TƏRZ

TƏRZ I is. [ ər. ] qram. Fellə ifadə olunan hərəkətin məna hüdudu. Azərbaycan dilində də felin tərz kateqoriyası vardır.

TƏRZ II is. [ ər. ] Şəkildə, formada. Onun dodaqları xəfif bir tərzdə titrəyirdi (M.Hüseyn).

TƏRS
TƏSİRLİ
OBASTAN VİKİ
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında filmi rejissorlar Yalçın Əfəndiyev və Zaur Məhərrəmov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir. == Məzmun == Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir.
Heyvanlarda gecə həyat tərzi
Heyvanlarda gecə həyat tərzi — bu addım canlılarda onunla əlamətdardır ki, günün gecə saatları aktiv olur və gündüz saatlarında isə yatırlar. Bu tip heyvanlarda eşitmə qabiliyyəti olduca yüksək olur və görmə mövcud vəziyyətə uyğunblaşmışdır. Bunlara canavarlar, kirpilər, yarasalar və digərlərini misal çəkmək olar. == Səbəblər == Bu canlıların gecə həyat tərzi keçirləri aşağıdakı səbənblərdən doğmuşdur: Dida resurslarında rəqabət. Eyni ərazidə, eyni qida ilə qidalanan canlılardan biri gündüz digəri isə gecə həyt tərzi keçirərsə bu artıq rəqabətlilik yaratmaz. Mısal: Qırğılar (gündüz) və Bayquşlar (gecə). Görünməzlik. Yırtıcılara nəzər saldıqda onlar şikarları tərəfindən aşkar edilmirlər. Məsələn: Şirlər həm gecə həmdə gündüz həyat tərzi keçirə bildiyindən, onların şikarları olan zebr və antiloplar gecə yaxşı görmədiyindən asan ova çevrilirlər. Gəmiricilər gündüz asan Yırtıcı quşlar tərəfindən asan şikara çevrildiyindən gecə həyat tərzi keçirirlər.
Həyat tərzi
Həyat tərzi (lat. modus vivendi) — konkret tarixi sosial-iqtisadi münasibətlər üçün, davranışının, ünsiyyətinin, düşüncə tərzinin xüsusiyyətlərini xarakterizə edən bir insanın fərdi və kollektiv həyatının metodu və formaları. Həyat tərzi, bir insanın dünyadakı fəaliyyətinin, maraqlarının və inanclarının ifadə etdiyi bir forma. Həyat tərzinin əsas parametrləri işdir (gənc nəsil üçün araşdırma), insanların həyatı, ictimai-siyasi və mədəni fəaliyyəti, eləcə də müxtəlif davranış vərdişləri və təzahürləri. Bir insanın həyat tərzi sağlamlığını təyin edən əsas amildir. Həyat yolu — müəyyən edilmiş həyat tərzi: istehsal vasitələrinə mülkiyyətin xarakteri siyasi, iqtisadi, sosial münasibətlər aparıcı ideologiya və s.Həyat tərzi — əsasən gündəlik həyata yönəlmiş bir fərdin və ya qrupun davranış nümunələrinin məcmusu. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Həyat tərzi varlığın xarici formaları ilə qiymətləndirilir, bunlara daxildir: iş və boş vaxtın təşkili iş dünyasından kənar peşələr məişət cihazı davranış qaydaları dəyər üstünlükləri, zövqlər və s. == İstinadlar == == Ədəbiyyat == Возьмитель, А. А. Образ жизни : Концепция, сущность, динамика : Автореф. дис.
Tərzan Haşımov
Tərzan Qəhrəman oğlu Həşimov (13 aprel 1989; Lerik rayonu, Azərbaycan - 20 oktyabr 2020; Füzuli, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. == Hərbi Xidməti == Tərzan Həşimov 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmət etməyə başlamışdır. Şəhid Tərzan Həşimov Rabitəçi Gizir Rütbəsində Xidmət Göstərir.O Düşmən dilini Səlis şəkildə Bilirdi.Döyüş YoldaşLarının Sözlərinə Görə Bir neçə dəfə Düşmənlə Rabitəyə Girərək Düşmən texnikasını Məhv etmişdir. O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir və döyüş zamanı yaralanmışdır.O Döyüş Müddətində Xüsusi İradə Göstərmiş Və Neytral Zonadan Döyüş Zamanı Həlak Olan Şəhidimizi Çıxarmışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Tərzan Həşimov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (azərb.)). 08.12.2020.
Tərzan Həşimov

Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Tərzi Avşar
Tərzi Avşar Azərbaycani – şair. == Həyatı == Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Tərzi Əfşar

Tərzibaşı Əta
Tərzibaşı Əta Ömər oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü. == Həyatı == Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir.
Tərzili (Urmiya)
Tərzili (fars. طرزلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (6 ailə).
Tərzəm (Vərziqan)
Tərzəm (fars. طرزم‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 816 nəfər yaşayır (184 ailə).
Tərzənəq
Tərzənəq (fars. ترزنق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 497 nəfər yaşayır (114 ailə).
Vampir həyat tərzi
Vampir həyat tərzi və ya vampir subkulturu – vampirlər haqqında müasir mədəniyyətdə yayılmış tezislər əsasında qurulan alternativ həyat tərzlərindən biridir. Vampir həyat tərzi daha çox qotik həyat tərzinin elementləri əsasında qurulsa da, bu cür həyat sürən insanlarda eyni zamanda sadizm subkulturasının elementləri də sezilməkdədir. Aktiv vampirizmə qanla qidalanmaya əsaslanan sanqinari vampirizm və xüsusi auraya malik olduqlarını düşünən insanların daxil olduğu psixi vampirizm daxildir.
Yeni Tərzdə İşləyirik (1988)
Yeni tərzdə işləyirik (film, 1988)
Yeni tərzdə köhnə əhvalat (film, 1916)
Yeni tərzdə köhnə əhvalat — 1916-cı ildə çəkilmiş qısametrajlı bədii film. == Məzmun == Film günün məsələlərinə həsr olunmuşdur. Bu II Vilhelm və Frans İosif haqqında satirik komediyadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14.
Üç tərzi siyasət
"Üç tərzi siyasət" (türk. Üç Tarz-ı Siyâset) — türk millətçiliyinin ideoloqlarından olmuş Yusif Akçura tərəfindən yazılmış məqalə. == Tarixi == "Üç tərzi siyasət" Yusif Akçura 1904-cü ildə Qahirədə "Türk" adlı qəzetdə qələmə aldığı məqalədir. Daha sonra kitab olaraq nəşr edilmişdir. == Məğzi == Yusif Akçura Osmanlı dövlətinin təməl dövlət siyasəti olaraq Osmanlıçılıq, Panislamizm, Türkçülük olmaqla 3 siyasəti müqayisə edərək incələmişdir. Yusif Akçura "Üç tərzi siyasət" əsərinin girişində yazır ki, Osmanlıda Qərbdən təsirlənərək güc qazanmaq, tərəqqi etmək üçün üç yol təklif edilib: Osmanlıya tabe olan millətləri birləşdirərək vahid Osmanlı milləti yaratmaq Xilafət haqqının Osmanlı hökmdarlarında olmasından yararlanaraq, bütün müsəlmanları bu hökumətin tabeliyində siyasi olaraq birləşdirmək, yəni panislamizm siyasəti. İrqə söykənən siyasi bir türk milləti təşkil etmək === Osmanlı milləti yaratmaq === Yusif Akçura yazır ki, birinci təklifdəki məqsəd o idi ki, Osmanlıdakı müsəlman və qeyri-müsəlman əhaliyə eyni siyasi haqlar tanınır, eyni vəzifələr tələbə olunur. İnsanlara fikir və din azadlığı verilir, yekunda amerikan milləti kimi Osmanlı milləti yaradılır. Bu çətin əməliyyatın nəticəsində Osmanlı dövləti köhnə sərhədlərini mühafizə edəcəkdi. Yusif Akçura Osmanlı milləti anlayışının Sultan II Mahmudun dönəmində yarandığını yazır.
Əhməd Haldun Tərzioğlu
Əhməd Haldun Tərzioğlu (7 yanvar 1960, Trabzon) — Türk yazıçısı, 2007-cı il Mustafa Necati Səbətçioğlu tarixi roman yarışması laureatı. Tarixi üslubunda yazdığı romanları Azərbaycan dilinə tərcümə olunmuşdur. == Həyatı və kitabları == Əhməd Haldun Tərzioğlu 1960-cı ildə Trabzonun Beşikdüzü vilayətinin Takazlı kəndində anadan olub. universiteti bitirdikdən sonra dövlət məmuru olaraq Türkiyənin bir çox yerlərində çalışıb və 2006-ci ildə öz istəyi ilə təqaüdə çıxaraq özünü tamamilə yazıçılığa yönəltdi. Yazıçının “Göy Tanrının övladları”, “Oğuz xan”, “Hüzün”, “Bizi tufan vurdu”, “Alp Ər Tunqa”, “Güllərin solduğu gün”, “Çiçi xan”, “Komando”, “Türk Kimmerlər/Kimmeriya”, “Nazir bəyi vurdular”, “Teoman xan/Böyük Hun dövlətinin qurucusu”, “Mete xan/Böyük Hun xaqanı”, “Kiok xan/Mete xanın oğlu”, “Hərəm ağası”, “Rəisim Çatlı/Bozqurdların qanunu”, “Çingiz xan/Göy Moğolların başbuğu”, “Tomris xan/Saxaların qadın xaqanı”, “Kür Şad”, “Almatun piri/Həsən Sabbah”, “Alp Urunqu”, “Ağsaçlılar məclisi/Dövlətin qoruyucuları”, “Səlcuq bəy/Bir dövlətə ad verən ata”, “Toğrul və Çağrı bəy/Dövlət yolunda”, “Alparslan/Zəfərlər əsri”, “Darağacında bir bozqurd”, “Provokator”, “Göytürklər”, “Moğol”, “ Sevda üzərinə məmləkət hekayələri” və tarixi araşdırma kitabı olan “Hunlarda çılğındı/Hun Türklərinin çılğın tarixi” adlı əsərləri yayımlanıb. Tanınmış filimlərin senarisini yazmış, Türk tarixinə maraq göstərən yazıçının kitabları 2004-cü ildən etibarən çap olunmağa başlamışdır. 2007-ci ildə Mustafa Necati Səbətçioğlu tarixi roman yarışmasında “Alp Ər Tunga” adlı tarixi romanı ilə qalib olan yazıçının eyni zamanda teatr, hekayə sahəsində də bir çox uğurlar əldə etmişdir. Hal hazırda Mərsin şəhərində yaşayıb yaradır.
Əta Tərzibaşı
Tərzibaşı Əta Ömər oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü. == Həyatı == Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir.
Yeni tərzdə köhnə əhvalat
Yeni tərzdə köhnə əhvalat — 1916-cı ildə çəkilmiş qısametrajlı bədii film. == Məzmun == Film günün məsələlərinə həsr olunmuşdur. Bu II Vilhelm və Frans İosif haqqında satirik komediyadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14.

Значение слова в других словарях

вельмо́жно зака́ливать люминофо́ры объективи́зм расска́зчица ферромагнети́зм астма́тик всегда́ жестя́ник кальцина́ция мета... мще́ние напу́дриваться не... проторённый сче́рпать blue fox by-plot earmuffs nobility unsmooth быт кричать обмениваться разрыдаться