QARA

QARA I is. Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq. Qarada və suda.

QARA II is. Plovla yeyilən, müxtəlif şeylərdən hazırlanmış xuruş. Plovun qaralarını gətirdilər.

QARA III is. Yazı, xətt, hərf. Hə, hə, heç bilmirsiniz ki, onun üstündə mən nə zəhmət çəkmişəm, qaraları bir-bir ona tanıtmışam (H.Sarabski).

QARA IV sif. Pis. Qara xəbər tez yetişər.

QARA V sif. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi. Həmin gecə göy üzünü qara buludlar tutub, şiddətli yağmur yağmağa başlayır (S.S.Axundov).

QAPILMAQ
QARACA
OBASTAN VİKİ
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Hacı Qara
Yaşayış məntəqələriHacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Maaday-Qara
Maaday-Qara - həcminə görə ən böyük – 7738 sətirdən ibarət Altay qəhrəmanlıq dastanıdır. Nəzm şəklindədir. “Maaday-Qara” mətnlərindən biri 1963-cü ildə S.S.Surazakovun A.Q.Qalkindən yazıya aldığı variant hesab edilir. İki hissədən ibarət olan dastanın birinci – giriş hissəsində Qara-Qula xanın qoca bahadır Maaday-Qaranın yurduna basqını və onu əsir aparmağından danışılır. İkinci – əsas hissədə Maaday-Qaranın dağda qoca qarı tərəfindən böyüdülmüş oğlu Köqüdey-Merqenin qəhrəmanlıqlarından bəhs olunur. Baş qəhrəmanın Köqüdey-Merqen olmağına baxmayaraq, dastan yaşlı atanın adı ilə yaranmışdır. Süjet quruluşuna, məzmununa görə belə adlanma genetik-tipoloji xüsususiyyət kimi özünü türk xalqlarının qəhrəmanlıq dastanlarında geniş səviyyədə göstərir. Buna səbəb ural-altay xalqlarının qədim ortaq inanclarına görə, əcdad kultunun tanrı qavrayışından sonra ən müqəddəs səviyyədə tutulmağı təsəvvürüdür. “Maaday-Qara”da qədim türk dastanlarına xas süjet tipi, poetika xüsusiyətlərinə, motvlərə, şamançılıq mifologiyası elementlərinə, kultlara çox rast gəlinir. Qeyd olunan ortaq cəhətlər nəticəsində V.V.Radlovun XIX əsrin ortalarında yazıya aldığı “Xan Pudey” və A.Q.Qalkinin “Maaday-Qara” dastanları arsında çox yaxınlıqlar var.
Qara Daş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qara Drin
Qara Drin (mak. Црн Дрим, alb. Drini i Zi) — Şimali Makedoniyada və Albaniyada çay. Mənbəyi Oxrid gölü olub, Şimali Makedoniyanın Struqa şəhərindən keçməklə Albaniyanın Kukes şəhəri yaxınlığında Ağ Drin çayı ilə birləşərək Drin çayını əmələ gətirir. == Ümumi məlumat == Çay Oxrid gölündən dəniz səviyyəsindən 695 metr hündürlükdən axır və göldən çıxan yeganə su mənbəyidir. Şimali Makedoniya ərazisində çay üzərində 2 böyük su anbarı tikilib: Qlobovise və Spile. Bənd üzərində SES fəaliyyət göstərir. Spile su anbarı Debar şəhərində Debar gölü ilə birləşir. Debar gölünə Qara Drinin əsas qolu olan Radika çayı tökülür. Su anbarından sonra Qara Drin bir neçə km Şimali Makedoniya ilə Albaniya sərhəddi boyu axaraq Albaniyanın Kukes və Dibra vilayətləri ərazisinə daxil olur.
Qara Dəniz
Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) Krım yarımadası və Kiçik Asiya yarımadası arasında yerləşən daxili dəniz.
Qara Dərviş
Qara Dərviş (11 oktyabr 1990, Bakı) — azərbaycanlı musiqiçi. == Həyatı == Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada orta təhsilini tamamladıqdan sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirən Qara uşaq yaşlarından musiqiyə böyük maraq göstərir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaqla yanaşı Bakı Musiqi Akademiyasında Opera vokal və Ümumi bəstəkaralıq dərsləri də almışdır. == Fəaliyyəti == Qara 2008-ci ildə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin "Sığmazam", "İstəmə" qəzəllərinə olan bəstələrinin də yer aldığı ilk Demo proyektini dinləyicilərinə təqdim edir. Beləki, bu bəstələr Azərbaycanda və eləcə də dünyada metal janrının qəzəl ilə ilk sintezidir. 2010-cu ildə Sumqayıtda ilk solo konsertini edən Qara Dərviş, "Yuxu"-dan sonra Azərbaycanda dərin yuxuya getmiş roku yenidən oyadır. Elə həmin ildə Amerikanın məşhur qruplarından olan "Brazzaville" ilə eyni səhnəni paylaşaraq Azərbaycan rokunu təmsil edən Qara ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə üz tutur. 1 illik aradan sonra yenidən yaradıcılığa qayıdan Qara Dərviş bu dəfə sözləri Anara, bəstəsi Emin Sabitoğluya aid "İncəbellim"-i (Dədə Qorqud Dastanından – Bamsı Beyrəyin mahnısı) yenidən aranjeman və ifa edir. Dinləyiciləri arasında çox səs-küy salan ifadan sonra Qara 2013-cü ildə "TEDx Baku" layihəsində səhnə alır.
Qara Fatma
Qara Fatma (Fatma Səhər; 1888, Ərzurum, Ərzurum vilayəti – 2 iyul 1955, İstanbul) — Qurtuluş Döyüşü qəhrəmanı qadın Kürd əsgər, İstiqlal Medalı sahibi. == Həyatı == Qara Fatma ləqəbiylə tanınan Fatma Səhər xanım 1888-ci ildə Ərzurumda doğulmuşdur. Atasının adı Yusif Ağa, ərinin adı isə Dərviş Bəydir. Əri da əsgər (Mayor) olan Fatma Səhər xanım Ədirnədə yoldaşıyla birlikdə Balkan Hərbində fəaliyyət göstərirdi. Daha sonra isə öz ailəsindən 10-a yaxın qadını həvəsləndirərək I Dünya Müharibəsinə qatılmışdır. Həyat yoldaşı Dərviş bəyin Sarıqamışda şəhid olduğu xəbərini aldıqdan sonra məmləkəti Ərzuruma qayıdır. 1919-cu il gərgin günlərdə Mustafa Kamalla şəxsən görüşə bilmək üçün Sivasa gəlir. Milis Komandiri olaraq qərb cəbhəsində vəzifələndirilir. Aldığı talimatla İstanbula gedir, silah və adam qaçırma fəaliyyətlərində iştirak edir. İzmirin Yunan işğalına məruz qalması ilə İzmirə gedərək qurtuluş üçün döyüşür.300 adamdan çox komandası ilə I və II İnönü Müharibəsi, Sakarya Meydan Müharibəsi ilə Dumlupınar Meydan Müharibəsində vuruşur.
Qara Fətəliyev
Qara Hüseyn oğlu Fətəliyev — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, dosent, Parazitologiya laboratoriyasının müdiri. == Həyatı == Qara Hüseyn oğlu Fətəliyev 1940-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuşdur. Atası Cəfərov Hüseyn Fətəli oğlu Kolxozda işləmiş, 1941-ci ildə Böyük Vətən Müharibəsinə getmiş, döyüşlərdə yaralanmış və aldığı yaradan vəfat etmişdir. Anası Kərimova Şahsoltan Həmzə qızı da uzun illər kolxozda işləmiş və 1998-ci ildə Cəbrayıl rayonunun Sarıcallı kəndində vəfat etmişdir. Qara Fətəliyev 1958-ci ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini, 1963-cü ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Aqranomiya şöbəsini, 1971-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakultəsini bitirmişdir. O, 1963-1966-cı illərdə EA (indiki AMEA) Botanika İnstitutunun Nəbatət bağında aqranom, baş aqranom, bağban və laborant, 1966-1969-cu illərdə Azərbaycan EA Kibernetika İnstitutunda bağban işləmişdir. Qara Fətəliyev 1969-cu ilin sentyabrında Azərbaycan EA Zoologiya İnstitutunda işə qəbul olunmuşdur. == Elmi fəaliyyəti == Qara Fətəliyev elmi fəaliyyətinin ilk illərində AMEA Zoologiya İnstitutunun Biometod laboratoriyasına baş laborant vəzifəsinə işə qəbul olunmuşdur (1969-1971). 1971-ci il sentyabrından Ekoloji parazitologiya laboratoriyasına baş laborant vəzifəsinə keçirilmiş, 1972-ci ildə kiçik elmi işçi, 1983-cü ildən böyük elmi işçi, 2008-ci ildən Helmintologiya laboratoriyasının müdiri, hal-hazırda Parazitologiya laboratoriyasının müdiri vəzifəsində çalışır. Q.H.Fətəliyev 1980-ci ildə "Azərbaycanın Kiçik Qafqazında və Mil-Qarabağ düzündə təsərrüfat əhəmiyyətli xəzdərili heyvan helmintlərinin yayılmasının ekoloji-faunistik xarakteristikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Qara Göl
AzərbaycandaQaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd.
Qara Hacılı
Qarahacılı (Balakən) — Azərbaycanın Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qarahacılı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qara Kitab
Qara kitab – ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 1990-cı ildə nəşr olan romanıdır. Ədibin 1985-1989-cu illərdə yazdığı "Qara kitab" özünün yazdığı kimi, "ilk türk dedektif romanı"dır. == Məzmunu == Romanın qəhrəmanı Qalib (Şeyx Qalib - XVIII yüzilliyin böyük sufi şairlərindən, Cəlaləddin Ruminin ardıcıllarından biri) İstanbulda məşhur jurnalist, kələkbaz, özgə sirlərinin araşdırıcısı, mürəkkəb təxəllüslərin həvəskarı olan əmisi oğlu Cəlal Saliki, xarici dedektivlərin vurğunu, qəflətən yoxa çıxmış uşaqlıq sevgisi, dostu, əmisi qızı, arvadı olan Röyanı (anası tərəfindən Məhəmməd peyğəmbərin nəslindəndir) qarlı bir qış günü axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir. Əmisi oğlunun iziylə gedən Qalib onun köhnə qeydlərində, şəhərin uşaqlıqdan hər ikisinə tanış olan guşələrində özünü axtarır, bununla da, Cəlalın obrazına girir, elə bil, onun yerini tutub yazıçı olur. "Niyə adamlar öz həyatlarını yox, kiminsə başqalarının həyatını istəyirlər?" – romanın əvvəlində özünə bu sualı verən Qalib axırda cavabı tapır: "İnsanın özü olması üçün yeganə vasitə - başqası olması, başqalarının tarixçələrində dolaşmasıdır". Cəlal da öz yazılarında hər şeylə birgə Mövlanənin, onun "üzünün və ruhunun güzgüsü" Şəms Təbrizinin sirrinə varmağa çalışır - Ruminin "Məsnəvi"si öldürülmüş Şəms Təbriziyə duyduğu kədərdən yaranıb. Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır...
Qara Meşə
Qara Meşə (alman dilində Schwarzwald — "Qara Meşə") — Almaniyanın cənub-qərbində Baden-Vürtemberq torpağında yerləşir. == Coğrafiyası == Bu meşə Reyn çayının şimalından cənuba doğru geniş ərazini əhatə edir. Ən yüksək nöqtəsi 1493 m Feldberqdir. Burada çoxlu sayda bulaqlar, kurort zonası var. Bu Baden-Baden və ya Badenveylərdir. Bu zona mənbəsi Dunay çayı ətrafında yayılmışdır. == Tarixi == Antik dövrlərdə bura Abnob adlanırdı. Romalılar IV əsrdə buranı zəbt edir və həmin dövrdə Marciana Silva adlanır. 1516-cı ildə vəba xəstəliyi yayılmışdır. == Ədəbiyyat == Шварцвальд // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Qara Mustafayev
Qara Teyfur oğlu Mustafayev (25 dekabr 1931 – 8 oktyabr 2018) — məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri. == Həyatı == 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954–1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958–1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960–2018-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində çalışmışdır. Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür. 3 övladı, 7 nəvəsi var idi. Qara Mustafayev 2018-ci il, 8 oktyabrda vəfat etmişdir.
Qara Məhəmməd
Qara Məhəmməd — Baharlılar sulaləsinin banisi olan Bayram Xocanın qardaşı oğlu Qara Məhəmməd 1380–1389-cu illərdə Qaraqoyunlu tayfa ittifaqının başçısı. == Həyatı və siyasi fəaliyyəti == Qara Məhəmməd Cəlairilərlə mövcud ziddiyəti aradan qaldırmaq məqsədilə Cəlairi Sultan Əhmədlə qohum oldu. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin yaxşılaşmasına kömək etdi. Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. Sonradan Azərbaycanda öz hakimiyyətini yaymağa calışan Qara Məhəmməd bu qohumluğa əhəmiyyət vermədi və 1382-ci ilin sentyabrında böyük qoşunla Təbrizə hücum etdi. Şəhər ətrafında ciddi döyüşdə Qaraqoyunlu qüvvələri Cəlairi şahzadəsi Şeyx Əliyə qalib gəldi. 1384-cü ildə Qara Məhəmməd Mardin hökmdari Məcdəddin İsanın üzərinə yürüş etdi. Mardin hökmdarı müqavimət göstərmək istədi, lakin məğlub oldu və Qara Məhəmmədlə qohumluq münasibətləri yaratdı. Bunula da tərəflər arasında barışıq yarandı. 1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə gondərək Sultan Bərqoqdan Suriyaya koçməyə razılıq aldı.
Qara Məşədiyev
Qara Məşədiyev (15 may 1939, Gədəbəy rayonu – 7 dekabr 2021, Bakı) — tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Məşədiyev Qara İbrahim oğlu 1939-cu il may ayının 15-də Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəmli kəndində anadan olmuşdur. 1946-cı ildə Zamanlı kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olub, 1956-cı ildə Çayrəsullu kənd orta məktəbini bitirib, 1958–1959-cu illərdə hərbi xidmətdə olub. 1959–1961-ci illərdə Bakı şəhərində 40 №-li evlər idarəsində işləyib. 1961–1966-cı illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. Təyinatla üç il 1966–1968-ci illərdə Gədəbəy rayonunun Maarif kənd səkkizillik məktəbində müəllim işləyib. Qara Məşədiyev 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda çalışır. 1968-ci ildən 1989-cu ilədək Müasir Azərbaycan dili şöbəsində işləyib. 1968–1974-cü illərdə kiçik elmi işçi, 1974–1979-cu illərdə elmi işçi, 1979–1989-cu illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb. 1989–1992-ci illərdə Onomastika şöbəsinin, 1992–1998-ci illərdə Tətbiqi Dilçilik və Onomastika şöbəsinin müdiri işləyib.
Qara Namazov
Qara Namazov (azərb. Namazov Qara Mustafa oğlu‎; 8 may 1930, Əmirxeyir – 11 may 2016, Bakı) — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru (1987), professor (1989), Bakı Dövlət Universitetinin "Dədə Qorqud" ETL-in rəhbəri, BDU-nun Mir Cəlal adına Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, "Şöhrət" ordeni laureatı. == Həyatı == Qara Namazov 8 may 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939–1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.Qara Namazov 1949–1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951–1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1956–1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı" (1956), "Ədəbi Ermənistan", "Gənc qələmlər", "Aprel çiçəkləri", "Tər çiçəklər", "Gənclik nəğmələri", "Molodyoj Azerbaydjana" toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə" poeması da "Ədəbi Ermənistan" (1957) toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi" ("Qibel Şamaxı" ("Salima") poemasını "Səlimə" adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir. Qara Namazov 1962–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı" (1920–1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qara Nuru
Qara Nuru (əvvəlki adları: Nikolayevka; Petropavlovka; Krasnoselski) — Azərbaycan Respublikasının Saatlı rayonu<nun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Krasnoselski kəndi Qara Nuru kəndi adlandırılmışdır.Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Krasnoselski olmuşdur. Kəndin keçmiş adlarından biri — Nikolayevka, rus çarı I Nikolayın şərəfinə qoyulmuşdu. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir. == Əhalisi == Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Əhalisinin sayı 2009-cu ildə 6258 nəfərdir. Sonrakı illərdə əhali sayı 7 min nəfəri keçmişdir. Əhalinin milli tərkibi də maraq doğurur. Kənddə azərbaycanlılardan başqa, az sayda Axısqa türkləri, ruslar, ukraynalılar, belaruslar da var.
Qara Nəsirov
Qara Eldəniz oğlu Nəsirov (5 yanvar 1999, Beyləqan rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Qara Nəsirov 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitəndə mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Qara Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qara Qarabəyli
Qara bәy Qarabәyov və ya Qarabəyli (14 yanvar 1874, Şiştəpə, Yelizavetpol qəzası – 27 sentyabr 1953, Səmərqənd) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyasının və İttihad fraksiyasının sədri, ictimai xadim, həkim == Həyatı == Qara bəy Qarabəyov 1873-cü ilin yanvar ayının 14-də Yelizavetpol quberniyasının Yuxarı Ayıblı (indiki Şiştəpə)) kəndində İsmayıl ağa ilə Şeyda xanımın ailəsində anadan olmuşdur. Şəmkir alman-rus liseyini, daha sonra Tiflis klassik gimnaziyasını bitirmişdir. 1892-ci ildə Moskva Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, təhsilini H.Z.Tağıyevin hesabına alırdı. 1896-cı ildə "inqilabi" fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib, həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmişdir. 1899-cu ildə universiteti bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb. === Repressiya === Aprel işğalından sonra Qara bəy Qarabəyli həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilib. Nəriman Nərimanovun xahişindən sonra Vladimir Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilir. Moskvaya köçərək Rusiya fövqaladə komissarlığının xəstəxanasında həkim işləyib, Kreml xəstəxanasına rəhbərlik etmişdir.
Qara Qarayev
Qara Əbülfəz oğlu Qarayev (5 fevral 1918[…], Bakı, Bakı qəzası – 13 may 1982[…], Moskva[…]) — Azərbaycan-sovet bəstəkarı və pedaqoqu, Sosialist Əməyi Qəhrəmanı (1978), SSRİ xalq artisti (1959), Azərbaycan SSR xalq artisti (1958), Stalin mükafatı laureatı (1946, 1948), "Lenin" mükafatı laureatı (1967), SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki. Qara Qarayev yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır. == Həyatı == === Erkən illəri === Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevin ailəsində anadan olmuşdur. Qara Qarayevin atası — əməkdar elm xadimi, Azərbaycanda ən öncül uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə, nəzəriyyəçi kimi də böyük ad-san qazanmış, anası Sona xanım isə "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirmişdi. O həm də fortepiano ifaçılığı təhsili almışdı.1925-ci ildə Qara Qarayev konservatoriya yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç Kozlov ilə tanış olmuşdu. Qara Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi. Bu haqda o belə demişdi: Qarayevin yaradıcılığında V. M. Kozlovun adı ilə bağlı əsərlərdən onun dünyadan köçdüyü 1960-cı ildə yazılmış və xatirəsinə həsr olunmuş violino ilə fortepiano üçün sonatanı göstərmək olar.1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə (professor Georgi Şaroyevin sinfi) daxil olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxumuşdur. Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs almışdır.
Qara Qartallar
Qara Qartallar (kor. ブラックイーグルス)) — Koreya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 12 dekabr 1994-cü ildə yenidən yaradılmışdır. Uçuşlar üçün Cessna A-37 Dragonfly təyyarələri istifadə olunurdu. 2007-ci ildə komanda müvəqqəti ləğv olunmuş, 2010-cu ildə isə T-50 Golden Eagle təyyarələri ilə yenidə qurulmuşdur. == Tarixi == İlk komanda 1 oktyabr 1953-cü ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd North American P-51 Mustang təyyarəsi istifadə olunurdu. 1959-cu ildə bu təyyarələr Lockheed T-33 ilə əvəz olundu. 1 oktyabr 1959-cu ildə North American F-86 Sabre təyyarələr ilə uçan komanda yaradıldı və Mavi Qılınclar adlandırıldı. 1978-ci ildə komanda ləğv olundu.
Qara Qışlaq
Qaraqışlaq (Zəngibasar) Qaraqışlaq (Soyuqbulaq) Qaraqışlaq (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsində yerləşib. Qaraqışlaq — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
"Ağ-qara" gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır.Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir.
11 saylı Qaradağ seçki dairəsi
2-ci Qarabağ müharibəsi
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
2016-17 Qarabağ FK mövsümü
2016-17 Qarabağ FK mövsümü — Qarabağ 25-ci dəfə Azərbaycan Premyer Liqasında mübarizə aparacaqlar və onlar öz çempionluqlarını qorumağa çalışacaqlar. Bu onların Qurban Qurbanovun baş məşqçiliyi altında doqquzuncu mövsümü olacaq. Onlar Liqada, Azərbaycan Kubokunda və 2016-17 Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iştirak edəcəklər. == Heyəti == 14 iyul 2016-cı il === Kirayə === == Transferlər == === Yay === == Yoldaşlıq oyunları == == Turnirlər == === Azərbaycan Premyer Liqası === === Azərbaycan Kuboku === === UEFA Çempionlar Liqası === ==== Təsnifat mərhələsi ==== == Heyət statistikası == 12 iyul 2016-cı il məlumatlarına əsasən.
2017-18 Qarabağ FK mövsümü
2017-18 Qarabağ FK mövsümü — Çempionluğunu qorumağa çalışan Qarabağ klubunun Azərbaycan Premyer Liqasında 26-cı, Qurban Qurbanovun rəhbərliyi altında isə 10-cu mövsümüdür. == Heyəti == 20 May 2017 tarixində yenilənib == Transferlər == === Yay === == Yoldaşlıq oyunları == == Turnirlər == === Azərbaycan Premyer Liqası === ==== Nəticələrin icmalı ==== Son yeniləmə: 29 Aprel 2017.
Abayın qara sözləri
Abayın qara sözləri (qaz. Абайдың қара сөздері) — Qazaxıstan akını və pedaqoqu Abay Kunanbayevin 45 qısa məsəl və fəlsəfi traktatdan ibarət fundamental əsəri. Nəsrdə yazılmış bu poemada milli tərbiyə və dünyagörüşü, əxlaq və hüquq problemləri, qazaxların tarixi qaldırılır. Abay "Qara sözləri"ni ömrünün son illərində yazmışdır. O, bu dövrdə gücün vəsvəsələrini və torpaq işlərinin sıxıntılarını bilirdi, xalqı tanıyırdı və əzizlərini itirmişdi. Bu poemalar hər yeni əlyazma kitabına daxil edilərək paylanmışdır. "Qara sözlər"in bəziləri ilk dəfə akinin ölümündən sonra 1918-ci ildə "Abay" jurnalının səhifələrində çap edilmişdir. Kitabdan bir çox qənaət və ibrətamiz nəticələr bu gün aktualdır. Əsər xalqın köhnə, köksüz problemlərini dəqiq təsvir edir. == Tərcümələr == Abayın əsərləri dünyanın bir çox dillərinə, o cümlədən rus, Çin, fransız və başqa dillərə tərcümə edilmişdir.
Abbas Qarabaği
Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz – 13 oktyabr 2000 və ya 14 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərərgah Rəisi, general.Əslən azərbaycanlı və qarabağlı olan Abbas Qarabağı İran İslam İnqilabındakı roluna görə məşhurdur. == Həyatı == Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdur. Əslən Füzuli rayonunundandır. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdur. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdır. Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. == Karyerası == Abbas Qarabağı 1938-ci ildə İran ordusunda xidmətə başlamışdır. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabağı 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət etmişdir. 1979-cu ilin yanvar ayının 7-də isə Məhəmməd Rza Şah Pəhləvi tərəfindən İran ordusunun Baş Qərərgah Rəisi, yəni faktiki ordunun baş komandanı təyin edilmişdi.
Abdulla Qarayev
Abdulla İsmayıl oğlu Qarayev (14 yanvar 1910, Bakı – 8 dekabr 1968, Bakı) — BDU-nun rektoru (1944-1950), tibb elmləri doktoru (1940), professor, Azərbaycan SSR Əməkdar elm xadimi (1943), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1949). == Həyatı == Abdulla Qarayev 14 yanvar 1910-cu ildə Bakı şəhərində anadan olub. O, 10 nömrəli orta məktəbdə təhsil alıb. 1927-ci ildə Bakı Xalq Maarifi Şöbəsinin Pedaqoji Texnikumunu bitirib. Birinci ali təhsilini Bakı Dövlət Universitetində alan Qarayev 1930-cu ildə universitetin Pedaqoji fakültəsinin Təbiət bölməsini bitirib. Daha sonra 1932-1936-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. == Əmək fəaliyyəti == Abdulla Qarayev əmək fəaliyyətinə 1927-ci ildə başlayıb. O, 1930-cu ildə Bakı Dövlət Universitetində təhsilini başa vurduqdan sonra istedadlı tələbə kimi universitetin İnsan və heyvan fiziologiyası kafedrasında işlə təmin edilib. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr etmişdir.Abdulla Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun Normal fiziologiya kafedrasında ikinci professor, Bakı Dövlət Universitetində isə İnsan və heyvan fiziologiyası kafedrasının müdiri vəzifələrinə seçilib (1940-1942) və fiziologiya sahəsində ilk milli professor olub. Alim 1942-1944-cü illərdə Bakı Dövlət Univer­si­tetinin elmi hissə üzrə prorektoru, 1944-cü ilin sentyabrından 1950-ci ilin oktyabrına qədər isə rektoru vəzifələrini icra edib.1941-1942-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı olan Abdulla Qarayevə fakültənin Elmi Şurasına biologiyanın müxtəlif sahələri, o cümlədən insan və heyvan fiziologiyası üzrə dissertasiyaları müdafiəyə qəbul etmək hüququ verilib.
Abdulla xan Qaragözlü
Abdulla xan Mustafaqulu xan oğlu Qaragözlü (Həmədan) — Şamlı elinin Qaragözlü oymağından olan İran ordusunun generalı. == Həyatı == Abdulla xan Mustafaqulu xan oğlu Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Yüksək rütbəli zabit kimi Fars, Xorasan əyalətlərində xidmət etmişdi. 1897-ci ildə Xuzistan əyalətinə dəyişilmişdi. 1909-cu ildə İran ordusunun silah-sursat üzrə rəisi idi. == Ailəsi == Oğlanları: Hüseynqulu xan İclaüddövlə, Möhtacəli xan İclaülməməlik == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Al-qırmızı qaramurdarça
Aliyə Qarayeva
Aliyə Nurqayan qızı Qarayeva (tatar. Aliä Nurgayan qızı Gäräyeva)— 1 yanvar 1988-ci ildə Rusiya SFSR-nın Yekaterinburq şəhərində anadan olmuşdur. Tatar əsilli Azərbaycanlı bədii gimnastdır. Dünya Çempionatının 1 qat gümüş və 7 qat bürünc medalçısıdır. 2007-ci ilin Avropa Çempionudur. Azərbaycanı 2008 və 2012-ci ildə Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Aliyə Qarayeva 1 yanvar 1988-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində Tatar ailəsində anadan olmuşdur. == Karyerası == Aliyə Qarayeva ilk uğurunu 2007-ci ildə qazandı. Aliyə xanım Qran-Pri yarışında 2 bürünc medal qazandı. Həmin il həmçinin Bakıda Avropa Çempionatında iştirak etdi.
Alp qarağatı
Alp qarağatı (lat. Ribes alpinum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Bütün Avropa üzrə, Qafqazda, Qərbi Türkiyədə, Şimali Afrikada və Mərakeşdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 1,5 m-ə çatan, möhkəm yarpaqlı, sıx yerləşmiş budaqları olan alçaqboylu koldur. Yarpaqları üç qanadlı, tünd yaşıl, parlaq, eni 4 sm-dək, üstü cod, vəzicikli tükcüklərlə örtülmüşdür. Yarpağın əks tərəfi açıq hamar, çılpaqdır. Çiçəkləri yaşılımtıl, sarı rənglidir. Çiçək saplaqlarında vəzicikli tükcükləri vardır. Çiçək qrupları 15-30 ədəd erkək çiçəklərdən və ya 1-5 ədəd dişi çiçəklərdən ibarətdir, sallaq olmayan salxımlar əmələ gətirir. Meyvələri dadına görə şirin, unlu, ölçüsü 6-8 mm olan çəhrayı giləmeyvədir.
Alçaqboylu qarağac
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Arealı == Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. == Botaniki təsviri == Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. == Ekologiyası == Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Amal Qarayev
Amal Ədalət oğlu Qarayev (23 yanvar 2001, Yardımlı rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Qarayev oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Arabella - Qaranlıq mələyi (film, 1989)
Arabella — Qaranlıq mələyi (it. Arabella, l'Angelo Nero) — 1989-cu ildə Stelvio Massi tərəfindən çəkilən İtaliya filmidir. == Məzmun == Filmdə Arabellanın macəralarından danışılır. Arabella çoxlu kişilərlə münasibət saxlayır. Bir gün yazıçı olan həyat yoldaşını dişləyir. Bu hadisədən sonra həyat yoldaşı paralic keçirir və onunla münasibət qura bilmir. Bu səbəbdən Arabella digər şəxslərlə münasibət qurmağa qərara gəlir. Bunun üçün müxtəlif klublara yollanmağa qərara alır. Arabella ilə maraqlanan iki polis müfəttişinin ölümündən sonra ittihamlar Arabellanın üzərinə düşür. Bu səbəbdən polislər onun izinə düşməyə qərar verirlər.
Aral Qaraqumu
Aral Qaraqumu- qumlu səhra, Qazaxıstanın ön Aral regionunda yerləşir. Şimal-şərqdən Aral dənizi, cənubdan isə Sırdərya ilə əhatələnir. == Təbiəti == Ərazi əsasən düzənlik olsa da, Aral gölünə doğru səthin enişi müşahidə edilir. Səthin hündürlüyü 55–118 m təşkil edir. Ərazi əsasən qumluq sahələrdən ibarətdir. Burada səthi əsasə yarımkol bitkiləri üstünlük təşkil edir. Qumlar hətta 5–25 m hündürlüyə malik olan təpəçiklər əmələ gətirirlər. Burada bitkilərin kökləri hətta 3-8 metr dərinliyə qədər gedə bilirlər. Ümumi boyunca hövzəsində şoranlıqlar mövcuddur. Takırlar ərazini bütünlüklə örtür.
Asta Qarabağı
Asta Qarabağı — Azərbaycanın milli rəqsi. Bu rəqs Qarabağda, Xankəndidə yaranıb. Rəqsin hərəkət düzümləri sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Rəqsin tempi aramdır..
Atropatan qaraşəngi
Atropatan qaraşəngi (lat. Scrophularia atropatana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == İkiillik ot bitkisidir. Gövdəsi 6-30sm hündürlükdədir. Gövdə yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, 3-5 sm uzunluğunda, 1,5-3 sm enindədir. Çiçək qrupu uzunsov, dar, gövdənin ortasından, bəzən əsasından başlayandır. Çiçəklər budaqlarda oturaqdır. Kasacığın hissəcikləri uzunsov, dilimli, kənardan ağ pərdəli, 2 mm uzunluqdadır.
Avropa Qara şamı
Avstriya Qara şamı
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Aydın Qaradağlı
Qaradağlı Aydın Çingiz oğlu (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. == Həyatı == Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Ayrşir qaramalı
Ayrşir qaramalı (ing. Ayrshire cattle) — südlük qaramal cinsi. == Xüsusiyyətləri == Rəngi ala-qırmızıdır. İnəklərin diri çəkisi 450–500 kiloqram, buğalarınkı 650–750 kiloqram olur. İldə 3500–4000 kiloqram süd verir, lakin bəzilərində buu rəqəm 10 min kiloqramdan çoxdur. Südün yağlılığı 4–4,5%-dir. == Tarixi == XVIII əsrdə Şotlandiyanın Ayrşir qraflığında yerli heyvanları Hollandiya və Şorthorn cinsləri ilə yaxşılaşdırmaq yolu ilə yetirdirilmişdir. Kanada, ABŞ, Finlandiya və Avstraliyada geniş yayılmışdır. Rusiyada Moskva, Novqorod, Kalininqrad və Kursk vilayətlərində, həmçinin Kareliyada saxlanılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Айрширская порода / Н. И. Стрекозов, В. И. Сельцов // А — Анкетирование.
Azad Qaradərəli
Azad Qaradərəli — yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru. == Həyatı == Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dərs deyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
Azad Qaraqoyunlu
Azad Qaraqoyunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823-cü ilə aid Qarabağ əyalətinin siyahıya alınmasına istinadən Azad Qaraqoyunlu kəndi Qaraqoyunlu kəndi adı ilə qeydə alınmışdır. Əsəd bəyin rəiyyətləri olan Qaraqoyunlu kəndinin kəndxudası Rəhim ağa olmuşdur. Bu tarixi sənəddə Qaraqoyunlu kəndinin 29 tüstüdən ibarət olması yazılmış, vergi ödəyənlərin, ödəməyənlərin sayı göstərilmişdir. Kəndin 15 vergi ödəyəni ilə yanaşı, 14 vergi ödəməyəni də olmuşdur. Kəndxuda Rəhim ağanın, onun iki rəncbərinin, Kəndxuda Rəhim ağanın yaxın qohumu Mənsur ağanın, onun iki rəncbərinin, bir mollanın, üç maafın, 1 çayçının, üç yoxsul və dul adamın adı vergi ödəməyənlərin siyahısında idi.Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848, 1863-cü illərin siyahıya alınması sənədlərinə istinadən Azad Qaraqoyunlu kəndi III Qaraqoyunlu kəndi adı ilə qeydə alınmışdır. III Qaraqoyunlu Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. 1848-ci ilə aid siyahıya alınmada III Qaraqoyunlu kəndinin əhalisi Əsəd bəy Rüstəm bəy oğlunun rəiyyətləri kimi siyahıya alınmışlar. III Qaraqoyunlu 1873-cü ilin siyahıya alınmasında Gəncə qəzasının, 1886-cı ilin siyahıya alınmasında Cavanşir qəzasının kəndi kimi qeydə alınmışdır. 1886-cı ilə aid siyahıya alınmada bu kəndin əhalisi III Qaraqoyunlu yaxud Qaraqoyunlu Əsəd bəyin kəndinin rəiyyətləri adı ilə siyahıya alınmışlar.III Qaraqoyunlu 1842-ci ildə 30 tüstüdən ibarət olmuşdur.

Значение слова в других словарях

забало́ванный заклёпываться огнь окно́ поддвига́ть примере́щиться ти́кнуть шенапа́н шустрячо́к экс-председа́тель балагу́рство денационализи́ровать накуса́ть флэт фля́жный корж нырка burn bag jolt-wagon mimesis quadraphony water system гайморит каша опошлиться