ÇALĞI

1. ÇALĞI (həyət süpürmək üçün böyük süpürgə) Xidmətçi qadın əlindəki iri çalğı ilə küçəni təmizləyirdi (Ə.Qasımov); HƏYƏT SÜPÜRGƏSİ Güləbətin həyət süpürgəsini yerə qoyub, ev süpürgəsini, xəkəndazı götürdü, hacının otağına tərəf yollandı (M.İbrahimov); SÜPÜRGƏ (bax).

2. çalğı bax musiqi

ÇALDIRAN
ÇALĞIÇI
OBASTAN VİKİ
Azərbaycan xalq çalğı alətləri
Azərbaycan musiqi alətləri — Azərbaycanda, ilk növbədə xalq çalğı alətləri ansamblında istifadə edilən musiqi alətləri. Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq, tarixin qaranlıq səhifələrini işıqlandırmaq, mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirmək çox şərəfli və mötəbər bir işdir. == Azərbaycan xalq çalğı alətlərinin təsnifatı == Azərbaycanda mövcud olmuş çalğı alətlərinin növləri müəyyənləşdirilərkən klassik poeziyadan əxz olunmuş şer misraları da çox qiymətli məxəzdir. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilmiş, miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilmişdir. Sonrakı dövrlərdə onların bəziləri tədricən aradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır. Yaranma tarixinə görə Azərbaycan çalğı alətləri 4 yerə bölünür: Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər: tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s. Qədimdə yaranıb unudulmuş, sonradan bərpa edilmiş alətlər: bərbət, rud, çəng, kos, qaşığek, çanaq və s. Şərti olarag "çağdaş" adlandırılan alətlər: Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, kərənay, musiqar və s. Bu qrupa aid edilən alətlər vaxtı ilə Azərbaycanda geniş istifadə edilsə də, sonralar müəyyən səbəblərdən tənəzzülə uğrayıb, sıradan çıxıblar, lakin başqa ərazilərdə, dünyanın müxtəlif xalqları tərəfindən belə alətlər inkişaf etdirilmiş, müasir dövrə qədər gəlib çıxmışdır.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri — birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestri. 1931-ci ildə bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə simfonik orkestr prinsipi ilə yaradılıb. Orkestrin baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi. == Tarixi == Orkestr 1 may 1931-ci ildə Azərbaycan bəstəkarlıq məktəbinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təşkil edilmişdir. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk xalq çalğı alətləri orkestri olan bu kollektiv Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Orkestrin ilk tərkibi tar, kamança, balaban, dəf və nağaradan ibarət olmuş, sonralar orkestrə tütək, zurna, qoşanağara, klarnet, qanun, fortepiano və s. alətlər daxil edilmişdir.Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılmışdır. Yarandığı gündən orkestr bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. Belə ki, 2004, 2005 və 2010-cu illərdə İranda keçirilən ənənəvi "Fəcr" Beynəlxalq musiqi festivallarında "Qızıl Çəng" mükafatına layiq görülmüşdür. Belarusiya, Moldova, Tacikistan, Ukraynada keçirilən mədəniyyət günlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır.
Çalğıqala
Çalğıqala — Laçın rayonu ərazisində yerləşən qala. Tikilmə tarixi məlum deyil. Birqülləli qalanın ərazisi o qədər də böyük deyil.

Значение слова в других словарях

до чего́ ж колоти́ть надры́висто обша́рпываться отсучи́ть пересдава́ться пригля́дчивый протка́ть сати́рико- ула́вливание безвы́ходность буссо́льный глинтве́йн ду́хом искове́ркаться мизи́нчик обжа́ривание подкле́ить транскрипцио́нный куренга псовать bed discommend jaffa озорничать