TƏSNİF

TƏSNİF I is. [ ər. ] Bölmə, ayırma. Dilimizdəki nitq hissələrini leksikqrammatik mənalarına, morfoloji əlamətlərinə və sintaktik vəzifələrinə görə təsnif etmək olar.

TƏSNİF II is. [ ər. ] mus. Dəstgah şöbələri arasında dəqiq və sabit ölçülü nəğmə.

TƏSİRSİZ
TƏTİL
OBASTAN VİKİ
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. == Tarixi == Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..
Təsnif (1969)
== Məzmun == Film-konsertin əsasını təsnif muğamı ritmində xalq mahnıları təşkil edir. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Kiyevdə keçirilən "Prometey-70" zona kinofestivalı Film Diplom almışdır.
Təsnif (film, 1969)
== Məzmun == Film-konsertin əsasını təsnif muğamı ritmində xalq mahnıları təşkil edir. == Festivallar və mükafatlar == 1) 1970-ci ildə Kiyevdə keçirilən "Prometey-70" zona kinofestivalı Film Diplom almışdır.
2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsi
Rusiyada keçiriləcək 2018 Dünya Çempionatının final mərhələsinə 32 iştirakçıdan 31-i müəyyənləşdirəcək təsnifat mərhələsi. Çempionatın təşkilatçı komandası final yarışında yerini avtomatik olaraq alır.
2022 FİFA Dünya Kuboku təsnifat mərhələsi (UEFA)
2022 FİFA Dünya Kuboku seçmə mərhələsinin Avropa hissəsi — Qətərdə keçiriləcək 2022 FİFA Dünya Kuboku üçün Avropa Futbol Assosiasiyaları İttifaqına üzv olan milli komandalar üçün seçmə mərhələ rolunu oynayır. == Daxil olanlar == UEFA-dan FİFA-ya bağlı 55 milli komandanın hamısı seçmə mərhələyə girəcək. 9 dekabr 2019-cu il tarixində WADA, RUSADA-nın manipulyasiya olunmuş laboratoriya məlumatlarını müstəntiqlərə təhvil verməyə uyğun olmadığı aşkar edildikdən sonra Rusiyaya bütün böyük idman tədbirlərinə dörd illik qadağa verdi. Buna baxmayaraq Rusiya millisi yenə də seçmə mərhələyə daxil edildi, çünki qadağa yalnız dünya çempionlarına qərar vermək üçün son turnirə aiddir. WADA-nın qərarı ilə dopinqlə əlaqəsi olmayan idmançıların yarışmasına icazə verildi, lakin böyük beynəlxalq idman tədbirlərində Rusiya bayrağının və himninin istifadəsi qadağan edildi. İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verildi, lakin WADA-nın qərarı qüvvədə qaldı və iki illik qadağaya endirildi. CAS qərarında, "Tərəfsiz İdmançı" və ya "Tərəfsiz Komanda" sözləri bərabər dərəcədə fərqlənərsə, "Rusiya" adının formalarda göstərilməsinə icazə verilə bilər. Rusiya turnirin final mərhələsinə vəsiqə qazansa, futbolçular, millətin bütün idman növlərində dünya çempionatlarına və Olimpiya Oyunlarına iki illik qadağan etməsi nəticəsində Dünya Kubokunda ölkələrinin adından, bayrağından və ya himnindən tək istifadə edə bilməyəcəklər. == Turnirin formatı == Seçmə mərhələnin formatı UEFA İcraiyyə Komitəsi tərəfindən 4 dekabr 2019-cu il tarixində İsveçrənin Nyon şəhərində keçirilən iclasda təsdiqləndi. Seçim UEFA Avro 2020-dən daha az dərəcədə olsa da, 2020–21 UEFA Millətlər Liqasının nəticələrindən asılı olacaq.
APG II təsnifat sistemi
APG II sistemi — "Örtülütoxumluların filogenezi qrupu" (Angiosperm Phylogeny Group) tərəfindən sitemləşdirilmiş və 2003-cü ildə «An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants: APG II». məqaləsində nəşr olunmuş örtülütoxumlu bitkilərin müasir təsnifat sistemi.
ASA təsnifatı
ASA təsnifatı — Amerika Anestezioloqlar Cəmiyyətinin (ing. American Society of Anesthesiologists) cərrahi müdaxiləyə ehtiyac olan xəstələrin sağlamlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
Azərbaycan xalq rəqslərinin təsnifatı
Azərbaycan xalq rəqslərinin təsnifatı — müxtəlif xarakterə, oyun tərzinə, mövzu və məzmuna malik olan Azərbaycan xalq rəqsləri adlarının mənasına görə bir neçə qrupa bölünür. == Yer və tarixi ərazilərin adları ilə bağlı rəqslər == Hər bir rəqs müəyyən bir dövrdə, hansısa bir tarixi ərazidə yaranmışdır. Bu rəqslərin hər birinə onların özünəməxsus musiqi dili, intonasiyası, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz adı olmadığından yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. “Azərbaycan”, “Qazağı”, “Nuxa” (və ya “Şəki”), “Naxçıvanı”, “Şamaxı”, “Bakı”, “Şuşa”, “Əsgəranı”, “Dəhnə”, “Şağani”, “Şərur”, “Sabirabadı” belə rəqslərdəndir. Bu rəqslərin adları bizə çox tanışdır. Çünki bu adlar Azərbaycanda hansısa bir bölgənin, şəhərin, rayon mərkəzinin adıdır. Lakin elə rəqslər də vardır ki, onların adı hansısa bir tarixi ərazidə yerləşən dərə, təpə, qala, çay, bulaq adları ilə adlandırılmışdır. Məsələn, “Uzundərə”, “Kömürtəpə”, “Çay dərəsi”, “Muğan bulağı” (“Şirvan bulağı” da deyirlər), “Çıraq qala”, “Qusar-çay” və başqaları buna aydın nümunədir. Azərbaycanda elə rəqslər də vardır ki, onların adları hal-hazirda qonşu xalqların yaşadığı ərazilərlə də bağlıdır.
Bioloji təsnifat
Bioloji təsnifat — canlı orqanizmləri təsnifləndirilməsi prinsiplərinin işlənib hasırlanması və bu prinsiplərin orqanik aləmin sisteminin qurulmasına praktik tətbiqinə dair elmi intizam. Təsnifləndirmə dedikdə bütün mövcud olan və nəsli kəsilmiş orqanizmlərin təsviri və sistemdə yerləşdirilməsi başa düşülür.
Bioloji təsnifləndirmə
Bioloji təsnifat — canlı orqanizmləri təsnifləndirilməsi prinsiplərinin işlənib hasırlanması və bu prinsiplərin orqanik aləmin sisteminin qurulmasına praktik tətbiqinə dair elmi intizam. Təsnifləndirmə dedikdə bütün mövcud olan və nəsli kəsilmiş orqanizmlərin təsviri və sistemdə yerləşdirilməsi başa düşülür.
Botanik-təsnifatçıların siyahısı
Botanik-sistematiklərin siyahısı — Bitkilərin binominal elmi adlarında qeyd olunması üçün işarələnmiş botaniklərin qısalmış adlarının siyahısı. Mənbə: International Plant Names Index (IPNI) saytı. Siyahıda hansısa qısaldılmış müəllif adlarına rast gəlməmisinizsə, IPNI saytında axtarış apara bilərsiniz: IPNI saytında müəllifin qısaldılmış adına görə axtarış.
Cormack-Lehane təsnifat sistemi
Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.
Dillərin genetik təsnifatı
Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir. Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur. Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir ola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir. Köklərinə görə təməl dil ailələri bunlardır: == Hind-Avropa dilləri == === Avropa qolu === German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş.
Dünya dillərinin morfoloji təsnifatı
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Dərələrin təsnifatı
Dərələrin təsnifatı- dırılırin bir sıra təsnifatı mövcuddur.Morfoloji, genetik, inkişaf mərhələsinə görə və s. Dərələrin təsnifatı aşağıdakı kimi təqdim olunur: 1)ancaq eroziya prosesləri nəticəsində əmələ gələn,dərələr; 2) tektonik strukturlara uyğun gələn, erezion dərələr; 3) digər ekzogen amillərlə yenidən əmələ gəlmiş, erezion dərələr; 4) qalıq dərələr və s.
Kitabxana-Biblioqrafiya Təsnifatı
Bu gün Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) (rus. Библиотечно-библиографическая классификация (ББК)) — Rusiyanın milli təsnifat sistemidir. Rusiyada KBT və digər təsnifat sistemlərinin istifadəsi məlumat, kitabxanaçılıq və nəşr üçün bir sıra dövlət standartları ilə tənzimlənir. == KBT-nin qorunması (müəllif hüquqları) == 2000-ci il müqaviləsinə əsasən, KBT-nin həmmüəllifləri olan 3 kitabxana KBT-də müəllif hüquqlarına malikdir: Rusiya Dövlət Kitabxanası (RDK); Rusiya Milli Kitabxanası (RMK); Rusiya Elmlər Akademiyasının (REA) Kitabxanası.KBT-nin saxlanılması üçün əlaqələndirici federal idarələrarası mərkəz, RDK-nin bir hissəsi kimi fəaliyyət göstərən KBT-nin İnkişafına dair Tədqiqat Mərkəzidir (TM KBT). Müəllif hüququ qanununa uyğun olaraq KBT ilə əlaqəli hər hansı bir nəşr TM KBT ilə razılaşdırılmalıdır. KBT-nin baş redaktoru sənədlərin sistemləşdirilməsi və kitabxana təsnifatı sistemlərinin yaradılması sahəsində ən böyük rus mütəxəssisi — E. R. Sukiasyandır. == KBT cədvəlləri == Kitabxana təsnifatının kitabxanalarda istifadə edilməsi üçün kitab şəklində təsnifat cədvəlləri şəklində tərtib edilmişdir. Təsnifat cədvəlləri kitabxanada istifadə olunan təsnifat sisteminə uyğun olaraq kolleksiyadakı sənədləri və sistematik kataloqdakı biblioqrafik qeydləri təşkil etmək üçün təsnifat indekslərini təyin etmək üçün hazırlanmış bir təlimatdır. === KBT cədvəllər strukturu === Əsas cədvəllər Xüsusi tipik bölmələrin cədvəlləri Ümumi tipik bölmələrin cədvəlləri Alfasayısal mövzu indeksi. ==== Əsas KBT cədvəllərinin quruluşu ==== Əsas cədvəllərin birinci sırası, ikinci bölmələri, alt şöbələri təşkil edən alt şöbələrə bölünmüş yeddi şöbədən ibarətdir, sonrakı bölünmələr nəticəsində üçüncü bölmələri meydana gətirirlər və s.
Kitabxana biblioqrafik təsnifatı
Bu gün Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) (rus. Библиотечно-библиографическая классификация (ББК)) — Rusiyanın milli təsnifat sistemidir. Rusiyada KBT və digər təsnifat sistemlərinin istifadəsi məlumat, kitabxanaçılıq və nəşr üçün bir sıra dövlət standartları ilə tənzimlənir. == KBT-nin qorunması (müəllif hüquqları) == 2000-ci il müqaviləsinə əsasən, KBT-nin həmmüəllifləri olan 3 kitabxana KBT-də müəllif hüquqlarına malikdir: Rusiya Dövlət Kitabxanası (RDK); Rusiya Milli Kitabxanası (RMK); Rusiya Elmlər Akademiyasının (REA) Kitabxanası.KBT-nin saxlanılması üçün əlaqələndirici federal idarələrarası mərkəz, RDK-nin bir hissəsi kimi fəaliyyət göstərən KBT-nin İnkişafına dair Tədqiqat Mərkəzidir (TM KBT). Müəllif hüququ qanununa uyğun olaraq KBT ilə əlaqəli hər hansı bir nəşr TM KBT ilə razılaşdırılmalıdır. KBT-nin baş redaktoru sənədlərin sistemləşdirilməsi və kitabxana təsnifatı sistemlərinin yaradılması sahəsində ən böyük rus mütəxəssisi — E. R. Sukiasyandır. == KBT cədvəlləri == Kitabxana təsnifatının kitabxanalarda istifadə edilməsi üçün kitab şəklində təsnifat cədvəlləri şəklində tərtib edilmişdir. Təsnifat cədvəlləri kitabxanada istifadə olunan təsnifat sisteminə uyğun olaraq kolleksiyadakı sənədləri və sistematik kataloqdakı biblioqrafik qeydləri təşkil etmək üçün təsnifat indekslərini təyin etmək üçün hazırlanmış bir təlimatdır. === KBT cədvəllər strukturu === Əsas cədvəllər Xüsusi tipik bölmələrin cədvəlləri Ümumi tipik bölmələrin cədvəlləri Alfasayısal mövzu indeksi. ==== Əsas KBT cədvəllərinin quruluşu ==== Əsas cədvəllərin birinci sırası, ikinci bölmələri, alt şöbələri təşkil edən alt şöbələrə bölünmüş yeddi şöbədən ibarətdir, sonrakı bölünmələr nəticəsində üçüncü bölmələri meydana gətirirlər və s.
Kormak-Leheyn təsnifat sistemi
Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.
Mallampati təsnifatı
Mallampati təsnifatı, Mallampati sınağı birbaşa ağız boşluğunu obyektiv müayinə edərkən görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1985 ci ildə Seşakir Mallampati tərəfindən tərtib edildiyindən onun adını daşıyır. Müayinə oturaq və ya ayaqüstü vəziyyətdə, normal baş duruşu, ağızın tam açılmış, dilin çıxarılmış halında aparılır. === İlkin forma === I: tam şəkildə yumşaq və sərt damaq, dilçək və damaq qövsləri görünür. II: yalnız damaq qövsü və damaq qövsləri görünür, amma dilçək dil kökünün arxasında gizlənmiş olur. III: yalnız yumşaq damaq görünür.İlkin təsnfat Samsun və Yanq tərəfindən bir qədə təkmilləşdirilərək indiki istifadə olunan formanı almışdır. === Təkmill forma === I: tam şəkildə yumşaq və sərt damaq, dilçək və damaq qövsləri görünür. II: yalnız damaq qövsü və qismən dilçək görünür (dilçək ucu görünmür). III: yalnız sərt və qismən yumşaq damaq görünür. IV: yalnız sərt damaq görünür.
Maqmatik süxurların təsnifatı
Maqmatik süxurlar — Maqmanın yerqabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. == Təsnifat == Süxurlar 5 nomenklatur vahidə bölünür: tip, sinif, qrup, sıra, ailə: süxur tipi — birinci nomenklatur vahid olub süxurların əmələgəlmə şəraitinə əsaslanır. Ümumiyyətlə, süxurlar maqmatik, metamorfik və çökmə olmaqla üç tipə bölünür. İkinci nomenklatur vahid – sinif, süxurların fatsial göstəricilərinə, tekstur, struktur əlamətlərinə və onların yatma şəraitinə əsaslanır. Maqmatik süxurlar vulkanik və plutonik siniflərə ayrılır və onların hər biri qruplara, sıralara və ailələrə bölünürlər. Üçüncü nomenklatur vahid –qrup, süxurların kimyəvi tərkibin əsas xüsusiyyətlərinə görə ayrılır. Maqmatik süxur qrupları silisiumun miqdarına görə təyin olunur: turş (64–78%), orta (53–64%), əsasi (44–53%), ultraəsasi (30–44%). Dördüncü nomenklatur vahid – sıra, kimyəvi tərkibin əlavə xüsusiyyətlərinə — qələvilərin miqdarına görə ayrılır. (Na2O+H2O) və SiO2 nisbətinin dəyişməsinə görə üç maqmatik sıra ayrılır: normal qələvi, subqələvi (qələvilərin yüksək miqdarına görə) və qələvi. Birinci və ikinci sıranın süxurlarında qələvi, rəngli minerallar və feldşpatoidlər yoxdur, bu minerallar üçüncü sıra süxurları üçün səciyyəvidir.
Minik avtomobillərinin təsnifatı
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərinin təsnifatı Banın növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabriolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir. Kuzasının növünə görə; Qapalı, Limuzin, Sedan, Furqon – Van, Universal, Hetçbek.
Motor yağlarının SAEJ300 üzrə təsnifatı
= Mühərrik yağlarının SAEJ300 üzrə təsnifatı = == Yaranma tarixi == Mühərrik yağlarının birinci təsnifatı SAE ( ing. “Society of American Engeneeres”) 1911-ci ildə Amerikanın Avtomobil mühəndislərinin cəmiyyəti tərəfindən təqdim edilib. Bu təsnifat üzrə yağlar özlülüyündən asılı olaraq bir neçə kateqoriyalara bölünür. Mühərrik yağlarının əsas xassələrindən biri onların - özlülüyü və özlülüyün geniş temperatur intervalından asılılığıdır (məsələn, qışda mühərriyin aşağı temperaturlarda işə salınması, yayda maksimum temperaturda gərgin işləməsi və s.) .Yağların özlülük-temperatur xassələri beynəlxalq SAEJ300 təsnifatı üzrə aparılır. . Bu təsnifat üzrə mühərrik yağları özlülüklərinə görə 12 sinfə bölünür: 0W - 60-a qədər : 6 qış (0W, 5W, 10W, 15W, 20W, 25W) 6 yay (10, 20, 30, 40, 50,60) sinif yağları. == Qış yağları == Qış yağları - Rəqəmin önündə yazılan “W” hərfi (ing.“winter” - qış) mühərrik yağının qışda işlənməsi üçün uyğunluğunu göstərir. Bu qrup yağlar üçün 1000C-də minimal kinematik özlülük göstəricisindən başqa əlavə olaraq soyuq şəraitdə yağın pompaktivlik (прокачиваемость) həddləri də verilir. Pompaktivliyin temperatur həddi - mühərrik nasosunun sürtkü sisteminə yağın ötürülməsinə qadir olduğu minimal temperaturdur. Bu temperatur mühərriyin təhlükəsiz işə salınmasını mümkün edən minimal temperaturdur. == Bütün mövsümlərdə istifadə edilən yağlar == Bütün mövsümlərdə istifadə edilən yağlar- iki rəqəmlə göstərilir (məsələn, 5w-40).
NYHA təsnifatı
NYHA təsnifatı Nyu York Ürək Assosiasiyasının ürək çatışmazlığının ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
Neftlərin təsnifatı
Neftlərin təsnifatı Müasir anlayışlara görə, neft aşağı və yüksək molekullu karbohidrogen və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət bir komponentdir. Nefti təşkil edən əsas elementlər: karbon 83–87% və hidrogen 12–14% arasında dəyişir. Neftin tərkibinə digər elementlərdən kükürd, azot və oksigendə daxildir. Neftin tərkibində olan kükürdün miqdarı dəyişkəndir: bir neçə yüzdə və hətta mində birdən 6–8%-ə qədər, bəzi hallarda 10-a və hətta 14%-ə qədər olur. Kükürd birləşmələri neft məhsullarının keyfiyyətinə əhəmiyyətli (ən çox mənfi) təsir göstərir. Azot və oksigen az miqdarda neftlərin tərkibinə daxildir: azot 0,02–1,7%, oksigen 0,05–3,6%. Əlavə olaraq neftlərdə əhəmiyyətsiz miqdarda çoxlu elementlərə rast gəlinir. Əsrin əvvəllərindən etibarən, neftlərin təsnifatını vermək üçün bir çox cəhdlər edildi, bunlardan əsas üç qrupu göstərmək olar: kimyəvi ; geokimyəvi (genetik); texnoloji (sənaye, ticarət). == Kimyəvi təsnifatlar == Neftlərin kimyəvi təsnifatı üçün müxtəlif variantlar təklif edilmişdir: onlardan iki alt təsnifatı ayırmaq olar. Birinci alt təsnifat neftləri fiziki-kimyəvi xüsusiyyətlərinə görə ayırır: neftin sıxlığı; 360o C -ə qədər distillə edilmiş yüngül fraksiyaların məhsuldarlığı; qatranlı-asfalten maddələrin tərkibi; bərk karbohidrogenlərin (parafin) tərkibi.Neftin sıxlığı ρ4 20 0 — çox yüngül, çox aşağı sıxlıq (ρ≤0,80) 1 — yüngül, aşağı sıxlıq (0,80< ρ≤0,84) 2 – orta sxılıqlı neftlər (0,84< ρ≤0,88) 3 – ağır, yüksək sıxlıqlı (0,88< ρ≤0,92) 4 – çox ağır, çox yüksək sıxlıqlı (ρ≤0,92)Yüngül fraksiyaların kütlə tərkibi (q360, %) 0 – az miqdarda yüngül fraksiyalı neft (q360 ≤25) 1 – orta həcmli yüngül fraksiyalı neft (25< q360≤50) 2 – yüksək miqdarda yüngül fraksiyalı neft (25< q360≤75) 3 – çox yüksək miqdarda yüngül fraksiyalı neft (75< q360≤100) == Kükürdün kütlə tərkibi (S, %) == 0 – az kükürdlü neftlər (0≤S≤0,5) 1 – orta kükürdlü neftlər (0,5≤S≤1) 2 — kükürdlü neftlər (1<S<3) 3 – yüksək kükürdlü neftlər (S>3) == Qatranlı-asfalten maddələrin kütləvi tərkibi (As, %) == 0 — az qatranlı neftlər(0≤As≤10) 1 — qatranlı neftlər(10≤As≤20) 2 – yüksək qatranlı neftlər (20≤As≤35) == Qatı karbohidrogenlərin kütlə tərkibi (parafinin, P, %) == 0 — aşağı parafinli neftlər (P≤5) 1 — parafinli neftlər (5<P≤10) 2 – yüksək parafinli neftlər (P>10)İkinci alt təsnifat, neftləri karbohidrogen tərkibinə və alkanlar, tsikloalkanlar və arenlərin (parafinik, naftenik və aromatik karbohidrogenlər) kütləsinə görə bölür.
Plastik sürtkülərin təsnifatı
Sürtkü - sürtünmənin azaldılmasına yönəldilən özlülüklü maddədir. Sürtkülər – bərk, plastik, maye və qaz şəklində olan texniki sürtkü materiallarıdır. == Tətbiqi == Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədi ilə istifadə olunur. == Sürtkülərin təsnifatı == Sürtkülər - tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər.Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir. Bu tərkibdən başqa sürtkülərdə digər komponentlər də iştirak edir: hidratlaşmış kalsium sürtkülərində stabilləşdirici komponent kimi su iştirak edir; bəzi sabunlu sürtkülərdə yağların sabunlaşması zamanı ayrılan qliserin olur; sürtkülərin termiki emalı zamanı yağ əsasının oksidləşmiş məhsulları; sərbəst turşu və qələvilər.Sürtkülərin istismar xassələrini yaxşılaşdırmaq üçün onlara müxtəlif funksional təyinatlı aşqarlar və bərk əlavələr daxil edirlər. Beləliklə, sürtkülər əsas xassələri dispers mühit, dispers faza, aşqar və əlavələrlə müəyyən olunan mürəkkəb çoxkomponentli sistemdir.
Relelərin təsnifatı
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. == Tarixi == 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub.İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. == Rele mühafizəsi == Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: === Selektivlik === Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur. Yəni rele mühafizəsinin təsiri elə olmalıdır ki, qısa qapanma zamanı yalnız sistemin zədələnmış hissəsi açılsın.

Значение слова в других словарях

захоте́ться постаме́нт севрю́жий сцени́ческий фе́ртом храни́тельница газе́та закалённость коррумпи́роваться легко́ непедагоги́чный прорези́ниваться шрифтолите́йный шутли́вость calibrate consignation floating island Linz parlour-boarder troparion weaponed блёстки вычерпать заблуждение расшнуровать