Слово QAT в словаре омонимов азербайджанского языка.

QAT I is. Lay, təbəqə, büküm. Göylərin qatına ucaldı fəryad; O qırğın Qafqazda tutar qoymadı (S.Vurğun).

QAT II f. Əlavə etmək, birləşdirmək. O iki atı ilxıya qat! (Dastanlar).

QAT III num. söz Dəfə, kərə. Çünki milyonlardan yüz qat azsınız; Deyərək Bəxtiyar bir nişan aldı (S.Vurğun).

← QAŞQA

QAŞQA I is. Mal-qaranın, atın alnındakı ağ hissə. Qaşqa at altımda qoruqdan gəlirdim (S.S.Axundov).

QATAR →

QATAR I is. [ ər. ] Sərnişinləri daşıyan vaqonlar.

Это слово в других словарях: