AzərbaycanBadamlı (kənd, Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Badamlı (qəsəbə, Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda qəsəbə.İranBadamlı (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Badamlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.DigərBadamlı — Azərbaycanın Şahbuz rayonunda bulaq Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə. Badamlı nabat — Karameləoxşar Azərbaycan şirniyyatı. Badamlı türbəsi — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı kəndində memarlıq abidəsi.
Badamlı (Şahbuz)
Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Mədəniyyəti == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir. == Coğrafiyası və iqlimi == Badamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur.
Badamlı nekropolu
Badamlı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndi ərazisində və kənd ətrafında yerləşən, orta əsrlərə aid arxeoloji və tarixi abidə. == Ümumi məlumat == Badamlı nekropolunun sahəsi 0,25 hektardır. Nekropol müsəlman qəbiritanlığından ibarətdir. Nekropolun baş və sinə daşları dağıdılmışdır, birinin üzərində mərhumun ölüm tarixi yazılmışdır. XV və ya XVI əsrlərə aid olması ehtimal edilir. == İstinadlar == == Ədəbiyyat == Novruzlu Ə.İ, Baxışəliyev V.B., Şahbuz bölgəsinin arxeoloji abidələri. Bakı, 1992.
Badamlı paxladəni
Astragalus pinetorum (lat. Astragalus pinetorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə iyun aylarına təsadüf edir. Mezokserofitdir.
Badamlı qəbiristanlığı
Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə. Qəbiristanlıq hər tərəfdən həyatyanı sahələrlə əhatə olunmuşdur. Qəbirlərin əksəriyyətinin izi itmiş, bəzilərinin yalnız baş daşları salamat qalmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr, qırmızımtıl rəngli tuf daşından hazırlanmış bir qoç fiquru vardır. Əhalinin verdiyi məlumata görə vaxtilə nekropolda xeyli daş qoçlar olmuşdur. Qəbiristanlığın mərkəzi hissəsində dairəvi formalı türbənin bünövrəsinə aid qalıqlar saxlanmışdır. Badamlı nekropolunu XVI-XIX əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 36.
Badamlı qəsəbəsi
Badamlı (əvvəlki adı: Badamlısu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kənd inzibati ərazi dairəsi tərkibindəki Badamlısu qəsəbəsi Badamlı qəsəbəsi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Badamlı türbəsi
Badamlı türbəsi — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı kəndində memarlıq abidəsi. Yonulmuş dördkünc formalı daşlardan dairəvi formada inşa olunmuşdur. Girişi qərb tərəfdəndir. Binanın divarları tamamilə uçub tökülmüşdür. Ətrafı daşla örtüldüyündən xarici divarlarının formasını müəyyən etmək mümkün olmamışdır. Türbəni təqribən 14-16 əsrlərə aid etmək olar.
"Badamlı" mineral bulaqları
"Badamlı" mineral bulaqları — dəniz səthindən hündürlükdə, Dərələyəz dağ silsiləsi zirvəsinin arasından axıb keçən Salasuzçayın vadisində, Naxçıvan MR-nin Badamlı qəsəbəsindən cənubda mineral bulaqlar. Bulaqlar üst təbaşirin argillitləri və mergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar. Əsasən bu kiçik dislokasiyalarla əlaqədə üzə çıxan mineral sular qazlıdırlar (CO2 −1,4 q/l), minerallaşma dərəcəsiləri 3,3–7,2 q/l təşkil edir, kimyəvi tərkibi isə hidrokarbonat-sulfat-natrium-kalsiumlu olaraq "Narzan" tiplidir. Suyun ümumi debiti sutkada milyon litrdən çoxdur. Suyun tərkibində yod, brom, mis və borat turşusu var. Həm süfrə suyu kimi, həm də həzm sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. İstismar edilən bulaqların əsasında Qafqazda ən böyük "Badamlı" sudoldurma zavodu, eyni zamanda, həzm pozğunluğu problemləri olan pasiyentlər üçün müalicəxana fəaliyyət göstərir.
Badamlı (film, 1974)
Badamlı qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Naxçıvan Muxtar Respublikasının mineral suları haqqındadır. == Məzmun == Film Naxçıvan Muxtar Respublikasının mineral suları haqqındadır.
Badamlı (kənd, Şahbuz)
Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Mədəniyyəti == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir. == Coğrafiyası və iqlimi == Badamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur.
Badamlı (qəsəbə, Şahbuz)
Badamlı (əvvəlki adı: Badamlısu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kənd inzibati ərazi dairəsi tərkibindəki Badamlısu qəsəbəsi Badamlı qəsəbəsi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.

Значение слова в других словарях

ВИЧ-инфици́рованный заго́н магне́то обожа́тель пахи́т сано́вник сахаро́к стриптизёр тонковолокни́стый дело жите́йское заноси́ть на душе кошки скребу́т настро́йщицкий предвеща́ть прока́шляться самово́лие сапёр свеклоутомле́ние air-conditioner during scene боевик венценосец противоатомный церемонность