BACARIQLI

BACARIQLI, QABİL (əlindən hər iş gələn, hər işdən başı çıxan) [Leyla:] Ağalarov məndən çox qabil həkimdir (B.Bayramov); İQTİDARLI ..və “Gəlinlər həmayili” adlı kitabçalar Qənizadənin iqtidarlı bir ədib olduğunu bildirir (F.Köçərli); QABİLİYYƏTLİ Yaxşı, qabiliyyətli ustalarımız vardır. Hamısı da mebelçiliyi burda öyrənib (H.Abbaszadə) QOÇAQ Mürsəlov Bəstiyə qoçaq qızlardan bir manqa düzəltməyi məsləhət gördü (Ə.Sadıq); LƏYAQƏTLİ Qafar.. zehinli, ləyaqətli uşaqlar böyüdüb yetirən arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi (Ə.Əbülhəsən); MAHİR O həm de mahir bir ovçu idi (M.Hüseyn); ZİRƏK Şəkərəliyev: Bizə cəld, zirək, əlindən iş gələn adam lazımdır (M.İbrahimov).

BACARIQ
BACARIQSIZ
OBASTAN VİKİ
Bacarıqlı insan
Homo habilis, bacarıqlı insan, əmək alətləri hazırlaya bilən, düzgün qamətlə yeriyə bilən ən qədim insan. == Ümumi məlumat == Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi.. Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Bacarıqlı əllər (film, 1963)
Bacarıqlı əllər qısametrajlı sənədli filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1963-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur pambıq ustası Qüdrət Səmədova həsr olunmuşdur. == Məzmun == Film məşhur pambıq ustası Qüdrət Səmədova həsr olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nurəddin Babayev Rejissor: Əlihüseyn Hüseynov Operator: Əlihüseyn Hüseynov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Значение слова в других словарях

жу́желица камбоджи́ец ли́ственничный подреза́ться торопи́ть духови́тый опира́ть территориа́льно тури́стка христиани́н дормез Cameroon mother rock New York new-come noxious passing bell Polynesian prevalency settling day vagina лучина обонять пепсиновый шестьсот