ELÇİ

elçi bax 1. səfir; 2. nümayəndə; 3. çapar 1

ELCARI
ELDAŞ
OBASTAN VİKİ
Şərafəddin Elçi
Şərafəddin Elçi (14 mart 1938, Cizre[d], Şırnaq ili – 25 dekabr 2012, Ankara) — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı. == Həyatı == O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib. Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib. Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.
Elçi bəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)
Azadlıq adasının elçiləri Azərbaycanda qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunub. == Məzmun == Film Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunmuşdur.
Azadlıq elçisi (film, 1993)
Azadlıq elçisi qısametrajlı sənədli filmi rejissorlar Xamiz Muradov və Tofiq İmirli tərəfindən 1993-cü ildə çəkilmişdir. "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Kinolent Azərbaycanda gedən azadlıq hərəkatına həsr olunmuşdur. == Məzmun == Kinolent Azərbaycanda gedən azadlıq hərəkatına həsr olunmuşdur.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Elçibəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Elçibəy hökuməti
II Azərbaycan Hökuməti — 1992–1993-cü illərdə mövcud olmuş, Əbülfəz Elçibəy tərəfindən qurulan hökumət. == Haqqında == Azərbaycan Xalq Cəbhəsi ölkə idarəsini Ayaz Mütəllibovun əlindən alaraq seçkilər təyin edir Azərbaycan Prezident seçkilərində Əbülfəz Elçibəy 60,4% -lə prezident seçilir.Hökumət onun tərəfindən qurulur. 1993-cü ildə isə Elçibəyin Gəncə qiyamından sonra Kələkiyə getməsiylə hakimiyyətin sonu gəlir.
Elçibəyçilik
Elçibəyçilik, elçibəysevərlik və ya Elçibəy yolu — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, 1992–1993-cü illərdə hakimiyyətdə olmuş Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin siyasi idealları. Bu cərəyan demokratizm, cümhuriyyətçilik, sosial ədalət, Azərbaycançılıq, türkçülük, Bütöv Azərbaycan ideyasının təbliği, Azərbaycan Xalq Cümhuriyyətinə bağlılıq və Türkiyəyə yaxınlıq ilə xarakterizə olunur. Elçibəyin hakimiyyətdən getməsi və vəfatından sonra müxtəlif partiyalar, təşkilatlar və siyasətçilər elçibəyçilik ideologiyasına bağlı qalmışdır. 1993-cü ildən bəri müxalifətdə qalan elçibəyçilik, Elçibəyin hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynə görə, YAP hökumətinin, əliyevçiliyin ideoloji rəqibidir.Bəziləri Elçibəyin ideallarını AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəninkilər ilə müqayisə edərək bu cərəyanı Rəsulzadə-Elçibəy yolu da adlandırırlar. == Tarixi == 16 iyul 1989-cu ildə keçirilən Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında müəyyən qətnamələrin qəbul edilməsi ilə AXC elçibəyçi bir hərəkata çevrilmişdir. 1988-ci ilin əvvələrində SSRİ-də gedən proseslərin təsiri nəticəsində kütləvi müstəqil ictimai-siyasi təşəbbüslərin təşkilatlandırılması forması kimi meydana gələn Azərbaycan Xalq Cəbhəsinin Elçibəy ideyalarını qəbul edib milli demokratik platformaya çevrilmişdir. Elçibəyin hakimiyyətdən getməsi və vəfatından sonra müxtəlif partiyalar, təşkilatlar və siyasətçilər elçibəyçilik ideologiyasına bağlı qalmışdır. 1993-cü ildən bəri müxalifətdə qalan elçibəyçilik, Elçibəyin hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynə görə, YAP hökumətinin ideoloji rəqibidir. Siyasətçi İsa Qəmbərə görə, hakimiyyət elçibəyçiliyi gözdən salmağa, xalqın yaddaşından silməyə çalışır.İndiki dövrdə Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında özünü elçibəyçi hesab edən siyasi sferalar mövcuddur. Elçibəyin qardaşı oğlu olan Hürrü Əliyev 2020-ci il parlament seçkilərində elçibəyçi namizəd kimi iştirak etmişdir.
Elçilik
Elçilik — Qızbəyənmədən sonrakı xalq adətidir. Elçilik əsaən qızın və ya ailəsinin haqqında məlumat yığıldıqdan sonra olur. Azərbaycan adətlərinə görə elçilik prosesi çox zəngindir. Evlilik 2 mərhələdən ibarət olmuşdur. 1-ci mərhələ. Belə ki, qızı almağa qərar verildikdən sonra ana ata və ya yaxın adamlardan kimsə qız evinə gedər qız evinin ağzını yoxlayardılar. Buna “söz alma”, “hə alma deyilir”. Əgər qız evinin razılığı olarsa elçilik tarixi dəqiqləşdirilir. Yox əgər qız evi razı deyilsə bu oğlan evi üçün pis olduğundan bu hadisəni gizli saxlanılması istənilir. 2-ci mərhələdə isə qız evindən hə alındıqdan sonrakı mərhələdir.
Elçilik (film, 2017)
Elçilik (film, 2017) (qaq. Dünürcülük) — rejissorluğunu Ivan Patramanın etdiyi, senarisini Todur Marinoqlonun yazdığı ilk qaqauz filmi. Tarixi film qaqauz yazıçısı Nikolay Baboqlonun eyniadlı hekayəsi əsasında 2017-ci ildə ekranlaşdırılıb. Film iki gəncin sevgi əhvalatı fonunda qaqauz xalqının özgürlüyünü göstərib. Filmin çəkiliş dili qaqauzcadır.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 2002) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elçin (ad)

Elçin (meyxanaçı)
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). == Həyatı == Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib.
Elçin Abbasov
Elçin Abbasov (əsgər)
Elçin Abbasov (folklorşünas)
Elçin Abbasov (əsgər)
Elçin Saleh oğlu Abbasov (1975 – 1994, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Elçin Saleh oğlu 1975-ci ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olmuşdur. 1982-ci ildə Gədəbəy Şəkərbəy kənd orta məktəbinin birinci sinfinə getmiş, 1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Sonra isə Bakıda texniki peşə məktəbində təhsilini davam etdirmiş və oradan da hərbi xidmətə göndərilmişdir. 1994-cü ildə Kəlbəcərdə şəhid olmuşdur.
Elçin Abdullayev (əsgər)
Elçin Alıyev
Elçin Bayram oğlu Alıyev (16 iyul 1975, Qubadlı – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Alıyev 1975-ci il iyulun 16-da Qubadlı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Elçin Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Alıyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Alıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Arazov
Elçin Eldar oğlu Arazov (8 avqust 2001, Quba rayonu – 31 oktyabr 2020, Tap Qaraqoyunlu, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyat == Elçin Arazov 8 avqust 2001-ci ildə Quba rayonunda anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Elçin Arazov 2019-cu ilin oktyabrın 1-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elçin Arazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elçin Arazov 31 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Arazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Arazov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Arazov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Aslanov
Elçin Muxtar oğlu Aslanov — Azərbaycanın əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam. == Həyatı == Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. Elçin Aslanov 1982–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib. 2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb. == Filmoqrafiya == Cırtdan (film, 1969) Üçüncü zəng (film, 2006) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Elçin Atakişiyev
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Elçin Axundov
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir.2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Arzularını çəkən rəssam (film, 2007) Aslan və iki öküz (film, 1970) Ayı və siçan (film, 1970) Beşilliyin addımları (film, 1983) Bulud niyə ağlayır? (film, 1973) Cavanşir (film, 2002) Cırtdan (film, 1969) Cırtdan və div (film, 1983) Cırtdan-"pəhləvan" (film, 1981) Cücələrim (film, 1975) Daş (film, 1977) Dəniz səyahəti (film, 1992) Dınqıl, sazım, dınqıl (film, 1976) Əndazədən çıxanda (film, 1988) Fitnə (film, 1970) Güzgü (film, 1990)(I) Humayın yuxusu (film, 1985) Kirpi balası və alma (film, 1977) Qız, oğlan və şir (film, 1974) Lovğa fil balası (film, 1987) Meşəyə insan gəlir (film, 1980) Pəncə...
Elçin Axundzadə

Elçin Ağayev
Elçin Zakir oğlu Ağayev (7 iyul 1993, Cəlilabad rayonu – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Ağayev 1993-cü il iyulun 7-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Ailəli idi. bir oglu iki qizi yadigar qaldı. Üçüncü qızı 2021-ci il yanvarın 24-də dünyaya gəldi, qızına Şuşa adı verildi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elçin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Ağayev oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Ağayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Ağayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Ağayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Ağazadə
Elçin Ağazadə (30 avqust 1981, 26 Bakı Komissarı rayonu) — Azərbaycanlı rejissor, prodüsser. == Həyatı == Elçin Fizuli oğlu Ağayev 30 avqust 1981-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərinin, Səbail rayonunda dünyaya gəlib. 1988-ci ildə Bakı şəhəri, Səbail rayonunda 190 saylı tam orta məktəbdə təhsil almağa başlamış, 1999-cu ildə Hüseyn Cavid adına 132 № t.o.m-də tam orta təhsilini bitirib. 2000–2015-ci illərdə ilk şəxsi fəaliyyətinə səs rejissoru kimi başlamış, 2015-ci ildən rejissor kimi fəaliyyətinə davam edir. Reklam, klip, sosial çarxlar və daha sonra isə sənədli filmlərin rejissorluğunu edib. Bir çox işlərdə prodüsser kimi də fəaliyyət göstərmişdir. Autizm sindromlu uşaqlara həsr etdiyi "Uğur böcəyi" qısametrajlı filmi ABŞ-nin Florida ştatında keçirilən "15 dəqiqə çərçivə" adlı Beynəlxalq Kino Festivalının "Ən yaxşı sosial film" nominasiyasında 1-ci yeri tutmuşdur.Quruluşçu rejissoru olduğu qısametrajlı "28” bədii-sənədli filmi 2021-ci ildə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, TRT, Anadolu Agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalında 120 ölkədən təqdim edilən 3123 film arasında münsiflər heyəti tərəfindən final mərhələsinə seçilən 24 filmdən biri kimi 27-29 avqust tarixlərində İstanbulun “Atlas” kinoteatrında nümayişi təşkil edilib.2022-ci ildə İran İslam Respublikasında keçirilən "Beynəlxalq Ərbəin Festivalı"nda rejissoru olduğu "Başqa Həyat" sənədli filmi ən yaxşı film nominasiyası üzrə qalib olmuşdur.2022-ci ilin 2 aprel – 2 may tarixlərində Ramazan ayı boyunca Xəzər TV-də yayımlanmış Hacı Şahin Həsənlinin qonaq olduğu "Ramazan sevinci" adlı verilişin rejissoru olub. 2022-ci ildə 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında rejissoru olduğu "Səs" qısametrajlı bədii filmi festivalın Panorama bölməsində iştirak hüququ qazanmışdır.Ailəlidir, Məhəmməd və Əbəlfəzl adlı 2 oğlan övladı var. == Filmoqrafiya == Rejissoru olduğu bədii və sənədli filmlər "Cənnət Ətri" , "Cənnət ətri 2" "Zamana sığmayan Nəsimi" "Başqa həyat" "Klassik Ədəbiyyatımızda İmam Hüseyn (4 hissə)" "Səngərdə Azan" "Uğur böcəyi" "28" filmi "Boş yelləncək" "A day with Rafa" (Azərbaycan çəkilişlərinin prodüsseri və rejissoru) "Səs" (qısametrajlı bədii film) "Gənclik" (sənədli film) "Problem yoxdur" (sənədli film) "Qəhrəmanlıq salnaməsi Elşən Səfərov zirvəsi" (sənədli film) Şəhid Əmir Kazımov haqqında "Gülərüz şəhid" sənədli filmi'Rejissoru olduğu sosial çarxlar "Həyatını zəhərləmə" "Hər şey səndən başlayır" "Bibi Heybət" "Evdə qal" "Stop Armenian terror" "Xalqın sevgisi" "1 İyun Beynəlxalq Uşaqlar Günü" "28 May" "Xoş gəldin, Ramazan" "Azərbaycan. Qusar.

Значение слова в других словарях

замыка́тель за́понь лещи́на на измо́р тща́ние конвои́р недалёко от обкуса́ть очерни́тельский прошата́ться разме́тить фордыба́читься чи́стиковый ослеги broadside bull market cove eagle-stone goodwill incommodity prorogation дорожиться практикант сумрачный червлёный