ECAZ
EDAM
OBASTAN VİKİ
Ecazkar qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Ecazkar göz (roman)
Ecazkar göz (rus. Чудесное око) - Rus yazıçısı Aleksandr Belyayev tərəfindən yazılmış roman. Əsər ilk dəfə 1935-ci ildə ukrayn dilində çap edilmişdir. Aleksandr Belyayev ölümündən sonra isə kitab rus dilində çapdan çıxıb. == Məzmun == Okean paraxodu Leviafan Atlantik okeanında qəzaya düşərək batıb. Qəza ilə birlikdə həm də sivilizasiya üçün olduqca dəyərli olan mühəndis-energetik, alim Blasko Xurqesin ixtiraları da suyun dibinə qərq olub. Təsadüfən isə, Xuqesin məktubu jurnalist Azoresə gəlib çıxır və qəhrəmanımız Argentinaya səfərə çıxmalı olur. Xurqesin çox dəyərli kəşflərini axtarıb-tapmaq üçün SSRİ-nın araşdırmaçılar qərargahı və dənizçiləri cəlb edilirlər. Axtarışlar rəqabətsiz ötüşmür. Qızılaxtaran avantürist Skott, Sovet heyəti ilə münaqişəyə daxil olur.
Ecazkar qadın 1984
"Ecazkar qadın 1984" (ing. Wonder Woman 1984) — DC Comics nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının səkkizinci filmi və 2017ci ildə çıxarılmış "Ecazkar qadın" filminin sikvelidir. Film, Ceff Cons və Petti Cenkins tərəfindən yazılmış hekayə əsasında Ceff Cons və Devid Kallaham tərəfindən işlənmiş ssenari üzrə Petti Cenkins tərəfindən çəkilmişdir. Filmdə baş rol Qal Qadot, digər rollar isə Kris Payn, Robin Rayt, Kristen Uiq, Pedro Paskal, Konni Nilsen və başqaları tərəfindən canlandırılmışdır. "Ecazkar qadın 1984" filmi, "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi", "Ecazkar qadın" və "Ədalət Liqası" filmlərindən sonra Qadotun ifasında personajın göründüyü dördüncü, sırf personaja həsr edilmiş ikinci filmdir. 2017-ci ilin iyununda "Ecazkar qadın" filminin çıxarılmasından sonra, sikvelin çəkilməsi haqqında müzakirələrə başlanılmış və bir ay sonra filmin sikvelinin istehsal ediləcəyi bildirilmişdir. Filmin əsas çəkilişlərinə 13 iyun 2018-ci ildə start verilmiş, çəkilişlər İngiltərənin Hartfordşir qraflığının Livisden ərazisindəki Warner Bros. studiyasında, ABŞ-də Vaşinqton şəhərində, Böyük Britaniyanın London şəhəri, Kembricşir qraflığının Duxford kəndi, Kanar adalarından olan Tenerife və Fuerteventura adalarında, həmçinin İspaniyanın Almeriya şəhərində və Əndəlüs vilayətində aparılmış, 22 dekabr 2018-ci ildə — altı aylıq çəkilişlərdən sonra isə tamamlanmışdır.
Ecazkar qadın (film, 2017)
"Ecazkar qadın" (ing. Wonder Woman) — "DC Comics" nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının dördüncü filmidir. Film, Allan Heynberin ssenarisi əsasında Petti Cenkinsin rejissorluğu ilə çəkilmişdir; ssenari əsasında durmuş hekayə Heynberq, Zak Snayder və Ceyson Fuşs tərəfindən yazılmışdır. Əsas personaj Qal Qadot, digər personajlar isə Kris Payn, Robin Rayt, Denni Hyuston, Devid Tyulis, Konni Nilsen və Yelena Anaya tərəfindən canlandırılmışlar. Betmen Supermenə qarşı filmində Ecazkar qadının ilk dəfə layv-ekşn filmində görünməsindən sonra, bu film personaja həsr olunmuş ilk individual layv-ekşn filmidir. Filmdə, Femiskira adasında qəzaya düşmüş ABŞ pilotu Stiv Trevor Dayanaya Birinci Dünya Müharibəsi haqqında məlumat verir və müharibəni dayandırmaq üçün doğma evini tərk edən Şahzadə Dayana Ecazkar qadına çevrilir. Personaj haqqında individual film çəkilməsi ideyası 1996-cı ildən inkişşaf etdirilməyə başlanılmış, 2015-ci ildə Petti Cenkins rejissorluğu öz üzərinə götürməklə bağlı müqavilə imzalamışdır. 21 noyabr 2015-ci ildə əsas çəkilişlərə start verilmiş, çəkilişlər Böyük Britaniya, Fransa və İtaliyada həyata keçirilmiş və 19 may 2016-cı ildə tamamlanmışdır.
Ecazkar qadın (film musiqisi)
Wonder Woman 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Film musiqisi Rupert Qreqson-Vilyams tərəfindən bəstələnmiş və aranjiman edilmişdir. Albom 2 iyun 2017-ci ildə WaterTower Music leyblı tərəfindən çıxarılmışdır. 3 noyabr 2016-cı ildə Böyük Britaniyalı film bəstəkarı Rupert Qreqson Vilyams film musiqisinin yazılması üçün layihəyə cəlb edilmişdir. Sonradan ona Tom Hou, Pol Munsi və Endryu Kaçinski də qoşulmuşdur. Musiqi albomu filmlə eyni gündə CD, Dijital və vinil formatlarında çıxarılmışdır.Avstraliya müğənnisi Sia, İngiltərə musiqiçisi Labirintlə birlikdə film üçün “To Be Human” adlı mahnı ifa etmişdir. Mahnının müəllifləri Florens Uelş və Rik Nouelsdir. == Kompozisiyaların siyahısı == Bütün musiqilər Xüsusi qeyd edilən kompozisiya xaric, bütün musiqilər Rupert Qreqson-Vilyams tərəfindən yazılmışdır. tərəfindən bəstələnmişdir. == Alboma daxil olmayan film musiqiləri == Filmədə istifadə olunmuş bəzi musiqilər, musiqi albomuna daxil edilməmişdir.
Ecazkar qadın 1984 (film, 2020)
"Ecazkar qadın 1984" (ing. Wonder Woman 1984) — DC Comics nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının səkkizinci filmi və 2017ci ildə çıxarılmış "Ecazkar qadın" filminin sikvelidir. Film, Ceff Cons və Petti Cenkins tərəfindən yazılmış hekayə əsasında Ceff Cons və Devid Kallaham tərəfindən işlənmiş ssenari üzrə Petti Cenkins tərəfindən çəkilmişdir. Filmdə baş rol Qal Qadot, digər rollar isə Kris Payn, Robin Rayt, Kristen Uiq, Pedro Paskal, Konni Nilsen və başqaları tərəfindən canlandırılmışdır. "Ecazkar qadın 1984" filmi, "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi", "Ecazkar qadın" və "Ədalət Liqası" filmlərindən sonra Qadotun ifasında personajın göründüyü dördüncü, sırf personaja həsr edilmiş ikinci filmdir. 2017-ci ilin iyununda "Ecazkar qadın" filminin çıxarılmasından sonra, sikvelin çəkilməsi haqqında müzakirələrə başlanılmış və bir ay sonra filmin sikvelinin istehsal ediləcəyi bildirilmişdir. Filmin əsas çəkilişlərinə 13 iyun 2018-ci ildə start verilmiş, çəkilişlər İngiltərənin Hartfordşir qraflığının Livisden ərazisindəki Warner Bros. studiyasında, ABŞ-də Vaşinqton şəhərində, Böyük Britaniyanın London şəhəri, Kembricşir qraflığının Duxford kəndi, Kanar adalarından olan Tenerife və Fuerteventura adalarında, həmçinin İspaniyanın Almeriya şəhərində və Əndəlüs vilayətində aparılmış, 22 dekabr 2018-ci ildə — altı aylıq çəkilişlərdən sonra isə tamamlanmışdır.
Professor Marston və Ecazkar qadın
Professor Marston və Ecazkar qadın (ing. Professor Marston and the Wonder Women) — Ecazkar qadın personajının yaradıcısı olan ABŞ psixoloqu və komiks yazarı Uilyam Molton Marstonun həyatından bəhs edən ABŞ bioqrafik dram filmidir. Ssenari müəllifi və rejissoru Ancela Robinson olan, baş rollarını Lyuk Evans, Rebekka Holl və Bella Hitkotun canlandırdığı film, ilk dəfə 2017 Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir. == Məzmun == Filmdə, Dr. Uilyam Molton Marstonun həyatı, 1941-ci ildə Ecazkar qadın obrazını yaratması, onun həyat yoldaşı Elizabet və partnyoru Oliv Birnlə münasibətlərindən bəhs edilir. Gənc qızların ilhamlandırılması üçün, o, Çarlz Molton ləqəbi altında, həyatında olan iki qadının feminizm ideyalarını əks etdirən superqəhrəman obrazı yaradır. == Rollarda == Lyuk Evans — Uilyam Molton Marston Rebekka Holl — Elizabet Hollvey Marston Bella Hithkot — Oliv Birn Cey Cey Fild — Çarlz Qayett Oliver Platt — Maks Geynes Konni Britton — Cozett Frank == İstehsal == Filmin əsas çəkilişlərinə 2016-cı il oktyabrın əvvəllərində start verilmişdir. "Topple Productions" və "Boxspring Entertainment"in prodüsserlik etdiyi filmin beynəlxalq distribütorluq haqqlarını "Annapurna Pictures" almışdır. Emmi Redford və Terri Leonard da filmin prodüsserliyini etmişlər. == Çıxarılması == Film 13 oktyabr 2017-ci ildə ABŞ-də Annapurna Pictures tərəfindən çıxarılıb.
Professor Marston və Ecazkar qadın (film, 2017)

Значение слова в других словарях

впи́тываться голёхонько однозу́бый погляде́ть тре- чебота́рный англоса́кский бездо́мность богома́терь брильянти́н вермише́льный гидромассажи́ст де́дов жанда́рм ме́сиво сырная седми́ца adenovirus crop-duster flown nevermore passer-by sirrah wedge cut муниципалитет прокаливать