LANƏ
LAPATKA
OBASTAN VİKİ
Lansetli bağayarpağı
Nəştəryarpaq bağayarpağı (lat. Plantago lanceolata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm, gövdəsi üzərində çiçək olub, çoxsaylı, əyilib qalxan və ya düz, 5-6 sayda və ya daha çox qırışlı, sıx tüklü və ya çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları kökətrafı rozetdə yerləşmiş, uzanmış lansetvari olub, xətvari lansetə qədər (bəzən enli lansetvari) dəyişir, sivridir, qaidəsinə doğru daralmışdır. 3-7 ədəd damarlıdır. Sünbül qısa silindrik olub, uzunsov və ya yumurtaşəkillidir. Çiçəkaltlıqları yumurtaşəkilli, sivriləşmiş, çılpaq və ya seyrəktüklüdür,dəriyəoxşardır, orta xətti qəhvəyi rəngdədir.Tacın uzunluğu 2-3 mm-dir, çılpaqdır, ağımtıl və ya qəhvəyi rəngdədir, yumurtaşəkilli-lansetvari və ya bəzən təpə hissədə sivriləşmiş hissələrlədir. Qutucuğun uzunluğu 3-4 mm-dir, yumurtaşəkillidir, ikitoxumludur. Toxumlarının uzunluğu 2 mm-ə qədərdir, demək olar ki, qaramtıldır, qarın tərəfdən çökək olub, kənarları qatlanmışdır. May-avqust aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir.
Lansetvarı zirinc
Lansetvari zirinc (lat. Berberis gilgiana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada geniş yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, budaqları az tüklü, erkən yaşlarında qırmızı-qonur, sarı, yaşlı nümayəndələrdə isə al-qırmızı-qonur rəng alan kol bitkisidir. Budağın üzərindəki iynələr əsasən 3 hissəli, uzunluğu 0,5-2,5 sm-ə qədərdir. Yarpaqların uzunluğu 2,5-4,5 sm-dir, yumurtaşəkilli-ellipsvaridir, uzunsovdur, ucu biz, kənarları dişlidir. Üst tərəfdən tutqun-yaşıl, bir az tüklü və ya çılpaq, alt tərəfdən isə boz-yaşıl rəngli və tüklüdür. Çiçəkləri parlaq yaşıl, diametri təxminən 0,6 sm-dir, uzunluğu 2,5-3,5 sm olan sıx salxımlara yığılmışdır. Meyvələri uzunsov-yumurtaşəkilli, uzunluğu 1 sm-ə qədər olub, al-qırmızıdır. == Ekologiyası == Soyuğa, küləyə, kölgəyədavamlı olub, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.
Lansetşəkilli sorucu
Lansetşəkilli sorucu - lat. Dicrocoelium lanceatum Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. == Xarici quruluşu == Bədəni yastılaşmış, lanset formasındadır. Uzunluğu 5–12 mm, eni isə 1-1.5 mm-dir. Bədənin ön hissəsində ağız sormacı, ondan dal tərəfdə isə qarın sormacı yerləşmişdir. Ağız sormacının dərinliyində ağız dəliyi yerləşir və odur ki, ağız sormacı həzmlə əlaqəlidir. Həzm sistemi ağızla başlanır. == Yayılması == Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Müxtəlif məməli heyvanların, xüsusilə iribuynuzlu heyvanların qoyun və keçilərin.
Lansetəbənzər sorucu
Lansetəbənzər sorucu (lat. Dicrocoelium lanceatum) insanda və heyvanlarda dikrosellioz xəstəliyinin törədicisidir. == Quruluşu == Uzunluğu 0,5-1,2 sm, eni isə 1,5- 2,5 mm-dir. Bədənin forması qaraciyər sorucusuna oxşasa da, özünün ölçüsü, bağırsağın, cinsiyyət orqanlarının quruluşu, sormaclarının quruluşu və sormaclarının bir-birinə yaxın yerləşməsinə görə fərqlənir. Ağız sormacı qısa udlağa açılır. Başlanğıcını udlaqdan götürmüş bağırsaq sistemi iki şaxəyə ayrılaraq bədənin yan tərəfləri ilə bir-birinə paralel, arxaya doğru uzanır və ucları kor qurtarır. Bağırsağın ucu bədənin arxa ucuna çatmır. Parazitin ifrazat sistemi qaraciyər sorucusunun ifrazat sisteminə uyğundur. Əsas toplayıcı kanallar protonefridilər və ifrazat qovuqcuğundan ibarətdir. Qarın sormacının arxasında qismən köndələn yerləşmiş iki toxumluq vardır.

Значение слова в других словарях

гольём допя́титься маэсто́зо он-ла́йновый похохота́ть разнонача́лие расчёт ру́ченька уде́льность ферромагне́тик ше́йпинг шмо́точница в костюме Ада́ма ме́кать перека́пчивать разви́ться складско́й чуфы́ркнуть шлюз cottier logometer twangy unsluice venison болезнь