CIR

CIR I sif. Yabanı. Məclis qaynaşır; cır arı yuvası kimi (R.Rza).

CIR II sif. Ciyiltili, zingiltili. Vallah, cır səsindən qulağımız batdı (S.Rüstəm).

CIR III f. Parçalamaq; didmək. Bəzən yazdıqlarımı sonra cırıb atıram (R.Rza).

CƏNGİ
CIZIQ
OBASTAN VİKİ
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Cır mərsin
Cır havuc
Cır havuc (lat. Pastinaca) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Cır limon
Cır limon (lat. Schisandra) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinə aid bitki cinsi.
Cır qaragilə
Cır qaragilə (lat. Vaccinium uliginosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Sinonimləri == Myrtillus uliginosus (L.) Drejer Vaccinium gaultherioides Bigelow Vaccinium occidentale A. Gray Vaccinium pedris Holub Vaccinium pubescens Wormsk. ex Hornem. Vaccinium uliginosum var. album J.Y. Ma & Yue Zhang Vaccinium uliginosum subsp. gaultherioides (Bigelow) S.B. Young Vaccinium uliginosum var. gaultherioides (Bigelow) Bigelow Vaccinium uliginosum subsp. occidentale (A. Gray) Hultén Vaccinium uliginosum var. occidentale (A. Gray) H. Hara Vaccinium uliginosum var.
Çin cır limon
Çin cır limonu
Azər Cırttan
Azər Cırttan (azərb. Azər Məmmədov‎; 15 dekabr 1979, Bakı) — müasir Azərbaycanlı musiqiçi, rəssam, şair. == Həyatı == Azər Məmmədov 1979-cu ilin 15 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsili Bakı şəhərində almışdır. 1996-cı ildə Azərbaycan Respublikasının dövlət təqaüdünə haqq qazanaraq təhsilini Türkiyədə davam etmişdir. Anadolu Üniversiteti, İqtisat Elmləri fakültəsindən 2002-ci ildə məzun olmuşdur. 2004-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2005-ci ildən Türkiyə, Rusiya və Ukraynada müxtəlif şirkətlərdə çalışmışdır. Evlidir. 2 qız atasıdır.
Ağ cırtdanlar
Ağ cırtdanlar – ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar. Ağ cırtdanların kütləsi Günəşin kütləsi tərtibindədir, radiusları isə Günəşin radiusundan təxminən 100 dəfə kiçikdir. Ağ cırtdanlar maddəsinin orta sıxlığı təqibi 108–109 kq/m³-dir. Ağ cırtdanların sayı bütün Qalaktika ulduzlarının bir neçə faizini təşkil edir. Onların çoxu qoşa ulduzlar sisteminə daxildir. Ağ cırtdanlara aid edilmiş ilk ulduz 1862-ci ildə Amerika astronomu A.Klarkın kəşf etdiyi Sirius B (Siriusun peyki) ulduzu olmuşdur. 1910-cu illərdə Ağ cırtdanlar xüsusi ulduzlar sinfi kimi ayrılmışdır; adı ilk təmsilçilərinin rənginə uyğun müəyyən edilmişdir. Ağ cırtdanlar başlanğıc kütləsi 8M☉-dan az olan adi ulduzlardan, onlarda istilik-nüvə yanacağının tükənməsindən sonrakı təkamülün sonuncu mərhələsində yaranır. Bu mərhələdə ulduz, qırmızı nəhəng və planetar dumanlıq mərhələlərini keçməklə özünün xarici qatlarını kənara atır və çox yüksək temperatura malik nüvəsini çılpaqlaşdırır. Ulduzun nüvəsi tədricən soyuyaraq Ağ cırtdanlar halına keçir və nüvəsində toplanmış istilik enerjisinin hesabına uzun müddət işıq saçmaqda davam edir.
Ağbəniz və yeddi cırtdan
Ağbəniz və Yeddi Cırtdan — ilk dəfə 1812-ci ildə alman Qrimm qardaşları tərəfindən toplanmış və çap edilmiş olan bir xalq nağılıdır. Pisqəlbli və qısqanc ögey anası tərəfindən ondan daha gözəl olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə cırtdanlarla birlikdə yaşamağa başlayan bir şahzadənin macəralarından bəhs edir. Bir neçə dəfə teatra və kinoya uyğunlaşdırılmışdır. Hekayənin (və baş qəhrəmanın) ilk çapındakı almanca adı Sneewittchendir (Qarbəyazı). == Mövzusu == Ağbənizin anası ölüncə atası (kral) yenidən evlənir. Ancaq ögey ana (yeni kraliça) Ağbənizə pis davranmaqdadır. Pis kraliçanın sehrli bir aynası vardır və tez-tez bu aynadan dünyadakı ən gözəl adamın kim olduğunu soruşar. Doğrunu söyləyən sehrli ayna hər daim kraliçanın gözəlliyini təsdiqləyər ta ki Ağbəniz böyüyüb gənc və gözəl bir qız olana qədər. Ağbənizin özündən daha gözəl olduğunu öyrənincə qısqanclıq böhranına girən kraliça ovçulardan birinə gənc qızı öldürməsini əmr edər. Ovçu Ağbənizə qıya bilməz və meşədə sərbəst buraxar.
Ağbəniz və yeddi cırtdan (cizgi filmi, 1937)
Ağbəniz və yeddi cırtdan (ing. Snow White and the Seven Dwarfs) — 1937-ci ildə istehsal olunmuş cizgi filmidir. "Ağbəniz və yeddi cırtdan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin ilk klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi Qrimm qardaşlarının eyniadlı əsəri əsasında hazırlanmışdır. == Xarici keçidlər == Ağbəniz və yeddi cırtdan — Internet Movie Database saytında.
Beşbarmaqlı cırtdan ərəbdovşanı
Beşbarmaqlı cırtdan ərəbdovşanı (Cardiocranius paradoxus Satunin) — nadir növdür. Xırda ölçülü ərəbdovşanı. Bədəninin uzunluğu 5,8 - 7,5 sm. Quyruğun uzunluğu 7,3 - 7,7 sm. Özünəməxsus quyruğu var: əsasında incə, ən yoğun yeri ortasında(8-12 mm diametrdə) və tədricən, kiçik fırçası olan ucuna yaxın, incələşir. Quyruğun yoğunlaşması piy qatları hesabına baş verir. Başı qeyri-mütənasib böyükdür. Gözləri iridir. Vibrissaları çox inkişaf edib. Ön və geri əzaları beşbarmaqlıdı.
Cırcırama
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Cırcıramakimilər
Cırcıramakimilər (lat. Cicadinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinin bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Cırcıramakimilər kiçik və iri ölçülü (3 65 mm.) həşəratdır. Qısa 3 buğumlu bığcığı, mürəkkəb gözləri və 2-3 gözcüyü vardır. Dal ayaqları tullanıcı tipdədir. Pəncələri 3 buğumludur. Qanadları uzununa və eninə damarlanmaya malikdir. Qarın 10 buğumludur. Dişilərdə yumurtaqoyan vardır. İri növlərin erkək fərdləri ucadan cırıldayır.
Cırdala
== Tərkibi == 400 qr gicitkan və ya cincilim, ya da hər ikisinin qarışığı 3 baş soğan 100 qr yağ 0,5 stəkan düyü zövqə görə duz 1 stəkan sarımsaqlı qatıq. == Hazırlanma qaydası == İlk əvvəl suda yarıbişmiş olana qədər qaynadılaraq süzülür. Soğan doğranılır, yağda qızardılır və üzərinə su tökülür. Su qaynadıqda yarıbişmiş düyü əlavə edilir. Buğum qaynadıldıqdan sonra isə doğranmış göyərti tökülüb bişirilir. Sonda hazır cırdala süfrəyə sarımsaqlı qatıqla verilir.
Cırdatəpə
Cırdatəpə, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununda Araz çayı yaxınlığında (e.ə. 2–1) minilliklərə aid yaşayış yeri. == Haqqında == Yaşayış yeri Naxçıvan-İrəvan dəmir yolu çəkilərkən dağıdılmışdır. Hazırda abidənin salamat qalan hissəsinin sahəsi 1 hektara yaxındır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən son Tunc və erkən Dəmir dövrünə, orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur. Yaşayış yerindən aşkar olunan dən daşları boz rəngli tufdan hazırlanmışdır. Yaşayış yerində arxeoloq Nəcəf Müseyibli tərəfindən kəşfiyyat qazıntısı aparılmış, mədəni təbəqə 2 metr dərinliyədək tədqiq edilmişdir. Cırdatəpə yaşayış yeri edilir. Erkən orta əsrlər dövründə yaşayış yerində həyat yenidən davam etmişdir.
Cırdatəpə yaşayış yeri

Cırdaxan
Cırdaxan (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Düz Cırdaxan — Azərbaycanın Tovuz rayonunda kənd. Əsrik Cırdaxan — Azərbaycanın Tovuz rayonunda kənd.
Cırdaxan (Yevlax)
Cırdaxan — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cırdaxan Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən gəlmiş bir qrup ailə indiki ərazidə Cırdaxanlı adlı məntəqə salmışdır. Kollektivləşmə illərində Məşədialılar və Naibli məntəqələri ilə birləşdirildikdən sonra yaranmış kənd Cırdaxan adlandırılmışdır. Etnotoponimdir. Qızılbaş tayfalarından biri olan cırdaxanlıların adındandır. Toponimin arealı Azərbaycanda Tovuz, Bərdə, Xanlar, Şəmkir, Qazax rayonlarını əhatə edir..
Cırhavuc
Cırlaşma
Cırlaşma – кvant mexanikasında verilmiş sistemi (atom, molekul və s.) xarakterizə edən hər hansı fiziki kəmiyyət L sistemin mцxtəlif halları цчцn eyni qiymətə malikdir. L-in eyni qiymətinə cavab verən belə mцxtəlif halların sayı verilmiş kəmiyyətin cırlaşma tərtibi adlanır. Kvant mexanikasında sistemin enerji səviyyələrinin cırlaşması əsas rol oynayır. Belə ki, sistem müəyyən enerjiyə malik olub, müxtəlif hallarda ola bilər. Məsələn: Sərbəst zərrrəcik üçün enerjinin sonsuz cırlaşması mövcuddur. Zərrəciyin enerjisi ancaq impulsun ədədi qiyməti ilə müəyyən edilir, impulsun istiqamяti isə istənilən ola bilər(yəni, sonsuz sayda üsullarla seçilə bilər). Bu misalda əyani surətdə cırlaşma ilə sistemin fiziki simmetriyası arasında əlaqə aşkar olur; bu simmetriya fəzada bütün istiqamяtlərin bərabər hüquqluluğu deməkdir. Xarici sahədə zərrəciyin hərəkəti zamanı cırlaşma bu sahənin quruluşu – onun hansı simmetriyaya malik olması ilə əhəmiyyətli surətdə əlaqədardır. Əgər sahə sferik simmetriyaya malikdirsə, yəni onda istiqamətlərin eyni hцquqluluğu saxlanılırsa, onda zərrəciyin (məs: atomda elektronun) hərəkət miqdarının orbital momentinin, maqnit momentinin və spinin istiqaməti onun (atomun) enerjisinin qiymətinə təsir edə bilməz. Deməli, burada da enerji səviyyələrinin cırlaşması mövcuddur.
Cırnatma
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Cırqurd
Cırqurd — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay şəhərindən cənub-şərqdə, Yuxarı Şirvan kanalın sağ sahilində Şirvan düzündə yerləşən kənd. Yaşayış məntəqəsi əvvəllər Yenikənd də adlanmışdır. Cırqurd (Cırkürd) yaşayış məntəqəsini vaxtilə Göyçay rayonunun Türkmən kəndindən köçüb gəlmiş ailələr salmışdır. == Əhalisi == Əhalisinin sayı 121 (2009) nəfərdir. == Toponomikası == Əsli Cir-Kürt olmuşdur. Bu oykonim cır (kiçik) və kürd (etn) komponentlərindən ibarət olub, "kürdlərin az hissəsi"", "kiçik kürd kəndi" mənasındadır. Etnonimdir.
Cırtdan
Azərbaycan nağılları personajlarından biri də Cırtdandır. Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxlarının yadındadır. Div gecə yarı uşaqların yatdığı otağa daxil olub "kim yatmış, kim oyaq?" deyə soruşmuşdu, Cırtdan isə ona "hamı yatmış Cırtdan oyaq" cavabını vermişdi. Cırtdan Divə qalib gəlmişdi. Cırtdan sevimli qəhrəman olduğundan valideynlər çox vaxt körpələri nəvazişlə "cırtdan" adlandırırlar.
Cırtdan-"Pəhləvan" (1981)
Cırtdan-"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi. == Məzmun == Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib.. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski Rejissor: Bəhmən Əliyev Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Mahnıların mətni: Aleksandr Timofeyevski Səs operatoru: Akif Nuriyev Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova Redaktor: D. Tahirova Filmin direktoru: E. Şirinov Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova === Filmi səsləndirənlər === Klara Rumyanova — Cırtdan Stanislav Fedosov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Cırtdan-"pəhləvan" (film, 1981)

Cırtdan-"pəhləvan" (film, 1983)
Cırtdan-"pəhləvan": ikinci film və ya Cırtdan və div (rus. Про Джыртдана Великана — 2) — Azərbaycan cizgi filmi. == Məzmun == Filmdə Cırtdanın başına gələn sərgüzəştlərdən, divə qalib gəlməsindən söhbət açılır. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Bəhmən Əliyev Ssenari müəllifi: L. Dadaşidze, Aleksandr Timofeyevski Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Arifə Hatəmi, Gülşən Quliyeva, Hüseyn Cavid İsmayılov Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Cırtdan (1969)
“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb.Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır. == Məzmun == Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır. == Film haqqında == Applikasiya filmidir. Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Alla Axundova Operator: Aleksandr Milov Quruluşçu rəssam: Elçin Aslanov Quruluşçu rəssamın assistenti: Elçin Axundov Multiplikasiya rəssamları: Bəhmən Əliyev, Lev Jdanov, Nazim Məmmədov Bəstəkar: Oqtay Zülfüqarov Səs operatoru: Ələkbər Həsənzadə == Bərpası == 2022-ci ildə Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə Azərbaycanın bu ilk uşaq animasiya filmini müasir üsullarla restavrasiya edib. Bütün restavrasiya prosesi təxminən üç il çəkib.
Cırtdan (film, 1969)

Cırtdan (opera)
Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.

Значение слова в других словарях

доста́точность драфт западниза́ция необъясни́мость ромбо́ид самоупра́вствовать фиксо́ль ка́к-то кулёк озлобле́нность отсла́ивать палеобиологи́ческий посиве́ть ту́ер фриз шпыня́ть flatware malpractice nationality protistic toasty unglue vine crop блестяще племянница